Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-100/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – mənzilə dəyən maddi zərərin ödənməsi barədə 3000 manat təzminat ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək ünvan 1 ünvanına suyun axıdılmasına görə dəymiş ziyanın əvəzi olaraq 3000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yazılan ünvanda 2013-cü ildən ailəsi ilə yaşamağa gəlmişdir. Bu, 51 saylı mənzil çox bərbad, təmirsiz idi. Bundan əvvəl ipoteka ilə aldıqları mənzil söküldü. Ona görə imkan az olduğu üçün buraya gəlməyə razı olmuşdurlar. Qalan əldə olanı hamısını töküb mənzilin hər yerini təmir, bərpa etmişdirlər. Hamamda asma tavandan asılan 2 ədəd işığın yerindən indi hər ikisindən su axır, işıq yanmır. Hamam-tualetə fənərlə gedirlər. Çox yerdən gəlib baxıblar. Üstdə yaşayan bu vicdansız heç kimə məhəl qoymadan həyət eyvanını təmir etdirib və bağladıb. 122 saylı MİK-in rəisi A.Şərifov da deyir ki danışa bilmir, təsiri yoxdur. İddiaçı özü ağır tip şəkər xəstəsidir. İddiaçı necə etməlidir, təmir edib layiqli avadanlıq, və sairləri pis günə düşüb. Heç nəyi təzədən almağa heç imkanı yoxdur. Rahat, təhlükəsiz yaşamağa da onları qoymurlar. Xahiş etmişdir ki, onların mənzilə, ümumi hər yerinə baxış, yoxlama təyin edilsin, gəlib onların halını görsünlər. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, bu şəraitdə yaşamaq təhlükəli və çətindir. Mütəxəssislər də gəlib baxış keçirmişdirlər. Usta çağırdıqda sanitar qovşaqda su olması səbəbindən təmirdən imtina etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, artıq iş üzrə cavabdeh oğludur. Təmir-bərpa işləri görülmüşdür. Ev təmir olunduqdan sonra artıq ikinci dəfədir ki, bu barədə məhkəmədə iddia qaldırılıb. Əvvəlki illərdə də qətnaməyə əsasən ödəniş etmişdir. Bu dəfə qanunauyğun şəkildə ödəniş edəcək lakin daha sonra bu barədə iddia qaldırılacağı təqdirdə etiraz edəcəyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçının mənzilinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, yuxarı mərtəbədəki Cavabdeh1 aid 64 saylı mənzildən aşağı mərtəbədə olan 51 saylı mənzilə su axıntısı baş verib (64 saylı mənzildə kirayəkeş yaşayır). Nəticədə 51 saylı mənzilin hamam və tualet otağında işıqlar tamamilə sıradan çıxıb, qonaq otağında və dəhlizin tavan hissəsində qabarma və tökülmələr müşahidə olunur, eyni zamanda ümumi istifadə dəhlizində də divarda qabarmalar var. xx.xx.2023-cü il tarixli "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilən cavab məktubundan görünür ki, ünvan 2 ünvanına texniki baxış keçirildi və baxış zamanı yuxarı mərtəbədə yerləşən mənzilin sanitar qovşağından su axıntısının olduğu aşkar edilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın bağışlanması” aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 50, mənzil 64 Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/1775 saylı, xx.xx.2024-cü il tarixli və 3-16-16/2-10/4121 saylı, xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatlar məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/6741 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən ünvan 3in 64 saylı mənzilin qapısı bağlı olduğundan 51 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamış və 51 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1644 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-100/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş təkrar rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, rəy alınanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/1607/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3in 51 saylı mənzilinə su axıdıldığı və nəticədə 51 saylı mənzilə faktiki olaraq ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 3in 64 saylı mənzilin sanitariya qovşağında aparılmış eksperiment nəticəsində 64 saylı mənzildən 51 saylı mənzilə faktiki olaraq su axdığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-862/2019 saylı qiyabi qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək X1 və Cavabdeh1 müştərək qaydada vurulmuş zərərin əvəzi olaraq 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, 24298 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən xərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Sudan istifadə” Qaydalarının 5.1.8-ci maddəsinə əsasən STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) balansında olan STTSAS-da (su təchizatı və tullantı sularının axıdılması sistemləri) baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüquqlarıdır. Həmin Qaydalarının 9.9.-cu maddəsinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin hallarından da görünür ki, iddiaçıya məxsus məxsus ünvan 3 ünvanında yerləşən 51 saylı mənzilə su axıdılır. Belə ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 51 saylı mənzilə su axıdıldığı və nəticə 51 saylı mənzilin tikililərinə ziyan vurulduğu aşkar olunmuşdur. Tikililərdə yaranmış qüsurların hansı tarixdə baş verməsinin müəyyən edilməsinə dair metodika olmadığından mümkün olmamışdır. İddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 51 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1644 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi gedişatında Cavabdeh1 mənzili oğlu Cavabdeh2 bağışlamışdır. Hazırda mənzilin mülkiyyətçisi Cavabdeh2dur. Məhkəmə qeyd edir ki, binadan nəyinsə axıdılması zamanı zərər vuran şəxsin məsuliyyət daşıması üçün bu şərtlər olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), şəxsiyyət və ya əmlaka dəymiş zərər, həmin zərərin binanın (mənzilin, yaxud otağın) lazımi qaydada saxlanılmamasından irəli gəlməsi, yəni əməllə zərər arasında uyğun səbəbli əlaqə, məsuliyyətə səbəb olan binanın (mənzilin, yaxud otağın) cavabdehin mülkiyyətində və ya hər hansı formada sahibliyində olması. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mənzilinə məhz Cavabdeh2 mülkiyyətində olduğu mənzildən su axması müəyyən edilmişdir. Buna görə də iddia tələbləri ona aid hissədə qismən təmin edilməli, digər Cavabdeh1 isə iddia tələbləri aid edilməməlidir. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olub-olmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə yaşamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfi deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi). Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin 3000 manat olması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/1607/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə də müəyyən edilmişdir ki iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 51 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1644 manat məbləğində müəyyən olunmuşdur. Odur ki, 1644 (min altı yüz qırx dörd) manat məbləğində maddi ziyanın əvəzi Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının məhkəmə xərci olan dövlət rüsumu ilə bağlı tələbi olmadığından məhkəmə xərci olan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tikinit-texniki ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 1644 (min altı yüz qırx dörd) manat məbləğində maddi ziyanın əvəzi Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-100/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-100/2025
03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver