Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-963/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılmaqla, Cavabdeh xx.xx.2009-cuü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2009-cuü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 154 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Həmin vaxtdan başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2009-cuü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün heç bir maddi kömək göstərməmişdir. Həmçinin xx.xx.2003-cü il təvəllüdlü X1 üçün heç bir təşəbbüs göstərməmiş, uşaqlarının maddi ehtiyaclarını iddiaçı özü qarşılamışdır. Hal-hazırda Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsində qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona gədər də məsrəfləri yetərincə artmışdır. Bundan əlavə ölkədə uşaqlar üçün minimum yaşayış həddi 170 manat nəzərdə tutulmuşdur. Cavabdeh uşağı ilə maraqlanmır. Uşağın bütün qayğılarına özü qalır. Bununla əlaqədar iddiaçı Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)- 4976/2018 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilməklə, aliment miqdarı artırılmaqla, Cavabdeh xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirərək, iddianın qismən qəbul etdiyini, həmin miqdarda alimentin ödənilməsinə etiraz etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2003cü il təvəllüdlü X5, xx.xx.2009-cuü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 154 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Suraxanı Rayon qeydiyyat şöbəsi xx xxxxxx 2010-ci il tarixli AZ-İİ seriyalı, 406333 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2009-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2010-ci il tarixli, 294 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Suraxanı Rayon qeydiyyat şöbəsi xx xxxxxx 2013-cü il tarixli AZ-İİİ seriyalı, 038908 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2012-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2013-cü il tarixli, 517 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. "Uşaq hüquqları haqqında" Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. xx xxxxxx 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. İş materialları əsasında və məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2012ci il tarixli təvəllüdlü X8 adlı uşağı anadan olmuşdur. Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2009-cuü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2009-cuü il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 154 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Hal-hazırda iddiaçı Abbasova X4 rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Məhkəmə zəruri olaraq qeyd etməyi hesab edir ki, iddiaçı tərəfindən 2018-ci ildən sonra alimentin artırılmasına dair məhkəməyə iddia ilə müraciət etməmiş, yalnız 3 ildən sonra 2021-ci il tarixdə müraciət etmiş, bütün bu illər ərzində alimentin artırılmasını istəməmişdir. Uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir validleynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyini, tələbatlarının artırılmasını və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsaslar mövcuddur. Beləliklə, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa 154 (bir yüz əlli dörd) manat, miqdarında aliment tutulmasına dair Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləği hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manata qədər artırılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh oğlundan tutulan alimentin məbləğinin artırılmasının əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Ona görə ki, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa 154 (bir yüz əlli dörd) manat, miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)2630/2018 tarixli qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırki iş üzrə alimentin artırılması barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdən tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimen tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenunumunun xx xxxx 2016-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-4976/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 165 (yüz altmış beş) manat, ümumilikdə 330 (üç yüz otuz) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin . Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-963/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-963/2021
04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver