Məhkəmə qərarları › İş №2(011)-1352/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1352/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1352/2022 04.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərclərin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərclərin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2014cü il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatana qədər, Cavabdeh tutulan alimentin miqdarını artırılaraq hər ay 200 manat və uşağın xəstəliyilə bağlı əlavə xərcləri üçün hər ay 100 manat, ümumilikdə alimentin 300 manat olmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə faktiki nikah münasibəti olmuşdur. Həmin faktiki nikah münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X11 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 04 noyabr 2016-ci il tarixli qətnaməsi ilə onun aliment iddiası qismən təmin edilmişdir və övladının saxlanmasına görə cavabdehdən hər ay 117 manat onun xeyrimə aliment pulunun tutulması qət edilmişdir. Lakin, o, qətnamədən apellyasiya şikayəti verdi və bunun nəticəsində övladının saxlanmasına görə hər ay cavabdehdən 140 manat aliment pulunun onun xeyrimə ödənilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh övladının saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Onun üçün, yəni tənha ana olduğundan övladının saxlanması üçün 140 manat aliment uşağının tələbatını ödəmir. Həmçinin bildirir ki, övladı xx.xx.2014-cü il təvəllüdlü X11 xəstədir və o, qanuna müvafiq olaraq uşağının xəstəliyi ilə bağlı əlavə xərclərin cavabdehdən onun xeyrinə ödənilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş edir. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqlar da atasına qarşı tələbat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət göstərmir. Uşağının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbat ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, "aliment məbləğinin artırılması və əlavə xərclərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsaslanaraq, məhkəmədən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatana qədər, Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat və uşağın xəstəliyi ilə bağlı əlavə xərcləri üçün hər ay 100 manat, ümumilikdə alimentin 300 manat olmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, oğlu Murad autizm xəstəliyindən əziyyət çəkir, bununla bağlı olaraq davamlı olaraq psixologun yardımına ehtiyacı var. Hər bir psixolog qəbulu isə 50 manat təşkil edir. Həmçinin iddiaçı qeyd etmişdir ki, o, alimentin artırılmasını tələb etdiyinə görə cavabdeh formal olaraq Sabunçu Rayon Məhkəməsində indiki arvadı ilə saziş bağlayaraq 320 manat alimentin ödənilməsi ilə bağlı razııq əldə etmişdir.Halbuki, onlar ayrılmamışlar, indi də bir yerdə yaşayırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Cavabdeh iddia tələbini qəbul etmir. O, İddiaçı iddia ərizəsində qeyd etdikləri ilə razılaşmır. Çünki Cavabdeh əmək haqqından övladı Murada görə hər ay aliment məbləği tutulur. İddiaçı əvvəlki iddia ərizəsində də heç bir sübuta əsaslanmadan şəxsi istəklərini və düşüncələrini yazmışdı. Bakı Apellyasiya Məhkəməsində İddiaçı Cavabdeh qarşı irəli sürdüyü həmin aliment tələbinə dair iddiasında qeyd etdiklərinin şəxsi mülahizə xarakterli olması və sübutlarla təsdiqini tapmadığı müəyyən edildiyi üçün şikayəti tam təmin edilmədi. Cavabdeh məhkəmənin diqqətinə bir neçə vacib məqamı çatdırmaq istəyir. Cavabdeh Murad Əkbərzadə ilə yanaşı digər bir faktiki nikahından olan 1990-cı il təvəllüdlü Günay adlı uşağına görə Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən 170 manat məbləğində aliment ödəyir. Bununla bağlı məhkəmə qərarı vardır. Həmçinin Cavabdeh 2018-ci ilin dekabr ayında Şahrud Ələkbərova ilə ailə qurub evlənmişdir. Həmin nikahdan onların 11 sentyabr 2019-cu il tarixdə X12, 11 sentyabr 2021-ci il tarixdə X9 adlı uşaqları olmuşdur. Cavabdeh Şahrud Ələkbərova ilə bir neçə il birlikdə yaşasalar da, xasiyyətləri uyğun olmadığından sonradan ayrılmışlar. İddiaçı 2022-ci ilin yanvar ayında Bakı şəhəri Sabunçu rayon məhkəməsində Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Şahrud Ələkbərova əvvəlcə Cavabdeh iki uşağa görə 400 manat məbləğində aliment tələb etsə də, məhkəmənin gedişatında Cavabdeh şəkər xəstəliyindən əziyyət çəkdiyini, Murad Əkbərzadəyə də aliment ödədiyini, əmək haqqının az olduğunu nəzərə alaraq qətnamə çıxarılmadan İddiaçı ilə barışıq sazişi bağlaya bilmişdir. Belə ki, Şahrud Ələkbərova ilə Cavabdeh arasında bağlanmış və Sabunçu rayon məhkəməsi tərəfindən təsdiqlənmiş 16 fevral 2022-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh 2019-cu il təvəllüdlü İmran və 2021-ci il təvəllüdlü Məryəm adlı uşaqları üçün hər birinə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment ödəməlidir. Cavabdeh övladları Murad Əkbərzadə, Günay Əkbərzadə, İmran Əkbərzadə və Məryəm Əkbərzadənin hər birinin böyüməsi üçün onlara maddi yardım etməlidir. Lakin Cavabdeh işlədiyi "xxxx" QSC-dən aldığı aylıq əmək haqqı vergilər, aliment və digər tutulmalar təxminən 850 manat təşkil edir. Cavabdeh Əmək haqqından Tibbi sığorta, DSMF, Həmkarlar ittifaqı, İşsizlik sığortası, gəlir vergisi və Murad üçün alimentə görə tutulmalardan sonra cəmi 400 manat məbləğində qalıq qalırdı. İndi isə İmran və Məryəm adlı azyaşlı uşaqlarına görə də əmək haqqından 320 manat aliment tutulacaqdır. Göründüyü kimi İddiaçı Cavabdeh yüksək əmək haqqı almağı və Murada görə ödəməli olduğu alimentin məbləğinin artırılmalı olduğu barədə qeyd etdikləri doğru deyildir. Cavabdeh imkanı çatdığı həddə bütün övladlarına aliment ödəməyə çalışır, həmin ödəmələr onun əmək haqqından tutulur. Cavabdeh yaşı da artıq çoxalır və bir neçə ildən sonra o pensiya yaşına çatacaq. İndiki kimi əmək haqqı da almayacaq. Onun məhkəmədən xahişi budur ki, izahatında qeyd etdiklərini, yəni dörd uşağa görə aliment ödəməyi, real maddi vəziyyəti, yaşı və xəstəliyi nəzərə alınsın. İş üzrə qərar qəbul edərkən Cavabdeh real maddi vəziyyətinə uyğun qərar qəbul etsin. İddiaçı qeyd etdiyi kimi sonradan aliment məbləğinin artırılması və ya dəyişdirilməsi üçün deyil, əksinə azaldılmasına əsas ola bilən ailə və maddi vəziyyətində dəyişiklik baş verib. Cavabdeh qeyd etdiyi kimi başqa bir şəxslə ailə həyatından iki azyaşlı övladı doğulmuş, hazırda onlara görə də aliment verməlidir. Cavabdeh saxlanılması üçün məsuliyyət daşıdığı şəxslərin dairəsi genişlənmiş, maddi öhdəlikləri artmışdır. Məhkəmə Cavabdeh ailə vəziyyətinin dəyişdiyi və maddi öhdəliklərinin artdığı şəraitdə bu halları nəzərə almalı, qanunvericiliyin tələblərini düzgün tətbiq etməklə, Cavabdeh vəziyyətini ağırlaşdırmaq, öhdəliklərini artırmaq, digər şəxslərin maraqlarına toxunmaq istiqamətində qətnamə qəbul etməməlidir. Belə ki, belə bir qərar qəbul edildiyi təqdirdə Cavabdeh və digər uşaqlarının hüquqları pozulacaqdır. Cavabdeh hesab edir ki, məhkəmə qərar qəbul edərkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrini şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilən göstərişləri də mütləq nəzərə almalıdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-705/2017 saylı, 10 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-12785/2016 saylı iş üzrə 04 noyabr 2016-cı il tarixli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilmiş, 05 aprel 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 06 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 273608 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X6 ilə 18 dekabr 2018-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə akt qeydləri kitabında 158 nömrəsi ilə qeyd aparılmışdır. 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 677760 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əkbərzadə İmran xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdehdur. 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 635087 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əkbərzadə Məryəm xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdehdur. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-1422/2022 saylı mülki iş üzrə X4 ilə Cavabdeh arasında alimentin ödənilməsinə dair razılıq əldə edilmiş və tərəflər arasında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə görə Cavabdeh övladları 11 sentyabr 2019-cu il tarixdə doğulmuş X18 və 11 sentyabr 2021-ci il tarixə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü, 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat alimenti hər ayın 30-dan gec olmayaraq iddiaçı X3 ödəməyi öhdəsinə götürür. İddiaçı X4 Cavabdeh qarşı 11 sentyabr 2019-cu il tarixdə doğulmuş X18 və 11 sentyabr 2021-ci il tarixə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay sabit pul məbləğində bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat alimentin cavabdehdən alınması tələbinin sazişin 1-ci bəndində göstərilən qaydada həll edilməsi ilə razılaşır və hazırkı iddiadan imtina edir. İş materiallarında olan haqq-hesab vərəqələrinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərə olan çıxarışdan görünür ki, Cavabdeh Nizam oğlunun vəzifə maaşı/saatlıq tarif maaşı 1145.00 (bir min yüz qırx beş) manatdır. Cəmi gəlirləri 855.50 (səkkiz yüz əlli beş manat əlli qəpik) manat, cəmi tutmalar 436.32 (dörd yüz otuz altı manat otuz iki qəpik) qəpikdir. Ona ödəniləcək məbləğ 419.18 (dörd yüz on doqquz manat on səkkiz qəpik) manat təşkil edir. İş materiallarında olan Həkim Məsləhət Komissiyasının 0089003AABNU nömrəli bildirişindən görünür ki, X14 20 nömrəli X10 Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, X14 “Ahəng” X5 Mərkəzinə müraciət etmişdir. Murad gələrkən loqopedik və psixo-pedaqoji problemləri aşkarlanmışdır. Uşaqğın ağız suyunu axması, nitq qüsuru, davranış pozuntusu, diqqət və qavrama problemləri aşkarlanmışdır. Noyabr ayından mart ayına kimi mütəmadi olaraq loqopedik və psixo-pedaqoji dərslərdə iştirak etmişdir. Loqoped və psixo-pedaqoqun məsləhəti ilə bundan sonra 10-12 ay ərzində dərslərin davam edilməsi tələb olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra bu Məcəlləyə istinad olunacaq) 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. (Maddə 78.2) Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (Maddə 112.1) Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. (Maddə 81.1.) Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. (Maddə 81.2.) Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (Maddə 81.3.) «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da qismən əsaslı olduğu, iddiaçı tərəfindən cavabdehin əlavə qazanc və gəlirlərinin olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-705/2017 saylı, 10 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. X2 autizm xəstəliyindən əziyyət çəkməsi və bununla bağlı müalicəyə ehtiyacı olduğu nəzərə alınaraq, xəstəlik xərclərinə görə 50 (əlli) manat aliment cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-705/2017 saylı, 10 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində sabit pul məbləğində aliment, xəstəlik xərclərinə görə isə 50 (əlli) manat olmaqla, cəmi 243 (iki yüz qırx üç) manat sabit pul məbləğində aliment cavabeh Cavabdeh İddiaçı xeyrinə ödənilsin. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar