Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-113/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıın, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh Viktoravnaya qarşı maddi və mənəvi zərərin ödənilməsi, qanunsuz hərəkətlərin qarşısının alınması tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Viktoravnanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh Viktoravnaya qarşı iddiaçıya dəymiş maddi zərərə görə 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərinin qarşısının alınması öhdəçiliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zığ şosesi, ev 31, mənzil 27-də bacısı ilə birlikdə yaşayır. Yuxarı mərtəbədə 29-cu mənzildə yaşayan qonşusu Cavabdeh mənzilindən 2021-ci ilin mart ayının ortalarında və aprel ayının əvvəlində bir neçə dəfə su axması nəticəsində iddiaçıya məxsus mənzildə qüsurlar yaranmış, qonaq otağının tavanı və bir divarı, mətbəxin tavan və divarları, hamam otağının, tualet və koridorun tavanı və mətbəxlə hamam otağının enerji sistemi, elektrik naqilləri korlanmış və sırada çıxmışdır, Bununla bağlı cavabdehlə danışanda o, iddiaçıya bildirmişdir ki, dəymiş maddi ziyanı qarşılayacaq, lakin üstündən bir müddət keçdiyinə baxmayaraq bu istiqamətdə heç bir iş görülməmişdir. Bu hadisə dəfələrlə təkrarlanmışdır. Belə ki, 2014-cü ildə də belə hal baş vermişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya 8000 manat məbləğində maddi ziyan dəymişdir, belə ki, mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün bərpa işləri evə dəvət etdiyi ustalar tərəfindən 8000 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı təqaüdçüdür, işləmir, bacısı Yelena 2-ci qrup əlildir və iddiaçının həmin zərəri aradan qaldırmaq üçün maddi imkanı yoxdur. İlkin iddia üzrə İddiaçı iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən ona vurulmuş mənəvi ziyana görə əlavə olaraq 8000 manat məbləğində vəsaitin ilkin iddia üzrə iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçının xeyrinə mənəvi zərərin ödənilməsinə görə 10000 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin iddia üzrə iddiaçı ilə daimi ədavətli olmuş, qarşılıqlı iddia üzrə cavabdehdə qarşı polis bölməsinə şikayət etmişdir ki, guya onun əri mənzilinə kamera çəkib və kamera çəkilişini internet vasitəsilə yayır. Desyukeviçin qarşılıqlı iddia üzrə iddiaçı və onun ailəsinə qarşı etdiyi qərəzli hərəkətləri onun səhhətində ciddi problemlər yaradıb (baş ağrısı, ürək çatışmamazlığı, stress, nevroz və sairə), yəni ilkin iddia üzrə iddiaçıya mənəvi zərər yetirib. X2 iddiaçıya qarşı etdiyi ədalətsizliyin nəticəsində hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıya 10000 manat məbləğində mənəvi ziyan dəyib və həmin vəsait məhkəmə qaydasında qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddia ərizəsinə etiraz etdi və məhkəmədən qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O, ilkin iddiaya etiraz edərək məhkəmədən ilkin iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsini məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarına olan 133 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş və B.Babaşov, X.Mirzəyeva, H.Osmanova tərəfindən imzalanmış 15.04.2021-ci il tarixli aktdan görünür ki, Zığ yolu küçəsində yerləşən 31 saylı binanın 27 nömrəli mənzilində yaşayan İddiaçı ərizəsi əsasında onun mənzilinə texniki baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, həqiqətən onun mənzilinin dəhlizində ondan üst mərtəbədə yerləşən 29-cu mənzildən su axıntısı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 11608-1121 nömrəli 05.08.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28.07.2019cu il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməlidir. Həmin qərarda göstərilib ki, 18.07.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 31, mənzil 27-də yaşayan vətəndaş İddiaçı, yaşadığı mənzilin üst mərtəbəsində yaşayan qonşularının, son il ərzində mənzilinə video kamera qoymaları, həmin video kamera vasitəsi ilə onun mənzilində yaşayış tərzinə baxmaları və həmin görüntüləri internet şəbəkəsində yaymalarının başqa qonşulardan eşitməsi barədə ərizə və izahatı daxil olmuşdur. Toplanmış təhqiqat materialından müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı qonşusu X3 tərəfindən mənzilini çəkərək internet şəbəkəsində paylaşmasını birdirsə də fakt təsdiqini tapmamışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4757 nömrəli, 07.01.2022-ci il tarixli ekspert rəyində müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən 31 saylı evin 27 saylı mənzilinin tavanında, divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan 15.04.2021-ci il tarixli aktın məlumatlarına əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən 31 saylı evin 27 saylı mənzilinə yuxarı mərtəbədəki 29 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən 31 saylı evin 27 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1315,0 manat məbləğində müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh və onun həyat yoldaşının ailə dostudur, İddiaçı isə X1 xahişi ilə onun evində təmir etdiyi zaman tanımışdır. O, hər işi bacarır deyə, onu evi təmir etmək üçün usta kimi çağırmışdırlar. O, ev nə vaxt təmir edilmişdir xatırlamır. Lakin dəqiq deyə bilər ki, evi təmir edəndə çətinlik çəkirdik. Belə ki, Lyudmila Nikolayevna pəncərələri açmağa icazə vermirdi və ev çox isti idi. Belə şəraitdə o, 2 gün işləyə bildi. O, evdə elektrik xətləri dəyişdirdi və elektrikanı tam qaydasında təhvil verdi. O, əlavə evin təmir işlərini görməyib. Lyudmila Nikolayevnanın bundan imtina edib-etməsindən məlumatın yoxdur. O, təmir etdiyi dövrdə evin dəhlizi və hamamında tavan və divarlarda su izləri var idi. İkinci dəfə həmin evdə məhkəmə tərəfindən təyin edilmiş ekspert olanda gəlmişdir, və bu dəfə bir otaqda da emulsiyanın töküldüyünü gördü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kasumova Olena verdiyi ifadəsində göstərdi ki, o, Cavabdeh rəfiqəsi və qonşusudur. İddiaçı da onun qonşusudur. Lyudmilanın evi Natalyanın evinin altında yerləşir. Lyudmila daima Natalyanın həyətdə görəndə onu fərqli məsələlərdə ittiham edib, təhqir edib. Natalya evində tutuquşu ilə danışır, Lyudmila isə fikirləşir ki, onun barəsində danışırlar. Bir neçə il bundan əvvəl Lyudmila polisə Natalyanın ərindən şikayət etmişdir ki, onun lüt şəkillərini internetdə yerləşdirir. Daha sonra ona yaxınlaşıb müxtəlif təkliflər etmiş, evinə zəng edib hədə-qorxu gəlmişdir. Təxminən 10 il əvvəl o, Natalyanın ailə üzvləri ilə rayona getmişdi. Həmin vaxt Natalyanın evində su borusu partlamışdır və Lyudmilanın evini su basmışdır. Həmin vaxt Lyudmila evini təmir etmək təklifindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən 31 saylı evin 27 saylı mənzilinə ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən 31 saylı evin 29 saylı mənzilindən su axıdılması nəticəsində iddiaçıya 1315,0 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı mənzilinə su axması nəticəsində ona 8000 manat maddi ziyanın dəyməsini iddia etdiyi halda məhkəmə qərarı əsasın həyata keçirilmiş ekspertiza nəticəsində bu hal təkzib edilmişdir. Odur ki, məhkəmə iddiaçının vurulmuş maddi ziyanın ödınilməsi tələbini qismən əsaslı hesab edərək, qismən təmin edir. Məhkəmə ilkin iddianı ilkin iddia üzrə iddiaçıya dəymiş mənəvi zərərə görə 8000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili və sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir iddia sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili və sübut Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia ərizəsinin verilməsi üçün ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməli, məhkəmə xərcinə daxil olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 1315,00 (bir min üç yüz on beş manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin əvəzi olaraq 10000,00 (on min) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsinə dair qarşılıqlı iddiası rədd edilsin. İlkin iddia üzrə Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100,00 (yüz) manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-113/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-113/2022
11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver