Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1114/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu, Samsung LED televizor üçün 1223.1 (bir min iki yüz iyirmi üç manat on qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X5, Xiaomi Mi band 4 saat üçün 118 (bir yüz on səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 18.03.2020ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 183.95 (bir yüz səksən üç manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30521 olan X4 8 markalı telefon üçün 423.66 (dörd yüz iyirmi üç manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, GREE Kondisioner üçün 874.63 (səkkiz yüz yetmiş dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu və 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 27.08.2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********21662 olan X3 10 markalı telefon, Samsung Galaxy qulaqlıq üçün 2597.66 (iki min beş yüz doxsan yeddi manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, ümumilikdə 5421 manat borcun və 74.21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 01.11.2019-cu il, 17.03.2020-ci il, 18.03.2020-ci il, 18.03.2020-ci il, 13.06.2020-ci il, 27.08.2020-ci il tarixlərindəki müqavilələrə əsasən, HOFFMANN Soyuducu, Samsung LED televizor, X5, Xiaomi Mi band 4 saat, Apple qulaqlıq, İMEİ kodu **********30521 olan X4 8 markalı telefon, GREE Kondisioner, İMEİ Kodu **********21662 olan X3 10 markalı telefon, Samsung Galaxy qulaqlıq almışdır. Cavabdehin "xxxx" MMC ilə 01.11.2019-cu il, 17.03.2020-ci il, 18.03.2020-ci il, 18.03.2020-ci il, 13.06.2020-ci il, 27.08.2020-ci il tarixlərindəki müqavilələri 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Cavabdehin "xxxx" MMC ilə 01.11.2019-cu il, 17.03.2020-ci il, 18.03.2020-ci il, 18.03.2020-ci il, 13.06.2020-ci il, 27.08.2020-ci il tarixlərindəki müqavilələrinə 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, nəticədə 5421 (beş min dörd yüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1304.64 (bir min üç yüz dörd manat altmış dörd qəpik) manat (15 ay x 81.54 manat + 81.54 manat ilkin ödəniş) olan HOFFMAN Soyuducu, Samsung LED televizor üçün ümumilikdə, 1223.1(bir min iki yüz iyirmi üç manat on qəpik) manat olmaqla ondan, 1223.1 (bir min iki yüz iyirmi üç manat on qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 122.72 (bir yüz iyirmi iki manat yetmiş iki qəpik) manat (25 ay x 4.72 manat + 4.72 manat ilkin ödəniş) olan X5, Xiaomi Mi band 4 saat üçün ümumilikdə, 118 (bir yüz on səkkiz) manat olmaqla ondan, 118 (bir yüz on səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 198.1 (bir yüz doxsan səkkiz manat on qəpik) manat (13 ay x 14.15 manat + 14.15 manat ilkin ödəniş) olan Apple qulaqlıq üçün ümumilikdə, 183.95 (bir yüz səksən üç manat doxsan beş qəpik) manat olmaqla ondan, 183.95 (bir yüz səksən üç manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 442.08 (dörd yüz qırx iki manat səkkiz qəpik) manat (23 ay x 18.42 manat + 18.42 manat ilkin ödəniş) olan İMEİ kodu **********30521 olan X4 8 markalı telefon üçün ümumilikdə, 423.66 (dörd yüz iyirmi üç manat altmış altı qəpik) manat olmaqla ondan, 423.66 (dörd yüz iyirmi üç manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 905.1 (doqquz yüz beş manat on qəpik) manat (29 ay x 30.17 manat + 30.17 manat ilkin ödəniş) olan GREE Kondisioner üçün ümumilikdə, 874.63 (səkkiz yüz yetmiş dörd manat altmış üç qəpik) manat olmaqla ondan, 874.63 (səkkiz yüz yetmiş dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 16.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 27.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2675.46 (iki min altı yüz yetmiş beş manat qırx altı qəpik) manat (33 ay x 78.69 manat + 78.69 manat ilkin ödəniş) olan İMEİ Kodu **********21662 olan X3 10 markalı telefon, Samsung Galaxy qulaqlıq üçün ümumilikdə, 2597.66 (iki min beş yüz doxsan yeddi manat altmış altı qəpik) manat olmaqla ondan, 2597.66 (iki min beş yüz doxsan yeddi manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 227.1 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01.11.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh 15 ay müddətinə, aylıq 81.54 manat ödəmək şərti ilə ümumilikdə 1304.64 manat dəyərində HOFFMAN Soyuducu, Samsung LED televizor əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 25 ay müddətinə, aylıq 4.72 manat ödəmək şərti ilə ümumilikdə 122.72 manat dəyərində X5, Xiaomi Mi band 4 saat əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 13 ay müddətinə, aylıq 14.15 manat ödəmək şərti ilə ümumilikdə 198.1 manat dəyərində Apple qulaqlıq əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 23 ay müddətinə, aylıq 18.42 manat ödəmək şərti ilə ümumilikdə 442.08 manat dəyərində İMEİ kodu **********30521 olan X4 8 markalı telefon əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13.06.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 29 ay müddətinə, aylıq 30.17 manat ödəmək şərti ilə ümumilikdə 905.1 manat dəyərində GREE Kondisioner əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 27.08.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 33 ay müddətinə, aylıq 78.69 manat ödəmək şərti ilə ümumilikdə 2675.46 manat dəyərində İMEİ Kodu **********21662 olan X3 10 markalı telefon, Samsung Galaxy qulaqlıq əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İşin materiallarında olan 16.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə 01.11.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 1223.1 manat, cərimə borcu üzrə 0 manat, 17.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 118 manat, cərimə borcu üzrə 0 manat, 18.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 183.95 manat, cərimə borcu üzrə 0 manat, 18.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 423.66 manat, cərimə borcu üzrə 0 manat, 13.06.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 874.63 manat, cərimə borcu üzrə 0 manat, 27.08.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2597.66 manat, cərimə borcu üzrə 0 manat, cəmi 5421 manat məbləğində ödənilməmiş borcu vardır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair dəfələrlə xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 74.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 74.21 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanılmış 01.11.2019-cu il tarixli, 01021059 saylı müqavilə üzrə əsas borca görə 1223.1 (bir min iki yüz iyirmi üç manat on qəpik) manat, 17.03.2020-ci il tarixli, 20181783 saylı müqavilə üzrə əsas borca görə 118 (bir yüz on səkkiz) manat, 18.03.2020-ci il tarixli, 20185515 saylı müqavilə üzrə əsas borca görə 183.95 (bir yüz səksən üç manat doxsan beş qəpik) manat, 18.03.2020-ci il tarixli, 20185408 saylı müqavilə üzrə əsas borca görə 423.66 (dörd yüz iyirmi üç manat altmış altı qəpik) manat, 13.06.2020-ci il tarixli, 20348062 saylı müqavilə üzrə əsas borca görə 874.63 (səkkiz yüz yetmiş dörd manat altmış üç qəpik) manat, 27.08.2020-ci il tarixli, 21115660 saylı müqavilə üzrə əsas borca görə 2597.66 (iki min beş yüz doxsan yeddi manat altmış altı qəpik) manat, ümumilikdə 5421 (beş min dörd yüz iyirmi bir) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 74.21 (yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1114/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1114/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver