Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1047/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dair” iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, cavabdehdən dəymiş maddi ziyanın əvəzi olaraq 900 manat pul vəsaitin 2/5 hissədə İddiaçı1, 1/5 hissədə İddiaçı2 və 1/5 hissədə İddiaçı3 xeyrinə tutulması, 45 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən onlara verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən ümumi sahəsi 149.9 kv.m olan fərdi yaşayış evinin və sahəsi 0.2630 ha olan həyətyanı torpaqsahəsinin hüquqi sahibləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. X7, torpaq sahəsi - ümumi birgə, ev - tam.
2. İddiaçı1, torpaq sahəsi - ümumi birgə.
3. X5, torpaq sahəsi - ümumi birgə.
4. İddiaçı3, torpaq sahəsi - ümumi birgə.
5. İddiaçı2, torpaq sahəsi - ümumi birgə.
İddiaçılar xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində torpaq sahəsində əkilmiş xurma ağaclarının meyvəsini yığmaq üçün torpaq sahələrinə 100 ədəd yeşik gətirmişlər, daha sonra yenidən 100 ədəd də yeşik gətirməli idilər. xx.xx.2021-ci il tarixdə, saat 09:00da onlar torpaq sahələrinə meyvələri yığmağa gələn zaman görmüşlər ki, cavabdeh onların yeşiklərini yola tökür. Onlar buna etiraz etdikdə cavabdeh bildirmişdir ki, “get hara istəyirsən şikayət et, torpaq sahəsi mənimdir.” Belə olan halda, iddiaçılar yola tökülən yeşiklərin şəklini çəkmiş və 102 Polis Xidmətinə zəng etmişlər. Lakin onların zəngi cavabdehin əməllərinə son qoyulmasına əsas olmamış və iddiaçılara bildirilmişdir ki, aralarında olan mübahisə mülki xarakter daşıdığı üçün ümümi əsaslarla məhkəməyə müraciət etsinlər. Eyni zamanda, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cavabdehin əməlləri cinayət xarakterli olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçılar bildirmişdir ki, hazırda cavabdeh onların 200 yeşik xurma ağacının meyvələrini yığıb satmışdır. Nəticədə, onlara mövsüm üçün satış qiyməti 4-5 manat olan, 4 manat 0.50 qəpik hesabı ilə 900 manat məbləğində ziyan vurmuşdur. Həmçinin, onların 30 ədəd yeşikləri yerə tökülüb oğurlandığı üçün cavabdeh onlara bir ədəd yeşiyin qiyməti 1.50 manat olmaqla 45 manat ziyan vurmuşdur. Məhkəmə iclaslarında iddiaçılar iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil etirazını onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və həqiqətə uyğun deyildir. Belə ki, iddiaçılar iddia ərizəsində bildirirlər ki, guya cavabdeh onlara məxsus torpaq sahəsində əkilmiş xurma ağaclarının məhsulunu toplayaraq mövsüm üçün satış qiyməti 4-5 manat olan 200 yeşik xurma satmışdır. Bununla iddiaçılara 900 manat məbləğində ziyan vurmuşdur. Həmçinin, onların 30 ədəd yeşikləri yerə tökülüb oğurlandığı üçün cavabdeh onlara bir ədəd yeşiyin qiyməti 1.50 manat olmaqla 45 manat ziyan vurmuşdur. Bildirilir ki, iddiaçıların iddia ərizəsində qeyd etdikləri hallar tamamilə yalandan ibarət olub həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh iddiaçılara məxsus torpaq sahəsində əkilmiş ağacların məhsulunu yığmamış, satmamış və iddiaçıların yeşiklərinin oğurlanmasına səbəb olmamışdır. Eyni zamanda, iddia ərizəsi heç bir həqiqətə, heç bir sübuta söykənmir. Belə ki, iddiaçılar cavabdehin 200 yeşik xurma ağaclarının məhsulunu satmağını hər hansı bir ödəniş qəbzi və ya alıcı kimi şahid ifadələri və ya digər sübut növləri ilə sübut etmirlər. Eyni zamanda, onların 30 ədəd yeşiyinin cavabdehin hansısa hərəkətinə görə oğlurlandığı barədə sübutlarını məhkəməyə təqdim etməmişlər. Eyni zamanda, vəkil qeyd etmişdir ki, iddiaçılar hər mövsüm eyni mahiyyətdən, eyni tələbdən ibarət olan iddialarla məhkəməyə müraciət etmişlər. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5660/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, X4 Cavabdeh qarşı maddi zərərə görə 30000 manatın, 6000 ABŞ dollar borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə iddiasının rədd edilməsi qət olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddiasının əsası kimi göstərdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir, iddiaçı özünün irəli sürdüyü tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmış, lakin cavabdehlə həqiqətən hər ay cavabdehin ona 50 ABŞ dolları ödəməsi barədə razılaşmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə iddiaçının cavabdehin ona məxsus həyətyanı sahədə əkilmiş ağaclardan məhsul götürməsi barədə iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddiaçı qeyd edilən iddiasını da iddia ərizəsində göstərilənlərlə əsaslandırmaqla kifayətlənmiş, lakin məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Həmin qətnamə üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12028/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5660/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-832/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar X4 və digərlərinin Cavabdeh qarşı “700 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddiaları rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 832/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdrıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon İH başçısının Yuxarı Seyfəli kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 31 saylı arayışından görünür ki, İddiaçı1 Şəmkir rayonunun Yuxarı Seyfəli kənd İƏD-də daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və X8, X1 və İddiaçı2 ibarət ailə üzvləri vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışda ümumi sahəsi 149.9 kv.m olan fərdi yaşayış evinin və sahəsi 0.2630 ha olan həyətyanı torpaq sahəsininin hüquqi sahibləri aşağıdakı kimi müəyyən edilmişdir: X5, torpaq sahəsi – 1/5 hissə, İddiaçı3, torpaq sahəsi – 1/5 hissə, İddiaçı2, torpaq sahəsi – 1/5 hissə, İddiaçı1, ev tam, torpaq sahəsi – 2/5 hissə. İş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı P.Mirzəyevin xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarına əsasən, tərəflərin istəklərinin mülki xarakterli olduğundan, faktda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5660/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı - cavabdehdən maddi zərərə görə 30000 manatın, 6000 ABŞ dollar borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə iddiası rəddedilməsi qət olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddiasınınəsası kimi göstərdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir, iddiaçı özünün irəlisürdüyü tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmış, lakin cavabdehlə həqiqətən hər ay cavabdehin ona 50 ABŞ dolları ödəməsi barədə razılaşmalarını təsdiq edənhər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə iddiaçının cavabdehin ona məxsus həyətyanı sahədə əkilmiş ağaclardan məhsul götürməsi barədə iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddiaçı qeyd edilən iddiasını da iddia ərizəsində göstərilənlərlə əsaslandırmaqla kifayətlənmiş, lakin məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Həmin qətnamə üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-832/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cavabdehdən maddi zərərə görə 700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2394/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cavabdehdən maddi zərərə görə 1600 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə iddiası qismən təmin edilmiş, cavabdehdən 455 manat pulun və 20 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddianın qismən təmin olunmasına əsas Cavabdeh qismən etirafı olmuşdur, qətnamə ilə tutulacaq məbləğ Cavabdeh etiraf etdiyi məbləğ olmuşdur. İş materiallarında olan fotoşəkillərlə bağlı məhkəmə bildirir ki, həmin fotoşəkillərin hansı tarixdə və harada çəkilməsi qeyri-müəyyən olduğundan həmin şəkillər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirəetdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etməkhüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duranfaktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onlara 900 manat maddi ziyan vurulduğunu iddia etsələr də, tələbin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdirlər. Həmin hal məhkəmə tərəfindən araşdırılmış sübutlarla da təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiştələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərintəqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnızməhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360cımaddələrini rəhbər tutaraq, Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cavabdehdən dəymiş maddi ziyanın əvəzi olaraq 900 manat pul vəsaitin 2/5 hissədə İddiaçı1, 1/5 hissədə İddiaçı2 və 1/5 hissədə İddiaçı3 xeyrinə tutulması, 45 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılaraaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova