Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1092/2022 04.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 06.01.2020-ci il tarixli müqavilə üzrə 55,40 manat əsas, 5,60 manat cərimə, 16.02.2020-ci il tarixli müqavilə üzrə 2320 manat əsas, 232 manat cərimə və 27.05.2020-ci il tarixli müqavilə üzrə 354,70 manat əsas, 35,30 manat cərimə olmaqla, cəmi 3003 manat borcun və 50,03 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 06.01.2020-ci il tarixdə “XİAOMİ REDMİ 6A” markalı telefonun nisyə alqı-satqısı barədə 20017614 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 126 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödəniş 10,50 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə 06.01.2020-ci il tarixdə təhvil verilmişdir. Tərəflər arasında 16.02.2020-ci il tarixdə "Marvin” markalı çarpayı və dolabın, “Uretan” markalı döşəyin və transformer jurnal masasının nisyə alqı-satqısı barədə 20107125 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların ümumi dəyəri 2320 manat olmaqla, ödəniş müddəti 20 ay və aylıq ödəniş 116 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə 16.02.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin tərəflər arasında 27.05.2020-ci il tarixdə ”Hoffmann” markalı kondisionerin nisyə alqı-satqısı barədə 20311178 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın ümumi dəyəri 1652,40 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödəniş 91,80 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə 27.05.2020-ci il tarixdə təhvil verilmişdir. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdeh tərəfindən müqavilələr üzrə cəmi 1368,30 manat pul ödənilmiş, əsas borcu 2730,10 manat və cərimə borcu isə 272,90 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış 06.01.2020-ci il tarixli, 16.02.2020-ci il tarixli və 27.05.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh “XİAOMİ REDMİ 6A” markalı telefon, "Marvin” markalı çarpayı və dolab, “Uretan” markalı döşəyin və transformer jurnal masası və “Hoffmann” kondisionerin almışdır. Hazırda cavabdehin 2730,10 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 126 manat (12 ay x 10,50 manat + 0 manat ilkin ödəniş) olan “XİAOMİ REDMİ 6A” markalı telefon üçün onun 55,40 manat ödənilməmiş əsas, 5,60 manat cərimə borcu yaranmışdır. 16.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2320 manat (20 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan "Marvin” markalı çarpayı və dolab, “Uretan” markalı döşəyin və transformer jurnal masası üçün onun 2320 manat ödənilməmiş əsas, 232 manat cərimə borcu yaranmışdır. Eyni zamanda, 27.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1652,40 manat (18 ay x 91,80 manat + 0 manat ilkin ödəniş) olan ”Hoffmann” markalı kondisioner üçün onun 354,70 manat ödənilməmiş əsas, 35,30 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1368,30 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşya qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın 16.02.2020-ci il tarixli müqavilə üzrə 232 manat dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən dəbbə pulunun 16.02.2020-ci il tarixli müqavilə üzrə 30 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi təqribən 93%-ə bərabərdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06.01.2020-ci il tarixli müqavilə üzrə 55,40 manat əsas, 5,60 manat cərimə, 16.02.2020-ci il tarixli müqavilə üzrə 2320 manat əsas, 30 manat cərimə və 27.05.2020-ci il tarixli müqavilə üzrə 354,70 manat əsas, 35,30 manat cərimə olmaqla, cəmi 2801 manat borc və 46,52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 3,51 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1092/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1092/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver