Məhkəmə qərarları › İş №2(011)-1195/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1195/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1195/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə boc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanılmış 23.10.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 42.2 manat, cərimə borcuna görə 135,8 manat, 11.11.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 3826,4 manat, cərimə borcuna görə 970,6 manat, 04.12.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1986,8 manat, cərimə borcuna görə 597,2 manat, 19.12.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1482, cərimə borcuna görə 444 manat, cəmi 9485 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 114.85 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 23.10.2020-ci il, 11.11.2020-ci il, 04.12.2020-ci il, 19.12.2020-ci il tarixli müqavilələrə əsasən, Acer Aspire markalı kompüter, Asus Rog markalı komputer, və 2 ədəd X3 markalı kompüter almış və nəticədə 9485 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 23.10.2020-ci il tarixli müqaviləsinə əsasən. Alqı-satqı qiyməti 1792,2 manat olan Acer Aspire 5 markalı kompüter üçün ümumilikdə 178 manat olmaqla, ondan 42,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 135,8 manat dəbbə, 11.11.2020-ci il tarixli müqaviləyə əsasən altı-satqı qiyməti 4773,5 manat olan Asus Rog markalı kompüter üçün ümumilikdə 4297 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 970,6 manat dəbbə, 04.12.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2690,4 manat olan X4 markalı kompüter üçün ümumilikdə 2584 manat olmaqla, ondan 1986,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 597,2 manat dəbbə, 19.12.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1957 manat olan X3 markalı kompüter üçün ümumilikdə 1926 manat olmaqla, ondan 1482 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 444 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3875,7 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 23.10.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 435 manat ilkin ödəniş etməklə 3 ay müddətinə, aylıq 452,4 manat ödəmək şərti ilə ümumilikdə 1792,2 manat dəyərində Asus Aspire markalı komputer əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 11.11.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 350 manat məbləğində ilkin ödəniş etməklə 15 ay müddətinə, aylıq 294.9 manat ödəmək şərti ilə ümumilikdə 4772,50 manat dəyərində Asus Rog markalı komputer əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 04.12.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 510 manat məbləğində ilkin ödəniş etməklə 12 ay müddətinə, aylıq 181,70 manat ödəmək şərti ilə ümumilikdə 2690,4 manat dəyərində X3 markalı komputer əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 19.12.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 475 manat məbləğində ilkin ödəniş etməklə, 3 ay müddətinə, aylıq 494 manat ödəmək şərti ilə ümumilikdə 1957 manat dəyərində X3 markalı komputer əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İşin materiallarında olan 21.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə sözügedən müqavilələr üzrə ödənilməmiş 7337,4 manat, cərimə borcu üzrə 2147,6 manat, cəmi 9485,0 manat məbləğində ödənilməmiş borcu vardır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 25.10.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35.65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığıdan 23.10.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulunun 42,2 manat məbləğində deyil, 2,9 manat, 11.11.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulunun 970,6 manat deyil, 267,8 manat, 04.12.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulunun məbləği 597,2 manat deyil 139,06 manat, 19.12.2020-ci il tarixli müqavilə üzrə 444 manat deyil 103,74 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 114.85 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanılmış 23.10.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 42.2 (qırx iki manat iyirmi qəpik) manat, cərimə borcuna görə 2.9 (iki manat doxsan qəpik) manat olmaqla,11.11.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 3826,4 (üç min səkkiz yüz iyirmi altı manat qırx qəpik) manat, cərimə borcuna görə 267,8 (iki yüz altmış səkkiz manat səksən qəpik) manat olmaqla, 04.12.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1986,8 (bir min doqquz yüz səksən altı manat səksən qəpik) manat, cərimə borcuna görə 139,06 (yüz otuz doqquz manat altı qəpik) manat olmaqla, 19.12.2020-ci il tarixli müqavilə üzrə 1482,0 (bir min dörd yüz səksən iki manat) manat, cərimə borcuna görə 103,74 (yüz üç manat yetmiş dörd qəpik), cəmi 7850,9 (yeddi min səkkiz yüz əlli manat doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 114.85 (yüz on dörd manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdehalınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar