Məhkəmə qərarları › İş №2(011)-1064/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1064/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1064/2022 31.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, TP-İJNK Modern üçün 23 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Gorenje Ütü üçün 16,6 manat ödənilməmiş hissə, 1,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Led televizor üçün 147,6 manat ödənilməmiş hissə, 14,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Redmond Blender üçün 66 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Remington Saçqırxan üçün 30,4 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi qulaqlıq üçün 33 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi qulaqlıq üçün 39 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********85419 Samsung Galaxy A21s markalı telefon üçün 138,2 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Ventilyator üçün 85,4 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 663 manat pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci vəxx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən TP-İJNK Modern, Gorenje Ütü, Hoffmann Led televizor, Redmond Blender, Remington Saçqırxan, 2 ədəd Xiaomi Redmi qulaqlıq, İMEİ Kodu **********85419 Samsung Galaxy A21s markalı telefon, Hoffmann Ventilyator almış və nəticədə 633 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1055,20 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" MMCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə X1 arasında xx.xx.2020-ci il tarixdə № 20225515 saylı, xx.xx.2020-ci il tarixdə № 20234645 saylı, xx.xx.2020-ci il tarixdə № 20239201 saylı, xx.xx.2020-ci il tarixdə № 20240972 saylı, xx.xx.2020-ci il tarixdə № 20255017 saylı, xx.xx.2020-ci il tarixdə № 20271121 saylı, xx.xx.2020-ci il tarixdə № 20309665 saylı, xx.xx.2020-ci il tarixdə № 20366486 saylı, xx.xx.2020-ci il tarixdə № 21019447 saylı müqavilələr bağlanmışdır. Göstərilən müqavilələrə əsasən TP-İJNK Modern, Gorenje Ütü, Hoffmann Led televizor, Redmond Blender, Remington Saçqırxan, 2 ədəd Xiaomi Redmi qulaqlıq, İMEİ Kodu **********85419 Samsung Galaxy A21s markalı telefon, Hoffmann Ventilyator ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 16 aprel 2020-ci il tarixli müqaviləyə görə 23 (iyirmi üç) manat ödənilməmiş borc, 2 (iki) manat cərimə borcu, 22 aprel 2020-ci il tarixli müqaviləyə görə 16,60 (on altı manat altmış qəpik) manat ödənilməmiş borc, 1,40 (bir manat qırx qəpik) manat cərimə borcu, 25 aprel 2020-ci il tarixli müqaviləyə görə 147,60 (yüz qırx yeddi manat altmış qəpik) manat ödənilməmiş borc, 14,40 (on dörd manat qırx qəpik) manat cərimə borcu, 26 aprel 2020-ci il tarixli müqaviləyə görə 66 (altmış altı) manat ödənilməmiş borc, 6 (altı) manat cərimə borcu, 02 may 2020-ci il tarixli müqaviləyə görə 30,40 (otuz manat qırx qəpik) manat ödənilməmiş borc, 3 (üç) manat cərimə borcu, 10 may 2020-ci il tarixli müqaviləyə görə 33 (otuz üç) manat ödənilməmiş borc, 3 (üç) manat cərimə borcu, 26 may 2020-ci il tarixli müqaviləyə görə 39 (otuz doqquz) manat ödənilməmiş borc, 3 (üç) manat cərimə borcu, 21 iyun 2020-ci il tarixli müqaviləyə görə 138,20 (yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş borc, 13 (on üç) manat cərimə borcu, 12 iyul 2020-ci il tarixli müqaviləyə görə 85,40 (səksən beş manat qırx qəpik) manat ödənilməmiş borc, 8 (səkkiz) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 663 (altı yüz altmış üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar