Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1238/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 04.10.2009-cu il təvəllüdlü oğlu X5, 29.10.2010-cu il təvəllüdlü qızı X2 və 15.02.2016-cı il təvəllüdlü oğlu X1 üçün cavabdehdən tutulan alimentin məbləğini artıraraq, hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 579 manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.02.2019-cu il tarixli 2(007)-266/2019 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh X9 arasında olan nikah pozulmuşdur. Həmin vaxtdan cavabdeh tərəfindən birgə nikahda anadan olmuş uşaqların saxlanılması üçün hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 450 manat miqdarında sabit pul şəklində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli 2(103)- 5026/2019 nömrəli qətnaməsinə əsasən öncədən məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarı azaldılmış və ümumilikdə 300 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda iddiaçının övladları X5 11, X4 6, X3 isə 9 yaşı var. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən təyin edilmiş alimentin məbləği uşaqların heç bir tələbatını ödəmir. Belə ki, uşaqlar orta məktəbdə təhsil alırlar, son zamanlar onların aylıq məsrəfləri də artmışdır. Bundan əlavə ölkədə yetkinlik yaşına çatmayan şəxslər üçün də yaşayış minimumu artırılmışdır. Uşaqların bütün qayğısını iddiaçı özü çəkir, cavabdeh uşaqlara qarşı diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, onların maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Cavabdeh halhazırda "xxxx" MMC-də baş elektrik vəzifəsində çalışır və aylıq gəliri 1500 manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli 2(103)-5026/2019 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-266/2019 saylı, 05.02.2019-cu il tarixli qətnaməsinin aliment məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, Cavabdeh İddiaçı xeyrinə 04.10.2009-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 100 manat, 29.10.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 100 manat və 15.02.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 100 manat miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 589323 nömrəli “Doğum haqqında şahədatnamə”nin surətindən görünür ki, X6 29.10.2010-cu il tarixində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 720814 nömrəli “Doğum haqqında şahədatnamə”nin surətindən görünür ki, X7 15.02.2016-cı il tarixində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 336006 nömrəli “Doğum haqqında şahədatnamə”nin surətindən görünür ki, X10 04.10.2009-cu il tarixində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan "xxxx" MMC-nin 15.02.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh hal-hazırda cəmiyyətdə elektrik vəzifəsini tutur, ona ödənilən əmək haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda istinad edilənləri və mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, daha əvvəl təyin edilmiş alimentin məbləği, uşaqların tələbatlarının ödənilməsi üçün yetərli deyil. Odur ki, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Lakin alimentin məbləği yenidən müəyyən edildiyi zaman cavabdehin maddi vəziyyətini nəzərə alınmalı, və 04.10.2009-cu il təvəllüdlü oğlu X5, 29.10.2010-cu il təvəllüdlü qızı X2 və 15.02.2016-cı il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 193 manat məbləğində deyil, 150 manat, ümumilikdə 450 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1800 manat (150 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 38 (otuz səkkiz manat) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5026/2019 nömrəli, 11.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 04.10.2009-cu il təvəllüdlü X5, 29.10.2010-cu il təvəllüdlü X2 və 15.02.2016-cı il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmaqla hər ay, hər uşağa görə 150 (yüz əlli) manat, ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə
Məhkəmə qərarları › İş №2(011)-1238/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1238/2022
11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver