Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1423/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 2280 manat məbləğində pulun və ödənilmiş 42,8 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, o, İddiaçı hazırda ünvan 1 ünvanında yaşayır. Buraxılış ili 2008-ci il olan, Toyata Prius (Hibrid) minik” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. xx.xx.2024-cü il tarixində o, Cavabdeh adlı şəxsə ona məxsus olan avtomobili (“Toyata Prius” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobil) idarə etmək üçün etibarnamə (nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamə) vermişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh sözügedən avtomobili idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş qəza zamanı yol-patrul xidməti tərəfindən tərtib edilmiş protokola əsasən, qəzanın baş verməsinə günahkar şəxs məhz Cavabdeh olmuşdur. Yol-patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutmuş inzibati xətanı törətdiyinə görə, Cavabdeh barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Legion” Service tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Qüsur Aktı”ndan görünür ki, hadisə nəticəsində avtomobilinə 2220 manat maddi ziyan dəymişdir. Bu məbləğə avtomobilinin təmir xərcləri və digər itkilər aiddir. Sözügedən aktda avtomobilinə dəyən zərər və usta xərcləri detallı şəkildə əks olunmuşdur. Əlavə olaraq tərəfindən, həmin “qüsur akt”ının verilməsi üçün 60 manat xidmət haqqı ödənilmişdir. Ümumilikdə bu hadisə nəticəsində ona ümumilikdə 2280 manat maddi ziyan dəymişdir. Cavabdeh ona dəymiş ziyanın ödənilməsi ilə bağlı bir neçə dəfə müraciət etsə də, cavabdeh şəxs pulunun olmadığını bəhanə gətirərək, ziyanı ödəməyəcəyini bildirmişdir. Cavabdehin hüquq zidd əməli (inzibati xəta törətməsi) nəticəsində onun mülkiyyətində olan avtomobilə zərər vurulduğundan, dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti də cavabdeh daşıyır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, verdiyi izahatında bildirmişdir ki, avtomobilin təmiri üçün iki ayrı ustaları müraciət etmişdir. İlkin olaraq avtomobilin təmir işlərinə görə 700 manat, sonrakı təmir işlərinə görə isə 280 manat ödəniş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. O, verdiyi izahatında törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəydiyini etiraf etmişdir. İşin faktiki halları: İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. “Legion” Service tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktına əsasən, İddiaçı məxsus Toyota Prius markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2220 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən, İddiaçı ona məxsus Toyota Prius (Hibrid) minik markalı avtomobilin idarə etmək səlahiyyətini Cavabdeh 4 il 9 ay 20 günlük vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1468 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan X3 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Khazar rəsmi dileri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Prius” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2190 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti – 820 manat, təmir-bərpa işlərinin qiyməti – 1370 manat. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, İddiaçı ona məxsus Toyota Prius markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobili etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. X7 markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman təqsirli qanuna zidd hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsisə baş vermişdir. Hadisə nəticəsində İddiaçı məxsus Toyota Prius markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı izahat vermiş və bildirmişdir ki, “Legion” Service tərəfindən avtomobilin təmiri-bərpası üçün qiymətlərin baha olmasını nəzərə alaraq avtomobili digər 2 avtoservislərdə təmir elətdirmiş, avtomobilin təmir-bərpasına görə birinci dəfə 700 manat, ikinci dəfə də 280 manat pul vəsaiti xərcləmişdir. Həmçinin avtomobilin zədələnmiş hissələrini yeniləri ilə təzələmişdir. Dəyişməli olan hissələrin qiyməti məhkəmə tərəfindən keçirilmiş əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, 820 manat kimi qiymətləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh özünün təqsirli qanuna zidd hərəkəti nəticəsində iddiaçıya ümumilikdə 1800 (700 manat + 280 manat + 820 manat) manat məbləğində ziyan vurmuşdur. Odur ki, iddiaçıya vurulmuş maddi zərərə görə 1800 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 38 manat məbləğində dövlət rüsumu da cavabdeh X1 tutularaq iddiaçı X2 ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1800 (min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1423/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1423/2025
02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver