Məhkəmə qərarları › İş №2(011)-1414/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1414/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1414/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X6, X7 və X1 valideyni Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 4418 manat, o cümlədən 3690 manat əsas borcun, 664 manat dəbbə pulunun və 64 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə təhsil alan X6, X7 və X1 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 935/2020 (T2020- 2021) saylı xx.xx.2020-ci il, 936/2020 (T2020-2021) saylı xx.xx.2020- ci il, 937/2020 (T2020-2021) saylı xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən İddiaçı MMC X6, X7 və X2 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli və Cavabdeh 2019- 2020-ci təhsil ili üçün 12690 manat təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladlarına təhsil verilsə də, o təhsil haqqının 9000 manat hissəsini ödəmiş, 3690 manat borcu qalmışdır. Bununla bağlı bocluya xx.xx.2021-ci il tarixli pretenziya edilsə də, o borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2020-ci il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilələrin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni xx.xx.2020-ci il tarixdən 90 gün üçün ödənilməli dəbbə pulu 664 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən, 4418 manat məbləğində pul vəsaitinin və 64 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi müəyyən edilmişdir. Borclu Cavabdeh məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir. Sonradan İddiaçı MMC məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3395,41 manat əsas, 664 manat cərimə, 64 manat dövlət rüsumun əvəzi olmaqla, cəmi 4123,41 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında cərimə borcunun şişirdilmiş olduğunu bildirərək, məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Təhsilin Təşkili müqavilələrinə əsasən, X3, X4 və X1 2020-2021-ci tədris ili üçün təhsil haqqı məbləği hər biri üçün 4230 manat təşkil edir. Həmin müqavilələrin 3.6-cı bəndinə əsasən, qeyd olunmuş vaxtda və həcmdə ödəniş etmədiyi halda, ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu Cavabdeh tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən 2020-2021-ci təhsil ili üçün ümumi təhsil haqqı 12690 manat təşkil edir, bu məbləğdən 9000 manat ödənilib. Cavabdeh İddiaçı MMC-yə 3690 manat əsas, 664 manat dəbbə borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan övladlarının təhsil almaq hüququna malik olduğu kimi, eyni zamanda təhsil haqqının dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında övladlarının təhsil almağına dair hüququndan istifadə etmiş, lakin təhsil haqqının dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Odur ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın dəbbə ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, təhsilin təşkili müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən dəbbənin 664 manat məbləğində deyil, 332 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 64 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə görə 3395,41 (üç min üç yüz doxsan beş manat qırx bir qəpik) manat əsas, 332 (üç yüz otuz iki) manat dəbbə və 64 (altmış dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3791,41 (üç min yeddi yüz doxsan bir manat qırx bir qəpik) manat borcu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar