Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-980/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 19 saylı notariat ofisində 3M-279 reyestr № li, xx.xx.2021-cı il tarixli borc məbləği 8100 manat olmaqla kredit müqaviləsi bağlanmışdır. Cavabdeh 8100 manat pul məbləğini xx.xx.2021-ci il tarixinədək X1 qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Hal-hazırda Cavabdeh İddiaçı olan 8100 manat pul məbləğini bu günədək ödəməkdən boyun qaçırır.
İddiaçının tələbi.
2. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış, 3M-279 reyestr № li, xx.xx.2021-cı il tarixli borc müqaviləsinin ləğv edilməsi, Cavabdeh (borc alan) 8100 (səkkiz min yüz) manatın və dövlət rüsumu olaraq ödənilmiş pul məbləğinin tutularaq İddiaçı (borc verən) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasında iştirak edə bilməməyini nəzərə alaraq, iştirakı olmadan işə baxılmasını, iddiasının əsasını təşkil və sübut edən kredit müqaviləsi və onun əsasını təşkil edən bütün hüquq müəyyənedici sənədlərin təsdiqlənmiş surətini mötəbər sübut qismində dəyərləndirib, iddianın bütünlüklə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
5. Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2021-ci il tarixinədək qaytarmaq şərti ilə faizsiz 8100 manat məbləğində pul vəsaiti vermişdir.
6. Həmin müqavilənin 9-cu bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
7. xx.xx.2022-ci il tarixli təklif məktubundan görünür ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə nəzərdə tutulan 8100 manat borc vəsaitinin qısa müddət ərzində (3 gün) İddiaçı qaytarılmasının təmin olunması, əks təqdirdə mülki qanunvericiliyin tələblərinə əsasən mübahisənin mülki məhkəmə mübahisəsinə çevriləcəyi bildirilmişdir.
8. Bildirişin çatması haqqında poçt qəbzindən görünür ki, İddiaçı tərəfindən göndərilən təklif məktubu xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvanına çatdırılmışdır.
9. xx.xx.2021-ci il tarixli Muğan Bank ASC İnvest filialı tərəfindən verilən qəbzdən görünür ki, 163 saylı xx.xx.2021-ci il tarixli məktuba əsasən 8100 manat pul vəsaiti AZ43MUGA**********00006AZM28 nömrəli hesaba köçürülmüşdür.
10. xx.xx.2021-ci il tarixli kassa məxaric çeklərinin 80 nömrəli reyestrindən görünür ki, kassa çeki üzrə məxaric məbləği olan 8100 manat məbləğində pul vəsaiti AZ43MUGA**********00006AZM28 nömrəli xüsusi depozit hesabı vasitəsilə məxaric olunan vəsaiti almağa vəkil olunmuş fiziki şəxs Cavabdeh verilmişdir.
11. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
12. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
16. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixdə notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə 8100 məbləğində borc pul verməyi, cavabdeh isə həmin müddətədək borc pulu qaytarmağı öhdələrinə götürmüşlər.
17. İş materiallarından görünür ki, iddiaçı cavabdehə təklif məktubu göndərmişdir.
18. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin ləğv edilərək, kreditin qaytarılmasını tələb etməkdə haqlıdır.
19. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcu məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini geri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı verilmiş borcun cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır.
20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini və verdiyi krediti geri tələb etməkdə haqlıdır.
21. Ona görə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri.
22. Məhkəmə həmçinin iddianın 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
23. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 101 manat dövlət rüsumu ödəmişdir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 8100 manat məbləğində borc və ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M-279 reyestr nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 3M-279 reyestr nömrəli müqavilə üzrə 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.