Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1032/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Məmmədov Elçin Mustafa oğluna və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Məmmədov Elçin Mustafa oğluna və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin Şəki filialı ilə cavabdeh Məmmədov Elçin Mustafa oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün "xxxx" ASC tərəfindən 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq cavabdeh Məmmədov Elçin Mustafa oğluna kredit verilərkən Cavabdeh1 ilə 08 yanvar 2015-ci il tarixli, ZM-210007683 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 08 yanvar 2015ci il tarixli Kredit müqaviləsinə 06 aprel 2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Bank qarşısındakı kredit öhdəliyinin qalıq məbləği 6083.58 ABŞ dolları müəyyənləşdirilmişdir. Kreditin müddəti 06 aprel 2018-ci il tarixinədək uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 18 dekabr 2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Məmmədov Elçin Mustafa oğlunun xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 13856.60 ABŞ dolları təşkil edir. Bundan 3477.49 ABŞ dolları əsas, 4579.20 ABŞ dolları faiz, 5203.27 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 596.64 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MM-nin 442, 445.2.1, 445.7, 448.1, 449.4, 465.2, 470.1, 472.2-ci maddələri ilə əsaslandıraraq, cəmi 13856.60 ABŞ dolları borcun, bundan 3477.49 ABŞ dolları əsas, 4579.20 ABŞ dolları faiz, 5203.27 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 596.64 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Məmmədov Elçin Mustafa oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında ləğv prosesində olan Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Məmmədov Elçin Mustafa oğlu və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Şəki filialı ilə Məmmədov Elçin Mustafa oğlu arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-si tərəfindən Məmmədov Elçin Mustafa oğluna 24 ay müddətinə illik 25% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 aprel 2015-ci il tarixli Əlavə Sazişə əsasən məlum olur ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6083.58 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 06 aprel 2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-si ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2015ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Məmmədov Elçin Mustafa oğlunun kredit müqaviləsi üzrə əsas borcu 3477.49 ABŞ dolları, 4579.20 ABŞ dolları faiz, 5203.27 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 596.64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13856.60 ABŞ dolları borcu vardır. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Məmmədov Elçin Mustafa oğluna və Cavabdeh1 ünvanladığı bildirişə əsasən məlum olur ki, bank borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə cavabdehləri xəbərdar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli, 9/5611 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 08 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və 06 aprel 2015-ci il tarixli, 01 №-li “Əlavə saziş”də qeyd olunan şərtlərə əsasən Məmmədov Elçin Mustafa oğlunun 06 aprel 2018-ci il tarixə (sualda göstərilən tarixə) "xxxx" ASC-yə olan borcu 6438.98 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən : əsas borc üzrə 3477.49 ABŞ dolları, faiz borcu üzrə 2961.49 ABŞ dolları; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (maddə 477.0.4) Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki işin materialları ilə təsdiq edilir ki, "xxxx" ASC ilə Məmmədov Elçin Mustafa oğlu arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən tərəfindən Məmmədov Elçin Mustafa oğluna 24 ay müddətinə illik 25% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 həmin kreditin qaytarılmasına zamin durmuşdur. Həmin müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, 06 aprel 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6083.58 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 06 aprel 2018-ci il tarixədək müəyyən edilmiş, iddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində ləğv prosesində olan "xxxx" ASC-si tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün Cavabdeh1 zaminliyinə xitam verildiyindən iddia tələbi ona qarşı təmin edilməməlidir. Yuxarıda qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinin və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, iş materiallarında olan ekspert rəyi ilə təsdiq edilir ki, cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə, yəni 06 aprel 2018-ci il tarixə əsas borc üzrə 3477.49 ABŞ dolları, faiz borcu üzrə 2961.49 ABŞ dolları olmaqla, ümumi borc 6438.98 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Məmmədov Elçin Mustafa oğlundan əsas borc üzrə 3477.49 ABŞ dolları, faiz borcu üzrə 2961.49 ABŞ dolları olmaqla, ümumi borc 6438.98 ABŞ dolları borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər cavabdehə qarşı təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış 596.64 ABŞ dolları hissəsində əsaslandırılmadığından və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov Elçin Mustafa oğlundan 3477.49 ABŞ dolları, faiz borcu üzrə 2961.49 ABŞ dolları olmaqla, ümumi 6438.98 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın məzənnəsinə müvafiq olaraq manatla) məbləğində pul vəsaiti "xxxx"ASC-nin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 qarşı təmin edilməsin. İddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" ASC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat cavabdeh Məmmədov Elçin Mustafa oğlundan tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 50 manat ekspertiza xərcinin 50%, yəni 25 manat cavabdeh Məmmədov Elçin Mustafa oğlundan, qalan 50%, yəni 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1032/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1032/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver