Məhkəmə qərarları › İş №2(011)-144/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-144/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-144/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçının nümayəndəsi X2 Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" FMK MMC oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “dəymiş zərərə görə pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" FMK MMC oğlu Cavabdeh1, Cavabdeh2 qarşı –"xxxx" MMC şirkətinə vurulmuş maddi ziyana görə 2880 manat, 17 gün nəqliyyat vasitəsi boş durduğu üçün 255 manat, iddiaçıya vurulmuş mənəvi ziyana görə 1000 manat və iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun, cəmi 4195 manat pul vəsaitini cavabdehlər Fidan Məhəmməd qızı və onun həyat yoldaşı Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını zahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, şirkət (rent a car olaraq) nəqliyyat vasitələrinin icarəsini həyata keçirir. İddiaçı MMC-nin etibarnamə ilə istifadəsində olan Hunday Elantra markalı, açıq boz metalik rəngli 2012-ci il buraxışlı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 21,08.1990-cı il təvəllüdlü Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi ev 1, mənzil 23-də qeydiyyatda olan Cavabdeh1 və onun həyat yoldaşı xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh2 şirkətlə bağlanmış 485 saylı müqaviləyə əsasən təhvil təslim aktı ilə icarəyə verilmişdir.Cavabdehlərə 25 gün müddətində nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqəsi hər birinə verilmişdir.Cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 icarələrində olan nəqliyyat vasitəsini 9 (doqquz) gün idarə etmiş və xx.xx.2022-ci il tarixdə saat 19:47 radələrində Qax rayonundan zəng edib öz nöqsanlarını pərdələndirərək, əvvəlcədən düşünülmüş senariyaya uyğun, müdafiə xarakterli yalan fikirləri ifadə etməklə bizə bildirmişdilər ki, hal-hazırda nəqliyyat vasitəsinin mühərrikinin su təzyiqi qalxdığı üçün saxlamışlar.Tərəflərindən onlara nəqliyyat vasitəsini idarə etməməyi və dərhal texniki nasazlığın aradan qaldırılması üçün Qax rayonunda işləyən usta taparaq hadisə yerinə göndərmişlər.Qax rayonunda işləyən usta bildirdi ki, qızma nəticəsində mühərrik tam yararsız vəziyyətə salınıb, düzəltmək mümkün deyil. Dehghan ailəsi ilə aparılmış söhbət zamanı müəyyən edilmişdir ki, mühərrik normadan artıq qızdırılmış və onlar yaranmış nasazlığa etinasız yanaşaraq nəqliyyat vasitəsin Qax rayonundan Şəki rayonuna idarə etmiş və Şəki rayonunda mühərrikə su əlavə edərək geri Qax rayonuna qayıtmışlar və etinasız yanaşma nətiəsinədə nəqliyyat vasitəsinin mühərriki tam yararsız hala düşmüşdür. Cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 müqavilə əsasında icarəyə götürdükləri **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsin “Abşeron FMK" MMC-nin təhvil təslim aktı ilə qaytarmamışdırlar. Dehghan ailəsi tərəfində yararsız hala salınmış nəqliyyat vasitəsi tərəflərindən Qax rayonundan evakuator vasitəsi ilə Bakı şəhərinə təmirə gətirilmişdir. Avtoservisdə Elxan adlı usta mühərriki müayinə edtikdən sonra bildirmişdiri ki, mühərrikin suyu normadan artıq qızmış və bu hala məhəl verməyərək, bilərəkdən nəqliyyat vasitəsin idarə etdikləri üçün mühərrikin ploku, qalofqası, porşenlər, porşen yuvaları əyilərək yararsız hala salınmışdır və təmir üçün 3000 min manat xərc tələb olunur. Nəqliyyat vasitəsini Qax rayonundan Bakı şəhərinə gətirmək üçün evakuatora 220 manat, Qaxda işləyən ustanın zəhmət haqqı 200 manat, valın yonulması 125 manat, mühərrikin gilizlənməsi, blokun yonulması, blokun padqonkası, qalofqanın yoxlanılması üçün ümmilikdə təmir sexinə 520 manat, mühərrikin yığılmasının zəhmət haqqı 512 manat və ehtiyyat hissələri 1200 manat olmaqla ümümilikdə 2880 manat pul bir kart vasitəsi ilə şirkət tərəfindən xərçlənilmişdir. Göstərilən maddi hüquq normalarının işin hallarına tətdbiq etdikdə aydın olur ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC şirkət qarşısında müqavilə öhdəliklərini yerinə yetirildiyi zaman (nəqliyyat vasitəsinin istismarı zamanı) şirkətə zərər vurub (nəqliyyat vasitəsinin mühərrikinin sıradan çıxıb). Mülki qanunvericiliyin tələbinə görə Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 həmin 2880 min manat maddi ziyanı ödəməyə borcludurlar. İddaçı "xxxx" MMC ilə cavabdehlərə arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış 485 saylı müqavilənin 6-cı bildiriş bölməsinin 6.2-ci bəndinin tələb və göstərişləri (avtonəqliyyat vasitəsi icarəçidə olduğu müddət ərzində onun mühərrik, transmissiya (arxa- qabaq körpü, ötürmələr qutusu), digər hissə və mexanizmlərində dağılma və ya hər hansısa bir qüsur baş verərsə məsuliyyəti İcarəçi daşıyır) bildirilmişdir.Cavabehlər hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən yayınır. Belə olan halda şirkətə dəymiş 2880 manat zərəri məhkəməyə müraciət etmək məcburuyyətində olmuşdur. Həmin zərəri vurma nəticəsində iddiaçıya dəymiş maddi ziyan 2880 manat vəsait kimi qiymətləndirir. İddiaçı qeyd edir ki, qeyd olunan zərər vurma nəticəsində mənəvi iztirab çəkir. Bunun nəticəsində də iddiaçıya mənəvi zərər dəyib. İddiaçı dəymiş mənəvi ziyanı 1000 manat vəsait kimi qiymətləndirir. Bundan əlavə, hazırki iddanın qaldırılması üçün dövlət rüsumu haqqında Qanunun 8-ci maddəsinə əsasən 60 manat dövlət rüsumu iddiaçı ödəyir. İddia təmin edildikdən sonra həmin rüsumun cavabdehlərdən tutulması qənaətindədir. Tərəflərin izahatları: İddiaçı "xxxx" FMK MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, müqavilə imzalandıqdan sonra müqavilənin surəti onlara təqdim edilməmişdir. Hazırki müqavilənin şərtləri ilə razılaşmır, hətta bildirmək istəyir ki, müqavilə Deghan Payam tərəfindən imzalanmamışdır. Əlavə olaraq qeyd edir ki, onun qızı cavabdeh Deghan Fidanın hazır ki mübahisəyə aidiyyatı yoxdur. Maşın Bakı şəhərində olarkən belə dəfələrlə xarab olmuşdur. Odur ki iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan 485 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” Abşeron» FMK MMC-nin direktoru Nümayəndə “İcarəçi” Cavabdeh2 olmuşdur. "xxxx" FMK MMC tərəfindən Hunday Elantra markalı, açıq boz metalik rəngli 2012-ci il buraxışlı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmiş, avtomobiin texniki baxımdan saz vəziyyətdə, heç bir qüsurunun olmaması və bütün ləvazimatlarının olması barədə 1 saylı təhvil-təslim aktına cavabdeh imza etmişdir. İş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 60 manat dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1837 nömrəli ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Fiziki şəxs X6 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla Hyundai Elantra markalı, 99RF552 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2460 manat müəyyən edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5417/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" FMK MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1837 nömrəli ekspertiza rəyinə uyğun olaraq, **-RJ-*** qeydiyyat nişanlı Hundai Elantra markalı avtomobilə dəymiş 2460 manat məbləğində zərər Cavabdeh2 tutulmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşır və onu mötəbər sübut kimi qəbul edir. Həmçinin məhkəmə iddia tələbinin Cavabdeh1 aid olan hissəsini araşdıraraq qeyd edir ki, cavabdeh qismində göstərilmiş Cavabdeh1 qeyd olunan icarə müqaviləsinin tərəfi olmadığından və öhdəlik daşımadığından ona qarşı iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddianın “iddiaçıya vurulmuş mənəvi zərərə görə 1000 manat zərərin cavabdehlərdən tutularaq iddiaçıya verilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi şəxs olduğundan ona mənəvi ziyanın vurulması, mənəvi sarsıntı keçirməsi yaxud ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması mümkün deyildir. Belə ki, mənəvi sarsıntı keçirməsi dedikdə fiziki şəxsə qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 2460 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" FMK MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 50 manat məbləğində ekspertiza tədqiqatının dəyəri də, Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2460 (iki min dörd yüz altmış) manat məbləğində maddi zərər, 60 (altmış) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2520 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq "xxxx" FMK MMC –nin xeyrinə ödənilsin. 50 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar