Məhkəmə qərarları › İş №2(011)-101/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-101/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-101/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bəkirova Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun valyutasının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22935,47 ABŞ dolları əsas borc, 22283,19 ABŞ dolları faiz borcu, 1800 manat cərimə borcu olmaqla, ümumilikdə 58119,23 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 İddiaçı ASC-yə qarşı “borcun ABŞ dolları vahidindən AZN pul vahidinə dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-596/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı ASC-yə qarşı “borcun ABŞ dolları vahidindən AZN pul vahidinə dəyişdirilməsi” tələbinə dair 2(004)-596/2022 saylı mülki işin icraatı Xətai rayon Məhkəməsinin icraatında olan 2(006)-3937/2021 saylı mülki işin icraatına birləşdirilməsi üçün aidiyyəti üzrə Xətai rayon Məhkəməsinə göndərilmişdir. 01 sentyabr 2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbi üzrə ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22935,47 ABŞ dolları əsas borc, 35963,36 ABŞ dolları faiz borcu, 2352,11 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 61250,94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 13 may 2022-ci il tarixdə iddiaçı Yelo Bank” ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada iddia ərizəsinə əlavə ərizəsi təqdim edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 29454,71 ABŞ dolları əsas borc, 24677,79 ABŞ dolları faiz borcu, 4024,28 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 58156,78 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 04 dekabr 2014-cü il tarixdə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 25 faizlə 60 müddətinə 31970 dollar kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır, 04 iyun 2015-ci il tarixli sazişə əsasən kreditin bitmə tarixi xx.xx.2021-ci il təyin edilir, lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır Cavabdeh1 mühasibatlıq rəyi nəzərə alınmaqla banka 04 dekabr 2014-cü il tarixdə kredit müqaviləsinə əsasən 29454,71 ABŞ dolları əsas borc, 24677,79 ABŞ dolları faiz borcu, 4024,28 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 58156,78 ABŞ dolları borcu vardır, eyni zamanda xx.xx.1024-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 4 nömrəli mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir, hazırda cavabdehdən tələb olunan kredit borcunun ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 3 otaqlı 4 nömrəli mənzilə yönəldilməlidir, Cavabdeh1 da banka qarşı iddia tələbini qəbul etmir, belə ki müqavilədə də qeyd edilmişdir, kredit ABŞ dolları valyutasında verilmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bəkirova Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbinin təmin edilməsini, cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbini qəbul etməyərək, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbini müdafiə edərək bildirdi ki, bank işin halları ilə bağlı məhkəməyə düzgün məlumat verməmişdir, belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilənin təminatı olaraq eyni tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı 4 nömrəli mənzil Bankın xeyrinə yüklü edilmişdir, lakin iddia ərizəsində qeyd olunan kredit Cavabdeh1 ABŞ dolları ilə deyil, məxaric edilərək manatla verilmişdir, kredit müqaviləsində 31900 ABŞ dolları nəzərdə tutulsa da, o bankın kassasından 25000 manat götürmüşdür, kreditin manatla verilməsinə əsas olan məxaricə qol çəksə də həmin qəbz ona təqdim edilməmişdir, hazırda həmin borcun manatla əvəz olunmasını istəyir, belə ki, iddiaçı 25000 manat pul götürmüşdür, lakin bu dollar kimi qeydiyyatdan keçirilmişdir, bu səbəbdən Bankın hazırda ona qarşı ABŞ dolları ilə olan iddia tələbini də qəbul etmir. Sonda Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qeyd etdiklərinin nəzərə alınmasını, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bəkirova Cavabdeh4 qarşı iddia tələbi təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-yə qarşı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən kredit alana illik 25%-lə 60 ay müddətinə, kreditin valyutası USD olmaqla, 31970 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur, kreditin təminatı daşınmaz əmlak və zaminlik müqavilələridir, həmin müqavilənin 9.1-ci maddəsinə əsasən, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı ipoteka müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzil xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi üzrə ödənişlərin qaytarılmasının təminatı kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC, Cavabdeh1 31970 USD məbləğində pulu iddiaçıya təhvil vermişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 1 №-li Əlavədən görünür ki, borcalan Cavabdeh1 verilən kredit məbləği 31970 USD, illik faiz 25%, müddət 60 ay, aylıq annuitet 938,36 USD-dir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavədən görünür ki, müqavilənin 1.1 bəndini ipoteka saxlayanla borc alan arasında xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsinə əsasən, 30549,11 USD məbləğdə habelə digər ödənişlərin qaytarılmasının təminatı kimi əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı ipoteka müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavədən görünür ki, müqavilənin 1.6 bəndinə göstərilən 60 ay sözləri 83 ay 6 gün sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən MH seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 251 nömrəli reyestr kitabının 24607 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı 054-360 saylı çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxs X2 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122, mənzil 4 "xxxx" İKB 10 saylı Filialının xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 251 nömrəli reyestr kitabının 24607 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən elektron çıxarışdan görünür ki, hüququ yüklü edilən şəxs X2 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122, mənzil 4 İddiaçı ASC-nin xeyrinə 83 ay 6 gün müddətinə ipoteka əlavə qeydiyyatı ilə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 251 nömrəli reyestr kitabının 24607 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 1 №-li Əlavədən görünür ki, borcalan Cavabdeh1 verilən kredit məbləği 30549,11 USD, illik faiz 25%, müddət 78 ay, aylıq annuitet 1563,60 USD-dir. İş materiallarında olan "xxxx" ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı Zaminlik Müqaviləsindən görünür ki, zamin və borclu xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi üzrə birgə cavabdehdirlər. İş materiallarında olan "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı Zaminlik Müqaviləsindən görünür ki, zamin və borclu xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi üzrə birgə cavabdehdirlər. İş materiallarından görünür ki, İddiaçı ASC DƏDRX ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilə - ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin valyutası USD-dir, Cavabdeh1 həmin müqaviləyə əsasən, əsas borc üzrə qalıq məbləği 22935,47 USD, faiz borc üzrə qalıq məbləği 33383,19 USD, cərimə borcu üzrə məbləğ 1800,57 USD, banka olan cəmi borc 58119,23 USD-dir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə kreditin valyutası USD-dir, Cavabdeh1 həmin müqaviləyə əsasən, əsas borc üzrə qalıq məbləği 22935,47 USD, faiz borc üzrə qalıq məbləği 35963,36 USD, cərimə borcu üzrə məbləğ 2352,11 USD, banka olan cəmi borc 61250,94 USD-dir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanılması barədə Bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2021-ci il tarixli Xəbərdarlıq məktubları göndərilmiş, cavabdehlərdən borc məbləğinin könüllü şəkildə 5 gün müddətində Banka ödənilməsi, əks təqdirdə borcun məhkəmə qaydasında tutulacağı bildirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 sənədlərin təqdim edilməsinə dair bildiriş ilə İddiaçı ASC-yə və Mərkəzi banka müraciət edərək, xx.xx.2014-cü il tarixli 22-G-4-0- 1609-14 saylı kredit müqaviləsinin, kassa məxaric qəbzinin surətlərinin və hesab çıxarışın verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 06 iyul 2021ci il tarixli Məktubun surətidənn görünür ki, sonuncuya xx.xx.2014-cü il tarixli 22-G-4-0- 1609-14 saylı kredit müqaviləsi üzrə 60 ay müddətinə illik 25 % olmaqla, 31970 USD məbləğində kredit verildiyi bildirilmiş, tələb olunan sənədlərin surətlərinin göndərildiyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı ASC ipotekanın əlavə qeydiyyatı haqqında ərizə ilə DƏDRX Bakı Ərazi idarəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixində 10 manat və 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/3649 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi üzrə borcalanın borcu xx.xx.2019-cu il tarixə əsas borc üzrə 29454,71 ABŞ dolları, faiz borcu üzrə 22758,69 ABŞ dolları, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29454,71 ABŞ dolları, faiz borcu üzrə 23802,33 ABŞ dolları təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/6496 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi üzrə borcalanın borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29454,71 ABŞ dolları, faiz borcu üzrə 24677,79 ABŞ dolları təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilin hazırkı bazar qiyməti təqribən 75000 manat, likvid dəyəri təqribən 72000 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xidmət haqqı 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilin hazırkı bazar qiyməti 55000 manat, likvid dəyəri 47000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirlimə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilin hazırkı bazar qiyməti 63000 manat, likvid dəyəri 57000 manat təşkil edir. Həmin Hesabata əlavə olunmuş 03 №-li hesab fakturadan görünür ki, hesabat üzrə ödənilməli məbləğ 200 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 60 ay müddətinə illik 25 faiz olmaqla 31970 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan 04 dekabr 2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı Kredit Müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə 31970 ABŞ dolları məbləğində pulu kassa məxaric orderinə imza edilməklə bankdan götürmüşdür, eyni tarixli zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəflər arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində zamin durmuşdurlar, həmçinin kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil "xxxx" ASC-nin (İddiaçı ASC-nin) xeyrinə yüklü edilmişdir, həmin müqavilə üzrə mənzilin dəyəri 2014-cü ildə tərəflər arasında 63.0000 manat müəyyən edilmişdir, əmlakın dəyəri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən – bazar dəyəri 75000, likvid dəyəri 72.000 manat; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən bazar dəyəri 55000, likvid dəyəri, 47.000 manat; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən – bazar dəyəri 63.000 manat, likvid dəyəri 57.000 manat məyyən edilmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun hazırda banka əsas, faiz və cərimə borcu qalmışdır, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3649 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29454,71 ABŞ dolları, faiz borcu üzrə 23802,33 ABŞ dolları, xx.xx.2021-ci il tarixli, 9/6496 saylı ekspert rəyinə əsasən isə, borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29454,71 ABŞ dolları, faiz borcu üzrə 24677,79 ABŞ dolları təşkil edir, Cavabdeh1 borcunun olması barədə Bank tərəfindən xəbərdar edilmişdir, Bankın hazırki iddia tələbi 29454,71 ABŞ dolları əsas, 24677,79 ABŞ dolları faiz, 4024,28 ABŞ dolları cərimə borcuolmaqla, ümumilikdə 58156,78 ABŞ dollarının Cavabdeh1 və zaminlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsi barədədir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan borcun məbləğinə münasibətdə ekspert rəylərini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, xx.xx.2021-ci il tarixli 9/6496 saylı rəyi, digər mühasibarlıq rəyinə (xx.xx.2021-ci il tarixli, 9/3649 saylı) nisbətən son dövrləri (xx.xx.2021-ci il tarixli, 9/3649 saylı rəy - xx.xx.2021-ci il tarixə olan borcu; xx.xx.2021-ci il tarixli, 9/6496 saylı rəyi - xx.xx.2021-ci il tarixə olan borcu) əhatə etdiyindən sübut kimi qəbul edilməli, kredit müqaviləsi üzrə əsas və faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq əsas borc üzrə 29454,71 ABŞ dolları, 24677,79 ABŞ dolları həddində müəyyən edilməklə, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin kreditorun əmlak mənafeləri nəzərə almaqla, 800 ABŞ dolları həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) müştərək qaydada tutulmalıdır. Məhkəmə, mənzilin satış məbləği barədə məhkəməyə təqdim edilən sübutları nəzərdə keçirərək qeyd edir ki, mənzilin likvid dəyəri barədə təqdim edilmiş rəylər arasında böyük fərq ("xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən – 72.000 manat; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən 47.000 manat; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən – 57.000 manat) olsa da, mənzilin likvid dəyərinin həmin sübutlar üzrə müəyyən edilməsini mümkün hesab edir və bu məqsədlə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi üzrə gəlinən nəticəni nəzərə alır. Belə ki, həmin Rəy, digərlərinə münasibətdə son dövr üzrə bazar qiymətlərinə istinad olunmaqla, müasir qiymətləndirmə standartlarına əsasən tərtib olunmuş, həmçinin Rəy üzrə ipoteka predmetinin bazar dəyəri 63.000 manat müəyyən olunmaqla ipoteka müqaviləsi əsasında tərəflər arasında razılaşdırılmış 63.000 manat bazar qiyməti ilə eynilik təşkil edir. Belə olan halda məhkəmə, mənzilin bazar dəyərinin 63.000 manata uyğun olaraq likvid dəyərinin 57.000 manat həddində müəyyən olunması barədə ekspertin gəldiyi nəticəni bu məqsədlə məqsədəmüvafiq hesab edir. Məhkəmə, Cavabdeh1 İddiaçı ASC-yə qarşı “borcun valyutasının dəyişdirilməsi” tələbinə münasibətdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 müqavilə üzrə pul öhdəliyi ABŞ dolları ilə ifadə edildiyindən, Cavabdeh1, 31970 ABŞ dolları (USD) məbləğində pulu xx.xx.2014-cü il tarixdə kassa məxaric orderinə imza etməklə "xxxx" ASC-dən təhvil aldığından, habelə kreditin Cavabdeh1 manat valyutasında verilməsinə dair hallar məhkəmə tərəfidən müəyyən olunmadığından Cavabdeh1 iddia tələbi əsaslı deyildir və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ASC-nin iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla, 29454,71 ABŞ dolları əsas borc, 24677,79 ABŞ dolları faiz borcu, 800 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 54932,50 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq İddiaçı ASC-yə ödənilməli, tutma, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc mənzilin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməli, mənzilin dəyəri 57000 manat müəyyən edilməli, tələb, mənzilə yönəldildikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin ipoteka predmeti olan mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq banka təhvil verilməli, Cavabdeh1 İddiaçı ASC-yə qarşı “xx.xx.2014-cü il tarixli 22-G-4-0-1609-14 saylı kredit müqaviləsi üzrə verilmiş borcun pul vahidi olaraq 25000 AZN məbləğində qəbul olunması, hesablaşmalarda düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə” iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat onlardan müştərək qaydada alınaraq iddiaçıya, məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri kimi 200 manat "xxxx" MMC-yə, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 (50+50) manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh1 İddiaçı ASC-yə qaşrı iddia tələbi üzrə ödədiyi dövlət rüsumu isə iddia tələbi rədd edildiyindən Cavabdeh1 özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla 29454,71 ABŞ dolları əsas borc, 24677,79 ABŞ dolları faiz borcu, 800 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 54932 (əlli dörd min doqquz yüz otuz iki) ABŞ dolları 50 (əlli) sent borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə yönəldilsin, həmin mənzilin açıq hərracdan satılsın və borc Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilin satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin. Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilin dəyəri 57000 (əlli yeddi min) manat müəyyən edilsin. Tələb, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bəkirova Cavabdeh4 ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 122 ünvanında yerləşən 4 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, onlar həmin mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq banka təhvil verilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2014-cü il tarixli 22-G-4- 0-1609-14 saylı kredit müqaviləsi üzrə verilmiş borcun pul vahidi olaraq 25000 AZN məbləğində qəbul olunması, hesablaşmalarda düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizalarının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar