Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1403/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinin xüsui notariusu X3 və X2 qarşı onula X5 arasında bağlanmış 18.11.2019-cu il tarixli, 3M-2923 nömrəli kredit müqaviləsinə əsasən 3300 ABŞ dollarının Azırbaycan Respublikası Milli Bankının həmin günə olan məzənnəsinə əsasən 5610 manat məbləğində pul borcunu hissəhissə olmaqla tam ödədiyi üçün həmin kredit müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri Nəsimi rayin İcra şöbəsinin icra məmuru X1 16.03.2021-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən verilən 18.11.2019-cu il tarixli, 3M-2923 nömrəli icra sənədinin icraatına xitam verilərək geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş formada tərtib edilmədiyindən geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı cavabdeh X5 arasında bağlanmış 18.11.2019-cu il tarixli, 3M-2923 nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdeh X5 ilə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə Akif Səmədova xəbərdarlıq etməli, cavabdeh tərəfindən müqavilənin ləğvindən imtina barədə bildiriş aldıqdan sonra, yaxud xəbərdarlığında göstərdiyi müddət ərzində məlumat almadıqda, iddia ərizəsi ilə (pretenziyaya dair sənədlər iddia ərizəsinə əlavə edilməklə) məhkəməyə iddia ərizəsi ilə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salınma qaydasına riayət etmədiyindən və buna dair sübutları iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Rcspublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinin xüsui notariusu X3 və X2 qarşı müqavilənin ləğv edilməsi və icra qeydinin xitam edilərək geri qaytarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1403/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1403/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver