Məhkəmə qərarları › İş №2(011)-145/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-145/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-145/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. X5 mülkiyyətində olan “Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 2737 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 6900 manat, 36 ay müddətinə, hər ay 791 manat ödəniş etməklə, 35341.60 manata satılmışdır. Cavabdeh 03 ay müddətində, hər ay üzrə 791 manat ödəniş etdikdən sonra 05 ay müddətində, yəni xx.xx.2020-ci il tarixdən sonra ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh Avtosalona yaxınlaşaraq "xxxx" MMC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək yeni qrafikin açılmasını xahiş etmişdir. Rəhbərlik tərəfindən müsbət cavab aldıqdan sonra cavabdehə yeni qrafik açılmış və "xxxx" MMC ilə Cavabdeh arasında yeni, xx.xx.2020-ci il tarixli, 2974 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, 2974 saylı Nisyə alqı-satqı müqaviləsi ilə “Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 ay müddətinə, hər ay 969 manat olmaqla, 29056.57 manata satılmışdır. Lakin Cavabdeh ”Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 2974 saylı nisyə alqısatqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə 969 manat, xx.xx.2021-ci il tarixdə 607 manat ödəniş edərək, cəmi 1576 manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 27480.57 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. xx.xx.2020-ci il tarixli, 2974 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, cavabdeh ”Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili 160 gün istifadə edərək təhvil verilmədiyindən gecikdirildiyi hər gün üçün 50 manat məbləğində icarə (500 x 50 = 25000) haqqı hesablanmaqla 8000 manat məbləğində icarə pulu hesablanmışdır. Bu müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh ”Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili 160 gün istifadə edərək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 969 manat pul ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 3924 manat məbləğində cərimə pulu hesablanmmışdır. xx.xx.2020-ci il tarixli, 2974 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır. xx.xx.2020-ci il tarixli, 2974 saylı Müqaviləsinin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabdeh tərəflər razıdırlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 27480.57 manat əsas borc pulun, 3924 manat məbləğində cərimə pulunun, 8000 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 31 manat pulun alıcı yəni cavabdeh X1 iddiaçı "xxxx" MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, 26928.6 manat əsas borc pulun, 3924 manat məbləğində cərimə pulunun, 8000 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 31 manat pulun alıcı yəni Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci maddəsində müəyyən edilmişdir ki, bu müqavilə müddəti ərzində avtomaşın alıcının hesabına sığortalanır (kasko sığorta). Cavabdeh kasko sığortasını etdirmədiyinə görə avtomobilə dəyən zərər sığortalanmamışdır, ona görə dəı avtomobilə dəyən zərər cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, bildirmişdir ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda İddiaçı MMC-yə məxsus X2 idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Cavabdeh həmçinin bildirmişdir ki, o, elə bilmişdir ki, avtomaşının kasko sığortası iddiaçı tərəfindən edilib. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR-İ seriyalı, 455435 №-li etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 etibar edilən "xxxx" MMC-yə 50 il müddətinə etibarnamə vermiş və həmin etibarnamə 05 aprel 2066-cı il tarixədək qüvvədədir. Etibarnamə üzrə verilən səlahiyyətlər: həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar əmlakını idarə və istifadə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda İddiaçı MMC-yə məxsus X2 idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin DYNX-in 4-cü Ərazi DYNİ-in böyük inspektoru tərəfindən yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinə göndərilmişdir. Yoxlama zamanı izahatı alınmış X4 göstərmişdir ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda hərəkətdə olarkən mühərrik bölməsindən alov çıxdığını gördükdə dərhal avtomobilin qapılarını açaraq həmin vaxt avtomobildə olan oğlu Cavabdehla birlikdə yerə düşmüşlər. Hava küləkli olduğundan və avtomobilin qapısı açıq olduğundan alov mühərrik bölməsindən salona keçmişdir. Yanğını söndürmək mümkün olmadığından “101” xidmətinə zəng edərək yanğın barədə xəbər vermişdir. Sözügedən avtomobildə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 05 mart 2020-ci il tarixli, 2737 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş 6900 manat, 36 ay müddətinə, hər ay 791 manat ödəniş etməklə, 35341.60 manata satılmışdır. Həmin müqavilənin 12.2-ci maddəsində müəyyən edilmişdir ki, bu müqavilə müddəti ərzində avtomaşın alıcının hesabına sığortalanır (kasko sığorta). İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli, 2974 №-li əşyanın nisyə alqısatqısı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili 30 ay müddətinə, hər ay 969 manat olmaqla 29056.57 manata satılmışdır. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh təhvil verilmiş, nəqliyyatın vasitəsinin heç bir nasazlığı olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6882/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə müqavilələrdən birini Mülki Məcəllənin 739-cu maddəsində göstərilən borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, mülki işin materialları müəyyən edilir ki, 05 mart 2020-ci il tarixli, 2737 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş 6900 manat, 36 ay müddətinə, hər ay 791 manat ödəniş etməklə, 35341.60 manata satılmışdır. Daha sonra Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış 06 noyabr 2020-ci il tarixli, 2974 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqaviləyə əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili 30 ay müddətinə, hər ay 969 manat olmaqla 29056.57 manata satılmışdır. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh təhvil verilmiş, nəqliyyatın vasitəsinin heç bir nasazlığı olmamışdır. Eyni zamanda 11 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda İddiaçı MMC-yə məxsus X2 idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin DYNX-in 4-cü Ərazi DYNİ-in böyük inspektoru tərəfindən yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinə göndərilmişdir. Yoxlama zamanı izahatı alınmış X4 göstərmişdir ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda hərəkətdə olarkən mühərrik bölməsindən alov çıxdığını gördükdə dərhal avtomobilin qapılarını açaraq həmin vaxt avtomobildə olan oğlu Cavabdehla birlikdə yerə düşmüşlər. Hava küləkli olduğundan və avtomobilin qapısı açıq olduğundan alov mühərrik bölməsindən salona keçmişdir. Yanğını söndürmək mümkün olmadığından “101” xidmətinə zəng edərək yanğın barədə xəbər vermişdir. Sözügedən avtomobildə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Tərəflər arasında bağlanmış 05 mart 2020-ci il tarixli, 2737 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin 12.2-ci maddəsində tərəflər bu müqavilə müddəti ərzində avtomaşının alıcının hesabına sığortalanmasını razılaşdırsalar da (kasko sığorta), cavabdeh kasko sığortasını etdirmədiyinə görə avtomobilə dəyən zərər sığortalanmamışdır. Cavabdeh isə həmin puldan qismən ödəniş etsə də, 26928.6 manat borcu hazırki günədək iddiaçıya geri qaytarmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh avtomobilin verilməsi və cavabdeh tərəfindən müqaviləyə əsasən ödənilməli pul məbləğinin ödənilməməsi mülki işdə olan sübutlarla təsdiq edildiyindən, tərəflər arasında bağlanmış müqavilənin şərtərinə görə cavabdeh avtomobili kasko növündə sığorta etdirməli olduğu halda, həmin öhdəliyi icra etmədiyinə görə avtomobilə dəyən zərər üçün məsuliyyət daşıdığından, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi cərimə və icarə haqqının ödənilməsi hissəsində sübutlarla əsaslandırılmadığından həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 26928.6 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumunun 50%-i, yəni 15 manat Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun, qalan 50%, yəni 15 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar