Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-99/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixində keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixinə təxirə salınmış və bu haqda tərəflərə rəsmi məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilərək məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə saat 10:50-yə təxirə salınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilərək,məhkəmə iclası xx.xx.2022ci il tarixə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclası iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilərək, cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclası iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək mülki işin məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdə, saat 12:00-da keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 61,93 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 61,93 (altmış bir manat doxsan üç qəpik) manat pul iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-99/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-99/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver