Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1218/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı, X4 vərəsəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 471,92 manat məbləğində əsas borc, 0,31 manat məbləğində faiz borcunun, cəmi 472,23 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun və 0,40 xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 00-xx-xx-067322 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 14 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə, 1013 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə İddiaçı ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” müqaviləyə əsasən “xxxx” ASC-nin X5 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə İddiaçı ASC-yə güzəşt edilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 5.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “Asan Xidmət” X7 xx.xx.2020-ci il tarixli 1898 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş 471.92 manat əsas, 0.31 manat faiz cəmi 472.23 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “xxxx” ASC ilə X6 arasında xx.xx.2016cı il tarixdə 00-xx-xx-067322 saylı Kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən bank X5 14 ay müddətinə illik 29 faizlə 1013 manat məbləğində kredit verir. İşdə olan Ölüm haqqında AZ-İ seriyalı 881002 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “xxxx” ASC (İlkin kreditor) ilə İddiaçı ASC (yeni kreditor) arasında bağlanmış xx.xx.2016-cı il tarixli “ Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə Dair” Müqaviləyə əsasən bu Müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə və qaydada İlkin kreditor Təhvil-Təslim aktına əsasən kredit portfeli üzrə tələb hüquqlarını borclanlarla razılaşdıraraq, müəyyən edilmiş ardıcıllıqla Yeni kreditora ötürməyi, Yeni kreditor isə onları qəbul etməyi, ötürülən kredit portfelinin məbləğini, həmçinin bu Müqavilə ilə nəzərdə tutulmuş həcmdə və qaydada komisyon haqqlarını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçın xx.xx.2020-ci il tarixli MXK 0590 nömrəli maliyyə arayışından görünür ki, X6 ilə bağlanılmış xx.xx.2016-cı il tarixli, 00-xx-xx-067322 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 471,92 manat, faiz borc isə 0,31 manat təşkil edir. İşdə olan AZ-İ seriyalı 881002 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin sürətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissə pay almalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit borcunun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC ilə X6 arasında xx.xx.2016-cı il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən bank X5 14 ay müddətinə, illik 29%-dək ödəmək şərti ilə 1013 manat məbləğində kredit vermişdir. Hal-hazırda borcalanın banka 472,23 manat, o cümlədən əsas borc üzrə 471,92 manat, faiz borcu üzrə 0,31 manat məbləğində borcu var. X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X4 ölümündən sonra Cavabdeh miras əmlakı qəbul edərək "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"ni almışdır. Məhkəmə ilk növbədə X6 ilə “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun İddiaçı ASC tərəfindən tələb edilməsi xüsusatını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, “xxxx” ASC ilə İddiaçı ASC arasında bağlanan müqaviləyə əsasən “xxxx” ASC borc tələbetmə hüquqlarını İddiaçı ASC-yə ötürməklə güzəşt etmişdir. Bu səbəblə də, hazırki iddia tələbi üzrə İddiaçı ASC kredit Müqaviləsi üzrə borcları tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyündən, əsas borc və faizlər borcalan X4 yetkinlik yaşına çatmış vərəsəsi Cavabdeh tutulmalıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. borc pul onun varisi Cavabdeh tələb olunur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə həmçinin 30,40 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas borca görə 471,92 (dörd yüz yetmiş bir manat, doxsan iki qəpik) manat, faiz borcuna görə 0,31 (otuz bir qəpik) manat, ümumilikdə 472,23 (dörd yüz yetmiş iki manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna və xidmət haqqına görə 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1218/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1218/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver