Məhkəmə qərarları › İş №2(011)-1355/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1355/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1355/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8300 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri olduğundan ona inanmış və etibar etmişdir. Bu səbəbdən də cavabdeh ondan əvvəlcə 3000 manat, sonra isə 6300 manat borc olaraq almışdır. Qeyd olunan pul məbləğini 2021-ci ilin fevral və mart aylarında cavabdehə 3000 manatı nəğd olaraq vermiş, 6300 manatı isə kart vasitəsilə köçürmüşdür. Ümumilikdə 9300 manat cavabdeh tərəfindən 1 ay müddətində ona qaytarılmalı olduğu halda, bu günə kimi qaytarmamışdır. Bu barədə cavabdehlə danışıqlar etmiş, o, hər dəfə pulunu qaytaracağını bildirsə də, 1000 manat məbləğində olan hissəsini qaytarmışdır. Təqdim etdiyi audio disk cavabdehin səmimi etirafıdır. Cavabdehin özü də məlikəmə prosesində qeyd etdiklərini səmimi olaraq etiraf edəcəkdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, İddiaçı o hər hansı bir məbləğ, o cümlədədn 9300 manat borc pul verməyib, bunu təsdiq edən hər hansı sübut növü də yoxdur. İddiaçı guya borc pul verdiyini iddia etsə də, mülki qanunvericliyin borc müqaviləsinə dair normasının tələbinə uyğun olaraq borc müaviləsi bağlamayıb. İddiaçının verdiyini iddia etdiyi məbləğ 9300 manatdır. Mülkii Mıcəllənin 740.2-ci maddəsinin tələbinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa, iddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərin içətrisində borcu etiraf etməyə dair hansısa audiodiskə istinad edir. Azərbaycan Respublikası MPM-in 76.3-cü maddəsinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. İkincisi, iddiaçı borc pul tələbinin mübahisəsiz olduğunu bildirsə də, məhkəmədən əvvəl tənzimlənmə üçün pretenziya qaydasına riayət etməyib. Belə ki, işin hallarından görünür ki, iddiaçı tərəfindən ona iddia etdiyi borc müqaviləsinin bir tərəfli qaydada ləğv edilməsinə dair bildiriş göndərilməyib. İddiaçı kredit müqaviləsində göstərilən məbləği ondan tələb etməyib. Bu işlərdən məhkəmə tərəfindən bildiriş gəldikdə xəbər tutmuşdur. Odur ki, iddia tələbinin əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1355/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1355/2022 saylı saylı qərardadı ilə Cavabdeh vəkili Nümayəndə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsi təmin edilərək, qətnamə ləğv edilmiş və mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələblərini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri Cavabdeh müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdehin vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək göstərmşdir ki, məhkəmə baxışının gedişində iddiaçının nümayəndəsinin iddia tələbini əsaslandırdığı mövqe barədə whatsapp danışığında müvəkkilini məlumatlandırmış, o isə iddiaçı ilə apardığı whatsapp yazışmasının mətnini göndərmiş və həmin mətni belə izah etmişdir ki, onun iddiaçıya borcu olmadığını bildirir. Borcun olubolmaması barədə İsa ilə aparılan whatsapp yazışmasında onların aralarında borc qalmadığı ifadə olunur. Cavabdeh whatsapp danışıqlarında ağır cərrahiyyə əməliyyatı keçirməli olduğunu və İsa ilə aralarında heç bir borcun olmadığını bildirir. AR MPM-ni 76-cı maddəsinin tələblərinə uyğun olaraq, həmin whatsapp yazışmalarının əks olunduğu çıxarışları və etibarnamənin surətini təqdim edərək, nəzərə almağı məhkəmədən xahiş tmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-862/2022 saylı iş üzrə, 15:30-a, xx.xx.2022-ci il tarixə məhkəmə iclasının təyin olunduğunu göstərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tuturaq işə cavabdehin (vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Yevlax Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı verdiyi ifadəni təsdiq edir. İddiaçı və Cavabdeh ilə şəxsi münasibətləri olmamışdır. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Onların taksi sifarişi əsasında istədikləri ünvana çatdırılmasını maşını vasitəsilə etmişdir. Ona görə ki, bu onun gündəlik işidir. Həmin vaxtlarda Zeynəb Bakı şəhəri Xətai rayonu ərazisindən Q.Qarayev metrosunun yanına müştəri kimi aparmışdır. İsanı o vaxt tanımırdı. Zeynəb İsaya dedi ki, “pul ver, 10-15 günə qaytaracam, anam xəstədi.”Qayararam, sən də krediti qaytararsan.” Elçin oğlu adı ilə tanıdığı şəxsin "xxxx"-dan sonradan bildiyinə görə 3000 manat pul kreditə götürüb Cavabdeh adlı yaxınlıq münasibətində olan qadına verməsindən sonradan bilib xəbər tutmuşdur. Ona görə ki, taksi kimi işindən başqa onlar arasında baş verən münasibətlərə heç bir aidiyyəti olmamış və bu günə qədər də yoxdur. Sevgili kimi yaşadıqlarını bilmişdir. Bu hal 2021ci ilin fevral ayında olmuşdur. Sonradan 2021-ci ilin mart ayında İddiaçı Zeynəb ilə telefonla danışmasından sonra özünün deməsinə görə Zeynəbin səhhətində yaranmış narahatçılıqla bağlı onun tibbi müalicəsi üçün borc şəklində ona pul göndərməsini dediyi üçün öz aralarında razılaşmalarından sonra ona pul göndərməli olmuşdur. Cavabdeh ona özünə aid plastik kartına tanışı və sevgilisi İddiaçı pul göndərməsində istifadə etməsini xahiş etdiyi üçün təmənnasız, heç bir marağı olmadan buna razılaşıb kartını ona vermişdir. "xxxx"-a aid plastik kartına İddiaçı göndərdiyi 6000 manat pulu onun sevgilisi Cavabdeh çıxarmışdır. Buna görə, yəni plastik kartından istifadəyə görə Cavabdeh ona həmin puldan hansısa bir məbləği verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X2 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh borc pul verməsi, lakin uzun müddət keçməsinə baxmayaraq pulun qaytarılmaması barədə ərizəsi üzrə aparılmış araşdırma zamanı İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh ilə “TİK-TOK” səhifəsində tanış olmuşdur. Cavabdeh ona maddi çətinliyinin olduğunu dediyi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhərində olduqları zaman ona "xxxx"-dan 3000 manat pul kredit şəkində götürüb vermişdir. Bundan sonra Cavabdeh ondan bir müddət sonra yenidən maddi çətinliyinin olduğunu deyib ona borc pul lazım olmasının deməsindən sonra xx.xx.2021-ci il tarixdə Yevlax şəhərində yerləşən "xxxx"dan yenidən kredit götürüb Cavabdeh 6000 manat pul göndərmişdir. Sonuncu dəfə Cavabdeh borc şəklində öz şəxsi istəyi ilə göndərmiş olduğu qeyd edilən pulu onun tanışı taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhərində yaşayan Şahid aid "xxxx" aid plastik kartına köçürmüşdür. Sonradan Cavabdeh ilə telefonla danışarkən onu telefon danışığı zamanı təhqir etmiş və hədələmişdir. Ona telefon danışı zamanı borclu olduğu pulu qaytarmayacağını, ümumiyyətlə ona pul borcunun olmadığını bildirmişdir.Bu vaxtadək ona cəmi borclu olduğu 9000 manat pulun 1000 manatını müxtəlif vaxtlarda ayrı-ayrı olmaqla qaytarmışdır. Araşdırma zamanı Şahid izahat verərək bildirmişdir ki, İddiaçı və Cavabdeh tanıyır. Belə ki, onlarla ilk dəfə Bakı şəhərində görüşmüşdür. Çünki taksi fəaliyyəti ilə məşğul olur.Onların taksi sifarişi əsasında istədikləri ünvana çatdırılmasını maşını vasitəsilə etmişdir. Ona görə ki, bu onun gündəlik işidir. Həmin vaxtlarda onları Bakı şəhəri Xətai rayonu ərazisindən Q.Qarayev metrosunun yanına müştəri kimi aparmışdır. İddiaçı adı ilə tanıdığı şəxsin "xxxx"-dan sonradan bildiyinə görə 3000 manat pul kreditə götürüb Cavabdeh adlı yaxınlıq münasibətində olan qadına verməsindən sonradan bilib xəbər tutmuşdur. Ona görə ki, taksi kimi işindən başqa onlar arasında baş verən münasibətlərə heç bir aidiyyəti olmamış və bu günə qədər də yoxdur.Bu hal 2021-ci ilin fevral ayında olmuşdur. Sonradan 2021-ci ilin mart ayında İddiaçı Zeynəb ilə telefonla danışmasından sonra özünün deməsinə görə Zeynəbin səhhətində yaranmış narahatçılıqla bağlı onun tibbi müalicəsi üçün borc şəklində ona pul göndərməsini dediyi üçün öz aralarında razılaşmalarından sonra ona pul göndərməli olmuşdur.Cavabdeh ona özünə aid plastik kartına tanışı və sevgilisi İddiaçı pul göndərməsində istifadə etməsini xahiş etdiyi üçün təmənnasız heç bir marağı olmadan buna razılaşıb kartını ona vermişdir. "xxxx"-a aid plastik kartına İddiaçı göndərdiyi 6000 manat pulu onun sevgilisi Cavabdeh çıxarmışdır. Buna görə, yəni plastik kartından istifadəyə görə Cavabdeh ona həmin puldan hansısa bir məbləği verməmişdir. Araşdırma zamanı İddiaçı xx.xx.2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş müraciəti əsasında onun tanışı Cavabdeh izahatının alınması mümkün olmamışdır. Belə ki, Cavabdeh istifadəsində olan “WhatsApp” nömrəsi ilə əlaqə saxlanılan zaman Cavabdeh tanışı və yaxınlıq münasibətində olduğu İddiaçı qeyd edilən məbləğdə borc pul aldığını, hazırda Türkiyə Respublikasında səhhətində yaranmış narahatçılıq ilə bağlı müalicə olunduğunu, müəyyən vaxt orada qalacağını, İddiaçı borclu olduğu pulu qaytarcağını telefon danışığı zamanı bildirmişdir. Beləliklə, İddiaçı müraciəti əsasında toplanmış material üzrə müəyyən edilmişdir ki, İddiaçı “TİK-TOK” səhifəsində tanış olduğu və sonradan yaxınlıq münasibətində olduğu Cavabdeh ilə öz aralarında razılaşıb ona borc pul verməsi faktı mülki xarakterlidir. Ona görə də toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinatyət işinin başlanması rədd edilməli və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materiallarına əlavə olunmuş, İddiaçı məxsus AZ88Aİ1B410100C**********114 saylı hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən ona xx.xx.2021-ci il tarixdə 3,180 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş, İddiaçı məxsus AZ.X7AİİB410100C**********180 saylı hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən ona xx.xx.2021-ci il tarixdə 9,950 manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə olunmuş olan səs yazılarının məzmunundan göründüyü kimi, tərəflər arasına olan danışıqlar zamanı Cavabdeh İddiaçı cəmi 9000 manat borc aldığını və həmin puldan 1000 manatını qaytardığını etiraf etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə “...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Məhkəmə bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, əksər hallarda, fiziki şəxslər borc müqaviləsini şifahi formada bağlayır və bu zaman borc alanın öhdəliyi lazımınca və vaxtında icra etmədiyi üçün işə məhkəmə müstəvisində hüquqi qiymət verilən zaman iddiaçı onunla cavadeh arasında belə bir razılaşmanın olmasını və cavabdehin öz öhdəliyini icra etmədiyini sübut etməkdə çətinlik çəkir. Bu zaman sübutetmə prosesində iddiaçının ən güclü silahı məhz onunla cavabdeh arasında qeydə alınmış telefon danışığı və ya səs yazısıdır. Qeydə alınan məlumatlar şəxsin həyatının gizli bir sahəsi olmayıb, bu məlumatları (danışığı) qeydə alan şəxslə bağladığı əqd üzrə sonradan mübahisə predmetinə çevriləcək məsələ ilə bağlı ifadə etdiyi fikirlərdirsə, həmin vədlərin (iradə bəyanlarının) sonradan təkzib olunacağı ehtimalı ilə qeydə alınması özü-özlüyündə qanunsuz hərəkət sayıla bilməz. Bu mübahisənin bir tərəfi söhbəti qeydə alan şəxs olduğu üçün mahiyyətcə o həm də mübahisəli məsələ ilə bağlı öz həyatına dair bir məqamı qeydə almış olur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə iş üzrə Cavabdeh İddiaçı 9000 manat borc alması, həmin puldan 1000 manatını qaytarması və 8000 manat borcunun qalması müəyyən edilmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək, 8000 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar