Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1115/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 7697 manat borc, 9697 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.R.Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 04.09.2019-cu il, 04.10.2019-cu il, 04.05.2020-ci il, 03.07.2020-ci il, 23.08.2020-ci il, 28.10.2020-ci il, və 04.11.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********53784 Samsung Galaxy S10 Dual markalı telefon, İMEİ Kodu **********73261 iPhone 11 markalı telefon, İMEİ Kodu **********51579 iPhone 11 markalı telefon, HOFFMANN Soyuducu, Apple MacBook, İMEİ Kodu **********39736 Samsung Galaxy A71 markalı telefon, İMEİ Kodu **********65432 iPhone 11 Pro markalı telefon almış və nəticədə 7697 manat borc yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2646 manat İMEİ Kodu **********53784 Samsung Galaxy S10 Dual markalı telefon üçün ümumilikdə, 382 manat olmaqla ondan, 294 manat ödənilməmiş hissə, 88 manat dəbbə; 04.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2700 manat İMEİ Kodu **********73261 iPhone 11 markalı telefon üçün ümumilikdə, 585 manat olmaqla ondan, 450 manat ödənilməmiş hissə, 135 manat dəbbə; 04.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2258 manat İMEİ Kodu **********51579 iPhone 11 markalı telefon üçün ümumilikdə, 732.3 manat olmaqla ondan, 563.3 manat ödənilməmiş hissə, 169 manat dəbbə; 03.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1891.2 manat HOFFMANN Soyuducu üçün ümumilikdə, 861 manat olmaqla ondan, 663 manat ödənilməmiş hissə, 198 manat dəbbə; 23.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2626.4 manat Apple MacBook üçün ümumilikdə, 1380.7 manat olmaqla ondan, 1062.4 manat ödənilməmiş hissə, 318.3 manat dəbbə: 28.10.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 manat İMEİ Kodu **********39736 Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə, 936 manat olmaqla ondan, 720 manat ödənilməmiş hissə, 216 manat dəbbə; 04.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3662.4 manat olan İMEİ Kodn **********65432 iPhone 11 Pro markalı telefon üçün ümumilikdə, 2820 manat olmaqla ondan, 2352 manat ödənilməmiş hissə, 468 manat dəbbə pulu hesablanmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 10759.3 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Sonda Z.R.Əliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 25.02.2022-ci il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Z.R.Əliyev ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.10.2019-cu il tarixdə 00958237 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İphone 11 64 GB markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan 04.10.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İphone 11 64 GB markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.09.2019-cu il tarixdə 00888218 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Samsung Galaxy S10 Dual markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan 04.09.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy S10 Dual markalı telefon Cavabdeh təhvil verilmişdir İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.11.2020-cu il tarixdə 22017597 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İMEİ Kodu **********65432 İphone 11 Pro 64 GB markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan 04.11.2020-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********65432 İphone 11 Pro 64 GB markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28.10.2020-cu il tarixdə 21280198 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Samsung Galaxy A71 DS markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan 28.10.2020-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy A71 DS markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 23.08.2020-ci il tarixdə 21103789 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Apple Macbook AİR 13” markalı noutbuk cavabdehə satılmışdır. İş materiallarında olan 23.08.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Apple Macbook AİR 13” markalı noutbuk Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 03.07.2020-ci il tarixdə 21003469 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən HOFFMANN NFFD markalı soyuducu Cavabdeh satılmışdır. İş materiallarında olan 03.07.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN NFFD markalı soyuducu Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.05.2020-ci il tarixdə 20259165 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İphone 11 128 GB markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan 04.05.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki İphone 11 128 GB Dual markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 04.09.2019-cu il, 04.10.2019-cu il, 04.05.2020-ci il, 03.07.2020-ci il, 23.08.2020-ci il, 28.10.2020-ci il, və 04.11.2020-ci il tarixli ödəniş cədvəllərinə əlavədən görünür ki, Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya borcu 04.09.2019-cu il, 04.10.2019-cu il, 04.05.2020-ci il, 03.07.2020-ci il, 23.08.2020-ci il, 28.10.2020-ci il, 04.11.2020-ci il tarixli müqavilələrə əsasən, 6104.7 manat əsas, 1592.3 manat cərimə olmaqla, 7697 manat ümumilikdə ödənilməmiş məbləğ təşkil edir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh borcunu ödəməsinə dair 03.11.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan 15.12.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 96,97 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.09.2019-cu il, 04.10.2019-cu il, 04.05.2020-ci il, 03.07.2020-ci il, 23.08.2020-ci il, 28.10.2020-ci il, və 04.11.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin müqavilə üzrə iddiaçıya olan borcu ümumilikdə 7697 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 04.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********53784 Samsung Galaxy S10 Dual markalı telefon üçün 294 manat ödənilməmiş hissə, 88 manat dəbbə ümumilikdə 382 manat; 04.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********73261 iPhone 11 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 135 manat dəbbə ümumilikdə 585 manat, 04.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********51579 iPhone 11 markalı telefon üçün 563.3 manat ödənilməmiş hissə, 169 manat dəbbə ümumilikdə, 732.3 manat, 03.07.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Soyuducu üçün 663 manat ödənilməmiş hissə, 198 manat dəbbə ümumilikdə 861 manat; 23.08.2020-ci il tarixli müqaviləyə əsasən, Apple MacBook üçün 1062.4 manat ödənilməmiş hissə, 318.3 manat dəbbə ümumilikdə 1380.7 manat; 28.10.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********39736 Samsung Galaxy A71 markalı telefon üçün 720 manat ödənilməmiş hissə, 216 manat dəbbə ümumilikdə 936 manat; 04.11.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********65432 iPhone 11 Pro markalı telefon üçün 2352 manat ödənilməmiş hissə, 468 manat dəbbə pulu ümumilikdə 2820 manat olmaqla, cəmi 7697 manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 96.97 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 04.09.2019-cu il, 04.10.2019-cu il, 04.05.2020-ci il, 03.07.2020-ci il, 23.08.2020-ci il, 28.10.2020-ci il, və 04.11.2020-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 7697 (yeddi min altı yüz doxsan yeddi) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 96 (doxsan altı) manat 97 (doxsan yeddi) qəpik Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1115/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1115/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver