Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-127/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X13 Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil4 iştirakı ilə, İddiaçı maraqlı şəxs Bakı şəhəri 40 saylı Notariat kontoru olmaqla Cavabdeh1 və qeyrilərinə qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı 0,014 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh2 100000 (bir yüz min) manat pulun və 15000 (on beş min) manat faiz məbləğinin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iddia ərizəsi üzrə cavabdeh qismində iş üzrə icraata cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil3 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 100.000 (bir yüz min) manat maddi və 5000 (beş min) manat mənəvi zərər olmaqla, ümumilikdə 105.000 (yüz beş min) manatın və buna mütənasib ödənilmiş dövlət rüsumunun, bundan əlavə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 350000 (üç yüz əlli min) manat maddi va 5000 (beş min) manat mənəvi zərər olmaqla ümumilikdə 355.000 (üş yüz əlli beş min) manatın və buna mütənasib ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi 99 illiyə İddiaçı icarəsində olmuş və bu barədə ona çıxarış verilmişdir. Həmin torpaq üzərində onun 3 mərtəbəli, ümumi sahəsi 286 kv.m olan qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 1163 saylı 13 oktyabr 2008-ci il tarixli sərəncamı əsasında iddiaçı tərəfindən özünün vəsaiti ilə inşa edilmişdir. İddiaçının heç vaxt həmin əmlakı satmaq fikri olmamışdır. Lakin sonradan baş verən bir hadisə nəticəsində o, bu müqaviləni bağlamağa və həmin torpaq sahəsini əvəzsiz, onu mövcudluğuna inandırdıqları borc əvəzi kimi verməyə məcbur olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə onun oğlu X23 evdən çıxmış, bir daha geri qayıtmamışdır. Bundan narahat olan iddiaçı polisə müraciət edərək oğlunun itkin düşdüyünü bildirmişdir. Təhqiqat zamanı oğluna məxsus avtomobil Pirallahı qəsəbəsində, dəniz kənarında tapılmışdır. İddiaçı oğlunun intihar etməsi qənaətinə gəlmiş, lakin təhqiqat zamanı polislər onun oğlunun olduğu yeri müəyyən edərək ondan izahat almışlar. İzahatında oğlu Araz Cəfərli bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə avtomobili ilə hərəkət edən zaman əvvəllər tanıdığı İlqar adlı şəxsin Vüqar adlı atası ona zəng edərək onu və ailəsini hədələmiş, o da özünü öldürmək istəmiş, bu məqsədlə Pirallahı qəsəbəsinə dəniz kənarına gəlib özünü dənizə ataraq intihar etmək istəmiş, sonradan intihar fikrindən daşınaraq xx.xx.2021-ci il tarixdə evinə qayıtmışdır (bütün bunlar Pirallahı rayon PŞ-nin xx.xx.2021-ci il tarixli Qərarında öz əksini tapmışdır). İddiaçı oğlu ilə baş verənlər barədə ətraflı danışmış və oğlu ona bildirmişdir ki, onu İlqar adlı şəxs hədələmişdir. İlqar adlı şəxs cavabdehlərin ən yaxın adamlarından biridir. Bu hadisədən bir gün sonra Cavabdeh4 adlı şəxs və Cavabdeh1 əri Cavabdeh3 adlı şəxs iddiaçı ilə görüşərək oğlunun onlara, eləcə də Şahin adlı şəxsə və başqa bir neçə şəxsə borcu olduğunu bildirmişdir. İddiaçı həmin şəxsləri əvvəllər heç vaxt görməmiş, tanımamışdır. Lakin oğlunun onlara borcu olması barədə deyilənlər, oğlunun bu səbəbdən intihara cəhd etməsi onu inandırmış, oğlunun taleyindən narahat olaraq həmin şəxsləri dinləmişdir. Abbas və Elçin adlı şəxslər iddiaçıya təklif etmişlər ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsini borc əvəzində onlara versin və bunun əvəzində oğlu Araz Cəfərlinin onlara və digər şəxslərə olan borcları silinsin. İddiaçı həmin vaxt gərgin psixoloji durumda olduğundan hadisələri real qiymətləndirə bilməmiş, oğlunu təhlükədən qorumaq məqsədilə həmin şəxslərin dedikləri ilə razılaşmışdır. Həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsini 550000 (beş yüz əlli min) manat qiymətləndirərək həmin məbləğdə borcun əvəzi kimi Abbas və Elçin adlı şəxslərə vermək barədə razılıq əldə olunmuşdur. Torpağa 200000 (iki yüz min), obyektə isə 350000 (üç yüz əlli min) qiymət qoyulmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı həmin şəxslərin təklifi ilə əvvəlcə Xırdalan şəhərində yerləşən notariusa getmiş, orada alqı-satqının baş tutmayacağı deyildikdə isə həmin şəxslərlə 40 saylı Notariat ofisinə gedərək ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilədə yazılan formal şərtlərə görə, alıcı tərəf satıcı İddiaçı ilkin olaraq guya 100000 (bir yüz min) manat vermiş, qalan 100000 (bir yüz min) manat pulu isə əsas alqı-satqı müqaviləsi bağlanan zaman verməli idi. Müqavilə imzalanan zaman alıcı qismində nə Elçin, nə də Abbas adlı şəxs deyil, Abbasın arvadı Cavabdeh1 adlı şəxs çıxış etmiş, torpağa icarə hüququ onun adına rəsmiləşdirilmişdir. İddiaçı həmin vaxt heç bir vəsait almamışdır. Çünki həmin torpağı oğlunun borcu əvəzində həmin şəxslərə verməyə razılaşmışdır. İlkin alqı-satqı müqaviləsi təsdiq edilən zaman Elçin və Abbas adlı şəxslər iddiaçıya təklif etmişdir ki, əsas müqaviləni imzalamaq üçün təkrar notariusa gəlmək əziyyətini çəkməsin deyə, öz adamlarına xüsusi etibarnamə versin. İddiaçı buna razılaşmış və həmin şəxslər Cavabdeh2 adına etibarnamə tərtib etdirmişlər. İddiaçı Cavabdeh2 tanımasa da, heç vaxt görməsə də, inanaraq etibarnaməyə imza etmişdir. Bundan bir gün sonra - xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə görə Cavabdeh1 qalan 100000 (bir yüz min) manat məbləği depozit hesaba köçürmüş, Cavabdeh2 da həmin vəsaiti götürmüşdür. Bu hadisədən bir müddət sonra yenidən Şahin və tanımadığı digər şəxslər ortaya çıxaraq, oğlu Araz Cəfərlinin onlara borclu olduğunu, Abbas və Elçinin onlara heç bir şey vermədiklərini bildirmiş və iddiaçıdan təkrar pul tələb etmişlər. Bu zaman iddiaçı aldadıldığını, oğlunun bir dəstə şəxs tərəfindən təsir altına salındığını başa düşmüş və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon məhkəməsinin qüvvəyə minən xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı həmin iddia tələbi təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının oğlu Cəfərli Arazın 07 sentyabr 2022-ci il tarixdə yaşadığı evin həyətində asılmış meyiti aşkar edilmişdir. Bu faciəvi hadisə mübahisələndirilən müqavilənin həqiqətən də iddiaçının dediyi kimi, normal şərtlərlə alqısatqı müqaviləsi kimi bağlanılmadığına bir daha sübutdur. Cavabdeh1 onu himayə edən Elçin, Abbas və Şahin adlı şəxslərin verdikləri təlimat əsasında mübahisəli qeyri-yaşayış sahəsini geri qaytarmamaq üçün, mülki məsuliyyətin aradan qaldırılması üçün, qanunsuz yolla sənədləşdirilən torpağın geri qaytarılmasını istisna edən süni şərait yaratmaq məqsədi ilə həmin torpaq sahəsinə olan icarə hüququnu iddiaçı ilə alqı-satqıdan təxminən 1 ay sonra, xx.xx.2021-ci il tarixdə 3M-241 saylı müqavilə əsasında formal olaraq X1. Bu hal Yasamal rayon məhkəməsinin 2(004)-406/2022 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Həmin müqavilənin formal olması, görüntü yaratmaq məqsədilə bağlanıldığı iki müqavilə arasındakı zaman fərqi ilə də, iki müqavilə arasındakı qiymət fərqi ilə də açıq aydın görünür. İddiaçıdan həqiqətən alqı-satqı yolu ilə, dəyəri ödənilməklə alınan torpaq sahəsi 1 ay keçməmiş nə üçün təkrar satılmalı idi və əgər həqiqətən iddiaçıya torpağa görə 200000 (iki yüz min) manat pul verilmişdisə, 1 ay keçməmiş həmin torpaq nə üçün 180000 (bir yüz səksən min) manata, yəni 20000 (iyirmi min) manat zərərlə başqa şəxsə satılırdı? Bu haqlı suallar belə deməyə əsas verir ki, xx.xx.2021-ci il tarixli 3M-241 saylı müqavilə həqiqətən görüntü yaratmaq məqsədilə bağlanılmışdır. Bundan əlavə, İddiaçı adından etibarnamə ilə hərəkət edən Axundov X30 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi ilə bağlı müqavilə bağlamışdır. Həmin torpaqda yerləşən 3 mərtəbəli qeyriyaşayış sahəsinə dair isə heç bir müqavilə bağlanılmamışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsini heç kimə satmamışdır. Buna baxmayaraq, Cavabdeh1 həmin qeyri- yaşayış sahəsinə də qanunsuz sahiblənmişdir. Odur ki, Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Bundan əlavə, iş materiallarından və Cavabdeh2 izahatlarından göründüyü kimi, Cavabdeh2 iddiaçının adından hərəkət edərək 100000 (bir yüz min) manat pul aldığını etiraf etmiş, lakin iddia etmişdir ki, guya həmin vəsaiti iddiaçının oğlunun borclu olduğu şəxslərə vermişdir. İddiaçı və onun oğlunun həmin vaxt və sonrakı dövrdə heç kimə borcu olmamışdır. Odur ki, Cavabdeh2 iddiaçının verdiyi etibarnamə əsasında onun adından aldığı 100000 (bir yüz min) manat vəsaiti İddiaçı verməlidir. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 782-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Göründüyü kimi, cavabdeh (vəkalət alan) Cavabdeh2 iddiaçının adından 100000 manat pul aldığını etiraf etsə də, həmin vəsaiti iddiaçıya verməmişdir. Odur ki, cavabdehin həmin vəsaiti və ona hesablanan illik faiz məbləğini iddiaçıya vermək öhdəliyi yaranmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, “Emini tanımıram mən. Mənim məqsədim mülkü verməklə borcların hamısını silmək idi. Hansı silindi, heç biri. Elçinin sözü ilə Eminə etibarnamə verdim. Cavabdeh2 tanımıram, oğlumun dostu olmayıb. Tanısa idi, polisdə izahatı alınanda deyəri ki, oğlunu tanıyıram. 25-ci polis bölməsində dedi ki, pulu alıb borclara vermişəm, demədi oğlumu tanıyır. Elçin kimdir ki, borc yiyələrinə pul verir, kimdir Elçin ki, pul versin camaata. Tahir və İsmayılin heç birini tanımıram. Gəlmişdi Elçinin yanında, onların adamı idi. Getdilər notariusa 10-10 min verdi onlara. Mən heç zaman deməmişəm ki, Tahirlə İsmayıla mənim oğlumun borcu var idi. Mən Yasamal RM da olmamışam. Mən elə bir borcu təsdiq etməmişəm. Elçin deyir ki, İsmayıl və Tahirin pulunu özü verib. Oğlumun borcları barədə məlumatım yoxdur. 200 min mənim tərəfimdən götürülməyib. Ümumiyyətlə ortada 200 min manat olmayıb, cəmi 100 min manat olub, Elçingil həmin məbləği götürüb növbəti gün yenidən notariusun depozit hesabına köçürüb. Həmin tarixdə orada Elçin, Abbas və Şahin olub. Araz onlara olan borcu barədə heç zaman məlumat verməyib. Elçinin heç bir rolu yox idi. Marağı isə görünür də. Özü də səsdə deyir ki, mənim ona, onun mənə heç bir borcu yoxdur. Əmlakın Abbasın yoldaşı Aygünün adına keçməsi təklifini mənə Elçin verib. Mən bilmirdim onun adına keçəcək. Sonradan bildim. Birinə 10 min verməli idi, vermədi. Həmin şəxslərin heç birini Elçin gələnə kimi tanımırdım. Əmlak ada keçsə də, borc ödənməyib. Arazın gəliri olub kiyafət qədər. Turizm firması var idi, tədbirlər həyata keçirirdi, Elçinin özünün müxtəlif məhkəmələrdə işləri var, ona qarşı çoxlu ittihamlar irəli sürülüb”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil3 iddia tələbinə əlavə olaraq izahatında bildirdi ki, İddiaçı adına olan Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti ünvanında yerləşən Xırdalan bələdiyyəsinin mülkiyyətinə aid 140 kv.m torpaq sahəsinə icarə hüququna xitam verilməsi və icarə hüququnun X5 adına keçməsinə dair torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi 26 may 2021-ci il tarixdə bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən qanunsuz olaraq həyata keçirilmiş və rəsmiləşdirilmişdir. Belə ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Xırdalan bələdiyyəsinin mülkiyyətinə aid 140 kv.m torpaq sahəsinə icarə hüququna xitam verilməsi və icarə hüququnun X5 adına keçməsinə dair 26 may 2021-ci il tarixdə bağlanmış torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi üzrə İddiaçı və Cavabdeh1 arasında alqı-satqı zamanı həmin müqavilədə yazılan formal şərtlərə görə, alıcı tərəf satıcı İddiaçı ilkin olaraq guya 100.000 (bir yüz min) manat vermiş, qalan 100.000 (bir yüz min) manat pulu isə əsas alqı-satqı müqaviləsi bağlanan zaman verməli olduğu qeyd edilmişdir. Bununla da Bakı şəhəri, 40 saylı Notariat ofisi daşınmaz əmlakın alqı-satqı müqaviləsini qanuna zidd formada tərtibini və qeydiyyata alınmasını icra edərək, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan pul məbləğinin depozit hesaba köçürülmədən alqı-satqı təsdiqləmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti ünvanında yerləşən Xırdalan bələdiyyəsinin mülkiyyətinə aid 140 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair aidiyyatı üzrə reyestr xidmətinə elektron sənəd daşıyıcısı vasitəsilə təsdiqedici sənəd göndərilmişdir. Həmçinin sözügedən alqı-satqı müaviləsi üzrə Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı münasibətdə Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti ünvanında yerləşən Xırdalan bələdiyyəsinin mülkiyyətinə aid 140 kv.m torpaq sahəsinə icarə hüququna xitam verilməsi və icarə hüququnun Cavabdeh1 adına keçməsinə dair Bakı şəhəri, 40 saylı notariat ofisi tərəfindən heç bir hüquqi sənəd tələb edilməmiş və qanunsuz rəsmiləşdirilmə həyata keçirilmişdir. Bununla da, Bakı şəhəri, 40 saylı Notariat ofisi həmin alqı-satqını “nisyə alqı – satqı” adı altında rəsmiləşdirərkən, “Notariat haqqında qanun”, “Notariat Hərəkətlərin aparılmasına dair Təlimat”ın və digər qanunların tələblərini kobud formada pozmuşdur. Həmçinin alqısatqı müqaviləsi üzrə ödənilməmiş 100.000 (bir yüz min) manat pul da iddia tələbini əhatə edən haldır. Həmçinin qeyd olunmalıdır ki, məhkəmənin qarşısında iddiaçının yalan ifadə vermə fonu yaradılır. Digər məhkəmələrdə olan qərarlarda hazırkı məsələ araşdırılmayıb. İddiaçı bu məsələləri gündəmə gətirməyib digər məhkəmələrdə, əsas adam Elçin deyib ki, oğlunun bəzi şəxslərə borcu var, əmakı ada keçirdikdən sonra vəsaitlər bağlandı, Elçin özü dedi ki, 2 maşınımı vermişəm, o hansı marağa bunu üstünə götürüb. Elçin bu münasibətlə nə kimi rol oynayıb. Borc adı altında əmlak mənimsənilib. Əmlakı formal alqısatqı ilə əldə ediblər. Aygün bir aydan sonra yenidən 20 min ucuza Ofeliyaya satıb. İddiaçı bu hadisələrdən dərhan sonra HMO-ya müraciətlər edib. 200 minin heç bir manatı iddiaçıya ödənməyib. 350 minə razılaşdırılıb ki, borclar bağlansın. Borcun ödənilməsi ilə bağlı sübut yoxdur. Həmin borclara görə əmlakı götürmüşdülərsə, niyə borc bağlanmadı, hətta bundan 3 ay sonra Araz intihar etdi. Arazın intihar etməsinin səbəbi elə borc idi. Bu da onu göstərir ki, borc bağlanmayıb. 2 maşın veriblərsə, borc yiyələrini gətirsinlər. 200 mini kimə verdiklərini sübut etməlidirlər. Biz Arazın borcunu yox, dəymiş zərəri mübahisələndiririk. Mən deyirəm ki, Abbas, Elçin, Emin, Şahin adlı şəxslər Elçin tərəfindən iddiaçının qabağında gətirilməli və bildirilməlidir ki, Arazın filan qədər adama borcu var. Bunlar Elçinin təqdim etdiyi adamlardır. Sonda Vəkil3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil4 izahatında bildirdi ki, iddia tələbi əsassızdır, iddiaçı daha əvvəl də cavabdehin yoldaşına qarşı iddia tələbi irəli sürüb, lakin qanuni qüvvəyə minmiş qətnamələr ilə həmin tələblər rədd edilib, hazırkı tələb də əsassız olaraq verilib. Sonda Vəkil4 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, torpağın maksimum qiyməti 30 min olar, bununla bağlı rəy də var. Torpaq sahəsi onların mülkiyyətində deyil. Eyni zamanda etibarsızlıq və ləğv və xitamla bağlı qətnamələr var. Bununla da həmin yer Cavabdeh1 mülkiyyətindədir. Bu qanuni tanınb. Onların satdığı həyətyanı sahə deyil. Başqa çıxışı və s. yoxdur. Torpaq və sahə bir yerdədir. Torpaqdır və üstündə binadır. Adam da bizə torpaq satıb. Bir giriş qapısında ayaq qoymağa yer var. Torpaqla tikili arasında fərq yoxdur. Fərq olsa idi iddia verə bilərdirlər. Mənim aldığım torpaq başdan başa birlikdədir. Mülkiyyət sənədi yoxdur, iddiaçıdan həmin yer icarə hüququ ilə alınıb. Mülkiyyətçi dövlətdir. 3 ildir mülkiyyətçi Ofeliya adlı xanımdır. Bunu onlar da bilir ki, mülkiyyətçi dəyişib. Digər işlərdə tərəf deyib ki, oğlunun borcu olduğu üçün satılıb onlar, əvvəl deyirdi 100 min almamışam, sonra sənəd gəldi ki, 100 minə qol çəkib götürüb. Elçin adlı şəxs məhkəmə zalında dedi ki, 100 min manatı Allahverdi bizim yanımızdə qol çəkib götürüb. İki adamın notarial ərizəsi var, Allahverdinin oğlunun borcu var idi. Hakim dedi, oğlunun borcu var idimi, Allahverdi dedi bəli. 100 minə bağlandı borc. Borclular çarəsiz qaldı, əslində 300 mindən çox idi borc. 100 mini şəxsən qol çəkib götürüb. Emin etibarnamə ilə 100 mini çıxardıb depozitdən. Özü dedi ki, Tahir və İsmayıla 300 mindən çox borcu var. Onlar notarial yazır ki Allaherdinin oğlunun borcu iddiaçı tərəfindən verilən pulla ödənilib. Buna görə tələbimiz yoxdur. 2-ci 100 minin içində Tahirə, İsmayıla və Elçinə ödənilmiş pul məbləğı var. Hansı ki, onu Allahverdi müəllimin iradəsi ilə Emin etibarnamə əsasında onu çıxardıb. Tahir və İsmayıla pulu Emin Allahverdi müəllimin yanında çıxardıb. O pulla bağlı məsələ bitib. İndi o məsələni qaldırıb oğlu öləndən sonra. İddiaçı hər iclasda fərqli izahatlar verib, müqavilənin etibarsızlığı və ləğvi ilə bağlı qərarlar qəbul olub və qüvvəyə minib. 100 mini Emin verib bunlar araşdırılıb. Tərəfin nümayəndəsi bildirir ki, iddiaçının və oğlunun 10 adama borcu var idi. Bu səbəbdən iddiaçıya məxsus olan əmlakla bağlı razılaşmaya gediblər. Xırdalanda 11 sot 10-15 mindir. 200 min çoxdur. Torpaqla birgə 200 minə razılaşdırılıb. Sənədli olsa idi 300-350 minə satılardı. Faktiki amma vəziyyət belədir. İndi həmin yer 180 minə başqa adama satılb. Aygünün sübutları var ki, yoldaşının başqa banklara borcları var, ona görə də nikah dövründə əldə etdikləri bu əmlakı öz ehtiyacları üçün satıblar, iddiaçı özü deyib ki, tikili və torpaq 350 mindir. Ayrı ayrı qiymətlərini müəyyən edib deməyib ki, 350 mindir hərəsi. İddiaçının oğlu bir qadınla münasibətdə olub. Ona güvənərək ayrı-ayrı şəxslərdən borclar götürüb. Araz son dəfə özünü öldürmə səbəbi avtobus sürücülərinə borclu olması ilə bağlı olub. Əgər iddiaçının oğlu barəsində CM-nin 128-ci maddəsi ilə iş açılıbsa, icraat dayansın. İddiaçıya təsir olması ilə bağlı heç bir sənəd yoxdur. Tərəf belə iddia edirsə ki, psixoloji vəziyyəti pis olubsa, həmin günlərdə universitetedə dərs deyibmi, psixi vəziyyəti pis olan adam dərs deyə bilməz. İddiaçı və oğlunun ayrı-ayrı adamlara 500 minə qədər borcu olub. Onlar Elçin adlı şəxsə müraciət edir ki, o bu borcları dayandırsın. Bununla bağlı səs yazıları var. Elçin iddiaçının tanıdığı adamdır. Həmin o borclu olduğu adamalara söz deyə biləcək adam idi, bununla bağlı səs yazısı var. Elçin də borclularla danışır. Ortada pul olmayıbsa Emindən 100 mini niyə tələb edir, Emin pulu çıxardıb və iddiaçıya Elçinin, Abbasın yanında təqdim edib. Mülkiyyətdə olmayan yerə heç kim 200 min verməz. Elçinə də 60 min borcu olub. Abbasla Elçin ikisi də ayrı-ayrı sahələrdə işləyir. Avtomobillə bağlı sahədə işləyirlər. Biznes əlaqələri yoxdur. Emin isə Arazın dostu olub. Bank işçisi olub, Arazla yoldaşlıq edib. Bu obyekt borc əsasında verilən deyil, alqı-satqı ilə verilib. Elan olub, Aygün xanım bunu tapıb Abşeronda maklerlə. 2021-ci ilin aprel ayında elan olub 200 min qiyməti olub. Tərəf özü məhkəmə iclasında deyir ki, oğlunu bir adam xanım aldadıb, 1 milyon ona pul atıb. Turizm işləri ilə bağlı. Polisə izahatında 216 min borc olmasını bildirir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, mərhum Araza 50000 dollar borc vermişəm, 85 min azn 30 mini qayıdıb o pulun. Allahverdi 60000 verib Elçinə. İddiaçının oğlu Şahindən 50 min almışdı. Atası dedi ki Arazın bütün borclarını götürürəm üstümə. 170 minin içində mən yox idim, mənlə heç bir alış-veriş olmayıb. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 izahat verərək bildirmişdir ki, Allahverdini və Arazı 2021-ci ildə Araz itən günü tanımışam. Allahverdi dedi kömək elə mənə. Allahverdinin borcu üçün İsmayıla 30000 dəyəri olan Fiat Doblo vermişəm. Nissan patrulun 45000 dəyəri var, bununla 100000 neçə minlik Allahverdinin Tahirə olan borcunu bağlamışam. 270000ə sayta yerləşdirmişik obyekti ki, Allahverdi 100000i borcuna versin. X28 Allahverdiyə özünün 100000 pulunu verib. Allahverdinin bir 100000i aldığı qalan 100000i almadığı barədə özünün imzası yoxdur, amma bu barədə etirafı var. Mən də qəbul edirəm ki, Allahverdiyə 200minin yarısını veriblər. Emin Arazın xalası oğludu. Allahverdi Abbasın da pulunu mənə verib, cəmi 60000. Mən iki maşını verməmişdən qabaq Allahverdidən Aygün üçün obyektin halallığını aldım, səsi var. İddiaçının məqsədi pulu verməklə borcların hamısını silmək idi. Mənim ofisimdə mən, Allahverdinin səsi, oğlunun səsi, Eminin səsi var. Oturmuşuq orada. Deyirəm ki, Tahirin pulunu verək, deyir hə, 30 min idi borc ona. Özünün aldığından xəbərim yoxdur, harasa apardı bilmirik. Arazla Emin 2-ci 100 mini götürdü gəldi ofisə. 40 min də mənim pulum idi. 23-cü bölməyə vermişdim. Borc yiyələrinə vermişdim. Mən kiməm, niyə mənə obyekt verir, iddiaçının dedikləri tamamilə yalan və cəfəngiyyatdır. Mən nə İsmayılı, nə də Tahiri tanımışam. Mənim bu insanlarla heç bir əlaqəm olmayıb. Mən Abbası və Şahini tanımışam. Şahin malyar olub, Abbasla da orada tanış olmuşam, ustanın yanına maşın gətirərkən tanış olmuşuq, dəfələrlə orada rastlaşmışıq. Mən 2020-ci ildən Şahini tanıyıram. Mən 10 min Şahinə pul vermişdim. Borc olaraq. Onun Araza verməsi ilə bağlı məlumatım yoxdu. Biznes üçün vermişdim ona. Şahin yenə 10 min istədi, dedim ki, zamin kimi nə edə bilərsən, dedi ki, maşını adına keçirdə bilərəm və Land Cruiser üçün etibarnamə verdi mənə. Qiyməti 20 min olardı. Mən cəmi 20 min verdim. Sonra Abbası da tanıdım orada. Abbasın da maşını orada olurdu deyə bu vasitə ilə tanış oldum. Mən servisdə olanda onu gördü. Bu gün mənim 22 maşınım var, elə olur ki, maşına görə 3 gün orada olurdum. Sonra səhər tezdən Şahin mən zəng vurdu, dedi ki, Araz itib evim yıxıldı, Şahin də o ərəfə 300 min pul yığıb Araza vermişdi. Araz o vaxt turizmlə məşğul idi. Bazarda ad çıxartma istəyirdi, vaxt deyilmişdi ki, mənim o vaxta pulum qaytarılacaq. 20 minim qaytarılmalı idi. O vaxta heç çatmadım. Şahin dedi ki, evim yıxıldı, Pirallahıdayıq, dur gəl. Mən heç birmirdim Araza pul verilib, pul alınıb. Şahin dedi atdılar mənə. Gəldim gördüm Allahverdi dayanıb orada polis idarəsində hamı orada idi, 30 adam olardı, hami şikayətçi idi. Allahverdi müəllim çıxdı, mənim də pulum var idi. Şahin dedi gəl görək neyniyik. Mən 20 min borc vermişdim. Dəfələrlə vermişəm, qaytarıb. Şahinin xahişi odur ki, gəl yanımda dayan görək pulu hardan tapırıq. Pirallahıda Araz itmişdi. Məktub yazıb qoymuşdu. Dedi ki, Araz adlı bir adam özünü atıb. Mən Araza yox, Şahinə vermişdim pulu. Mən də getdim ora, yolda yığdım ki, hardasan, dedi ki, polis idarəsindəyəm. Şahin də orada idi, Abbas da, Tahir də, İsmayıl da. Allahverdini ilk dəfə orada gördum. Allahverdi dedi ki, Allaha dua edin övladım tapılsın, sizin hamınızın pulunu mən ödəyəcəm. Sonra bilindi ki, Yasamalda qızla imiş. Allahverdi və Araz belə bir obraz yaratmaq istəyiblər ki, güya Araz ölüb. Plan belə imiş. Qapı qonşusundan belə borc alıb. Borc yiyələri idi onlar. Atası da orada idi, hamı gəldi. Biz hələ polisə iş başlamaq üçün getməmişdik. Araz itmişdir deyə getmişdik Polisə. Borc yiyələrini yayındırmaq üçün belə eləyiblərmiş. Məktub yazıbmış Araz, amma onu görməmişik, məktub polisdə idi. Arazın Şahinə 170-180 min borcu olubmuş. Şahin bir neçə adamdan yığmışdı o pulu, mənim də pulum orada idi. Sonra qaytardı mənim pulumu. Arazı bütün Bakı axtarırdı. Hər gün qapısında idilər borc yiyələri. Mənə bir cümlə dedi ki, gəl polisə. Keşlədə qalırdım o vaxtlarda. Camaat saat 5-ə kimi orada idi. Mən insanlara hər zaman dəstək oluram, xarakterim belədir, hamı orada qışqırırdı, pulunu tələb edirdi. Biri deyir o qədər ver, biri deyir 200 min ver. Mən orada Allahverdi tərəfdən çıxış eləməyə başladım. Dedim nə pul veribsə faizə pul verib hamı da artıqlaması ilə pulunu qazanıb Arazdan. O uşağı elə hala salan elə faizə pul verənlər idi. 10-20 min borcu olan 100 min eləmişdi. Şahin də orada idi. Allahverdi mənə dedi ki, Elçin sən bir dənə siyahı tut. Kimdən nə alıb Araz. Elə də siyahı tutdum, sonra məni evə dəvət elədi. Orada hamıdan soruşdum sənə nə qədər pul verməlidir Araz, biri dedi 300 min, biri dedi 500 min, biri dedi 700 min, siyahı ilə gəldim Allahverdi gilə. Bir gün sonra tapıldı Araz. Səs yazısı var onun, hələ verməmişəm məhkəməyə. Kifayət qədər sübütumuz var. Sonra oradakılardan əlavə başladılar şikayətlərə. Girdim evə Allahverdiyə yaxınlaşdım. Mən Şahinlə gəlmişdim, Şahin aşağıda gözlədi. Qapıda 10-12 adam var idi, mən gələndə. Siyahı məndə yoxdur indi. Bizim dəfələrlə Allahverdi, Araz, mən, Abbas, Şahin, beşimiz otururduq. Siyahı ilə görüşdük Allahverdigildə. Hamının adı, soyadı, qabağında rəqəm. Hardasa 18-20 adam oldu. Adamlar orda idi. Amma hamısını tanımırdım, başqa adamlar idi. Ola bilər onlardan bəziləri Polis idarəsində də var idi, hamısının üzü yadımda qalmadı çünki. Siyahını verdim Allahverdiyə, mənə dedi ki, səndən xahiş edirəm, bu vəziyyətdən çıxım, Araz da orada idi, üçümüz idik. Dedi mənə kömək elə. Dedi 100 və 300 min yazanı nə qədər azalda bilərsən. 1.7 milyon idi cəmi. Kim ki, şikayət eləyir, dedi onların qarşısını al. Allahverdi dedi ki, bunu həll et, camaatı sakitləşdir. Mən and içdim ki sizin yanınızdayam Allahverdi müəllim. Evdə 10 dəqiqə danışdım. Məndən xahiş elədi ki, azalt pulu və kimlər real şikayətçidir. Real şikayətçi Şahin idi, ona borcu 170-180 min idi, Tahir idi, İsmayıl idi. 18 adamın içində Abbas yox idi. 3-4 nəfər pulu Şahinə verib. Həmçinin Emin. Mənə maraqlı idi ki, Şahinin pulu alınanda mənim də pulum onun içində idi. 18 nəfərin hamısını tanımıram. Heç hamısı ilə görüşmədim. Dedi baxıb olanlarla görüş. Tahirdə 70-80 min idi. Tahirə dedim ki, atası yox yerdən verir. Həmin ərəfədə sigaret çəkməyən adam başladı siqaret çəkməyə, Allahverdi müəllim 3 günün işində əridi balacalaşdı, çox bərbad vəziyyətə düşdü kişi. Həmin ərəfədə insan olaraq yardım etdim. Bu proses 1 ay çəkdi. Bir ay danışıqlar getdi, obyekt söhbəti sonradan çıxdı orada ki, satılısın, pullar verilsin. Yeni siyahı məndə yoxdur. 30 adamla söhbət elədik, lotular, qoçular gəldi, özü ölmüyüb, şahiddi də, oğlu ölüb, kriminallar gəldi, məni ondan sonra 23-cü polis bölməsi çağırdı. Oğlunu gizlətmişdi, üçündən birinə gəlirdi, birinə gəlmirdi, Allahverdi müəllim dedi ki, oğul sən həll elə, mən onlar gələndə Babək prospektində Qəbələ restoranı var, mən restoranlara nə qədər şot verdim, mən bunu indi sizə deyirəm möhtərəm hakim, inandırıcı gəlməz ki, yəni mən bunu eləmişəm, mən bunu belə pis çıxmasın da bu insana bu jesti deyərsiz ki, nə marağın var idi, mənim heç bir marağım olmayıb, 280.000 pulu camaata mən ehsan elədim payladım pandemiya dövründə. Səsyazısında mən sizə deyim nədi, Allahverdi müəlllim polisə müraciət elədi ki, bəs mənim obyektimi alıblar əlimdən həmin o səsyazıda. Mən o səsyazmada polisə müraciət edəndən sonra, hansı ki, Şəhla xanımı ittham elədi ki, alqısatqı qanunsuz olub, mən gəldim Allahverdi müəllimlə görüşdüm, dedim Allahverdi müəllim halallıq ver. Mən hələ o vaxt Tahirə maşını verməmişdim, Tahir yenə də şikayət eləməyə başladı Allahverdi müəllimin həyətində maşının içində olub bu söhbət, deyirəm Allaheverdi müəllim mən bu maşınları versəm, bax bu Tahirin pulunu versəm, maşını İsmayıla versəm obyekt söhbəti qutardı, dedi ki, qurtardı, dedim ki, sabah gəlib deməyəcəksən ki, obyekt belədi, bu qiymətdi, o qiymətdi, bu obyekti istəsəm 10 manata satacam, istəsəm 1 manat, istəsəm 100 manata, etirazın yoxdur ki, dedi yox. Obyektin alqı satqısına ağsaqqalığı mən eləmişəm, mən iki nəfərə Tahirlə İsmayıla maşını vermişəm, amma rəsmiləşdirməmişəm, sonra mən eşitdim ki, Allahverdi müəllim şikayət edib ki, mənim obyektimi alıblar, məni verib Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə, banditizmə, verdilər ki, guya Elçin mənim əmlakımı hədə qorxu ilə ələ keçirdib, ondan sonra mən gəldim görüşdüm, dedim Allahverdi müəllim mənim sizə nə haqqı-nahaqqım olub, nə günahım olub, dedim ki, indi bunlar, bu adamların mən maşınını verməsəm, etibarnaməsini İmsayılla Tahirin özünə, şikayət edəcək mən vermişəm. Bayaq Allahverdi müəllim dedi ki, mən gözlədim ki, bunlar hamısı obyekti verdim ki, söhbət olsun, sabah obyekti qaytarım, dedim bəs onda niyə verdiniz obyekti, dedi mən verdim ki, o obyekt sakitləşsin, məsələ sakitləşsin, sonra mən raykomdan tələb edim də xırdalandakı evi kimi. Möhtərəm hakim mən bu insana bu yaxşılığı ona görə eləmişəm, fikrim-niyyətim o olub ki, valideyndi, 3 gündə əridiyini gördüm, 1 ay hər gün insanlarla görüşürdüm, restoranda şotları verirdim, mənim nə marağım ola bilərdi, amma bunların məndə hamısının səsyazıları var, mənim Allahverdi müəllimə köməyimdə məqsədim o olub ki, valideyndir, yəni hər kəsin övladı var, dönə-dönə də mənə yalvarırdı Elçin müəllim, qurban olum özün dur çıx qabağa, qoçular gəlirdi, oğlunu vurdular özünün yanında. Möhtərəm hakim bu insan yalan danışır. Bir daha deyirəm, öz oğlu ölüb, indi çıxıb ki, mən mülk istəyirəm, nə istəyirəm, tək biz deyilik, elementar sual verim də, bax oğlunun ölümünə səbəb nə oldu, bu məsələlər bağlandı da, bizdə olan məsələlər qutardı, ikinci dəfə yenə gedir həmin situasiyanı yaradır, başqalarını aldadır, spirinter şoferləri cumdular gəldilər bunun evinə, məndə olan məlumata görə təzədən oğlu özünü asdı, bəlkə də vicdan əzabından asdı, bəlkə də bilmirəm nəyə görə asdı, normal insan niyə özünü asmalıdır, nə olur olsun, mənim hər bir sözümün cavabı səsyazısında var. Mənə axrıncı sözü o olub ki, Elçin apar İsmayılı, İsmayılın axırıncı flashcardda səsi var, bizim axırıncı danışğımız bu mövzu ilə bağlı olub, mən banditizimdən çıxandan sonra mənə qayıtdı ki, İsmayılın Tahirin maşınının pulunu ver bu söhbət qurtardı. Dedim Allahverdi müəllim, sabah obyektlə bağlı hər hansı sual, şikayət olmayacaq ki, dedi ki, qurtardı. Orada da götürdü telefonu, zəng vurdu həmin bacısının oğluna, ilkin alqı satqıda iştirak eləmişəm, ikincidə olmamışam. Tahirlə İsmayılın borcu, bir də uşağın borcu 100.000 idi 100.000, 70.000 dedi ya Tahirin mənə borcu var ya 60.000, 10.000 səhv edə bilərəm 40.000 İsmayılın borcu var, dedim, ya siz məhkəmə ilə gedin şikayət edin, bu adamdan pul alın, mən öz iki maşınımı 100.000 əvəzi vermişəm. Mən banditizmə dəvət olundum, dedilər ki, sizin barənizdə şikayət var, dedim kimdir, dedilər ki, Allahverdi məllim. Yazı ilə bildirib ki, Elçin adlı şəxs mənim əmlakımı hədə-qorxu ilə ələ keçirdib. Mən də gətirdim səsyazmaları qoydum qabağına gördü ki, əsassızdır. Və mənə qərar verdi. Həmin o qərarla da çıxdım gəldim Allahverdi müəllimin yanına, o maşınların söhbətinə görə gəldim Allahverdi müəllimə dedim ki, vermirəm maşınları, geri götürürəm. O gördü ki, verməmişəm maşınları, dedi ki, ver maşınları, İsmayılnan Tahirin maşınlarını verə bilirsən, dedim verirəm, o vax 40.000-nin əvəzinə hesablamışdılar. X41 şikayət eləmişdilər, bunu tutmuşdular. Pirallahıda yox nəsimi bölməsi nizami bölməsində, Elçin maşın verib, bax dünən siz dediyiniz, yüz min məsələ var idi e, ikinci yüz min Elçin niyə xərcləyib, Elçin xərcləməyib e, cibindən Elçin bir gün qabaq maşını verib Turalı da yola salıb, bu məsələ bitib, üç dörd nəfər mən olmaq şərti ilə pulu Şahinə vermişdim, yəni mən Arazdan pul tələb edə bilməzdim, həmçinin Emin, Məmməd, Hüseyn, hansı ki, mən tanıdıqlarım. Mənə maraqlı idi ki, Şahin pulu alsın, mənim pulum onun içində idi. Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri və ya bunun mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, Cəfərov X17 Emin Süleyman oğluna Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi üzərində istənilən sərəncam verməyi etibar edir. Etibarnamə 1 ay müddətinə verilmiş və xx.xx.2021-ci il tarixə kimi qüvvədədir. İş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat ofisində birinci tərəf (satıcı): İddiaçı və ikinci tərəf (alıcı): Cavabdeh1 arasında bağlanmış 3M-188 saylı xx.xx.2021-ci il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixli çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin icarə hüququnun gələcəkdə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Göstərilən icarədə olan torpaq sahəsinin satış qiyməti 200000 manat məbləğində müəyyən edilmişdir. Alıcı tərəfindən 100000 manat həmin müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilir. Yerdə qalan 100000 manatını isə alıcı tərəfindən 3 gün ərzində ödənilməsi barədə razılığa gəldilər. Həmin alqı-satqı müqaviləsinə əlavə edilən xx.xx.2021-ci il tarixli Xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 100000 manat pul məbləğini 40 saylı Notariat kontorunun notarusu Ş.M.X42 ASC-nin 6 saylı şöbəsində olan depozit hesabına təhvil vermişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi xx.xx.2007-ci ildən başlayaraq 99 il müddətinə İddiaçı xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X20 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində imzalamış ərizəsindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin icarə hüququnun satılmasına etiraz etmir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı ilə Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin 200000 manat qiymətə satılması, ilkin olaraq 100000 manat məbləğin ödənilməsi, qalan 100000 manat məbləğin isə xx.xx.2021-ci il tarixinədək ödənilməsi barədə razılığa gəlmişlər. Alıcı bu barədə qeyd olunan 100000 manat məbləğinin depozit hesabına qəbul olunmasını, satıcı həmin məbləğin depozit hesabı vasitəsilə ödənilməsini xahiş edir. İş materiallarından görünür ki, Bakı şəhəri 40 saylı notariat kontorunun notariusu Günay Bank 6 saylı Qarayev Şöbəsinə müraciət edərək Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək 200000 manata razılaşdırılmış ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 100000 manatın İddiaçı verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında xx.xx.2021ci il tarixdə Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin icarə hüququnu xx.xx.2106-cı ilədək alıcı Cavabdeh1 satır. Satılan torpaq sahəsinin icarə hüququ AR ƏMDK yanında DƏDRX-nin Abşerin Ərazi İdarəsu tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli çıxarışa əsasən satıcıya məxsusdur. Satıcı torpaq sahəsini 200000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı bu müqavilədə nəzərdə tutulan məbləğin 100000 manatını Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmiləşmiş 3M-188 reyestr nömrəli İlkin Müqaviləyə əsasən satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. Qalan 100000 manatını isə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Müqavilə İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, satıcı Cavabdeh1 ilə alıcı X14 arasında xx.xx.2021-ci il tarixdə Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin icarə hüququnu xx.xx.2106-cı ilədək alıcı X3. Satılan torpaq sahəsinin icarə hüququ AR ƏMDK yanında DƏDRX-nin Abşerin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən satıcıya məxsusdur. Satıcı torpaq sahəsini 180000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı bu müqavilədə nəzərdə tutulan 180000 manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. Qalan 100000 manatını isə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir. Satıcı isə həmin məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə alır. Müqavilə Cavabdeh1 əvəzinə etibarnamə əsasında Cavabdeh3 və X14 əvəzinə etibarnamə əsasında X24 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh3 harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar edir. Etibarnamə 5 il müddətinə verilmiş və xx.xx.2026-ci il tarixə kimi qüvvədədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, X2 Ramin Bahadır oğluna harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar edir. Etibarnamə 20 il müddətinə verilmiş və xx.xx.2041-ci il tarixə kimi qüvvədədir. İş materiallarında olan LEX FORİ Hüquq və Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış binasının (286m2) xx.xx.2023-cü il tarixinə bazar qiyməti 552000 manat təşkil edir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi xx.xx.2007-ci ildən başlayaraq 99 il müddətinə Cavabdeh1 xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində imzalamış ərizəsindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş arvadı Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin icarə hüququnun satılmasına etiraz etmir. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 və X5 etibarnamə üzrə nümayəndəsi X4 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin 180000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğinin depozit hesabına qəbul olunmasını, satıcı həmin məbləğin depozit hesabı vasitəsilə ödənilməsini xahiş edir. İş materiallarından görünür ki, Bakı şəhəri 40 saylı notariat kontorunun notariusu Günay Bank 9 saylı filialına müraciət edərək X5 etibarnamə üzrə nümayəndəsi X7 notariat qaydasında təsdiq ediləcək torpağın icarə hüququnun alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 180000 manat pulun Cavabdeh3 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Hüquq Əmlak məsələləri Ekspertizası MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulan: “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 0,014ha torpaq sahəsi və onun üzərində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının 2021-ci il üçün və hazırkı dövr üçün bazar və likvid dəyəri (ayrı-ayrılıqda və birlikdə) manatla nə qədər təşkil etməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 0,014ha torpaq sahəsi üzərində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə nə qədər vəsait xərclənməsi” suallara dair: 1-ci sual üzrə - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 0,014ha torpaq sahəsi və üzərində inşa edilmiş üç mərtəbəli qeyri-yaşayış binasının 2021-ci il tarixinə yuvarlaq olaraq bazar dəyəri 483600 manat, likvid dəyəri 459500 manat; 19 may 2025-ci il tarixinə torpaq sahəsi və üzərində inşa edilmiş üç mərtəbəli qeyri-yaşayış binasının yuvarlaq olaraq bazar dəyəri 708100 manat, likvid dəyəri 672700 manat; 2-ci sual üzrə - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının tikintisinə əmək haqqı və materialla birlikdə real bazar qiymətləri üçün dəyəri təqribən 224216,0 manat məbləğində müəyyən edilir. Həmin Rəyə əlavə olunmuş mütəxəssis xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 750 manat təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İlkin icarə müqaviləsindən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 0,014ha torpaq sahəsinin üzərində tikilən ümumi sahəsi 288kv.m. olan ticarət obyektini xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər X25 icarəyə verməyi öhdəsinə götürmüşdür. Tərəflər qeyri-yaşayış sahəsindən aylıq istifadə haqqını 600 manat məbləğində müəyyən edirlər. İş materiallarında olan Xətai PRİ-nin 37-ci PŞ-nin xx.xx.2024-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı qeyd olunan xüsusatla bağlı mülki qaydada məhkəməyə müraciət etmə hüququnun olması izah edilməsi qərara alınmışdır. Həmin Qərar ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan İddiaçı ərizə ilə Nizami RPİ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə oğlu X23 yaşadığı evdən çıxaraq geri qayıtmamış, xx.xx.2021-ci il tarixdə oğlunun avtomobili Pirallahı rayonu Dəniz kənarında aşkar edilmişdir. Bu zaman məlum olmuşdur ki, oğlu Araz Cəfərli özünü öldürmək istəmişdir. Buna səbəb oğlunun əvvəllər tanıdığı İlqar adlı şəxsin atası Vüqar adlı şəxsin oğluna zəng edərək hədələməsi olmuşdur. xx.xx.2021-ci ildə oğlu sağ-salamat qayıdıb gəlmişdir. İlqarın onun oğlunu hədələməsi oğlu Araz özü ona demişdir. Bu hadisədən bir gün sonra Cavabdeh4 və Cavabdeh3 onun oğlu Arazla görüşüb, Arazın onlara və bir nəfər Şahin adlı şəxsə borcunun olmasını deyərək təklif etmişlər ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər əliyev prospektində 0,014 ha torpaq sahəsini bocun əvəzində onlara versin. Oğlu Araz özünə olan qorxular nəticəsində Elçinlə Abbasın təklifi ilə razılaşmışdır. Çünki, Araz ona təhdid altında olmasını demişdir. Bu barədə oğlu çox gec demiş və dedikdən cəmi bir gün sonra, yəni xx.xx.2022-ci ildə oğlu Araz yaşadıqları evin həyətində intihar etmişdir. Oğlunun ölümündən sonra o, Elçin və Abbas adlı şəxslərlə görüşmüş və onlar ona demişlər ki, oğlunun ölümündə əsas səbəbkar Şahin adlı şəxsdir. Odur ki, Şahin (***-***-**-**), Cavabdeh4 (***-***-**-**) və Abbas (***-***- **-**) adlı şəxslərin müəyyən olunaraq barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin Qərar ilə işin müəyyən olunmuş hallarından görünür ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, İddiaçı şikayəti ilə tanış olmuşdur. X11 tanışlığı olmuş, oğlunun borclarını qaytarmaq üçün ona obyektinin alqı-satqısı üçün etibarnamə vermişdir. Etibarnamə əsasında alqı satqıdan əldə edilən vəsaiti Arazın borclu olduğu şəxslərə vermişdir. Bütün bunların hamısı məhkəmə prosesində sübuta yetirilmişdir. Hətta bununla əlaqədar onun əlində məhkəmə qərarı vardır. Təqdim edə biləcəyini demişdir. Araşdırma zamanı X8 atası X21 izahatında bildirmişdir ki, Cəfərli Arazın atasıdır. Cəfərli Arazın uşaqlıqdan meyil ağıllı, sakit təbiətli insan olduğunu, dərslərində daim uğurlar qazandığını, ali məktəbə qəbul olub bitirdikdən sonra, magistratura pilləsində də təhsil aldığını demişdir. Eyni zamanda Arazın ingilis, rus və ərəb dillərində yaxşı səviyyədə danışa bildiyini, hərbi xidmətini "MTN"-də başa vurduqdan sonra şəxsi biznesini qurmağa başladığını bildirmişdir. Araz qurduğu biznesin isə turizmlə əlaqəli olduğunu, yəni "Caprice" adlı şirkət yaradaraq əsasən ərəb ölkələrindən Bakı şəhərinə gələn turistlərin nəqliyyatla təmin edilməsi xidmətinin təşkili ilə məşğul olduğunu demişdir. Belə ki, Araz Bakı şəhərinə gələn turist partiyasını əvvəlcədən danışıq apararaq sayını müəyyənləşdirib həmin şəxslərin sayına uyğun olaraq kiçik ölçü mikroavtobusu olan şəxslərlə danışıb onlardan həmin avtomobillə turistlərə xidmət göstərməsi razılaşdırırmış. Arazın Tural adlı işçisi olmuşdur. Tural bir gün Arazla söhbət edərək onunla birlikdə işləmək üçün X34 adlı bir şəxslə tanış olmağı ona təklif etmişdir. Araz da Turala inandığı üçün İlqarla görüşüb tanış olmuşdur. Arazın da növbəti zamanlarda bütün problemlərini həmin İlqar adlı şəxs Turalla birlikdə yaratmışdır. Belə ki, İlqar Araza bildirmişdir ki, onun qohumunun guya "Şahdağ" adlı pendir zavodu vardır hə zavoda guya şərik qoşulmaq üçün Tural Arazdan ilkin olaraq 30.000 ABŞ dolları pul almışdır. Daha sonra isə İlqar Arazdan biznes ortaqlığı üçün 96.000 ABŞ dolları pul almış, bir neçə gün sonra İlqar Araza guya biznesdən gələn xeyir kimi 18.000 ABŞ dolları pul qaytarmışdır. Bundan bir müddət sonra İlqar Arazla "Heydər Əliyev" mərkəzinin yaxınlığında 70.000 ABŞ dolları pul almış, bir neçə gün sonra guya biznesdən gələn xeyir adı ilə 13.000 ABŞ dollarını Araza qaytarmışdır. Beləliklə hissə-hissə olmaqla İlqar Arazdan 500.000 ABŞ dolarına yaxın pul alaraq qaytarmamış və Araz pulu istədikdə Araza hədə qorxu gəlmişdir. Araşdırma zamanı Cavabdeh3 izahatında bildirmişdir ki, o, illər əvvəl turizm şirkətində işləmiş və bu minvalla Arazı tanımışdır. Belə ki, qiyabi olaraq tanıyıb bilmişdir ki, Araz xarici dil bilir və turizm nəqliyyat işləri ilə məşğuldur. O, Arazın atası İddiaçı tanıdığını, belə ki, 2021-ci il tarixdə Allahverdinin özünə məxsus obyekt satdığını və həmin obyekti o, aldığını demişdir. Daha sonra Allaverdi ondan şikayət etməyə başlamışdır ki, guya o, obyekti ondan ucuz qiymətə almışdır. Daha sonra o, bütün orqanlarda qalib gəldikdən sonra Allahverdi ondan əl çəkib alqı-satqını edǝn notariusdan şikayət etməyə başlamışdır. Orda da, bir nailiyyət əldə edə bilməmişdir. Yəni Allahverdinin iş-gücünü belə şeylərdən ibarət olduğunu, yuxarı vəzifələrdə olan tanışlarının adından istifadə edərək dələduzluqla məşğul olduğunu bildirmişdir. Cəfərli Arazı qiyabi tanıdığını, onunla ümumiyyətlə əlaqəsinin olmadığını demişdir. Arazın intihar etmə səbəbini iri miqyaslı dələduzluqlar edərək çıxılmaz vəziyyətə düşməsində gördüyünü ehtimal etdiyini demişdir. Arazın az qala Bakının yarısına borcunun olduğunu əlavə etmişdir. Araz Şahinə də, Fəridə də borcunun olduğunu, lakin onların Arazın özünü öldürmə həddinə çatdırdıqlarına inanmadığını bildirmişdir. Ümumiyyətlə isə Arazın problemlərinin ona maraqlı olmadığını bildirmişdir. Araşdırma zamanı izahatı alınan Cavabdeh5 bildirmişdir ki, o, sahibkarlıq fəaliyyət ilə məşğuldur, belə ki, həm avtoservis icarəyə götürüb işlədir, həm də avtomobillər alıb icarəyə verir. Cəfərli Arazla 2015-ci il tarixdə tanış olmuşdur. Belə ki, Arazın avtomobilini təmir üçün onların servisinə gətirmişdir. Oradan tanışlığı yaranmışdır. Özünü ona böyük iş adamı kimi təqdim etmişdir. İlk dəfə Araz ona avtomobilinin olduğunu və satmağa kömək etməyi bildirmişdir. O da, ona kömək etmiş və avtomobili satmışdır. Növbəti dəfə Araz ona bildirmişdir ki, avtomobil alır, bunun üçün ondan 2.500 manat borc almışdır. O da vermişdir. Araz dediyi vaxtda həmin borcu gətirib ona qaytarmış, hətta üstündə 300 manat da pul vermişdir. Bundan sonrada bir neçə dəfədə borclar almış və hər dəfə qaytaranda üstündə pul vermişdir. Bütün bunları gördükcə o, görürmüş ki, sanki Araz etibarlı insandır. Hətta o, maraqlanır görürmüş ki, Araz həqiqətən gördüyü bütün işlərdə hamının pulunu qaytarır verir. Bununla da Arazla onun arasında pul alış verişi məbləği arta-arta getmişdir. Bundan daha sonra Araz ona Affanın yarışı və "Formula1" yarışlarına təminat işlərinə qoşulmaq və atasının ev alqı-satqısı işinə qoşulmaq təklif etmiş və o da, 290.000ABŞ dolları pul vermişdir. Bu andan sonra görmüşdür ki, Araz pulunu qaytarmaq fikrində deyil. Dəfələrlə Araza vaxt versǝ də, Arazın pulu ödəmədiyinin şahidi olmuşdur. Hətta sonradan 50.000 ABŞ dolları da ondan pul almışdır. Ondan sonra Araz pul verməmək üçün bütün variantlardan istifadə etmişdir. Bir ara Araz yoxa çıxmış, sonradan məlum olmuşdur ki, Pirallahıda guya gizlənərək özünü öldürmək istəyib. Bundan sonra dəfələrlə atası Allahverdi ilə danışıqlar aparsa da, sonuncu söz versə də, pulunu qaytarmamışdır. Daha sonra əlacsız qalıb bu barədə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Hazırda orada araşdırma gedir. Hadisədən təxminən 3 ay əvvəl Arazla Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olarkən danışdığını və onu sonuncu görməyi olduğunu demişdir. Arazın çox adama borcunun olduğunu və yəqin bu səbəbdən intihar etdiyini düşündüyünü bildirmişdir. O, əvvəl İlqarı tanımadığını, Arazın işçisi Turalın tanış etdiyini bildirmişdir. Arazın ona X39rşısında 216.000 manat pul verdiyini demişdir. Həmin vaxt Arazın ona 180.000 ABŞ dolları verməli olduğunu, lakin həmin puldan 216.000 manatını gətirib ona borcu əvəzində verdiyini demişdir. Arazgilin Elçin adlı şəxsə də borclarının olduğunu, səhv bilmirsə borc əvəzində Elçinin Arazgildən obyekt aldığını demişdir. Bu günə qədər Arazın ona olan cəmi 379.000 ABŞ dolları borcunu ala bilmir. Bununla əlaqədar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb və istintaqı aparılır. Borcları sübut edən bütün faktlar həmin cinayət işi materiallarına əlavə edilməsi üçün müstəntiqə təqdim etmişdir. Arazla sonuncu dəfə 2022-ci il ilin yanvar ayında danışa bildiyini, həmin vaxt Arazın özünün ona zəng etdiyini bildirmişdir. Arazın hansı səbəbdən intihar etdiyinin səbəbini dəqiq bilmədiyini bildirmişdir. İddiaçı araşdırma üçün təqdim etdiyi 01:14:48 saatdan ibarət səs yazısı olan fayla baxış keçirilən zaman müəyyən edilir ki, faylda biri İddiaçı, digəri Cavabdeh3 və digəri isə Elçin adlı şəxs olmaqla 3 nəfərin söhbətləşməsi gedir. Söhbətlər zamanı "Elçin" adlı şəxs bildirir ki, Şahin (Cavabdeh5) hazırda 6 avtomobili icarəyə verir və hansı ki, həmin avtomobilləri vaxtı ilə Arazın hesabına almışdır. Bundan əlavə Şahinin Arazdan zamanla pullar alaraq sağa-sola xərclədiyini, özünə avtoservis açdığını bildirmişdir. Həmçinin əvvəllər Arazın Şahinə borcu olduğu zaman Şahinin Arazı döydüyünü və gözümçıxdıya saldığını demişdir. Bir dəfə Arazın Şahinə 200.000 ABŞ dolları, bir dəfə isə 216.000 manat verdiyini, lakin bunlardan heç kimin xəbəri olmadığını, Şahinin bu barədə onlara heçnə demədiyini ümumiyyətlə Şahinin Arazın hesabına adam olduğunu bildirmişdir. Həmçinin Elçin bildirir ki, demək düz olmaz ki, Şahin Arazı heçnədən sağırdı, haqqına desək Arazın Şahinə borcu 15-20 min manata qədər idi və Araz qaytarmırdı. Araşdırma materiallarına əlavə edilmiş sənəddən görünür ki, X8 itkin düşməsi ilə əlaqədar Pirallahı RPŞ-də araşdırma aparılmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının CPM-in 39.1.7-ci maddəsinə asasən cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin araşdırma materiallarına əlavə edilmiş sənəddən görünür ki, X9 X23 tərəfindən aldadılaraq 379.30 ABS dolları pulunun ələ keçirilməsi ilə əlaqədar Abşeron RPİ-də araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X33 Şəxsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli 8951 saylı məktubdan görünür ki, X29 Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Materiala əlavə edilmiş Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1952 nömrəli rəyindən görünür ki, iki nəfər arasında olan telefon danışığı zamanı İddiaçı ərizəsində qeyd etdiyi xüsusatlar həmin ekspertizaya təqdim olunmuş diskdə təsdiqini tapmışdır. Beləliklə də araşdırma zamanı tərəflər arasında olan münasibətlərin mülki xarakterli olması müəyyən olunmuşdur. Həmin ekspert rəyindən görünür ki, təqdim olunmuş fonoqramdakı danışıqlar üzrə Cavabdeh4 səs yazıları: “Orda danışanda dedim mən gəlin İsmayıla, Tahirə heç nə vermiyin, İsmayıl sabah yenə tələb eliyəcək sizdən pul, dedin mənnən qələt eliyir pul tələb eliyər, get o maşın”; “Sora mənim də yadımnan çıxacax, Mən siznən danışanda dedim ki, ağsaqqal, gəldim qapıda dedim ki, dayı bizə abyektin 350.000 qiyməti var. Mən sizə dedim ki, abyekt sizindi, satın 500.000-ə, satın 600.000-ə bizim pulumuzu verin”; “Yox mən 35.000 dollar mən özüm pul vermişəm Şahinə”; “Şahin danırdı, 290.000 manat pul almışdı”; “Arasa kim pul vermişdi vapşe ümumiyyətlə o uşağlardan heç kim verməmişdi”; “Araza, bütün pulları vermişik Şahinə”; “Araza heç kim əlbəəl pul vermiyib”; “Nə də Allahverdi kişiyə heç kim əlbəəl pul vermiyib”; “Nə sizi tanıyırdıq, nə Araz qardaşı tanıyırdıq rəhmətdiyi. Biz pulların hamısın vermişik Şahinə. Biz gəldik Şahinin yanına ki, Şahin bizim pullarımızı ver, dedi ki, Araz adında bir nəfərdi, pulu götürüb qaçıb. Gəldik biz polis idarəsinə (Ekspert rəyinin 6-cı səhifəsi, aşağıdan 6-cı sətir)”; “Dayıcan, qurban sənə, biz gəldik Pirallahıya, Pirallahıda dediz ki, mən hamı oğlum çıxsın ortuya hamının pulunu mən verəcəm”; “Onnan sora çıxdıx evinnən, gəldik oturduq Şahinin yanında”; Allahverdiyi Cəfərovun “Ba pul tapammadix, düzdü? Yadınıza gəlir bu?” münasibətdə “Bəli, Ağsaqqal pulu orda biz verdik, Yox mən verdim ağsaqqal, Prostu mən istəmədim bildirəm Şahinə, mən istədim bildirəm sənə, Abbas istəmədi ki, Şahin orda söhbəti bilsin ki, puluvu Abas verir”; “Ağsaqqal bir dənə mən sizə bir dənə sual verirəm, siz mənə maşında, qapınızdan bir tin o yanda, görüşdük, dedin mənə ki, get saydın dedin ki, bu abyekti bizi 260.000 uşağlara pul paylıyırıq”; “Bir dəyqə qoy sizə deyim, Eminin 50.000 dolları”; “Abbasın pulu Şahindəydi”; “Necə Emin yoxuydu; Eminin adı birinci”; “Bunu kim tanıyırdı ki, buların hamısın Şahin tanıyırdı”; “Bəhruzun orda pulu yoxdu, ikincisi o Şahinin puludu”; “Şahın yazmışdı o siyahını sizə üzr istiyirəm Şahin dedin ki, pulların hamısı mənimdi, eşidin məni”; “Bi dənə İnfiniti, üzr istiyirəm İnfiniti də bi dənə ...pul”; “Vermişəm, o hardan hansı puldan verdim?; Siz dediz vermişəm də”; “Mən üzr istiyirəm, mən sizə orda o maşınnarı verməmişdən qabaq dedim dayı o səs yazısı məndə var, mənə dediz ki, dedim sabahları bu abyektnən bağlı başqa problem olmuyacax, dedin kutardıx”; “Baxçanı işdədən qadına, zəng vurduz, tois məndə vatsapda; Dediz ki, qoy innən belə Elçin məllim oranı aparıb qoyur satdığa fiso”; “220.000-ə Şahinə verildi üzr istiyirəm, 220.000-ə Şahin dedi ki, klentim var, 180.000-ə satıldı; 220.000-ə Şahin dedi ki, klentim var, gəldik ki, o abyekt o sən, ay Şahin get sat, bax hamı oturduq, yığışdıq, Şahinin özü, Abbasıydı, məniydim, əmisi oğlu idi, o birisi xalası oğlunun adı nəydi, Familiydi, yığışdıq, dedim Abas bizim vaxtimız məhduddur, bank pulları faizlər yazır, konkret adamın var? Deyir adamım var, deyir gözlüyün mən sizə hə-yox deyəcəm, 220.000-ə haa”; “Abbasın mənə nə qədər borcu var (Abbas bildirir ki, 24000)”; “Yox, dayı bu işdən ziyan çəkən bilirsən kim oldu, ba bu. X60 getdi, bir esklası getdi, Şahin oğraş oturub orda, altı dənə maşını verib rentekara, gündə 500-600 manat pul qazanır, kimin şotuna qazanır?, Rəhmətliyin (Cavabdeh3 da təsdiq edir) şotuna qazanır, bir haqqı deyirik”; “ordan 180000 pul alındı, 10000-i sənədlərə verildi, 30000-i uşaqlara verildi”; “nədən danışırıq dayı? (İddiaçı: mən aldadıldığımdan, bax şeydən çıxanda dedin satanda bir yerdə sataq, bu sözü dedin, dedin-demədin bunu, sən canı dedin-demədin?), ustundən bir həftə sonra Hacı zəng vurdu sənə, yox üzr istəyirəm Hacı zəng vurdu bizə, Gəncənin axundu, o zəng vurdu təzyiq göstərdi ki, belə-elə. Yoxsa biz niyə sataq ki?!, mən onnan telefonla danışmışam, ancaq telefonla danışmışam, 3-4 dəfə telefonla danışmışam, bir kərəm mənə zəng vurdu dedi ki, burdayam mənə qurbannıq qoyun aparaq orda kəsək”; “mən sizə harda dedim 23-cü bölmədə; dedim ki, bu qumardı hamısı, abbas da dedi ki, sənin oğlunun maşınnarıdı orda O səs də məndə var”; Fəridlə haqq-hesabımızı deyim sənə, 23-cü bölmədə olan söhbətləri deyim sənə, bütün hamısı...; 23-ə kimi o söhbət olmamışdır, 23-cü bölmədə aşağıda dayananda...; abbas mən sizə dedim ki, bu bəhruz sözü var a ağlayan uşaq; üzr istəyirəm, Bəhruz deyilən bir insan yoxdu, insan var a, fakt fakt yoxdu pulu, o pul Şahinin pulu olub, Şahinin də pulu Arazın pulu olub, Araza verib 100000, gedib 180000 alıb, təzədən 80000 verəndə 100000 deyib ki, guya Bəhruz verdi. O pul da Şahinin puludu...”; “mənim burda marağım 2 şəxsdən söhbət gedir, bir özümü çıxmaq şərtilə 35000 mənim pulum; mən orda sizə demişəm, siz orda sözü Şahinə demisiz ki, Elçin gəlib deyir ki, mənim burda marağım Abbasın puludu, bir də Eminin puludu”; “Araz deyir ki, Emindən axırıncı dəfə almışam 50000 dollar”; “o verdiyi 50000 Eminin puluydu da (Abbas təsdiq edir)”; “85000 bir verib, 85000 bir verib” “İddiaçı: “85000 yox, 50000 vermisən düzdür” sualına “Bəli”; “indi biz pulu Şahinə vermişik, amma Şahin Araza bizim pulumuzu verib. Və ona görə də siz bizə abyektinizi satdınız, satdıqca onların pulların verdik dayı; İddiaçı “Başa düşdüm, qardaş ...Şahinə vermişdin də sən” sualına cavab: Bəli, bəli , bəli”; “mən o maşınlar var a, mən o maşınları mütləq şəkildə alıb verəcəm sizə”; “İddiaçı “bə 219000 pul niyə verirdin sualına cavab: “bir dəyqə onu siz çıxıb deyərdiz ki, onu oğlunuz deyərdi də, demişdi axıra kimi çıxardı üstünə; ... Yəqin ki, mən sizə dedim axı, onu o qədər qorxudublar... onu qorxudub da, onu təzyiq də göstərib, oynuyub”; “O avtoserviz açanda ... bir ay sonra bu söhbətlər başladı da, o avtoserviz açılanda ona pulu mən vermişəm, ... bu kişi də şahiddi...”; “Ağsaqqal ...80000 dollar bu əlbəəl aldığı pul perevod eliyir ki, Allahverdi dayı sizə qaytarıb o pulu, deyirəm bizə pul qaytarılmayıb. O 80000 dollar bu dəyqə vəsatət qaldırsaq 80000 dollar almalıdır Abbas ondan. 80000-i al, ver yarısını bu kişiyə, bu kişi yarısını ödüyüb, yarısı qalıb, bu kişinin halal puludu...; İddiaçı “kimdən alacaq 80000-i” sualına cavab: “Şahinnən (Abbas da təsdiq edir)”; “Dayı fakt var e, biz ona pulu bilirsən necə vermişik? Əlbəəl verməmişəm e ona, Unibankdan kredit çıxıb mənim adıma, Şahin qol çəkib, Şahinə çeknən bunu vermişəm e, mən. ... çeknən, qəbzbnən; ... mən Şahinin adına keçirtmişəm o pulu”; “Bax dayı ... pul nə vaxt verilib, ba Unibank, ba Emin Unibank, mən sənə görsədirəm, ... ora sənəd vermişəm, nə vaxt pulu vermişəm ona ... bax sənə sübutnan göstərirəm... tarixinən, dəqiqliyinən, hadisə nə vaxt olmuşdur ... ondan bir ay qabaq vermişiy ... (Abbas: may, may )”; “Allahverdi Cəfəronun “indi bəs 80000-i niyə almırsan” sualına cavab: ə, biz onu ala bilmirik onnan”; “Şərəfimə and olsun deyirəm Abbasnan, Abbas sən namusuna and verirəm, mən sənə o sözü dedim ki, sabah 80000 alsam bunnan, 40000-i kişini çağırıb verəy ona (Abbas təsdiq edir: olub hələ Şahmarın yanında); İddiaçı “bə yaxşı onda 219000-i elə bağışlayaq ona sualına cavab: “yox, alaq niyə almırıq ki. Onun nəyi var əlindən almaq lazımdır e, onun çünki heç nəyi olmayıb Arazdan indiyə qədər, onun Arazı tanıyana qədər onun bir 10000 borcu olub, bir də cındır Hundayı, fiso”; “80000-i mən ondan qışqırda-qışqırda alaram ...; Xırdalanda obyek olub satmışıx..” və s. Həmin ekspert rəyi ilə müəyyən olunur ki, aşağıdakı ifadələr Cavabdeh3 məxsusdur: “İddiaçı “getdik ora (notarius nəzərdə tutulur), pulu saydılar, mənim əlimə pul dəymədi, pul qaldı sizdə ..., sonra qalxdıq gəldik, oturduq ... Xırdalana getdik, evə baxdın, qayıtdıq gəldik bax maşında Abbas, .... bu işi yoluna qoyaq” cümləsinə və Cavabdeh4 “Ağsaqqal ... mən sizə bir dənə sual verirəm, siz mənə maşında, qapınızdan bir tin o yanda görüşdük, dedin mənə ki, get saydın dedin ki, bu obyekti bizi 260.000 uşağlara pul paylıyırıq” cümləsinə cavab: “Apar bunları yola ver”; “Yox e, Eminin pulunu elə birinci siz özünüz dedin yazdırdız”; “Şahin yazırdı (siyahı nəzərdə tutulur)”; “Ən birinci biz dedik ki, Eminin pulunu verək”; “... budey səsi var da burda; telefonda var məndə səsi; budey səsi var”; “Şahinniyiydi (Bəhruz nəzərdə tutulur)”; “Şahin demişdi o mənniydi, siz öz pulunuzu alın, durun qıraqda”; “indi qoy məhkəmə qurtarsın, məhkəmədən sonra mən Şahini təzdən məhkəməyə verirəm”; “bunlar heç biri Arazı tanımır heç kim” və s. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-406/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 ilə Bakı şəhəri 40 saylı Notariat ofisində bağlanılmış 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 ilə X14 arasında bağlanılan xx.xx.2021-ci il tarixli 3M- 241 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1138/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili izahatında bildirmişdir ki, Cavabdeh2 Bankdan götürdüyü 100 min manatı Allahverdi müəllimə vermiş, Allahverdi müəllim də həmin pulu Tahir və İsmayıla vermişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, məhkəmə iclasında İddiaçı izahatında nə obyekt satdığını, nə də obyektin pulunun ona çatmadığını, işlərin başında Elçin adlı şəxsin durduğunu bildirmişdir. Elçin onu evdən götürmüş, Xırdalandakı notariat kontoruna getmişlər. Oradakı notarius Elçinlə razılaşmamışdır. Daha sonra Xətai metrosunun yanına getmişlər. Pulu düzəldə bilmirdilər. Notariatın pulunu düzəltdikdən sonra yenidən başqa notariusa getmişlər. Həmin qətnamədən görünür ki, məhkəmə iclasında Cavabdeh3 bildirmişdir ki, İddiaçı Eminə borcu olmuşdur. Həmin pulu İddiaçı Eminə vermişdir. İddiaçı ona borcu olmamışdır. Həmin qətnamədən görünür ki, məhkəmə iclasında Cavabdeh4 bildirmişdir ki, 30 min dollar onun pulu olmuşdur. Qalan pul onun özünə qaytarılmışdır. 100 min manatı qəbul etdiyini özü etiraf edir. 2-ci 100 min manat Allahverdi müəllimə verilmişdir. Onun iştirakı ilə 100 min manat Allahverdi müəllimə qaytarılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1138/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən də görünür ki, Cavabdeh3 bildirmişdir ki, İddiaçı Eminə borcu olmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair 2(004)-4160/2023 nömrəli mülki işin icraatına xitam verilmiş, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qismən, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” hissəsində iddia tələbi (2(004)-4160/2023 saylı mülki iş üzrə) məhkəmənin icraatına qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadından verilmiş şikayət ərizəsi digər hissədə, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə təmin edilməmiş və şikayət həmin hissədə baxılması üçün mülki iş məhkəmənin icraatından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6618/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-122/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Cəfərov X12 Aygün Elman qızına xx.xx.2021-ci il tarixdə bildiriş göndərməklə sonuncu tərəfindən əmlakın dəyərinin qalan hissəsi ödənilmədiyi üçün alqı-satqı müqaviləsinin etibarsız hesab ediləcəyi, 250000 manat pulun ödənilməsi tələb edilmiş, bu məqsədlə xx.xx.2021-ci il tarixədək buna münasibət göstərilməsi qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Regional Ədliyyə İdarəsinin məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsi ilə əlaqədar İddiaçı icarə hüququna xitam verilməsi və icarə hüququnun X5 adına rəsmiləşdirilməsinə dair bələdiyyə tərəfindən hər hansı qərarın qəbul edilmədiyi, bələdiyyə tərəfindən müvafiq quruma təqdim edilmək məqsədi ilə verilmiş xx.xx.2021-ci il tarixli 450 saylı arayışda icarə hüquqlarının digər şəxsin adına dəyişdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin məktuba əlavə edilmiş Xırdalan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cəfərov X19 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Xırdalan bələdiyyəsinin mülkiyyətində olan 140kv.m. torpaq sahəsinin icarəçisidir. Xırdalan bələdiyyəsi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 140kv.m. torpaq sahəsinin icarə hüququnun X26 adına dəyişdirilməsinə etiraz etmir. İş materiallarında olan X10 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, X23 tərəfindən ona dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmişdir. X23 ilə barışmışdır, ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan X22 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, X23 tərəfindən ona dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmişdir. X23 ilə barışmışdır, ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 4/1166 nömrəli Rəydən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd USB yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd USB yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - İddiaçı məxsusdur. Həmin Rəydən müəyyən olunur ki, danışıqlar 6 nəfər arasında aparılmışdır. Həmin Rəyin 6-cı səgifəsindəki “WhatsApp Audio 2024-06 at 13.03.27” abzasdakı danışıqlarının mətnindən görünür ki, burada K4, K5 və K6 ilə işarələnmiş diktorların danışıqları aşağıdakı məzmundadır: “K4 - Bax hamımız bir şeyin dalındayıq, bunu elə eliyəyin ki, hamımız batmışıq, bu boyda adam batmışıq fakt var. Elə bir şey eliyəyin ki, heç olmasa həyatımızı batırmıyax. İçinizdə elələri var ki, həyatını bu dəyqa batırmaq istiyir”; “K5-Allah haqqı mən özümü atıv öldürmək istiyirəm”; “K4 - Amma ki, bunu elə eliyəyin ki, bu oyunnan sağ salamat hamımız çıxax. Bir dənə sağ salamat çıxax. Cuzi bir şey kiməsə boşdu qalax, eybi yox, onu biz qazanırıx, biz də eliyəciyik. Amma sıxannarı yola salax. Hammızı sıxan var. Hammızı sıxan var. Hamının evində o pulu olmuyub ki, süyürməni açsın gətirsin versin ki, Araz get bunun işini gör. Hamını bilirəm ki, mənim günümdədi. Onnan alıb bunnan alıb bunnan alıb bunnan alıb bunnan alıb. Ona görə qardaşım gəlin ortax məxrəcə gələk, bu işi aşırdax. Aşırdağın ki, hammız zibildən çıxax. Yoxsa bu da özünü öldürəjǝk”; “K6 - Niyə özümü öldürüm e”; “K4-O biri heç. Yox e, vapşe de indi. Amma ki qardaş hammız”; “K1 - Elə bilərəm ki, oğlum olmuyub iki qızım olub”; “K4 - Bunu yoluna qoyağın gəlin yazdırağın bunu hesablıyağın”. Həmin Rəydən görünür ki, İddiaçı aparılması üçün ekspertiza tədqiqatın iştirak etsə, adından eyniləşdirici tədqiqart tələb olunan şəxslər: Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından həmin şəxslərin adından eyniləşdirici tədqiqat aparılmamışdır. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 həmin ekspertiza tədqiqatında iştirak etmələri barədə lazimi qaydada məlumatlandırılmışlar. Həmin rəyə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 uzun illərdir ki, tanışdırlar, iddiaçı ilə onların tanışlığı ilk dəfə xx.xx.2021-ci il tarixdə oğlu Araz Cəfərlinin itkin düşməsi ilə bağlı Pirallahı Polis söbəsinin qarşısında olmuş, iddiaçının oğlu Araz Cəfərlinin itkin düşməsi barədə Cavabdeh5 Cavabdeh4 və digər tanışlarına məlumat verərək onları həmin polis şöbəsinin qarşısına gəlməyi təklif etmiş, onlar da birlikdə oraya gəlmişlər (audio və video yazıların məhkəmə ekspertizası üzrə Ekspert rəyinin 6-7-ci səhifələri), həmin vaxt Cavabdeh5 Cavabdeh4 və digərlərini inandırmışdır ki, o, Araz Cəfərliyə küllü miqdarda pul vermişdir və onlardan borc kimi aldığı pullar da həmin məbləğin içərisindədir, Araz tapılmadığı təqdirdə pulların onun tərəfindən qaytarılması mümkün olmayacaqdır, orada Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 İddiaçı bildirmişlər ki, oğlu Arazın itkin düşməsi səbəbi onun müxtəlif şəxslərə küllü miqdarda borcunun olması ilə bağlıdır, Cavabdeh4 iddiaçıya bildirmişdir ki, razılıq verəcəyi təqdirdə həmin borcların bağlanması üçün ona köməklik göstərə bilər, bundan sonra Cavabdeh4 və Cavabdeh3 iddiaçının evinə gələrək onunla oğlu Arazın onlara və başqa bir neçə şəxsə borcunun olması barədə müzakirə aparmış, iddiaçıya oğlu Arazın borclarına dair 20-25 nəfərin adının yazıldığı siyahını göstərmiş, bu məbləğin 500 mindən 1,5 milyon arasında olduğunu bildirmişlər, iddiaçı isə, əgər həqiqətən də oğlu Araz Cəfərli borclu olacağı təqdirdə borcların onun tərəfindən qarşılanacağını bildirmişdir, bundan sonra onlar arasındaki razılığa əsasən iddiaçı özünə məxsus olan Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən əmlakı Cavabdeh4 və Cavabdeh3 verməyi, onlar isə öz növbəsində Arazın borclarının ödəniləcəyini öhdələrinə götürmüşlər, daha sonra qeyd edilən əmlaka dair iddiaçı ilə Abbasın həyat yoldaşı Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə ilkin alqı-satqı, bir gün sonra xx.xx.2021-ci il tarixdə isə İddiaçı Cavabdeh2 verdiyi etibarnamə əsasında alqı-satqı müqaviləsi bağlanmış və əmlak Cavabdeh1 adına rəsmiləşdirilmişdir, müqavilədə torpaq sahəsinin dəyəri ümumilikdə 200000 (100000 + 100000) manat kimi göstərilmişdir, ilkin alqı-satqı müqaviləsi əsasında İddiaçı imza etdiyi məbləğ Cavabdeh4 tərəfindən ödənilmişdir, növbəti gün əldə edilmiş 100000 manat isə Cavabdeh2 qalmışdır. İddiaçının oğlu Araz Cəfərli xx.xx.2022-ci il tarixdə intihar etmişdir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 işin faktiki halları barədə verdikləri ifadələr (Xətai RPİ-nin 37-ci Poliş Şöbəsində və məhkəmələrdə dedikləri) ziddiyyətlidir. Belə ki: - məhkəmə prosesində Cavabdeh2 vəkili Vəkil2 izahatına görə: “Emin etibarnamə ilə 100 mini çıxardıb depozitdən, 2-ci 100 minin içində Tahirə, İsmayıla və Elçinə ödənilmiş pul məbləğı var. Hansı ki, onu Allahverdi müəllimin iradəsi ilə Emin etibarnamə əsasında onu çıxardıb. Tahir və İsmayıla pulu Emin Allahverdi müəllimin yanında çıxardıb. O pulla bağlı məsələ bitib. İndi o məsələni qaldırıb oğlu öləndən sonra”, “İddiaçı və oğlunun ayrıayrı adamlara 500 minə qədər borcu olub. Onlar Elçin adlı şəxsə müraciət edir ki, o, bu borcları dayandırsın, Elçin iddiaçının tanıdığı adamdır”, “Ortada pul olmayıbsa Emindən 100 mini niyə tələb edir, Emin pulu çıxardıb və iddiaçıya Elçinin, Abbasın yanında təqdim edib.”, “Elçinə də 60 min borcu olub (Arazın)”. Cavabdeh2 37-ci PŞ-də verdiyi izahata görə: “etibarnamə əsasında alqı-satqıdan əldə edilən vəsaiti (100000 manat) Arazın borclu olduğu şəxslərə vermişdir”. - Cavabdeh5 37-ci PŞ-də verdiyi izahata görə: “290000 ABŞ dolları pul vermişdir (Araza), hətta sonradan 50000 ABŞ dolları da ondan pul almışdır (Araz), “Arazgilin Elçin (Cavabdeh4) adlı şəxsə də borcları olmuş, səhv bilmirsə, borc əvəzində Elçin Arazgildən obyekt almışdır”. - Cavabdeh3 məhkəmə prosesində verdiyi izahata görə: “Araz onun işçisi olub, birlikdə işləyiblər”, “Araza 50000 dollar borc vermiş - 85000AZN, 30 mini qayıdıb o pulun”: “Allahverdi 60000 verib Elçinə”. “İddiaçının oğlu (Araz) Şahindən 50000 almışdır”; “170 minin içində mən yox idim, mənlə heç bir alış-veriş olmayıb”; Cavabdeh3 37-ci PŞ-də verdiyi izahat: “Arazı qiyabi olaraq tanımışdır, onunla ümumiyyətlə əlaqəsi olmamışdır”, “Arazın atası İddiaçı tanıdığını, belə ki, 2021-ci ildə Allahverdinin özünə məxsus obyekt satdığını və həmin obyekti o aldığını demişdir”, “ümumiyyətlə Arazın problemləri ona maraqlı olmadığını bildirmişdir”. - Cavabdeh4 məhkəmə prosesində verdiyi izahat: “Araz itən günü onu tanımışdır”, “İsmayıla 30000 dəyəri olan Fiat Doblo vermişəm (Arazın borcuna görə), Nissan Patrulun 45000 dəyəri var, bununla 100000 Allahverdinin Tahirə olan borcunu bağlamışam”, “mən də qəbul edirəm ki, Allahverdiyə 200000-nin yarısını veriblər”, “Allahverdi Abbasın da pulunu mənə verib, cəmi 60000”, “30000 idi borc ona (Tahirə)”, “Arazla Emin 2-ci 100 mini götürdü gəldi ofisə (ofis Elçinə məxsusdur), 40000 də mənim pulum idi, borc yiyələrinə vermişdim”, “mən kiməm, niyə mənə obyekt verir, iddiaçının dedikləri tamamilə yalan və cəfəngiyyatdır”, “mən nə İsmayılı, nə də Tahiri tanımışam, mən Abbası və Şahini tanımışam”, “mən Şahinə cəmi 20000 verdim... təminat olaraq “Land Cruiser” markalı avtomobilə etibarnamə aldım, qiyməti 20000 manat olardı”, “Şahin 300000 Araza vermişdi”, “mən heç bilmirdim Araza pul verilib, pul alınıb”, “mən 20 min borc vermişdim (Şahinə)”, “mən Araza yox Şahinə vermişdim pulu”, “30 adam olardı şikayətçilər”, “borc yiyələri idi onlar”, “Arazın Şahinə 170-180 min borcu olubmuş, Şahin bir neçə adamdan yığmışdı o pulu, mənim də pulum orada idi. Sonra qaytardı mənim pulumu”. “Allahverdi dedi Elçin bir dənə siyahı tut, kimdən nə alıb Araz, elə də siyahı tutdum, orada (polis şöbəsində) hamıdan soruşdum sənə nə qədər pul verməlidir Araz, biri 300 min, biri 500 min, biri 700 min dedi, siyahı ilə gəldim Allahverdi gilə”, “hardasa 18-20 adam oldu (siyahıda), “1,7 milyon idi cəmi” (borc), “18 adamın içində Abbas yox idi, 3-4 nəfər pulu Şahinə verib, həmçinin Emin”, “Şahinin pulu alınanda mənim də pulum onun içində idi”, “Tahirdə 70-80 min idi (borc)”, “həmin ərəfədə insan olaraq yardım etdim. Bu proses 1 ay çəkdi. Bir ay danışıqlar getdi, obyekt söhbəti sonradan çıxdı orada ki, satılısın, pullar verilsin. Yeni siyahı məndə yoxdur. 30 adamla söhbət elədik. Kriminallar gəldi, sonra məni polisə verdilər. Lotular gəldi və s., oğlu onda gizlənmişdi. Evdə idi, amma mənə dedi ki, sən həll et. Mən restoranlara gedib pullar verirdim, qonaqlıqlar verirdim. Mənim marağım olmayıb. Öz otellərim var, mən xeyriyyəçiliklə məşğulam, vətən müharibəsi, pandemiya dövründə 280 min ehsan vermişəm. Mənim heç bir xeyrim olmayıb”, “Mən gəldim Allahverdi müəllimlə görüşdüm dedim Allahverdi müəllim halallıq ver. Mən hələ o vaxt Tahirə maşını verməmişdim. Tahir yenə də şikayət eləməyə başladı...; deyirəm Allahverdi müəllim mən bu maşınları versəm bax bu Tahirin pulunu versəm, İsmayılın maşının versəm obyekt söhbəti qutardı dedi ki qutardı, dedim ki sabahları gəlib demiyəcəksən ki obyekt belədi bu qiymətdi o qiymətdi mən bu obyekti isdəsəm 10 manata satacam, isdəsəm 1 manata, isdəsəm 100 manata etirazın yoxdu ki, dedi ki yox”, “Obyektin alqı satqısına Ağsaqqalığı mən eləmişəm”, “Allahverdi müəllimə köməyimdə məqsədim o olub ki valideyndi yəni hər kəsin övladı var dönə dönə də mənə yalvarırdı Elçin müəllim qurban olum özün dur çıx qabağa qoçular gəlirdi, Oğlunu vurdular özünün yanında”, “mən banditizimdən çıxandan sonra mənə qayıtdı ki İsmayılın, Tahirin maşınının pulunu ver bu söhbət qutardı. Dedim Allahverdi müəllim sabahları obyektlə bağlı hər hansı sual şikayət olmuycaq ki dedi ki qutardı”, “70.000 dedi ya Tahirin mənə borcu var ya 60.000, 10.000 səhv eliyə bilərəm 40.000 İsmayılın borcu var. dedim ki ya siz məhkəməyə gedin şikayət eliyin bu adamdan pul alın”, “Mən öz iki maşınımı 100.000 əvəzi vermişəm” , “Mən banditizmə dəvət olundum, O maşınların söhbətinə görə gəldim Allahverdi müəllimə dedim ki vermirəm maşınları geri götürürəm. O gördü ki verməmişəm maşınları dedi ki ver maşınları İsmayılnan Tahirin maşınlarını verə bilirsən dedim verirəm o vaxdı 40.000 nin əvəzinə hesablamışdılar”, “Mən orada Allahverdi tərəfdən çıxış eləməyə başladım. Dedim nə pul veribsə faizə pul verib, borclar faizlərdən yarananlar idi, hamı da artıqlaması ilə pulunu qazanıb Arazdan”, “Bizim dəfələrlə Allahverdi, Araz, mən, Abbas, Şahin, beşimiz otururduq. Siyahı ilə görüşdük Allahverdigildə”. Bununla belə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında Cavabdeh4 bildirmişdir ki, “100 min manatı qəbul etdiyini özü etiraf edir. 2-ci 100 min manat Allahverdi müəllimə verilmişdir”. Göründüyü kimi, həmin ifadələrdən məlum olur ki, iddiaçının oğlu Araz Cəfərli ilə Cavabdeh4 arasında hər hansı bir hüquq münasibətləri olmamış, onlar əvvəllər bir-birlərini tanımamışlar; - Cavabdeh3 gah alqı-satqı münasibətlərinə qədər əvvəllər Arazı tanımadığını, onunla hər hansı bir münasibətdə olmadığını, gah da Araz Cəfərlinin onun işçisi olduğunu və iş münasibətlərində olduğunu bildirir; - Cavabdeh4 və A.X46 Cavabdeh2 (audio və video yazıların məhkəmə ekspertizası üzrə Ekspert rəyinin 8-9-cu səhifələri; Cavabdeh4 məhkəmə iclasında verdiyi izahata görə Cavabdeh5 18 nəfərdən alaraq Araz Cəfərliyə borc kimi verdiyi pulların icərisində Cavabdeh2 da pullarının olduğunu bildirir və s.) borc verdiyini, Cavabdeh2 izahatlarından isə onlar arasında borc münasibətinin olması barədə hər hansı bir hal müəyyən olunmur; - Araz Cəfərli və Cavabdeh5 bir-birlərini əvvəllər tanımış, tanışlıqları dövrdə hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, həm Cavabdeh4 və Cavabdeh3 deməsinə görə Araz Cəfərlinin Cavabdeh5 borcu olmuş, X59 Namazov tərəfindən təzyiq altında saxlanılmış, o cümlədən döyülmüş, Ş.X47 hesabına varlanmış, həm də Cavabdeh4 izahatında Cavabdeh5 pulunu Araz Cəfərlidən geri almış və S.X50 faizə borc pul vermişdir; - Elçin, Abbas və Şahin arasındakı münasibətlər üzrə qeyd edilməlidir ki, Cavabdeh4 və Cavabdeh3 Şahin vasitəsi ilə əvvəlcədən tanışlıqları olmuş, Cavabdeh4 deməsinə görə Cavabdeh5 borc vermiş, borcun müqabilində ondan avtomobil almışdır, Elçinlə birlikdə bir qrup şəxs Arazın itkin düşdüyü gün məhz Cavabdeh5 çağırışı ilə polis idarəsinə getmiş, həmçinin Elçin özü dəfələrlə Cavabdeh3 və Cavabdeh5la birlikdə Allahverdi və Araz ilə görüşmüşdür, Cavabdeh4 İddiaçı, sonradan isə faktiki olaraq Cavabdeh3 məxsus obyektin satılmasında, Cavabdeh5 borclarının alınmasında yaxından iştirak etmişdir; - Cavabdeh3 Cavabdeh4 İddiaçı 60000 manat almasını, Cavabdeh4 isə İddiaçı Cavabdeh3 aid olan 60000 manatı aldığını bildirir; Cavabdeh4 izahatında Cavabdeh5 pulunu aldığını, onun da pulunun Cavabdeh5 pulunun içində olduğunu və onun pulunun qaytarıldığını bildirir; Səs yazılarının Ekspert Rəyində isə Cavabdeh4 və Cavabdeh3 etiraf edirlər ki, obyektin satışından Cavabdeh5 80000 manat artıq əldə etmişdir, halbuki Araz Cəfərli ona olan 216000 manat olan borcunu əvvəlcədən ödəmişdir; - Cavabdeh2la İddiaçı arasındakı münasibətə gəldikdə isə qeyd edilə bilər ki, Cavabdeh2 polis şöbəsindəki ifadəsində və digər məhkəmələrdəki izahatlarında etibarnamə əsasında aldığı pulu Arazın borclu olduğu şəxslərə verdiyini qeyd edir, məhkəmədə vəkilinin izahatında isə iddiaçıya verdiyini və onun da həmin pulu Tahir və İsmayıla verdiyini bildirir; Cavabdeh4 isə Tahir və İsmayılın borcunun ona məxsus avtomobillərlə əvəz olunduğunu deyir. Halbuki həmin şəxslərin borclarının ödənilməsi barədə danışıqlar işin polis orqanlarında və məhkəmə mübahisələri ərəfəsində aparılmışdır; - İddiaçının oğlu Araz Cəfərli ilə Cavabdeh4 arasındakı münasibətlərə gəldikdə qeyd edilməlidir ki, Cavabdeh5 (məbləğ demir) və Cavabdeh2 (60000 manat), X56 Rzayevə borclu olduğunu, həmçinin Cavabdeh2 alqı-satqı nəticəsində (ikinci dəfə) alınmış 100000 manatın bir hissəsini Tahir və İsmayıl ilə yanaşı, Cavabdeh4 də verdiyini bildirmiş, Cavabdeh4 isə Arazın ona borcu olmadığını, ümumiyyətlə Arazla arasında pul münasibəti olmadığını və Arazı əvvəlcədən tanımadığını bildirmişdir; - (əmlakı faktiki olaraq əldə edilməsi və idarə olunması barədə) – Cavabdeh5 Cavabdeh4 borc əvəzində Arazgildən obyekt aldığını, Cavabdeh3, eləcə də Cavabdeh4 özü alqı-satqıda iştirak etdiyini, həmin alqı-satqıya ağsaqqallıq etdiyini, İddiaçı ilə görüşəndə əmlak üçün halallıq istədiyini, əmlakı istədiyi qiymətə satacağını bildirmiş, həmçinin Cavabdeh1 tərəfindən əmlak satılarkən alqı-satqı ilə bağlı elan da Cavabdeh4 tərəfindən saytda yerləşdirilmişdir, həmçinin İddiaçı da digər məhkəmələrdə və hazırkı məhkəmə iclaslarındakı izahatlarında oğlu Arazın borclarının əvəzində əmlakın verilməsi barədə təklifin Cavabdeh4 və Cavabdeh3 tərəfindən irəli sürüldüyünü bildirmiş, təminat olaraq əvvəlcə obyektin əvəzləşdirilməsi, bundan sonra isə əmlakın birlikdə satılması barədə razılıq əldə edilmiş, İddiaçı tərəfindən əmlakın qiyməti 350000 manat təklif edilmişdir, onun satılması Abbas, Şahin və Elçin tərəfindən həyata keçirilmişdir. Belə ki, səs yazılarından görünür ki, Cavabdeh4: “Mən siznən danışanda dedim ki, ağsaqqal, gəldim qapıda dedim ki, dayı bizə abyektin 350.000 qiyməti var. Mən sizə dedim ki, abyekt sizindi, satın 500.000-ə, satın 600.000-ə bizim pulumuzu verin”; İddiaçı “...pul tapammadix, düzdü? Yadınıza gəlir bu?” sözə münasibətdə cavab: “Bəli, Ağsaqqal pulu orda biz verdik, Yox mən verdim ağsaqqal, Prostu mən istəmədim bildirəm Şahinə, mən istədim bildirəm sənə, Abbas istəmədi ki, Şahin orda söhbəti bilsin ki, pulu Abbas verir”; “Eminin 50.000 dolları”; “Abbasın pulu Şahindəydi” (halbuki Cavabdeh3 pulun qaynatası tərəfindən verildiyini bildirir); “Necə Emin yoxuydu; Eminin adı birinci; Bunu kim tanıyırdı ki, buların hamısın Şahin tanıyırdı” (bu ifadələrdən görünür ki, Cavabdeh2 Şahinin tanışı olmuşdur, halbuki Cavabdeh4 məhkəmədə verdiyi izahatında Cavabdeh2 İddiaçı tanışı kimi təqdim edir); “Bəhruzun orda pulu yoxdu, ikincisi o Şahinin puludu; Şahın yazmışdı o siyahını sizə...; Baxçanı işdədən qadına zəng vurduz, ... məndə vatsapda; Dediz ki, qoy innən belə Elçin müəllim oranı aparıb qoyur satdığa...; 220.000-ə Şahinə verildi üzr istiyirəm, 220.000-ə Şahin dedi ki, klentim var, 180.000-ə satıldı; ... gəldik ki, o abyekt o sən, ay Şahin get sat, axşamı oturduq, yığışdıq, Şahinin özü, Abbasıydı, məniydim, əmisi oğlu idi, o birisi xalası oğlunun adı nəydi, Familiydi, yığışdıq, dedim Abas bizim vaxtimız məhduddur, bank pulları faizlər yazır, konkret adamın var?; ordan 180000 pul alındı, 10000-i sənədlərə verildi, 30000-i uşaqlara verildi; nədən danışırıq dayı? (həmin ifadələrdən görünür ki, mübahisəli obyekt sonradan satılarkən onlar birgə hərəkət etmiş və əldə edilən pulların bir hissəsi – 10000 və 30000 manat – İddiaçı mənafeyinə cavab verməyən qeyri-müəyyən məsrəflər üçün istifadə olunmuşdur); - İddiaçı “mən aldadıldığımdan, ... çıxanda dedin satanda bir yerdə sataq, bu sözü dedin, dedin-demədin bunu, sən canı dedin-demədin? Cavabdeh4: ustundən bir həftə sonra Hacı zəng vurdu sənə, yox üzr istəyirəm Hacı zəng vurdu bizə, Gəncənin axundu, o zəng vurdu təzyiq göstərdi ki, belə-elə. Yoxsa biz niyə sataq ki?!, (bu ifadələrdən məlum olur ki, Cavabdeh3 tərəfindən əmlak əldə edildikdən sonra onun satışında İddiaçı iştirak etməli idi. Lakin Cavabdeh4 məlum şəxsin təhdidini əsas gətirərək obyektin satılmaısnında onun iştirakını təmin etməmişdir). - “mən sizə harda dedim 23-cü bölmədə; dedim ki, bu qumardı hamısı, Abbas da dedi ki, sənin oğlunun maşınnarıdı orda. O səs də məndə var”; Fəridlə haqhesabımızı deyim sənə, 23-cü bölmədə olan söhbətləri deyim sənə, bütün hamısı...; 23-ə kimi o söhbət olmamışdır, 23-cü bölmədə aşağıda dayananda...; Abbas mən sizə dedim ki, bu Bəhruz sözü var a ağlayan uşaq; üzr istəyirəm, Bəhruz deyilən bir insan yoxdu, insan var a, fakt yoxdu pulu, o pul Şahinin pulu olub, Şahinin də pulu Arazın pulu olub, Araza verib 100000, gedib 180000 alıb, təzədən 80000 verəndə 100000 deyib ki, guya Bəhruz verdi. O pul da Şahinin puludu...” (Cavabdeh4 həmin ifadələrindən görünür ki, Şahinin borcu kimi təqdim etdiyi siyahı həqiqəti əks etdirmir, bu şəxslər arasında bir qismi formaldır, Şahinin isə Araza borcu olmamışıdır, olsa belə faizdən irəli gələn borclardır); - “mənim burda marağım 2 şəxsdən söhbət gedir, bir özümü çıxmaq şərtilə 35000 mənim pulum; mən orda sizə demişəm, siz orda sözü Şahinə demisiz ki, Elçin gəlib deyir ki, mənim burda marağım Abbasın puludu, bir də Eminin puludu”; “Araz deyir ki, Emindən axırıncı dəfə almışam 50000 dollar”; “o verdiyi 50000 Eminin puluydu da (Abbas təsdiq edir)”; “85000 bir verib, 85000 bir verib”, İddiaçı: “85000 yox, 50000 vermisən düzdür” sualına “Bəli”; “indi biz pulu Şahinə vermişik, amma Şahin Araza bizim pulumuzu verib. Və ona görə də siz bizə abyektinizi satdınız, satdıqca onların pulların verdik dayı”; İddiaçı “Başa düşdüm, qardaş ...Şahinə vermişdin də sən” sualına cavab: Bəli, bəli , bəli”; “mən o maşınlar var a, mən o maşınları mütləq şəkildə alıb verəcəm sizə”; “İddiaçı “bə 219000 pul niyə verirdin” sualına cavab: “bir dəyqə onu siz çıxıb deyərdiz ki, onu oğlunuz deyəydi də, demişdi axıra kimi çıxardı üstünə; ... Yəqin ki, mən sizə dedim axı, onu o qədər qorxudublar... onu qorxudub da, onu təzyiq də göstərib, oynuyub”; “O avtoserviz açanda ... bir ay sonra bu söhbətlər başladı da, o avtoserviz açılanda ona pulu mən vermişəm, ... bu kişi də şahiddi...”; “Ağsaqqal ...80000 dollar bu əlbəəl aldığı pul perevod eliyir ki, Allahverdi dayı sizə qaytarıb o pulu, deyirəm bizə pul qaytarılmayıb. O 80000 dollar bu dəyqə vəsatət qaldırsaq 80000 dollar almalıdır Abbas ondan. 80000-i al, ver yarısını bu kişiyə, bu kişi yarısını ödüyüb, yarısı qalıb, bu kişinin halal puludu...”; İddiaçı “kimdən alacaq 80000-i” sualına cavab: “Şahinnən (Abbas da təsdiq edir)”; “Dayı fakt var e, biz ona pulu bilirsən necə vermişik? Əlbəəl verməmişəm e ona, Unibankdan kredit çıxıb mənim adıma, Şahin qol çəkib, Şahinə çeknən bunu vermişəm e, mən. ... çeknən, qəbznən; ... mən Şahinin adına keçirtmişəm o pulu”; “Bax dayı ... pul nə vaxt verilib, ba Unibank, ba Emin Unibank, mən sənə görsədirəm, ... ora sənəd vermişəm, nə vaxt pulu vermişəm ona ... bax sənə sübutnan göstərirəm... tarixinən, dəqiqliyinən, hadisə nə vaxt olmuşdur ... ondan bir ay qabaq vermişiy ... (Abbas: may, may )”; Allahverdi Cəfəronun “indi bəs 80000-i niyə almırsan” sualına cavab: “ə, biz onu ala bilmirik onnan”; “Şərəfimə and olsun deyirəm Abbasnan, Abbas sən namusuna and verirəm, mən sənə o sözü dedim ki, sabah 80000 alsam bunnan, 40000-i kişini çağırıb verəy ona (Abbas təsdiq edir: olub hələ Şahmarın yanında); İddiaçı “bə yaxşı onda 219000-i elə bağışlayaq ona sualına cavab: “yox, alaq niyə almırıq ki, onun nəyi var əlindən almaq lazımdır e, onun çünki heç nəyi olmayıb Arazdan indiyə qədər, onun Arazı tanıyana qədər onun bir 10000 borcu olub, bir də cındır Hundayı, fiso”; “80000-i mən ondan qışqırda-qışqırda alaram ...; Xırdalanda obyekt olub satmışıx..” (bu ifadələr təsdiq edir ki, obyektin sonradan satışından 216000 manat Şahinə verilmişdir, lakin hesab edirlər ki, onun 80000 manatı artıq ödənilmişdir, oradan 50000 manat Eminə çatmışdır, İddiaçı geri qaytarılacaq 40000 manat məbləğ nəzərdə tutulur, Ş.X51 hesabına varlanmışdır) və s. Həmin ekspert rəyində Cavabdeh3 ifadələrindən də aşağıdakı hallar müəyyən olunur: “İddiaçı “getdik ora (notarius nəzərdə tutulur), pulu saydılar, mənim əlimə pul dəymədi, pul qaldı sizdə ..., sonra qalxdıq gəldik, oturduq ... Xırdalana getdik, evə baxdın, qayıtdıq gəldik bax maşında Abbas, .... bu işi yoluna qoyaq” cümləsinə və Cavabdeh4 “Ağsaqqal ... mən sizə bir dənə sual verirəm, siz mənə maşında, qapınızdan bir tin o yanda görüşdük, dedin mənə ki, get saydın dedin ki, bu obyekti bizi 260.000 uşağlara pul paylıyırıq” cümləsinə cavab: “Apar bunları yola ver” (buradan məlum olur ki, obyektin ilk dəfə satılmasında məqsəd borcluların cavabdehlər tərəfindən bağlanılması olmuşdur); - “Yox e, Eminin pulunu elə birinci siz özünüz dedin yazdırdız; Şahin yazırdı (siyahı nəzərdə tutulur)”; “Ən birinci biz dedik ki, Eminin pulunu verək; Şahinniyiydi (Bəhruz nəzərdə tutulur); Şahin demişdi o mənniydi, siz öz pulunuzu alın, durun qıraqda (bu ifadələr təsdiq edir ki, Cavabdeh5 əldə edilən vəsaitin idarə olunmasında iştirak edir, “öz pulunuzu alın durun qıraqda” deməklə digər cavabdehləri də obyektdən əldə edilən vəsaitə şərik edir); - “indi qoy məhkəmə qurtarsın, məhkəmədən sonra mən Şahini təzdən məhkəməyə verirəm”; “bunlar heç biri Arazı tanımır heç kim” (bu ifadələr əldə edilən vəsaitin bölüşdürlüməsində cavabdehlər arasında ixtilafların olmasını istisna etmir). – izahatlardan məlum olur ki, mübahisə kriminallaşdırılmışdır. Belə ki, Cavabdeh4 bildirir ki, Araz Cəfərlinin borcları ilə bağlı kriminallar, lotular, qoçular və s. gəlmiş, Allahverd Cəfərovun özünün yanında oğlunu vurmuşlar, Cavabdeh5 da borca görə Araz Cəfərovu döymüşdür (bu halı həmçinin Cavabdeh3 da təsdiq edir). - Cavabdeh4 özü bu işdə heç bir marağının olmadığını, xeyriyyəçi olduğunu bildirsə də, özünün və Cavabdeh3 izahatına əsasən, alqısatqıdan əldə edilmiş 60000 manatı o qəbul etmiş, həmçinin kommersiya fəaliyyəti ilə məşğul olduğu sahə üzrə pul müqabilində avtomobillərini satmış, əlavə olaraq obyektdən əldə edilən pulun hesabına Cavabdeh5 ödənilən məbləğdən də vəsait əldə etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş espertiza nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 0,014ha torpaq sahəsi və üzərində inşa edilmiş üç mərtəbəli qeyri-yaşayış binasının 2021-ci il tarixinə bazar dəyərinin 483600 manat, likvid dəyərinin 459500 manat; 19 may 2025-ci il tarixinə torpaq sahəsi və üzərində inşa edilmiş üç mərtəbəli qeyri-yaşayış binasının yuvarlaq olaraq bazar dəyərinin 708100 manat, likvid dəyərinin 672700 manat; qeyri-yaşayış binasının tikintisinə əmək haqqı və materialla birlikdə real bazar qiymətləri üçün dəyəri 224216,0 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, X16 və X27 dəymiş maddi və mənəvi zərərin X23 tərəfindən tamamilə ödənilməsi və barışıq barədə ərizə Notarial qaydada xx.xx.2021-ci il tarixdə təsdiqlənmişdir. Beləliklə, göründüyü kimi Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 digər şəxslərlərlə birlikdə İddiaçı oğlu Araz Cəfərlinin itkin düşməsi zamanı onun çətin və əlverişsiz vəziyyətə düşməsindən istifadə edərək ona bu işdə kömək göstərəcəklərini vəd etmiş, bundan sonra onun oğlunun müxtəlif şəxslərə külli miqdarda (500 min – 1,5 milyon) borclarının olması görüntüsü yaratmaqla bu barədə siyahılar tərtib etmiş, onu bu borclara inandırmaqla borcların ona məxsus əmlakla əvəzləşdirilməsi barədə razılıq əldə etmiş, nəticədə obyektin Cavabdeh3 arvadı Cavabdeh1 ilə alqı-satqı adı altında ilkin rəsmiləşdirilməsini təmin etmiş, həmin satışdan əldə edilən 100000 manat vəsait Cavabdeh2 tərəfindən götürülmüşdür. Bundan qısa müddət sonra (bir ay) obyekt həmin şəxslərin iştirakı ilə satılmış, onun satılmasından əldə edilən vəsait Abbas, Şahin və Elçin tərəfindən mənimsənilmiş, nəticədə iddiaçıya külli miqdarda ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, bir tərəfdən İddiaçı oğlu Arazın itməsi və onun intihar edəcəyi barədə dolaşan şayiələr, digər tərəfdən Şahin, Abbas və Elçinin Arazın külli miqdarda borclarıın olması barədə yaratmış olduqları görüntülər İddiaçı üçün çətin və əlverişsiz durum idi. Belə bir halda İddiaçı “Araz tapılsın, onun bütün borclarını ödəyəcəm deməsi” barədə vədi, həmçinin Arazın borcları ilə İddiaçı məxsus əmlakın əvəzləşdirilməsi, bu danşıqların Elçin, Abbas və Şahin tərəfindən idarə olunması əmlakın real alqı-satqısı və ondan əldə edilən vəsaitin İddiaçı tərəfindən əldə edilməsini əsaslı şübhə altına alır. Qeyd edilənlər də alqı-satqı müqaviləsinin formallığını təsdiq edir. Məhkəmə, əmlakın borcların müqabilində əvəzləşdirilməsi qənaətinə gələrkən ona istinad edir ki, İddiaçı obyektin satışından əldə edilən 200 min manat puldan borc tələbi ilə çıxış edən Cavabdeh5, Cavabdeh2, İsmayıl, Tahir, Abbas, Elçin və digər şəxslərə ödəniş edilməsi kimi hallar müəyyən deyil və bu ödənişlərin əmlakın təkrar satışından sonra aparıldığı məlumdur. Yəni Cavabdeh3 real alıcı olduğu halda onun öz obyektinin satışından İddiaçı borclarının ödənilməsi kimi marağının olması absurddur. Həm borcların İddiaçı tərəfindən alqı-satqıdan əldə edilən vəsait hesabına ödənilməsi, həm də həmin obyektin Cavabdeh1 tərəfindən satılmasından əldə edilən vəsait hesabına ödənilməsi əsaslı deyil. Məlum olduğu kimi, borc adı altında cavabdehlər tərəfindən əldə edilən vəsait obyektin Cavabdeh1 tərəfindən satılmaqla əldə edilən vəsait hesabınadır. Bununla yanaşı iddiaçının əmlakla bağlı açdığı bütün mübahisə dövründə verdiyi ifadələr eynilik təşkil edir və qeyd edilir ki, əmlakın alqı-satqısına Cavabdeh4 tərəfindən rəhbərlik olunmuş, əmlak sahibi kimi qiymətini 350000 manat müəyyən etmiş, müqavilənin rəsmiləşdirilməsi müqavilə tərəfləri arasındakı münasibətlərin faktiki vəziyyətinə hesablanmamış, tam alqısatqı üçün yetərli məbləğ olmadığından 1 gün fərqlə rəsmiləşdirilmə nəzərdə tutulmuş, ilkin müqavilə bağlanarkən əldə olunmuş 100000 manat cavabdehlərdə saxlanmış, sonradan elə həmin məbləğ əsas müqavilə bağlanarkən depozit hesabına köçürülmuş, etibarnamə əsasında Cavabdeh2 tərəfindən götürülmüş, oğlu Arazın borcu kimi təqdim etdikləri siyahı uydurma olmuş, borclular özləri tərəfindən təşkil olunmuş, oğlunun onlara hər hansı borc öhdəliyi olmamış və obyekti əsassız və qeyri-qanuni yolla əldən getdiyindən əmlak zərərinə məruz qalmışdır. Məhkəmə, cavabdehlərin “birinci 100 min manatı iddiaçıda qalmışdır” kimi dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, tərəflər arasındakı razılaşma obyektin satılaraq borcların ödənilməsi barədədir, borc siyahısına görə məbləğ 500 mindən artıqdır və tərəflər arasında bütün borcların 100000 manat müqabilində bağlanılması barədə hər hansı bir razılaşma belə yoxdur. Belə bir halda İddiaçı notariusun depozit hesabından 100000 manata dair qəbzə imza etməklə götürdükdən sonra özündə saxlaması inandırıcı deyil, ikincisi, İddiaçı, Cavabdeh4 və Cavabdeh3 səs yazılarından müəyyən olunur ki, ilkin alqı-satqı zamanı lazımi vəsait olmamış, həmin vəsait Cavabdeh4 tərəfindən ödənilmişdir, üçüncüsü, alqı-satqı müqaviləsinin bir gün fərqlə bağlanması barədə işin faktiki halları, Cavabdeh3 əvvəlcə deməsinə görə əmlakın onun qaynatasının vəsaiti hesabına alınması, hər üçünün bilikdə danışıqları zamanı Cavabdeh4 tərəfindən ilkin alqı-satqı zamanı lazımi vəsaitin olmaması və həmin vəsaitin Cavabdeh4 tərəfindən ödənilməsi barədə ifadələri qarşılığında Cavabdeh3 susması, əmlakın sonradan aldığı qiymətdən aşağı qiymətə (180000 manata) satılması, Cavabdeh3 kredit borcunun olması kimi hallar, sonradan əmlakın satışından əldə edilən vəsaitin cavabdehlər arasında bölüşdürülməsi və işin digər halları cavabdehlərin bu barədə dəlillərini əsaslı şübhə altına alır. Həmçinin Cavabdeh5 qaytarılan borcun məbləğinin 180000 manat, Cavabdeh4 verilən məbləğin 60000 manat olması, Cavabdeh2, Cavabdeh3, İsmayıl, Tahir və digər şəxslərin borclarının ümumilikdə 200000 manat, o cümlədən Cavabdeh2 tərəfindən götürülmüş 100000 manat vəsait hesabına ödənilməsi ağlabatan deyil. Qeyd edilənlər isə İddiaçı tərəfindən 100000 manat məbləğin qeyd edilən şəxslərə verilməsi barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, obyektin real qiymətinə münasibətdə qeyd edir ki, onun satışından əldə edilən vəsait hesabına 100000 manatın Cavabdeh2 saxlanması (hətta ifadələrdən Araz Cəfərlinin borcluları siyahısında onun da adı olmuş və bu məbləğ 50000 manat olmuşdur ki, bu da hər hansı bir mötəbər sübut olmadığı təqdirdə etibarnamə əsasında əldə etdiyi vəsaitin bu adla mənimsənilməsini istisna etmir), 60000 manatının Cavabdeh4 tərəfindən götürülməsi, 10000 manatının sənədlər üçün ayrılmasının, 30000 manatının uşaqlara verilməsi, 180000 manatın (bəzi ifadələrə görə 216000) Cavabdeh5 verilməsi kimi işin müəyyən olunmuş halları onu deməyə əsas verir ki, obyektdən əldə edilən vəsait (100000+60000+10000+30000+180000) 370000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi barədə ekspert Rəyindən də göründüyü kimi, əmlakın 2021-ci il tarixinə bazar dəyəri 483600 manat, likvid dəyəri 459500 manat; 19 may 2025-ci il tarixinə bazar dəyəri 708100 manat, likvid dəyəri 672700 manat; qeyri-yaşayış binasının tikintisinə əmək haqqı və materialla birlikdə real bazar qiymətləri üçün dəyəri 224216,0 manat təşkil edir. Bununla belə, Cavabdeh2 tərəfindən notariusun depozit hesabından götürülmüş 100000 manatın İddiaçı verilməsi, İddiaçı oğlu Araz Cəfərlinin borclarının olması və qaytarılması halları, həmçinin İddiaçı əmlakının cavabdehlər tərəfindən ələ keçirilməsinin hüquqi əsasları məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinin Cavabdeh2 100000 manat maddi zərərin alınması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 100000 manat məbləğin Cavabdeh2 tərəfindən qəbul edilməsi iş materialları əsasında müəyyən edildiyindən, həmin vəsaitin qaytarılmasını sübut etmək öhdəliyi Cavabdeh2 üzərinə düşür, lakin o buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə, həmçinin cavabdehlərin əməlinə hüquqi qiymət verərək qeyd edir ki, Cavabdeh4 hüquqdan sui-istifadə edərək əvvəla, borcların əmlakın satışından əldə edilən vəsait hesabına ödənilməsi barədə razılığın müqabilində onun öz bisnes maraqlarından çıxış edərək guya borcların avtomobillə əvəzləşdirməsi kimi hərəkətlərlə çıxış etmiş, həmçinin həmin məbləğdən 60000 manat nağd şəkildə əldə etmiş, ikincisi, əmlakın satılması işini təşkil edən şəxs olaraq mülkiyyətçinin əmlakının 350000 manat olması barədə təklifini nəzərə almamışdır, üçüncüsü, borcun əmlakla əvəzləşdirilməsi kimi əldə edilmiş razılıq, onun mülkiyyətçi qarşısında borclular və borc məbləği barədə məlumat vermək öhdəliyi yaradır, lakin işin müəyyən olunmuş hallarından göründüyü kimi bu hallara dair sübutlar yoxdur. Qeyd edilən hallar əmlaka qəsd olmaqla əmlak sahibi olmuş iddiaçının mənafeyinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 əmlakın dəyərini tələb etməkdə haqlı olmuşdur. Dəymiş zərərin həcminə gəldikdə isə, bu məbləğ əmlakın həmin dövrdəki dəyəri həddində (likvid dəyəri 459500 manat) müəyyən edilməlidir. Dəymiş zərərin cavablehlərdən tutulmasına münasibətdə məhkəmə hesab edir ki, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya əmlakın dəyəri həddində zərər dəydiyindən, iddiaçı isə bundan az məbləğdə (350000 manat) tələb etdiyindən, iddia həmin həddə təmin edilməli və cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 350000 manat müştərək qaydada tutulmalıdır. Digər tərəfdən, Araz Cəfərlinin Cavabdeh5, həmçinin digər şəxslərə olan külli miqdarda borclarının faizdən yaranması barədə Cavabdeh4 və Cavabdeh3 məlumatlı olması (halbuki bunun üçün xüsusi razılıq tələb olunur) və bu borca əmlakdan əldə edilən vəsaitin yönəldilməsi, bunun üçün qanuni əsasların yoxlanmasını tələb edir. Lakin Cavabdeh5 faizə pul verməsinə qanuni əsaslar məhkəmə tərəfindən müəyyən olunmur. Beləliklə göründüyü kimi, Ş.X38 faiz müqabilində külli miqdarda gəlir əldə etməsi qanuni olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər Araz Cəfərlinin müxtəlif şəxslərə borclarının olmasını bildirsələr də, buna dair izahat və ifadələrində təsdiqedici sübutlara istinad etmirlər. Əksinə, onların izahatlarından onun hər hansı bir şəxsə borcunun olmaması görünür. Belə ki, Cavabdeh4 özü məhkəmə iclasında “nə pul veribsə, faizə pul verib hamı da artıqlaması ilə pulunu qazanıb Arazdan” məzmununda izahat vermiş, həmçinin Arazın ona borcunun olmamasını bildirmişdir. Cavabdeh3 da Arazın ona borcunun olmadığını bildirir. Qeyd edilir ki, əksinə Ş.X47 hesabına varlanmışdır. Cavabdeh5 Araza verdiyi pullar faizlər hesabına artmışdır. İş materiallarında borclu şəxslər kimi Cavabdeh5 başqa pul tələb edən şəxslərin olması müəyyən edilmir. İsmayıl və Tahirin borclarının ödənilməsi barədə cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrə gəldikdə isə, ərizələrdən həmin şəxslərə hansı məbləğdə borcların və kim tərəfindən ödənilməsi öz əksini tapmır. Digər tərəfdən Cavabdeh4 həmin şəxslərə Arazın borclarını ödənilməsini qeyd edilən ərizələrə istinad etsə də, əvvəla, həmin ərizələr obyektin satılmasından əvvəl verilmiş, orada hansı məbləğdə borcun olması deyil, dəymiş zərərin ödənilməsi nəzərdə tutulur, ikincisi, Cavabdeh4 öz ifadələrində həmin şəxslərə borcun ödənilməsini İddiaçı ondan şikayət etdiyi sonrakı tarixlərdə ödədiyini bildirir, halbuki həmin hallar da məhkəmə tərəfindən sübut olunmur. Məhkəmə iddia tələbinin mənəvi zərər ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 hüquqazidd əməli, iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya, onun məbləğinin isə Cavabdeh2 münasibətdə 500 manat, digərlərinə münasibətdə, müştərək qaydada 1500 manat müəyyən edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, müqavilələrin etibarsızlığı və ləğvi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi preyudisial əhəmiyyətə malik olduğundan həmin qətnamələr üzrə müəyyən olunmuş hallar mübahisəsizdir. Məhkəmə yeni hallardan çıxış edərək obyektin ilk dəfə alqı-satqısından əldə edilmiş vəsaitin əvvəlki məhkəmələrdə mübahisə tərəfi olmayan cavabdehlər tərəfindən əldə edilərək mənimsənilməsi nəticəsində tərəfə dəymiş zərərlə bağlı mübahisəni araşdırır. Digər tərəfdən iddiaçı, cavabdehlər tərəfindən aldanılmaqla və onun düşdüyü acınacaqlı vəziyyətdən istifadə etməklə zərərə məruz qaldığını bildirir ki, bu əsasla da əvvəllər məhkəmə mübahisəsi olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasənşəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı presedentə görə,...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 maddi ziyana görə 100000 manat, mənəvi ziyana görə 500 manat və dövlət rüsumunun əvəzi kimi 390,5 manat, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 maddi ziyana görə 350000 manat, mənəvi ziyana görə 1500 manat və dövlət rüsumunun əvəzi kimi 641,5 manat müştərək qaydada alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, cavabdehlərdən alınaraq İddiaçı verilməlidir. Məhkəmə, ekspertiza xərclərinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, ekspertiza xərcləri cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 100000 (bir yüz min) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat və dövlət rüsumunun əvəzi kimi 390 (üç yüz doxsan) manat 50 (əlli) qəpik alınaraq İddiaçı ödənilsin. Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 maddi ziyana görə 350000 (üç yüz əlli min) manat, mənəvi ziyana görə 1500 (min beş yüz) manat və dövlət rüsumunun əvəzi kimi 641 (altı yüz qırx bir) manat 50 (əlli) qəpik müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************), 750 (yeddi yüz əlli) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57AİİB400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ013501**********1944 (AZN), VÖEN (BANK): **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada Qiymətləndirməyə dair tədqiqatın dəyərini təşkil edən 750 (yeddi yüz əlli) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57AİİB400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ013501**********1944 (AZN), VÖEN (BANK): **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-127/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-127/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver