Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1379/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7050 manat məbləğində pulun alınıb ona verilməsi və ödənilməli 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsindəki tələbinin 5579,33 manat həcmində olmaqla nəzərə alınmasını və məhkəmə rüsumunun, ekspertiza xərclərinin cavabdehə aid edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2014-cü il tarixdə 3500 manat və xx.xx.2014-cü il tarixdə 3000 manat borc vermişdir, cavabdeh həmin borcu qaytarmadığı üçün pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-485/2015 saylı 14 yanvar 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən cəmi 6714 manat alınaraq ona verilməsi qət edilmişdir, qətnamənin icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 16 aprel 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-485/2015 saylı 14 yanvar 2015-ci il tarixli qətnaməsinin icrasına başlanmışdır, icra işi üzrə tələb borclu tərəfindən hazırki dövrədək icra olunmamışdır, göründüyü kimi xx.xx.2014-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə cavabdehə verilmiş 6500 manat borcu cavabdeh qısa müddətdə qaytarmağı öhdəsinə götürsə də hazırki dövrədək həmin borcu qaytarmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər, iddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xəstəxana şəraitində stasionar qaydada müalicədən evə xx.xx.2023-cü ildə buraxıldığını, səhhətinin yaxşı olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 485/2015 saylı 14 yanvar 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 6500 manat məbləğində əsas borc, 184 manat məbləğində notariat xərci və 30 manat dövlət rüsumu cəmi 6714 manat tutularaq İddiaçı ödənilməli olduğu qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsini 2(011)-4664/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat olmaqla, cəmi 3830 (üç min səkkiz yüz otuz) manat məbləğində pul tutularaq, X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4664/2019 saylı xx.xx.2019-cu il tarixli qərardaddan görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair 2(011)-4664/2019 saylı mülki işə məhkəmə baxışı zamanı Cavabdeh əməlində dələduzluq (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi) cinayətinin əlamətlərinin aşkara çıxarılması barədə Xətai rayon prokuroruna xəbər verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, ünvan 1 il tarixli icra sənədi üzrə icraata başlanmış, Cavabdeh tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilməsi barədə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli məktub ünvanlanaraq, ünvan 1 il tarixli icra sənədi üzrə təcili olaraq Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gəlməsi, əks halda məcburi icra tədbirləri görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli məktub ünvanlanaraq, ünvan 1 il tarixli icra sənədi üzrə təcili olaraq Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gəlməsi, əks halda barəsində ən ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq, ünvan 1 il tarixli icra sənədi üzrə dərhal Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gələrək tələbi təmin etməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi “Əlillik haqqında arayış”dan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 9/1784 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixinə qədər olan dövr ərzində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar məhkəmə tərəfindən nəzərə alındıqda 6714 manat məbləğində pul vəsaitinin xx.xx.2022-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 12293,33 manat olması müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-485/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh cəmi 6714 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, qətnamə icraya yönəldilmiş, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməklə icra sənədi üzrə icraata başlanmışdır, icra şöbəsi tərəfindən müvafiq tədbirlər görülmüş, cavabdehə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq məktubları göndərilmişdir, bununla belə cavabdeh qətnamə üzrə pul öhdəliyini icra etməmişdir, ödənilməli 6714 manat məbləğin hesablanmış cari dəyəri məhkəməyə müraciət edildiyi xx.xx.2022-ci il tarixinə 5579,33 manat artaraq 12293,33 manat təşkil etmişdir. Bununla belə, cavabdehin mülki-hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus 6714 manat pul vəsaitini qanunsuz saxlamaqla qaytarmaqdan boyun qaçırması – gecikdirməsi, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Məhkəmə, pul öhdəliyinin icra edilməməsinə görə cavabdehdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli 9/1784 saylı ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, ödənilməli 6714 manat məbləğin hesablanmış cari dəyəri müəyyən olunarkən ekspertin gəldiyini nəticə nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixinə 5579,33 manat artım nəzərə alınmaqla 6714 manat məbləğində pul vəsaitinin hesablanmış cari dəyəri (ekvivalenti) 12293,33 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 5579,33 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, habelə iddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi dövlət rüsumu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından məhkəmə xərcləri cavabdehə aid edilməli, təmin edilmiş iddia qiymətinin 1000 manatdan 10000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 75,79 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə, ekspertiza xərci kimi 50 manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinəsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5579 (beş min beş yüz yetmiş doqquz) manat 33 (otuz üç) qəpik məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu kimi 75 (yetmiş beş) manat 79 (yetmiş doqquz) qəpik alınaraq Dövlət büdcəsinə ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1379/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1379/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver