Məhkəmə qərarları › İş №2(011)-1068/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1068/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1068/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********01210 Xiaomi Redmi 7 markalı telefon üçün 176 manat ödənilməmiş hissə, 17 manat cərimə, 22.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********12724 Samsung Galaxy A51 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə olmaqla ümumilikdə 688 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 19.07.2019-cu il tarixli və 22.01.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Xiaomi Redmi 7 markalı və Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 688 manat borcu yaranmışdır, belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 396 manat olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə, 193 manat olmaqla ondan 176 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 17 manat cərimə pulu və 22.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 916.2 manat olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 495 manat olmaqla, ondan 450 manat ödənilməmiş hissə, 45 manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdeh 22.01.2020-ci il tarixli müqaviləyə əsasən 27.01.2021-ci il tarixində Samsung markalı telefondan imtina etmiş və məhsul 253 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır, cavabdehin həmin müqavilə üzrə ödədiyi məbləğ 213,2 manat, məhsul qaytarılandan sonra qoyulan qiymət 253 manat, ümumilikdə 466,2 manat təşkil edir, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 220 manat təşkil edir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 19.07.2019-cu il tarixdə 00791269 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" Xiaomi Redmi 7 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 19.07.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Xiaomi Redmi 7 2GB/16GB markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22.01.2020-ci il tarixdə 20053114 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" Samsung Galaxy 51 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 22.01.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy 51 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.07.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 176 manat, cərimə borcu 17 manat, 22.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 450 manat, cərimə borcu 45 manat olmaqla, cəmi 688 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilələr üzrə cavabdehə olan borcunu ödəməsinə dair 11.01.2021-ci il və 02.02.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQM-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Xiaomi Redmi 7 və Samsung Galaxy 51 markalı telefona dair alqısatqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya olan borcu 19.07.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 176 manat, cərimə borcu 17 manat, 22.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 450 manat, cərimə borcu 45 manat olmaqla, cəmi 688 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli 19.07.2019-cu il tarixli müqaviləyə əsasən, Xiaomi Redmi 7 markalı telefon üçün 176 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu, 22.01.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A51 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə borcu olmaqla ümumilikdə 688 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 19.07.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh Xiaomi Redmi 7 markalı telefon üçün 176 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu, 22.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A51 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə borcu olmaqla, ümumilikdə 688 (altı yüz səksən səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar