Məhkəmə qərarları › İş №2(011)-1065/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1065/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1065/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 98000 manat borcun və əlavə olaraq işin məhkəmədə baxılması üçün ödənilmiş 384 manat dövlət rusumunun alınaraq İddiaçı ödənilməsi barərə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir tanıdığı və yaxın qohumu olan Cavabdeh xx.xx.2020-ci il tarixdə 98000 (doxsan səkkiz min) manat pul borca vermişdir. Bunu gələcəkdə sübut etmək üçün ondan həmçinin bunu qeyd etməklə şəxsən Cavabdeh tərəfindən yazılmış əl yazısı olan ərizəsini almışdır.Şəxsən Cavabdeh tərəfindən yazılmış ərizədə o iddiaçıdan xx.xx.2020-ci il tarixdə aldığı 98000 manat borcu xx.xx.2021-ci il tarixdə yəni bir il ərzində qaytarcağına söz vermiş və bu pulu qaytarmayacağı təqdirdə iddiaçının məhkəməyə müraciət edə biləcəyini yazmışdır. Belə ki, Cavabdeh qeyd olunan zamanda yəni 2020-ci ilin əvvəllərində çox uçuz qiymətə ev tapdığını iddiaçıya bildirərək evi alıb gələcəkdə daha yuxarı qiymətə sataraq qazanc əldə edəcəyini və borcunu bu qaydada qaytaracağına söz vermişdir. İddiaçının bildiyi qədəri ilə həmin ərafədə o qeyd olunan evi alıb və hazırda qeyd oluna evdə yaşayır.İddiaçı qeyd edir ki, bundan əvvəldə dəfələrlə Cavabdeh borca böyük məbləğlərdə pul vermiş və o həmişə borcunu gecikmə olmadan qaytarıb.Lakin son olaraq götürdüyü 98000 manatı geri qaytarmaqdan imtina edir. Son zamanlar isə ümumiyyətlə telefon zənglərinə cavab vermir.Bununla əlaqədar onun yaşadığı evə bir neçə dəfə getsədə heç bir nəticə verməmişdir. O iddiaçıya birazda gözləməyi və bu yaxınlarda evi satacağını və borcu qaytaracağını bildirmiş, lakin iddiaçı artıq ona inanmadığını və borcunun məhkəmə qaydasında qaytarılmasını istəyir. Tərəflərin izahatları: İddiaçı məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Belə ki, cavabdeh 98000 manat borcdan 8000 manatı qaytarıb. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərdi ki, iddiaçıdan 98000 manat borc almışdır. Lakin onun məhkəməyə müraciət etməsi ağlına gəlməzdi. Belə ki, aralarında həmişə yaxın münasibət olub. Bir-birilərinə borc alıb verirmişlər. O, avtomobilini satıb borcundan 8000 manatı iddiaçıya qaytarmışdır. Borcun qalan hissəsini qaytarmaqdan boyun qaçırmır. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2020-c il tarixli əl yazmadan görünür ki, Cavabdeh İddiaçı 98000 manat məbləğində xx.xx.2021-ci il tarixinə qaytarmaq şərti ilə borc pul almışdır. İş materiallarında olan əlyazma qəbzdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh 8000 manat məbləğində pul vəsaiti almış, onun 90000 manat borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməsini əks halda məhkəməyə müraciət olunacağını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, Cavabdeh iddiaçıdan borclu olduğu pul məbləğini götürməsini qeyd etməsini nəzərə alaraq, iddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc pul almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında borc pul almasına dair hüququndan istifadə etmiş, 98000 manat pul almış, lakin həmin pulun qaytarılmasına dair vəzifəsini qismən yerinə yetirmişdir- 8000 manat qaytarmışdır. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Cavabdeh əlyazma qəbz üzrə pul almış və qeyd edilən məbləğdə pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan adığı pulu tam şəkildə ona ödəməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 90000 (doxsan min) manat məbləğində pul vəsaiti və 384 (üç yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar