Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-976/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı ‘'Unibank'' KB ASC-nin xeyrinə 3334,23 manat əsas, 541,6 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3895,83 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 58,96 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-976/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Unibank'' KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27.6 % ödəmək şərtilə 7700 manat məbləğində kredit xətti açılmışdir. X5 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə apırlmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizli krediti borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 dekabr 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 3334,23 manat əsas, 541,6 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı borc olmaqla, cəmi 3895,83 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin etiraz ərizəsi Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, “Unibank'' KB ASC-nin ona qarşı olan iddiasına etiraz etdiyini bildirmiş və eyni predmetlə əlaqədar Suraxanı RPİ-nin İstintaq şöbəsi tərəfindən qaldırılmış cinayətin işinin sona çatanadək məhkəmə araşdırmasının dayandırılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, kartından naməlum şəkildə pul oğurlanıb. Bankın günahlarına baxmayaraq, cinayət işi sona çatanadək məhkəmə işinin müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Unibank” KB ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsini etibarsız hesab edir. İddiaçının mülahizəsi İddiaçı "xxxx" KB ASC Cavabdeh tərəfindən verilmiş etiraza cavab olaraq xx.xx.2024-cü il tarixli mülahizəsində bildirmişdir ki,cavabdeh "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müraciət ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən iddiaçının istifadəsində olan kartına 7700 manat məbləğində kredit köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kredit kartından ApplePay vasitəsi ilə 7545 manat vəsait istifadə olunmuşdur. Kartdan istifadə edilərkən baş vermiş hallar aşağıdakılardır: Cavabdeh sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq istifadəsində olan Leo kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Daha sonra məlumatları ələ keçirən şəxslər qeyd olunan əməliyyatı icra edərək kartdan silinməni həyata keçirmişlər. Bundan sonra Bank tərəfindən cavabdehin öncədən təqdim etdiyi mobil nömrəsinə göndərilən məlumatda ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumatlandırılmışdır. Bundan sonra Bank əməkdaşlarının səyi nəticəsində silinən məbləğin 4570.25 manat məbləğ iddiaçıya qaytarılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli X5 2.2.1-ci bəndinə əsasən “Müştəri öz hesabının müstəqil sərəncamcısıdır.” Ofertanın 3.1.10-cu bəndinə əsasən “Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.” 3.1.15-ci bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Bunları nəzərə alaraq, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iş üzrə iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, iddianı tələbini müdafiə edirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. İş materialları. "xxxx" KB ASC-nin BANK/PİKMD/1154352 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 3334,23 manat əsas, 541,6 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 3895,83 manat məbləğində borc yaranmışdır. xx.xx.2022-ci il tarixli ərizə-anketdən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2022-ci il tarixli Ümumi Ofertası və digər şərtlərlə razılaşmışdır. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan sms məlumatlarından görünür ki, görünür ki, Cavabdeh kredit limiti sms vasitəsilə xx.xx.2022-ci il tarixdə 7700 manat artırılmış, xx.xx.2023-cü il tarixdə isə 3334.23 manata endirilmişdir. İş materiallarında olan sənəddən görünür ki, Cavabdeh AGİD**********4 nömrəli kredit xətti açılmış, 7700 manat məbləğində kredit xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər illik 27.6 faiz dərəcəsi ilə 35 ay müddətinə ödəmək şərti ilə verilmişdir. xx.xx.2022-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair X3 5.1-ci bəndinə görə, bank borcalana bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 faiz dərəcəsinədək bir neçə dəfə 10000 manatadək və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. 5.2-ci bəndi: Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi maksimum 34.02% təşkil edir. Müqavilənin 5.7.4-cü maddəsinə görə, əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc barədə ona məlumat verilmiş, borcun 3 iş gün müddətində ödənməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Allahquliyevin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh məxsus bank kartından 7699 manat pulun gizli olaraq talanması faktında Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin tərkib əlamətləri vardır və toplanmış material üzrə həmin maddə ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan sənəddən görünür ki, Leobank tərəfindən ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə “Təsdiq kodun ******.***** kartın Apple Pay-e daxil edildi. Apple Walletde kartı seçib, tesdiq kodunu daxil et. Kod ** deqiqe erzinde aktiv olacaq.” , “Şifrə: ****. Şifrəni başqa birinə ötürmədiyinizə əminsiniz. Leobank əməkdaşları heç vaxt müştəridən şifrəni soruşmurlar. c*ZZm*WfoDl” məzmunlu mesajlar göndərilmişdir. İş materiallarında olan sənəddən görünür ki, Leobank tərəfindən ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə mesajlar ünvanlanmışdır. İş materiallarında olan sənəddən görünür ki, Cavabdeh kart hesabından xx.xx.2023-cü il tarixdə saat 21:19:18-də 1734 manat, xx.xx.2023-cü il tarixdə saat 21:19:52-də 1734 manat, xx.xx.2023-cü il tarixdə saat 21:21:03-də 1734 manat, xx.xx.2023-cü il tarixdə saat 21:21:38də 1734 manat, xx.xx.2023-cü il tarixdə saat 21:22:10-da 759.9 manat, xx.xx.2023-cü il tarixdə saat 21:23:33-da 4,08 manat məbləğində pul məxaric edilmiş, xx.xx.2023-cü il tarixdə saat 17:36:44-də 1734 manat, xx.xx.2023-cü il tarixdə saat 17:37:46-da 1734 manat, xx.xx.2023-cü il tarixdə saat 17:39:31-də 1170.25 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan sənəddən görünür ki, Leobank tərəfindən xx.xx.2023-cü il tarixdə ***-***-**-** nömrəsinə “Təsdiq kodun ******.***** kartın Apple Pay-e daxil edildi. Apple Walletde kartı seçib, tesdiq kodunu daxil et. Kod ** deqiqe erzinde aktiv olacaq.” məzmunlu mesaj göndərilmişdir. "Bakcell” MMC-nin 13 yanvar 2024-cü il tarixli sənədindən görünür ki, şəxsin xx.xx.2024cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, ********* nömrəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İmei kod **********76199 olan Samsung J320FDS markalı telefonda, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İmei kod **********64974 olan Samsung J320FDS markalı telefonda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İmei kod **********45321 olan LG H324T markalı telefonda, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İmei kod **********04103 olan X7 11S markalı telefonda, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İmei kod **********96790 olan Samsung A035F markalı telefonda istifadə edilmişdir. İş materiallarına əlavə olunmuş "Bakcell” MMC-nin İzahlı Qaimə sənədində ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" (“LeoBank”)-dan gələn zəng və sms əks olunmuşdur. xx.xx.2023-cü il tarixdə 4 dəfə məlumatların daxil olması görünür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.2. Hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Belə ki, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizə-anketdən müəyyən edilir ki, tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında 7700 manat məbləğində kredit 35 ay müddətinə, illik 27.6 % ödəmək şərtilə Cavabdeh hesabına köçürülmüşdür. Nəticədə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş və pulu Cavabdeh kart hesabına köçürmüşdür. Cavabdeh bildirmişdir ki, hesabına köçürülən pul məbləğinin "xxxx" KB ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh ərizə-anketi imzalandığını özü etiraf edir, müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Cavabdeh həmçinin bildirmişdir ki, hesabına köçürülən pul məbləği kartından naməlum şəkildə oğurlanmışdır. Cavabdeh kart hesabından oğurlanan pulun özü tərəfindən çıxarılmadığını bildirsə də, bunu əsaslı dəlillərlə sübut edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, oğurluq hadisəsi baş vermiş olsa belə iddiaçı "xxxx" KB ASC-nin bu hal üçün təqsiri müəyyən edilmir. İddiaçı tərəfindən qəbul edilmiş "xxxx" KB ASC-nin Ümumi Ofertasının 3.1.10-cu bəndinə əsasən, kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır. Eyni zamanda, iş materiallarına əlavə olunmuş "Bakcell” MMC-nin İzahlı Qaimədən görünür ki, cavabdehə məxsus ***-***-**-** mobil nömrəsinə "xxxx" (“LeoBank”)-dan xx.xx.2023-cü il tarixdə hesab üzrə əməliyyatlar aparılması üçün məlumat daxil olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, kartdan köçürmələr cavabdeh tərəfindən həyata keçirilmişdir. Cavabdeh iş üzrə kiber-təhlükəsizlik ekspertizanın təyin edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, sorğu olunan ekspertiza işin mahiyyətinə uyğun gəlmir və ekspertizanın keçirilməsi üzrə vəsatət sadəcə prosesi yubatmaq üçün verilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilə üzrə tərəflər arasında borcalan öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. Məhkəmə cəriməni tənəssübsüz surətdə yüksək hesab etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3334,23 manat əsas, 541,6 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 3895,83 manat məbləğində pul alınaraq iddiaçı “Unibank“ KB ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 58,96 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3334,23 manat əsas, 541,6 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 3895,83 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 58,96 manat məbləğində vəsait tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-976/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-976/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver