Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1478/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasnda baxaraq müəyyən etdi: "xxxx" X7 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən "xxxx" KB ASC-nin xeyrinə 341,80 manat əsas, 0,28 manat faiz cəmi 342,08 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi İ.D.Şahverdiyev iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, "xxxx" KB ASC ilə X5 arasında bağlanmış 13.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 29% ödəmək şərtilə 100 manat məbləğində kredit limiti verilmişdir, nəticədə onun kredit müqaviləsi üzrə 341,80 manat əsas, 0,28 manat faiz, cəmi 342,08 manat borcu qalmışdır. Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin sorğuya cavab məktubuna əsasən X3 vəfat etməsi ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir, bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması mənasına gəlir, göründüyü kimi hazırki işlə bağlı cavabdehlər miras qalmış əmlaka vərəsəlik hüququ əsasında sahib olmuşlar, belə olan halda cavabdehlər mərhumun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Sonda İ.D.Şahverdiyev iddia tələbinin təmin edilməsini xahiş etdi. 21.02.2022-ci il tarixində Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, 341,80 manat əsas, 0,28 manat faiz, 17.63 manat cərimə borcu olmaqla, cəmi 342,08 manat məbləğində borcunun olduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC ilə X5 arasında 13.06.2018-ci il tarixli 3997sAHM/18 saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kreditor tərəfindən borcluya 84 ay müddətinə illik 36 faiz dərəcəsinədək 10000 manat məbləğinədək kredit limiti ayırmışdır. İş materiallarında olan 14.06.2016-cı il tarixli çıxarışdan görünür ki, X3 albalı plus kartına 84 aylıq illik 29%-lə 100 AZNlik kredit xətti açılması təklif olunmuş, növbəti gün nağdlaşdıra biləcəyi qeyd olunmuşdur. İş materiallarında olan 11.01.2022-ci il tarixli BANK/PİKMD/1005805 saylı maliyyə arayışının surətindən görünür ki, X3 iddiaçıya ödənilməmiş 341,80 manat əsas, 0,28 manat faiz borcu olmaqla cəmi 342,08 manat borcu qalmışdır. İş materiallarında olan Masallı rayon Masallı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən iddiaçıya ünvanlanmış 20 iyul 2020-ci il tarixli 444 №-li məktubdan görünür ki, 01.06.2019-cu ildə vəfat etmiş X3 vərəsələri Bakı şəhəri, X9 küçəsi ev 5, mənzil 2 ünvanda yaşayan arvadı-Cavabdeh1 və qızı-X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanan 11.01.2022-ci il tarixli bildirişdən görünür ki, ona 5 gün müddətində borcun ödənilməsi təklif edilmiş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 11.01.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı və X5 arasında 13.06.2018-ci il tarixdə sonuncuya 84 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 100 manat kredit verilməsini nəzərdə tutan kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin Ə.Hüseynov isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir, Ə.Hüseynov 01.06.2019-cu il tarixdə vəfat etmişdir, onun qanun üzrə vərəsələri arvadı-Cavabdeh1 və qızı - Cavabdeh2dır, Cavabdeh2 yetkinlik yaşına çatmamışdır, Cavabdeh1 iddia tələbini qəbul edir. Bununla belə, cavabdehlər tərəfindən müqavilə ödəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun (Ə.Ə.Hüseynovun) ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, borcun hansı cavabdehdən tutulmasına münasibətdə isə hesab edir ki, Cavabdeh2 (17.06.2004-cü il) yetkinlik yaşına çatmamış olduğundan borc yalnız digər Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 341,80 manat əsas, 0,28 manat faiz borcu olmaqla, cəmi 342,08 manat borc alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (30 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 341,80 manat əsas, 0,28 manat faiz olmaqla, cəmi 342 (üç yüz qırx iki) manat 08 (səkkiz) qəpik borc və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq "xxxx" X7 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1478/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1478/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver