Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1413/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəklili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “pul və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “pul və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2020ci ilin dekabr ayında Qəbələ şəhər sakini Səbuhi ilə danışarkən minik avtomobili əldə etmək istədiyini bildirdiyini demişdir. Səbuhi də onun tələbə yoldaşı olmuş, Gürcüstan Respublikasında yaşayan, Azərbaycan Respublikasına minik avtomobillərinin gətirilməsi ilə məşğul olan Ceyhun Cavadovla tanış edərək onun telefon nömrəsini ona vermişdir. O, Ceyhunla telefon vasitəsi ilə əlaqə yaradaraq “CHEVROLET MALİBU” və “CHEVROLET CRUZE” almaq istədiyini bildirmişdir və bu barədə razılığa gəlmişlər. Ceyhun özünün Azərbaycan Respublikasında olmamasını səbəb gətirərək, onun avtomobillərinin alınması üçün pulu atası Cavabdeh verməli olduğunu bildirmişdir. O, da öz növbəsində xx.xx.2020ci il tarixində 6200 ABŞ dolları məbləğində pulu cavabdeh Ceyhun Cavadovun atası Cavabdeh çatdırmaq məqsədi ilə Bakı şəhərində yaşayan X8a göndərmişdir. X8 bildirdiyi kimi, 6200 ABŞ dolları məbləğində pulu ünvan 1 ünvanda yerləşən Aptekdə, digər cavabdeh Ceyhun Cavadovun atası Cavabdeh çatdırmışdır. İkinci avtomobilin əldə edilməsi üçün də eyni qaydada xx.xx.2021-ci ildə X8 vasitəsi ilə onun göndərdiyi 1500 ABŞ dolları məbləğində pulu ünvan 1 ünvanda yerləşən Aptekdə, Cavabdeh çatdırmışdır. Hər iki halda pul göndərildikdən sonra Ceyhun atası Cavabdehla əlaqə saxlayaraq göndərilən pulun onun tərəfindən alınmasının təsdiqi barədə məlumat almışdır. Lakin Ceyhun pulları əldə etdikdən sonra avtomobilləri gətirə bilmədiyini bildirmişdir. Onunla +**********5 mobil nömrəsi ilə əlaqə yaradaraq ona verilmiş pulu geri tələb etdikdə o, müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehlər ümumilikdə ona 7700 ABŞ dolları və 100 AZN maddi ziyan vurmuşlar. Cavabdeh Ceyhun Cavadov bütün bunlardan əlavə Covid-19 pandemiyası səbəbindən həm virusa yoluxması, həm də Karantin rejimi ilə əlaqədar dövlət sərhədlərinin bağlı olmasını bəhanə gətirmiş və adı çəkilən avtomobilləri göndərməmişdir. Lakin dövlət sərhədləri bağlı olsa belə, Xaricdən avtomobil göndərmək mümkündür və bu açıq-aşkar pulun mənimsənildiyinin sübutudur. Bu günədək iddiaçıdan aldadılaraq alınmış ümumilikdə 7700 ABŞ dolları və 100 manat məbləğində pul geri qaytarılmamışdır. Cavabdehin ona qarşı etdiyi hərəkətlərin tərkibində cinayət xarakterli əlamətlər olduğu üçün onun barəsində polisə şikayət etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Təhqiqat zamanı cavabdeh özü də etiraf etmişdir ki, ondan 7700 ABŞ dolları pul almışdır. Lakin, bütün bunlara baxmayaraq bu günədək cavabdehlər tərəfindən ona heç bir pul qaytarılmamışdır. Sonradan həmin qərar prokuror tərəfindən ləğv olunsa da, müstəntiq yenə də araşdırma apardıqdan sonra eyni qərarı qəbul etmiş və həmin qərarda pulun götürülməsi faktı öz təsdiqini tapsa da, mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, o, hesab edir ki, cavabdehlər Cavabdeh və Cavadov Ceyhun adlı şəxslərin ona avtomobil satmaq adı ilə aldıqları 7700 ABŞ dolları məbləğində pulu alaraq üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmədikləri üçün onlar mülki məsuliyyət daşıyırlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh və X1 7700 ABŞ dolları, maddi zərərin əvəzi kimi 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 130 manat pulun alınaraq ona verilməsi барядя гятнамя çыхарылмасыны хащиш етмишдир. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəklili X7 iddia tələbini müdafiə etməklə yanaşı onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Беля ки, iş materiallarında olan Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış 860/21 nömrəli rədd materialından görünür ki, 19 iyun 2021-ci il tarixdə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Məftun Şirinov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan məlum olur ki, İddiaçı müraciəti əsasında toplanmış materialda X2 əməlində cinayət tərkib hissəsi yaranmadığından barəsində cinayət işinin rədd edilməsi qərara alınmış, İddiaçıa iddiası mülki iddia olduğundan mülki qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra 10 sentyabr 2021-ci il tarixdə Xətai rayon prokuroru Sərdar Omanovun qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2021-ci il tarixdə qəbul edilmiş qərar ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Xətai RPİ-nin 36-cı BB-nə göndərilmişdir. Daha sonra 30 sentyabr 2021ci il tarixdə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüqar Həsənov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, İddiaçı müraciəti əsasında toplanmış materialda X2 əməlində cinayət tərkib hissəsi yaranmadığından barəsində cinayət işinin rədd edilməsi qərara alınmış, İddiaçı iddiası mülki iddia olduğundan mülki qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin materialda olan Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, hazırda Gürcüstan Respublikasında yaşayan, Cavabdeh oğlu Ceyhun Cavadov və onun barəsində şikayət ərizəsi ilə müraciət etmiş Qəbələ rayon sakini İddiaçı adlı şəxsi əvvəl tanımamışdır, onunla qohumluq- tanışlıq əlaqələri olmamışdır. Oğlu Ceyhun xx.xx.1081-ci ildə ünvan 2 ünvanda qeydiyyatda olmaqla iki ildir ki, ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikasında yaşayır, deməsinə görə oradan minik avtomobillərin alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin dekabr ayında Ceyhun onunla telefon əlaqəsi yaratmış və demişdir ki, 5500 ABŞ dolları verəcəklər, həmin pulu ona göndərsin. Cavabdeh 2020-ci ilin dekabr ayının hansı günü olmasını xatırlamır, tanımadığı şəxs onun Xətai rayonu, Qədir Məmmədov küçəsində işlədiyi aptekə gələrək, ondan Ceyhunun atası olmağı soruşduqdan sonra, cibindən 4900 ABŞ dolları və qalan pul isə Azərbaycan Respublikasının milli manat pulu ilə ona verdi, artıq cavabdehə məlum idi ki, aldığı pulu Ceyhuna göndərilməlidir, onun üçün pulu almışdır. 5500 ABŞ dolları pulu aldıqdan sonra, tanışlıq əlaqəsi olan şəxslərin vasitəsilə və həmin şəxslərin adından həmin günü Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən poçt vasitəsilə Gürcüstan Respublikasına oğlu Ceyhunun adına göndərmişdir, Ceyhun onunla əlaqə yaradaraq göndərilən pulu aldığını bildirmişdir. Təxminən 1 ay öncə sonradan adını bildiyi şəxs şikayət ərizəsi ilə müraciət etmiş, Fariz ona pul vermiş şəxslə işlədiyi iş yerinə aptekə gəldilər, dedilər ki, oğlu Ceyhun aldığı pulun müqabilində vədinə əməl etmir, yəni Farizə avtomobil göndərməli olduğu halda göndərmir və aldığı pulu qaytarmaqdan imtina edir. Ceyhunla əlaqə yaratdıqdan sonra demişdir ki, aldığı pulu bütünlüklə qaytaracaqdır, həmin gündən sonra da dəfələrlə onunla əlaqə yaradılmış və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Ceyhunla telefon əlaqəsi yaradaraq ona xəbərdarlıq edilmişdir ki, pulun qaytarılmaması ilə bağlı polisə müraciət edilib, dedi ki, səhhətində nasazlıq yaranıb, buna baxmayaraq yaxın zamanda ona göndərmiş olduğu pulu qaytaracaqdır, lakin hansı zaman qaytaracağını demədi. Cavabdeh onu da qeyd etmişdir ki, Ceyhun ailə üzvləri ilə Gürcüstan Respublikasında Rustavi şəhərində yaşayır, dəqiq hansı ünvanda yaşaması barədə məlumatı yoxdur. Həmin materialda olan xx.xx.2021-ci il tarixli telefon danışıqların aparıması barədə protokoldan görünür ki, icraat zamanı X4 ilə telefon əlaqəsi yaradaraq telefon zənginin mahiyyəti izah edilməklə 36-cı PB-nə təhqiqata dəvət olunduğu zaman, Ceyhun Cavadov, İddiaçı Gürcüstan Respublikasından avtomobil gətirmək məqsədi ilə atası Böyükağanın vasitəsilə 7.700 manat pulu almasını etiraf etməklə bildirmişdir ki, İddiaçı əvvəllər tanımamış onunla qohumluq əlaqəsi qərəzliyi ədavəti yoxdur, Farizlə onu İsmayıllı rayon sakini tanışlıq əlaqəsi olan Səbuhi adlı şəxs tanış etmişdir. Dövlətlər arasında sərhədlərin bağlanması və Covid-19 virusuna yoluxması nəticəsində vədinə əməl etməyə imkanı olmamış, yaxın zamanda İddiaçı aldığı pulu və ya onun sifariş etdiyi markada avtomobili onun üçün alaraq Azərbaycan Respublikasına göndərəcəkdir. İddiaçı qarşı heç bir cinayət əməli törətməmiş və aldığı pulu mənimsəməmiş, barəsində olan şikayət ərizəsi ilə bağlı Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nə gələrək izahat verməyə imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və Xətai Rayon Polis İdarəsində cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh ümumilikdə 7700 ABŞ dollarını İddiaçı avtomobillərin gətirilməsi ilə bağlı almış və digər cavabdeh, oğlu X3 göndərmişdir. Həmin məbləğ hazırki günədək geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün cavabdehlər Cavabdeh və X1 7700 ABŞ dolları və 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 7700 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 100 manat məbləğində pul vəsaiti və 130 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Сядрлик edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1413/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1413/2022
25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver