Məhkəmə qərarları › İş №2(011)-1127/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1127/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1127/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kreditin, ona hesablanmış faizlərin qaytarılması" barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2839,38 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun ümumilikdə 2869,78 manat pulun iddiaçı BOKT “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı BOKT “xxxx” QSC-nin nümayəndəsi Ə.M.Ağalarov iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh 2239,38 manat məbləğində pulun iddiaçı BOKT “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı BOKT “xxxx” QSC-nin nümayəndəsi Ə.M.Ağalarov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh BOKT “xxxx” MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, onun müraciətinə müvafiq olaraq onunla “xxxx” BOKT MMC arasında xx.xx.2019-cu il tarixli 005-NGD-0042- 19 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borcluya 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir, kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir, hal-hazırda isə borclu tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur, ona dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir, bu səbəbdən Cavabdeh 2239,38 manat məbləğində əsas borc olmaqla, cəmi 2239,38 manat məbləğində borcu mövcuddur.. Sonda Ə.M.Ağalarov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflər xx.xx.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iddiaçının iddia ərizəsini nəzərə alaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 005-NGD-0042-19 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh BOKT “xxxx” MMC tərəfindən 24 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, N MA-0020689 saylı maliyyə arayışından görünür ki, Cavabdeh ilə BOKT “xxxx” MMC- arasında bağlanmış xx.xx.2019cu il tarixli 005-NGD-0042-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə ödənilməmiş 2239,38 manat məbləğində əsas borc, 0,00 manat məbləğində faiz borcu, 0,00 manat məbləğində cərimə borcu olmaqla, ümumi borcu 2239,38 manat təşkil edir. İş materiallarından görünür ki, BOKT “xxxx” MMC tərəfindən borclu Cavabdeh xx.xx.2019-cu ildə xəbərdarlıq məktubu göndərilməklə ondan xx.xx.2019-cu il tarixli 005- NGD-0042-19 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin Xətai rayon Məhkəməsinə verilməsi üçün 30 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasənda müəyyən olunmuşdur ki, xx.xx.2019cu il tarixdə tərəflər arasında cavabdehə iddiaçı tərəfindən 24 ay müddətinə 4000 manat məbləğində kreditin ayrılması barədə 005-NGD-0042-19 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh müvafiq müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir, hazırda cavabdehin müvafiq müqavilə üzrə iddiaçıya ödənilməmiş 2239,38 manat borcu qalmışdır. Bununla belə, qalıq borcun cavabdeh tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2239,38 manat məbləğində əsas borc alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 005-NGD-0042-19 saylı kredit müqaviləsi üzrə 2239 (iki min iki yüz otuz doqquz) manat 38 (otuz səkkiz) qəpik və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik pul alınaraq “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar