Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-108/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın naturada ayrılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2009-ci il tarixində ata və anasının tərəflərə miras qoyduqları evə dair tərəflərin payları müəyyən edilib. Həmin evdə qardaşı və onun ailəsi yaşayır. İlk vaxtlarda həmin evdə bir yerdə yaşayaraq yola getsələr də, bir müddət əvvəl qardaşı onu evdə yola verməmişdir. O, həmin evdə yaşaya bilmir. Hal-hazırda evsizdir. Odur ki, hesab edir ki, valideynlərindən qalan ev aralarında paylarına uyğun olaraq bölünməlidir. Cavabdeh1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı ev valideynlərində miras qalıb. O, bacılarının paylarını onlara bağışlayıb. Onlar evdə yaşamırlar. Lakin onların paylarının müqabilində pul ödəmək üçün imkanı yoxdur. Evin bölgüsünə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı ev valideynlərində miras qalıb. O, evdən ona çatası payını istəyir. Odur ki, evin tərəflər arasında bölünməsinə etiraz etmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi isə İddiaçı adına xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5588 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin paylara uyğun olaraq naturada (real) bölgüsü “İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, göstərilən mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-108/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-108/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver