Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1323/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə İddiaçı1 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Cavabdeh 1900 (bir min doqquz yüz) manat pulun, 1900 manat pulu vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə 1900 (bir min doqquz yüz) manat pula hesablanmış faiz borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi; “Toyota Hilux” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu zərərə görə 18000 (bir min on səkkiz) manat maddi ziyan məbləğinin tutularaq, İddiaçı2 ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddia tələbində göstərilənlərdən əlavə 24 ay ərzində taksi xidmətindən gündəlik istifadənin 15 manat olmaqla 10800 (on min səkkiz yüz) manatın (15x30=450x24 ay= 10800) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, “Toyota Hilux” markalı **- NS-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı2 mülkiyyətindədir. Həmin avtomaşını etibarnamə əsasında İddiaçı1 idarə edirdi. “Tayota Hilux” markalı avtomaşını İddiaçı1 2018-ci ilin iyul ayında 18000 manata Yasamal rayonunda yerləşən “Maşın bazarından” almışdır. Həmin avtomobili o, idarə edən zaman divara vurmuş və həmin vaxt avtomobilin sol yan hissəsi əzilmişdir. Avtomobili təmir etdirmək üçün Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən avtomaşın təmir emalatxanasına aparmış, avtomobilin təmiri üçün Cavabdeh Əliyisedaş oğluna müraciət etmişdir. Cavabdeh avtomaşına baxış keçirtdikdən sonra işə başlamaq üçün ondan 100 manat pul aldı. Daha sonra isə avtomaşına ehtiyat hissələri almaq üçün 750 manat pul aldı. Daha sonra isə yenidən 300 manat və təkrarən 750 manat pul aldı. Cavabdeh İddiaçı1 aldığı pulların 100 və 750 manatını Biləcəri qəsəbəsində yerləşən emalatxanada, digər 300 və 750 manat pulu isə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən avtotəmir emalatxanasında aldı. Cavabdeh pulu dəmirçi işləri görməyə və ehtiyat hissələri almağa görə almışdır. Lakin, bundan sonra cavabdeh onu aldatmağa başladı. İlkin olaraq cavabdeh İddiaçı1yosedaş onun telefon zənglərinə cavab vermədi, daha sonra Şəmi adlı şəxs ona zəng vuraraq Arifin yanında olduğunu və Arifin bir ay vaxt istədiyini bildirdi. Şəmi bildirdi ki, Arif bir aydan sonra pulu qaytaracaq. Şəmi adlı şəxs Arifin işlədiyi emalatxanada rəngsaz işləyirdi. O, bir ay gözlədi lakin, Arifdən heç bir xəbər çıxmadı. Daha sonra İddiaçı1 cavabdehin onun aldatdığını və pulu qaytarmaq istəmədiyini bildirdi. O, axırıncı dəfə Arifin işlədiyi avtotəmir emalatxanasına gedəndə onun idarə etdiyi “Toyota Hilux” markalı **-NS-*** dövlət nömrə nişanlı avtomaşının sürətlər qutusunun və mühərrikinin yerində olmadığını müəyyən etdi. O, ehtimal edir ki, Arif həmin ehtiyat hissələri sataraq əldə etdiyi pulu özünə xərcləmişdir. Cavabdeh pulunu qaytarmadığını, eləcə də maşını söküb yararsız hala saldığına görə məcburiyyət qarşısında qalıb şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, işi araşdıran istintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Ramil Vəliyev Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə xx xxxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etdi. Həmin qərardan da görünür ki, Cavabdeh “Toyota Hilux” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmiri üçün ondan 1900 manat pul almasını, lakin avtomaşını təmir etməməsini və pulunu qaytarmamasını etiraf etmişdir. Cavabdeh ondan aldığı 1900 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Həmçinin hesab edir ki, cavabdeh pulunu qanunsuz olaraq saxlamaqla onu qaytarmaqdan yayındığına görə həmin vəsaitin məbləğindən ona faizlər ödəməlidir. Ağazadə X1 Ramil Əli oğlunu aldadaraq İddiaçı2 avtomaşınını təmir etmək məqsədilə uzun müddət emalatxanada saxlayaraq söküb, yararsız vəziyyətə salıb. Bu əməli ilə Cavabdeh onun əmlakına maddi zərər vurub. Hesab edir ki, “Toyota Hilux“ markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşınına vurduğu maddi zərərə görə Cavabdeh 18000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməlidir. İddiaçı1 məhkəmə iclasında iddia iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı1 “Toyota Hilux” markalı, **-NS-*** dövlət qeydiyyatlı avtomobilin təmiri üçün ona müraciət etmişdir. Avtomobilin təmiri üçün zəruri olan ehtiyat hissələri almaq məqsədi ilə o, İddiaçı1 1900 manat məbləğində pul almışdır. Buna baxmayaraq, o, lazımı olan ehtiyat hissələrini tapa bilmədiyindən avtomobilin təmirini yekunlaşdıra bilməmişdir. İddiaçı1 ona verdiyi pulları da xərcləmişdir. Avtomobilin təmiri zamanı müxtəlif avtomobilin müxtəlif hissələrini çıxartmışdır. Həmin hissələr hal-hazırda təmirxanadadır. Daha sonra, səhhəti ilə bağlı problemləri yaranmış və o, hal-hazırda avtomobilin təmirini yekunlaşdıra bilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Nəqliyyat vasitəsinin AD seriyalı 277859 nömrəli şəhadətnaməsinə əsasən “Toyota Hilux” markalı **-NS-*** nömrə nişanlı avtomobil İddiaçı2 məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/346 nömrəli rəyinə əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” Müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Toyota Hilux” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9684,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 059.4641-1220 nömrəli məktubundan görünür ki, 2016-2020-ci illər ərzində Binəqədi RPİ-nin İstintaq şəbəsində İddiaçı1 və Cavabdeh müraciətləri əsasında, həmçinin, onların barələrində araşdırma materialı və cinayət işi olmamışdır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı2 “ ona məxsus olan “Toyota Hilux” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu zərərə görə 18000 (bir min on səkkiz) manat maddi ziyan məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X3 ilə “Toyota Hilux” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmir etdəcəyi barədə razılaşmış, avtomobili təhvil almış, lakin təmir etməmişdir. Hal-hazırda avtomobilə təmir zaman 9684,0 manat məbləğində zərərin vurulduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilərək vurduğu zərərə görə 9684,0 manat maddi ziyan məbləği Cavabdeh tutularaq, İddiaçı2 ödənilməlidir. Məhkəmə iddia tələbini 1900 (bir min doqquz yüz) manat pulun cavabdehdən İddiaçı1 xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Hazırkı mübahisəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən cavabdehə avtomobilin təmiri məqsədi ilə 1900 manat məbləğində pul ödənilsə də, cavabdeh tərəfindən zəruri olan avtomobil ehtiyat hissələri alınmamış və avtomobilin təmiri ilə bağlı hər hansı bir işlər görülməmişdir. Nəticədə, cavabdeh iddiaçı X2 hesabına 1900 manat məbləğində əsassız varlanmışdır. Odur ki, 1900 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı1 ödənilməlidir. Məhkəmə iddia tələbinə 1900 manat pulu vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz borcunun cavabdehdən tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia bu hissədə qeyrimüəyyən tələb kimi qiymətləndirilərək təmin edilməməlidir. Məhkəmə iddia tələbini 24 ay ərzində taksi xidmətindən gündəlik istifadənin 15 manat olmaqla 10800 (on min səkkiz yüz) manatın (15x30=450x24 ay= 10800) cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddiaçı bu tələbini təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia bu hissədə əsassız hesab edilərək, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Kontitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə iddiaya iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi hissəsində qiymət verərək, hesab edir ki, iddia bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 8684 (səkkiz min altı yüz səksən dörd) manat və məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. “Toyota Hilux” markalı **-NS-*** nömrə nişanlı avtomobili təmir etmək məqsədilə verilmiş 1900 (bir doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (əlli) manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1323/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1323/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver