Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1338/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehdən 3517 manat, 2500 manat ödədiyi faiz məbləğinin, cəmi 6017 manat məbləğində pulun və 81 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 20 may 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu. Bakixanov qəsəbəsində yerləşən "xxxx" ASC-nin 19 saylı filialında öz adına 10000 manat borc pul götürmüşdür. Həmin banka olan borcunu ödədikdən sonra yerdə qalan 3517 manat pulu elə bankın daxilində Cavabdeh 10 gen müddətinə vermişdir. Ramin iddiaçıya 10 gün müddətinə borcunu qaytaracağına inandırsa da, sözünə əməl etməmişdir. Nəticədə iddiaçı çox əlverişsiz vəziyyətə düşmüşdür. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilmsəini mümkün hesab etmişdir. İşin halları İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində 3517 manat məbləğində borc pul verilmişdir. Bu faktı Cavabdeh Sabunçu RPİ-nin 13-cü PB-nə verdiyi izahatında da təsdiq etmişdir (Sabunçu RPİ-nin 13-cü PB təhqiqatçısı, polis polkovnik-leytenantı Rəfiq Şərifovun 26 iyul 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” Qərarı). "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcalan 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 10000 manat kredit vermişdir. Həmin kreditdən 5977,53 manat və 500 manat məbləğində pul vəsaiti İddiaçı digər kredit müqavilələri üzrə borcunun ödənilməsinə yönəldilmiş, 3517,47 manatı isə kredit kartına köçürülmüşdür. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 81 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilələrin etibarlılığı ilə bağlı məsələyə qiymət verməyi zəruri hesab edir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsi yazılı qaydada bağlanılmalı olsa də, tərəflər borc müqaviləsinin formasına dair qanunvericiliklə müəyyən edilmiş bu şərtə əməl etməmişdirlər. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada bağlanılmış borc müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, iddia tələbinə müvafiq olaraq Cavabdeh borc aldığı 3517 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı geri ödənilməlidir. Məhkəmə iddiaya "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə hesablanmış faizlərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində qiymət verərək qeyd edir ki, həmin müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi ilə bağlı öhdəliyin daşıyıcısı İddiaçı özüdür və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün özü cavabdehdir. Odur ki, iddia qeyd edilən hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin 81 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,17 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3517 (üç min beş yüz on yeddi manat) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,17 (əlli beş manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1338/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1338/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver