Məhkəmə qərarları › İş №2(011)-124/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-124/2025

25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-124/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı2 Fərdəddin oğlu və İddiaçı3 Fəxdərrin oğlunun nümayəndəsi X1 iştirakı ilə iddiaçılar X7, İddiaçı3, X2 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçılar İddiaçı3, X4 və X16 Cavabdeh qarşı Cavabdeh iddiaçılara vurduğu 900 manat maddi zərərin və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar X4 və İddiaçı3 nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh iddiaçılar vurulmuş maddi zərərə görə 1520 manat, ekspertiza xərcinə görə 170 manat və ödənilmiş dövlət rüsumuna görə 36,90 manat məbləğində pul vəsaitinin iddiaçıların xeyrinə tutulması barədə iddianın həcminin artırılması ilə bağlı ərizə vermişdir. İddianın dəlilləri: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçılara verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən ümumi sahəsi 0,1578 ha olan torpaq sahəsi hər birinə 0,0526 ha hissə olmaqla ümumi şəkildə məxsusdur. Atası, həm də etibarnamə əsasında nümayəndəsi olan X5 xurma ağaclarını yığmaq üçün xx.xx.2023-cü il tarixdə səhər tezdən torpaq sahəsinə özü ilə gətirdiyi taxta yeşikləri yığarkən, cavabdeh heç bir hüquqi əsası olmadan yeşikləri torpaq sahəmizdən çölə, onun başına ataraq xurmanın yığılmasına imkan verməmişdir. Atası bununla bağlı DİN 102 xidmətinə zəng etmişdir. Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X12 xx.xx.2023-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Bundan sonra da, o, dəfələrlə xurma ağaclarını yığmağa cəhd etsə də cavabdeh buna imkan verməmiş, nə də özü yığıb satmamışdır. Nəticə də 78 ədəd xurma ağaclarının meyvələri məhv olmuş və iddiaçılara ekspert tərəfindən müəyyən edilmiş məbləğdə, yəni 1520 manat məbləğində ziyan dəymişdir. Tərəflərin izahatları: İddiaçılar İddiaçı3 və X2 nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı X16 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. İşin halları: Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0,1578 ha torpaq sahəsi iddiaçılar X16, İddiaçı3 və X2 xüsusi mülkiyyətindədir. İddiaçılardan hər birinin əmlak üzərində bərabər payları müəyyən edilmişdir. Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X8 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 və Cavabdeh Ağaməmməd oğlunun şikayətləri üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1 və qardaşı Cavabdeh əməllərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta olduğundan barələrində tədbir görülməsi üçün Şəmkir RPŞ-nin İTB-nin ərazi üzrə sahə rəisinə göndərilməsi qərarı qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Şəmkir rayonu, Yuxar Seyfəli kəndində yaşayan X6 və onunla eyni kənd ərazisində yaşayan qardaşı Cavabdeh arasında 0,15 ha həyətyani torpaq sahəsi üzərində təxminən 15 ildir ki, mübahisə gedir. xx.xx.2023-cü il tarixdə saat təxminən 08:20 radələrində tərəflər arasında sözlə mübahisə yaranmışdır. X6 izahatında göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Barəsində şikayət etdiyi Cavabdeh və oğlu Möhsümov Anar xx.xx.2023-cü il tarixdə saat 08 radələrində ona məxsus olan həyətyanı torpaq sahəsinə gələrək ona məxsus olan xurmaları yığarkən oğlu ilə birlikdə onunla mübahisə edərək onun xurma yığdığı yeşiyini başına ataraq xurmaları yığmağa icazə verməmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Barəsində şikayət etdiyi Möhsümov Fəxrəddin onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, oğlunu yola salarkən evindən çölə çıxarkən Fəxrəddin isitfadəsində olan torpağın çəpərindən daxil olaraq özü ilə birlikdə gətirdiyi taxta yeşikləri yığdığını görmüşdür. O, həmin vaxt etiraz edərək, yeşikləri həyətindən çölə atmışdır. Həmin vaxt qardaşı Fəxrəddin yerdən daş götürərək ona və oğlu Anara tərəf atmağa başlamışdır. Məhkəməyə təqdim edilmiş videogörüntülərdən müəyyən edilir ki, mülki iş üzrə iddiaçılar İddiaçı3 və X2 nümayəndəsi və Cavabdeh arasında mübahisə baş vermişdir. Cavabdeh çəpərdən taxta qutuları ağaclar olan torpaq sahəsindən çölə atırdı. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutu tərəfindən rəyə əsasən müəyyən edilmişdir ki, 2023-cü il üçün Şəmkir rayonun Seyfəlli kəndində yerləşən 0,1578 ha xurma bağında olan ağacların bir ağac üçün məhsuldarlığı ortalama olaraq 40 kiloqram qeydə alındı. 2023-cü ildə xurma meyvəsinin bir yeşiyinin qiymətinin 5 manat olduğunu nəzərə alaraq 312 ədəd xurma yeşiyinin ümumi 1520 manat maddi dəyər hesablandı. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 7/948-9/4644 nömrəli ekspert rəyində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən 2023-cü il üçün Şəmkir rayonun Seyfəlli kəndində yerləşən 0,1578 ha xurma bağında olan ağacların bir ağac üçün məhsuldarlığı ortalama olaraq 40 kiloqram qeydə alınmışdır. Qərardadda qeyd edilən 1 kiloqram xurmanın 2023-cü ilin üçün satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparılmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.Maddə 216. Paylı mülkiyyətdə olan əşyanın istifadəsindən bəhər, məhsul və gəlir 135.12. Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir.Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 216. Paylı mülkiyyətdə olan əşyanın istifadəsindən bəhər, məhsul və gəlir Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0,1578 ha torpaq sahəsi iddiaçıların mülkiyyətindədir və hər birinin həmin əmlak üzərində bərabər payları müəyyən edilib. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ, həmçinin əmlakdan istifadə hüququnu, yəni əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı3, X4 və X7 mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmək, həmin torpaq sahəsindən bəhər və gəlir əldə etmək hüquqları var. Eyni zamanda, torpağa dair iddiaçıların payları bərabər olduğuna görə həmin torpaq sahəsindən götürülən məhsul, və ya məhsulun satışından əldə edilən gəlir də, onların paylarına mütənasib olaraq aralarında bərabər şəkildə bölünməlidir. Lakin cavabdeh iddiaçılar tərəfindən torpaq sahəsində yerləşən xurma ağaclardan məhsulun yığılmasına maneələr yaratmış, bununla iddiaçıların bu hüquqarını məhdudlaşdırmışdır.. Belə ki, iddiaçıların atası olan Möhsümov Fəxrəddin xx.xx.2023-cü il tarixində məhsulu yığmaq istədiyi zaman, cavabdeh onu torpaq sahəsinə buraxmamış, özü ilə gətirdiyi yeşikləri də torpaq sahəsindən kənara atmışdır. Bununla da Cavabdeh mülki qanunvericiliyin normalarını pozaraq, delikt törətmişdir. Cavabdehin bu təqsirli hərəkətləri nəticəsində iddiaçılar xurma məhsulunu yığa bilməmişdirlər və əldə edəcəkləri gəlirdən məhrum olmuşdurlar. Odur ki, iddiaçılar onlara dəymiş maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, maddi zərərin məbləği mütəxəssis rəyinə əsasən 1520 manat məbləğində müəyyən edildiyindən, iddiaçılar Cavabdeh və X2 iddiaları qismən təmin edilərək, ümumi əmlakda müəyyən edilmiş paylarına mütənasib olaraq, cavabdehdən iddiaçıların hər birinin xeyrinə 506,66 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı X10 vurulmuş maddi zərərin əvəzi olaraq, onun iddia tələbinin həcmində və ümumi əmlakda olan payına mütənasib olaraq, cavabdehdən 300 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan mütəxəssisə ödənilmiş 170 manat məbləğində xidmət haqqının əvəzi olaraq cavabdehdən İddiaçı2 xeyrinə 85 manat, İddiaçı3 xeyrinə 85 manat məbləğində pul vəsaiti tutulmalıdır. Göstərilənlərlə yanaşı, iddiaçıların tələblərinin təmin edilmiş həcminə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, cavabdehdən iddiaçı X9 xeyrinə 10 manat, Cavabdeh xeyrinə 12,60 manat, X2 xeyrinə isə 12,60 manat məbləğində vəsait tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq Cavabdeh iddiaçı X9 xeyrinə 300 (üç yüz) manat, İddiaçı3 xeyrinə 506,66 (beş yüz altı manat altmış altı qəpik) manat, İddiaçı2 xeyrinə 506,66 (beş yüz altı manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh iddiaçı X9 xeyrinə 10 (on) manat, İddiaçı3 xeyrinə 12,60 (on iki manat altmış qəpik) manat, İddiaçı2 xeyrinə 12,60 (on iki manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Mütəxəssis rəyinin təqdim edilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq Cavabdeh İddiaçı3 xeyrinə 85 (səksən beş) manat, İddiaçı2 xeyrinə 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar