Məhkəmə qərarları › İş №2(011)-1295/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1295/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1295/2021 14.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 İsrafıloviçin, Cavabdeh5 və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsrafıloviçə, Cavabdeh5 və Cavabdeh6 qarşı ” alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğvi və avtomobilin qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsrafıloviçə, Cavabdeh5 və Cavabdeh6 qarşı ” alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğvi və avtomobilin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cinayət əməli nəticəsində "xxxx" markalı, **-MZ-*** (hazırda **-VL-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsində onun adından Cavabdeh3 ilə Cavabdeh4 İsrafıloviç arasında bağlanmış 10.02.2020-ci il tarixli alqı- satqı müqaviləsinin, Cavabdeh4 İsrafıloviçin verdiyi etibarnamə əsasında Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış 21.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsiz hesab olunması, həmin avtomobillə bağlı cavabdehlər Cavabdeh4 İsrafıloviçin və Cavabdeh6 adlarıa verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrin ləğv edilməsi, avtomobilin ona qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq müştərək qaydada 10.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olub. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qarşı törədilmiş cinayət əməli nəticəsində avtomobili əlindən çıxmış, digər cavabdehlərin mülkiyyətinə keçmişdir. Belə ki, "xxxx" MMC-də qeydiyyatda operator kimi işləmişdir. MMC avtomobillərin icarəsi fəaliyyəti göstərirdi, sahibi və rəhbəri Cavabdeh1 idi. Cavabdeh1 ona evlənmək təklifi vermiş, ona inam və etibarı yaranmışdır. 2020-ci ilin fevral ayında Cavabdeh1 MMC-nin mühafizəçisi Ramazana avtomobili idarə etməsi, MMC-nin işlərində istifadə etməsi üçün sadə etibarnamə verməsini ona bildirmiş, o da, Səbuhiyə inanadığı üçün etiraz etməmişdir. 10.02.2020-ci il tarixdə Cavabdeh1, o və MMC-nin mühafizəçisi Cavabdeh3 notariat kontoruna getmiş və Cavabdeh1 tərəfindən aldadıldaraq, Cavabdeh3 adına sadə etibarnamə adı ilə baş etibarnaməyə imza atmışdır. Avtomobili MMCnin işləri üçün Cavabdeh3 idarəetməyə vermiş, özü isə evə getmişdir. 3 gün işdə olmamış, işə gələndə ona məlum olmuşdur ki, Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 10.02.2020-ci il tarixdə onun avtomobilini Cavabdeh4 İsrafıloviçə 12.000 manata satmışlar. Daha doğrusu Cavabdeh1 ona olan borcunun əvəzində onun adına keçirmişlər. Cavabdeh4 isə avtomobili 21.02.2020-ci il tarixdə 14.500 manata Cavabdeh5 satmış və avtomobil alqı-satqı əsasında sonuncunun həyat yoldaşı Cavabdeh6 adına rəsmiləşmişdir. Hazırda da sonuncu şəxsin adında qeydiyyatdadır. Avtomobilə yeni **-VL-*** dövlət qeydiyyat nişanı almışlar. Şikayəti əsasında Xətai RPİ-nin İŞdə cinayət işi başlanmış, müəyyən olunmuşdur ki, avtomobil cinayət nəticəsində mülkiyyətindən çıxarılmış, Cavabdeh1 və Cavabdeh2 ona və digər qadınlara qarşı törətdikləri cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə ittiham verilmiş, özü zərərçəkmiş şəxs kimi tanınmış, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşin hallarından görünür ki, alqı-satqı ilə bağlı iradə ifadəsi olmadan avtomobili Cavabdeh1 və Cavabdeh2 cinayət əməli nəticəsində Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış, Cavabdeh4 tərəfindən isə Cavabdeh5 vasitəsilə onun həyat yoldaşı Cavabdeh6 satılmışdır. Cavabdeh3 Cavabdeh4la onun adından bağladığı əqd cinayət hadisəsi nəticəsində bağlandığından həmin əqd bağlandığı andan etibarsız əqddir, heç bir hüquqi nəticələrə səbəb olmur. Həmin əqd etibarsız olduğundan Cavabdeh4 Cavabdeh5 vasitəsilə Cavabdeh6 ilə bağladığı əqd də etibarsız əqddir, heç bir hüquqi qüvvə kəsb etmir. Belə olan halda həmin əqdlər etibarsız hesab edilməklə atomobili özünə qaytarılmalıdır. Ona qarşı törədilmiş cinayət əməli nəticəsində stress keçirmiş, psixoloji sarsıntıya məruz qalmış, mənəvi əzab çəkmiş və hazırda da mənəvi zərər çəkməkdədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş mənəvi zərəri ümumilkdə 10.000 manat dəyərində qiymətləndirir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərər olaraq hər biri 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat məbləğində kompensasiya ödəməlidirlər. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, 08.01.2020-ci il tarixdə o, "xxxx" MMC-ni təsis etmişdir. MMC-nin ofisi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində olan «Babək» Plazada yerləşmişdir. İddiaçı həmin şirkətə operator kimi işə qəbul olunmuşdur. Şirkətin əsas fəaliyyəti avtomobillərin icarəyə verilməsindən ibarət olmuşdur. Nərminə şirkətə müraciət edən müştəriləri qarşılayıb ona yönəltmişdir. Həmin ərəfədə o Nərminə ilə sevgi münasibətlərində olmuş, Nərminə ona yaxın və etibarlı şəxs olduğundan sonuncunu şirkətin direktoru təyin etmişdir. Nərminəyə məxsus "xxxx" markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun şifahi razılığı ilə, şirkətin işləri ilə əlaqədar idarə etmişdir. 2020-ci ilin fevral ayının əvvələrində Nərminə ona atasının səhhətində problemlərin yarandığını, həmçinin qızına ad günü şənliyi keçirməsi ilə əlaqədar pul lazım olması səbəbindən özünə məxsus « avtomobili satmasını xahiş etmişdir. Həmin avtomobili satmaq məqsədilə Nərminədən MMC-nin işçisi olan Cavabdeh3 etibarnamə verməsini xahiş etmişdir. 10.02.2020-ci il tarixdə, təxminən saat 14 radələrində o, Ramazan və Nərminə ilə birlikdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat ofisinə getmişdir. Orada Nərminə özünə məxsus avtomobilə dair özü bilmədən sadə etibarnamə əvəzinə Ramazana baş etibarnamə vermişdir. Bundan sonra o, həmin avtomobili 12.000 manata tanımadığı şəxsə satmışdır. Əldə olunan puldan 5700 manat Nərminənin özünə vermiş, yerdə qalan hissəsini isə birlikdə onunla istirahətə xərcəlmişidir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, Cavabdeh1 yaxın dostu, həmçinin də uzaq qohumudur. Onunla təxminən 2018-ci ilin ortalarından birlikdə "xxxx" MMC-də işləməyə başlamışdır. Səbuhi ilə tanış olanda əsas məqsədləri xarici ölkələrdən işləmiş avtomobilləri Azərbaycan Respublikasına gətirib müştərilərə satmaq olmuşdur. Səbuhinin "xxxx" MMC-də operator vəzifəsində işləmiş İddiaçı məxsus olan "xxxx" markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobilini MMC-nin işlərini idarə etmək məqsədi ilə avtomobilə etibarnamə alınmasından xəbəri olmamışdır, Həmin avtomobilin Nərminənin şəxsi istəyi əsasında satılmasını Səbuhidən eşitmişdir. Özü Nərminəyə qarşı hər hansı bir dələduzluq əməli törətməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 İsrafıloviç iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, fərdi qaydada Bakı şəhəri, Xətai rayonu, Babək prospektində «Babək» körpüsünün ətrafında avtomobil alveri ilə məşğul olmuşdur. 10.02. 2020-ci il tarixdə saat təxminən 15 radələrində əvvəllər tanımadığı Cavabdeh1 yanına gələrək, qırmızı rəngli, Changan markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobili satmaq istədiyini bildirmişdir. Həmin avtomobili 12000 manata Səbuhidən almışdır. Səbuhinin sürücüsü kimi təqdim etdiyi Abbasov Ramaz: Güloğlan oğlunun adına baş etibarnamə olmuşdur. Səbuhi ilə razılşadıqdan sonra Ramazanla birlikdə DİN BDYPİ-nə gedib orada alqı satqı etmişlər. Orada 12.000 manat pul vermiş və həmin avtomobili **-VL-*** dövlət nömrə nişanı altında almışdır. Avtomobilin nömrəsi yaxşı nömrə hesab edildiyindən və Səbuhi həmin nömrənin sahibinə məxsus olduğunu bildirdiyindən nömrə saxlancda qalmışdır. Bundan sonra avtomobili təmir etdirərək bunun üçün təxminən 1500 manat pul xərcləmişdir. 19.02.2020-ci il tarixdə avtomobili Cavabdeh6 15.000 manata satmışdır. Həmin avtomobili Şəbuhidən aldığı zaman avtomobilin cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Alqı-satqıda avtomobilin axtarışda olmadığı və heç bir probleminin olmadığı müəyyən edilmişdir. Buna görə də qazanc əldə etmək üçün həmin avtomobili almışdır. Polis idarəsinə dəvət olunduqda bilmişdir ki, avtomobil Səbuhi və əlbir olduğu Famil adlı şəxs tərəfindən dələduzluqla ələ keçirilmişdir. Cavabdeh2 görməmişdir. Familin adını yalnız Səbuhidən eşitmişdir. Avtomobillə bağlı alqı-satqı sövdələşmələri Səbuhi ilə olmuşdur. Cavabdeh3 alqı-satqıda Səbuhinin yanında olsa da, bütün danışıqları Səbuhi etmişdir. Avtomobilə görə Səbuhi ilə razılşadığı 12.000 manat pulu DİN-nin BDYPİ-də alqı-satqıdan sonra Ramazana vermişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 izahatında göstərmişdir ki, Nəsirova- X9 onun arvadıdır. «Changan» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili 21.02.2020-ci il tarixdə Cavabdeh4 14500 manata almışdır. Həmin avtomobil arvadı Rənanın adına rəsmiləşdirilmiş və Rəna həmin avtomobilə görə ona ƏN-V seriyalı, 168359 nömrəli etibarnamə vermişdir. Həmin avtomobil hazırda onun istifadəsindədir. Məhkəmə iclasında Cavabdeh6 izahatında göstərmişdir ki, Cavabdeh5 onun əridir. «Changan» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili 21.02.2020-ci il tarixdə Cavabdeh4 15400 manata almışdır. Həmin avtomobil onun adına rəsmiləşdirilmiş və o, həmin avtomobilə görə əri Ayaza ƏN-V seriyalı, 168359 nömrəli etibarnamə vermişdir. Həmin avtomobil hazırda onun istifadəsindədir. Hazırda həmin avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur, xahiş edir ki, bu məhdudiyyət götürülsün. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.01.2021-ci il tarixli, 1(101)-286/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,rəhbərlik etdikləri MMC-də operator vəzifəsində işləmiş İddiaçı məxsus olan "xxxx" markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobilini MMC-nin işlərini idarə etmək məqsədi ilə sadə etibarnamə (avtomobili yalnız idarə etmək hüququ verən) verməsi adı ilə aldadaraq, 2020ci ilin fevral ayının 10-da saat 14 radələrində ünvan 2 ünvanında yerləşən 18 saylı notarius ofisində MMC-də mühafizəçi işləyən və onun cinayətkar niyyətindən xəbəri olmayan Cavabdeh3 adına avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə almış, həmin gün avtomobili digər şəxsə sataraq ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə İddiaçı məxsus əmlakı ələ keçirib ona 18.000 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmlə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə müvafiq olarar çəkilməmiş qalan 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilən cəzaya birləşdirilməklə ona qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 22.06.2020-ci il tarixdən hesablanmış, CM-nin 68.2-ci maddəsinə müvafiq olaraq cərimə cəzası müstəqil icra olunmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 27.06.2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxslər X7, X16 və X4 mülki iddiaları tam təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 34.000 manat alınaraq X2, 28.300 manat alınaraq X12 və 55.000 manat alınaraq X8 verilməsi qərara alınmış, zərərçəkmiş şəxslər İddiaçı və X10 vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25.05.2021-ci il tarixli, 1(103)-598/2021 saylı hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.01.2021-ci il tarixli, 1(101)-286/2021 saylı hökmündən məhkum Cavabdeh1, onun müdafiəçisi X14, məhkum Cavabdeh2, onun müdafiəçisi X13 və zərərçəkmiş şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu C.Məlikov tərəfindən təsdiqlənmiş 10.02.2020-ci il tarixli, ƏN-Vİ № 177797 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan "xxxx" markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı və s. Cavabdeh3 etibar etmişdir. Etibarnamə 10.02.2021-ci il tarixinədək verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin 18.04.2021-ci il tarixli, 39903-1221 saylı məktubu ilə təqdim edilmiş "xxxx" markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surətini və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, qeyd olunan avtomobil 12.05.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. 10.02.3020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 İsrafıloviçə, 21.02.3020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Nəsirova-X1. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Birinci və apellyasiya instansiyalarında məhkəmə baxışı zamanı işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Cavabdeh2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, İddiaçı məxsus olan "xxxx" markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobili MMC-nin işlərini idarə etmək məqsədi ilə sadə etibarnamə (avtomobili yalnız idarə etmək hüququ verən) verməsi adı ilə aldadaraq, 10.02.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı notarius ofisində onun cinayətkar niyyətindən xəbəri olmayan Cavabdeh3 adına avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə almışdır. Həmin etibarnamə əsasında avtomobil Cavabdeh2 və Cavabdeh1 cinayətkar niyyətlərindən xəbəri olmayan Cavabdeh4 İsrafıloviçə, sonuncu tərəfindən isə 21.02.3020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Nəsirova-X1. Nəticədə İddiaçı 18.000 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən cavabdehlər Cavabdeh4 İsrafıloviç və Cavabdeh6 tərəfindən İddiaçı məxsus olan "xxxx" markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqavilələri əsasında əldə etmələrini, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cinayətkar niyyətləri barədə məlumatlarının olmamasını və bununla da, vicdanlı alıcı olmalarını, işin bu hallarının müvafiq məhkəmə aktları ilə müəyyən edilməsini nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə və müvafiq məsələ üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, hazırki iddia ərizəsi təmin edilməməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsrafıloviçə, Cavabdeh5 və Cavabdeh6 qarşı ” alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğvi və avtomobilin qaytarılması tələbinə dair” iddiası təmin edilməsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar