Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1348/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi X1, nümayəndəsi və vəkili X3, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək xəsarətinə görə müavinət məbləğinin ödənilməsi” barədə ilkin iddia tələbinə, Cavabdeh ASC-nin İddiaçı qarşı ”artıq ödənilmiş pulun qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup əmək əlili və İ Qarabağ müharibəsinin qazisi kimi ona müavinət məbləğinin 2019-cu ildən müvafiq artımlar hesablanmaqla bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2019-cu ildən ona ödənişi dayandırılmış müavinət məbləğinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona artıq ödənilmiş müavinət məbləği kimi 4830 manat pulun alınaraq Cavabdeh ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Ü.S.Əhmədpaşayev xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qarşılıqlı iddia tələbinin 3737,40 manat məbləğində qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 1973-cü ildən 2702 saylı hərbiləşdirilmiş Avtokalonda sürücü işləmişdir, 1998-ci ildə işlədiyi müəssisə özəlləşdirilmiş və Əmlak komitəsinin sərəncamı əsasında müəssisənin bazasında Cavabdeh ASC yaradılmışdır, 1990-cı ildən isthsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqəli ömürlük İİ qrup əlil kimi qeydiyyatdadır, hazırda da əlilliyi davam edir, əmək xəsarətinə görə ona müavinət məbləği ödənilmişdir, 2019-cu ilin fevral ayından həmin ödəniş dayandırılmışdır, cavabdeh təşkilat hesab edir ki, ona ödənilən məbləğ 2007-ci il tarixli qətnamədə qeyd ediləndən çox olduğundan qanunsuz ödəmə yaranmışdır, buna görə də ödənişləri dayandırmışdır, 2007ci ildən 2010-cu il tarixədək pensiya və müavinətlərə yenidən baxılmış, hesablama qaydalarında dəyişiklik baş vermişdir, xx.xx.2010-cu il tarixli qərara əsasən, kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir, cavabdeh müavinət ödənilməsini qanunsuz olaraq dayandırmışdır, əvvəl dövlətdən 86 manat almışdır, sonra dedilər ki, 100 manat olacaq, lakin daha sonra pulun ödənilməsini dayandırmışdırlar, hökümətdə işləyən zaman 1200- 1300 maaş almışdır, hazırda müavinətin xx.xx.2019-cu ildən ona ödənişi dayandırılmış müavinət məbləğinin bərpa olunmasını istəyir. İddiaçı qarşılıqlı iddia tələbini isə qəbul etməyək bildirdi ki, on ödənilən pul qanunsuz olmamışdır, cavabdeh həmin pulu ona verməli idi, hazırda onu geri istəyə bilməz, bu pulu ödəməyə də imkanı yoxdur, əlildir, pensiya ilə dolanır, artıq ödənilmiş məbləğə görə təqsiri yoxdur, həmçinin həmin pulu istəmək üçün iddia müddətini də ötürmüşdür, cavabdehin iddiasının heç bir əsası yoxdur. Sonda İddiaçı ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh əvvəl dövlət müəssisəsi olmuş, daha sonra özəlləşmişdir, müəssisə sadəcə icarə əsaslı fəaliyyət göstərir, 2007-ci il tarixli Qətnamədə sabit məbləğ qeyd edilib, başqa qeyd yoxdur, buna görə də sabit məbləği artıqlaması ilə ödəmişdirlər, həmin qətnamədən şikayət də verilməmişdir, hətta səhvən qətnamədə qeyd edilən məbləğdən artıq ödənilib, hazırda cavabdeh qətnamədə nəzərdə tutulan məbləği ödəməyə razıdır, amma qarşı tərəf qətnamə ilə müəyyən olunan 38.50 manat ödənilməsinə razı deyildir, onunla barışıq əldə olunmamışdır. Sonda Vəkil ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Ü.S.Əhmədpaşayev qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müəssisə dövlət müəssisəsi olmuş, daha sonra 20 aprel 1998-ci ildə özəlləşdirilmişdir, proqrama qoşularaq özəlləşdirilmişdirlər, başqa cür müəssisə özəlləşdirilə bilməz, cavabdehə fevral ayınadək artıq pul ödənilmişdir, ödəniş 2019-cu ilin fevral ayından dayandırılmışdır, 3 ilə təxminən 1820 manat ödəməlidirlər, qarşı tərəf isə onlara təxminən 2000 manat verməlidir, hazırda ödənişin 38.50 manatla hesablanmasına razıdırlar, artımlar yoxdur, əgər qətnamə olmasa idi, necə hesablanırsa, elə də olacaqdı. Sonda Ü.S.Əhmədpaşayev ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi T.H.Əsədov bildirdi ki, dövlət müəssisələri özəlləşdirildikdə, müəssisə Dövlət proqramına qoşulmalı idi, lakin iş materiallarında olan sənədlərdən Cavabdeh ASC-nin özəlləşdirilmə ilə bağlı proqrama qoşulması görünmür, əgər qoşulsa idi, həmin müavinəti DSMF ödəməli idi, ancaq qoşulmamışdırlar, bu səbəbdən məsuliyyət Avto-Qarant” ASC-nin üzərindədir, yəni müavinəti müəssisə ödəməlidir, əlilliyə görə ödəniş ayrıdır, belə ki, əlilliyə görə ödəniş həm Dövlət tərəfindən, həm də müəssisə tərəfindən ödənilir, Nazirlər Kabinetinin 3 saylı qərarına əsasən, əlillik dərəcəsinə uyğun olaraq ümumi müəssisədə fəaliyyət göstərənlərin əmək haqqına uyğun olaraq müavinət ödənilməlidir, aydın məsələdir ki, həmin məbləğ əvvəlki kimi qala bilməz, artmış olmalıdır və praktikaya əsasən, əgər müəssisədə həmin şəxsin vəzifəsində işləyən şəxs vardırsa, müavinət onun maaşına, o olmadıqda analoji digər vəzifələrdə işləyən şəxslərin, o olmadıqda mühasibin, o da yoxdursa direktorun maaşına uyğun olaraq artım hesablanır və vətəndaşa ödənilir. Məhkəmə, tərəfin və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Qarabağ Qaziləri” Birliyi tərəfindən verilmiş 1765 №-li Vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. İş materiallarında olan 121528 №-li Vəsiqənin surətindən görünür ki, İddiaçı ömürlük İİİ qrup əlillik verilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 02 noyabr 2007-ci il tarixli 2- 1410/2007-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 944 manat 56 qəpik tutulması, 2007-ci ilin noyabr 1dən başlayaq hər ay İddiaçı 38 manat 50 qəpik ödənilməsi Cavabdeh ASC-yə həvalə edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, əmək vəzifələrini yerinə yetirərkən İddiaçı xəsarət almış və əmək qabiliyyətini 50% itirmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 04 №-li Arayışdan görünür ki, Cavabdeh ASC İddiaçı xəsarətə görə 2019-cu ilin yanvar ayı daxil olmaqla ödənişlər edilmişdir, cəmi İddiaçı 5159,50 manat ödənilməli olduğu halda, cəmiyyət tərəfindən ona 9989,50 manat ödənilib. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli 9/2010 saylı Ekspert rəyinə əsasən, Cavabdeh ASC tərəfindən iş materiallarına əlavə olunmuş kassa məxaric orderlərinə əsasən ödənilmiş pul məbləğinin cəmi 9879,46 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 9/4375 saylı Ekspert rəyinə əsasən, Cavabdeh ASC tərəfindən xx.xx.2007-ci il tarixdən son ödənişin aparıldığı xx.xx.2019-cu il tarixədək ümumilikdə İddiaçı 3737,4 manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış və əmək qabiliyyətini 50% itirmişdir, hadisə əlilliklə nəticələnmişdir, Xətai rayon Məhkəməsinin 02 noyabr 2007-ci il tarixli 2-1410/2007ci il tarixli Qətnaməsi ilə 2007-ci ilin noyabr 1-dən başlayaraq hər ay Cavabdeh ASC-dən İddiaçı xeyrinə 38,50 manat ödənilməsi qət edilmişdir, İddiaçı müavinət ödənilməsi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır, Cavabdeh ASC ilkin iddia tələbini qismən qəbul edir, 2019-cu ilin fevral ayından dayandırılmış müavinətin 38.50 manat məbləğində ödənilməsinə razıdır. Bununla belə, İddiaçı ödənilən aylıq ödənişin dayandırılmasına, habelə ona ödənilmiş məbləğin geri qaytarılmasına əsas verən halar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə hesab edir ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində Y.Ə.Əliyevin əmək qabiliyyətini 50% itirməsi və onun əmək qabiliyyətinin azalması səbəbindən Cavabdeh ASC tərəfindən İddiaçı aylıq müavinət ödənilməsi məhkəmə qətnaməsi ilə qət edilməsinə baxmayaraq, həmin qətnamənin icrasını istisna edən (və ya dayandıran) qanunla nəzərdə tutulmuş hər hansı hal olmadan “artıq ödəniş edilməsi” əsası ilə dayandırılması, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmaması ilə nəticələnir ki, bu da İddiaçı hüquq və qanuni maraqlarına toxunur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 saylı Qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”) müəyyən olunmuş qaydada hesablanaraq ödənilməli olduğundan, həmçinin Cavabdeh ASC öhdəlikdən kənar ödədiyi pul məbləğini əsassız varlanma qaydalarına uyğun olaraq iki il müddət ərzində tələb etməli olduğu halda (Mülki Məcəllənin 439.4-cü və 1095-ci maddələrinin məzmunu baxımından), hüququnun pozulduğunu bilməsindən (ödənişin edildiyi son gün – xx.xx.2019-cu il) xeyli müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair İddiaçı tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 3-cü hissəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin Məcəllənin 239-cu maddəsinin 4-cü hissəsinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları (14.2.3) əsassız varlanma (14.2.7) mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadndır. Həmin Məcəllənin 439.4-ci maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli 3 saylı Qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”-nin 1.2-ci bəndinə əsasən, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”-nin 2.1-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”-nin 3.5-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən, bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin (bundan sonra - dövlət müəssisələri) sosial ödənişləri üzrə ödənilməmiş borclarının (bundan sonra - borclar) ödənilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) aylıq müavinət verilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, İddiaçı verilməsi nəzərdə tutulan müavinat xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh ASC tərəfindən bərpa olunmalı, Cavabdeh ASC-nin İddiaçı qarşı “İddiaçı ona artıq ödənilmiş müavinət məbləği kimi 3737,40 manat pulun alınaraq Cavabdeh ASC-yə ödənilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli, məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı verilməsi nəzərdə tutulan müavinat xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh ASC tərəfindən bərpa olunsun. Cavabdeh ASC-nin İddiaçı qarşı “İddiaçı ona artıq ödənilmiş müavinət məbləği kimi 3737,40 manat pulun alınaraq Cavabdeh ASC-yə ödənilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-nin özünə aid edilsin. Cavabdeh ASC-dən ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1348/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1348/2022
09.09.2022 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver