Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-152/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən İddiaçı1 vurduğu maddi ziyana görə onun xeyrinə 90000 manatın və 360 manat dövlət rüsumu olmaqla, cəmi 90360 manatın, İddiaçı2 sağlamlığına vurduğu zərərin əvəzi olaraq onun xeyrinə 150000 manat kompensasiyanın və 440 manat dövlət rüsumu olmaqla, cəmi 150440 manatın tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı1 keçmiş kürəkəni, İddiaçı2 isə keçmiş əridir. Onlar 2006-cı ildə evlənib ailə qurmuşdurlar. Sonradan məlum olmuşdur ki, cavabdeh ailə qurmazdan əvvəl yoluxucu xəstəlik olan dəri zöhrəvi xəstəliyinə tutulmuş və həmin xəstəliyi İddiaçı2 da keçirtmişdir. Bu səbəblə də İddiaçı2 uzun müddət müalicə və müayinə olunmaqla, dəfələrlə süni mayalanma yolu ilə hamilə olsa da, uşaq dünyaya gətirə bilməmiş, cərrahi əməliyyata məruz qalaraq onun bəzi orqanları əməliyyat yolu ilə çıxarılmış və nəticədə o, ana olmaq qabiliyyətini hamişəlik olaraq itirmişdir. İddiaçı2 2008-ci ildən başlayaraq, 2021-ci ilədək olan müddətdə 11 dəfə süni mayalanma əməliyyatı keçirilsə də, heç bir nəticə olmamışdır. Bu müddət ərzində İddiaçı2 müayinə və müalicələrinə, həmçinin süni mayanlanma əməliyyatı ilə bağlı bütün xərcləri İddiaçı1 çəkmişdir. Buna görə özünə məxsus həyətyanı torpaq sahəsindən 6 sotunu ayıraraq ayrı-ayrı şəxslərə cəmi 46000 manat, 2002-ci il buraxılışlı “Mersedes Sprinter-411” markalı avtomaşını 18500 manat və “Volqa Qaz 24-10” markalı avtomaşını isə 2500 manat satmış, banklardan 8000 manat miqdarında kredit götürmüş və həmin krediti də özü ödəmişdir. Ümumilikdə 2007-2021-ci illər ərzində bu məqsədlə çəkdiyi xərc 90000 manat təşkil etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ümumiyyətlə ailə quranda xəstə olmuş və onun ata olmaq qabiliyyəti olmamamışdır və süni mayalanma əməliyyatında da onun spermasından deyil, onun özünün razılığı ilə başqa donordan istifadə olunmuşdur. Hazırda İddiaçı1 çəkdiyi xərclərin geri ödənilməsini tələb edir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 iddiasının dəlilləri ondan ibarət olmuşdur ki, o, Cavabdehla 2006-cı ildə el adəti ilə evlənsələr də, 2007-ci ildə rəsmi olaraq nikahları qeydə alınmış, xx.xx.2022-ci il tarixdə nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikahın pozulmasına səbəb birgə nikahdan uşağın olmaması olmuşdur. Belə ki, cavabdeh iddiaçı ilə ailə qurmazdan əvvəl dəri-zöhrəvi xəstəliyə tutulmuşdur. Bu barədə İddiaçı2 heç bir məlumat verməmiş və müalicə olunmadan iddiaçı ilə nikaha girmişdir. Nəticədə iddiaçını da zöhrəvi xəstəliyə yoluxdurmuşdur. 2008-ci ildən başlayaraq 2021-ci ilədək olan müddətdə bir çox həkimlərə və xəstəxanalara müraciət etmiş, müayinə və müalicə edərək süni yolla mayalanma edilsə də, heç bir nəticə olmamışdır. 2014-2015ci illərdə müayinələrdən sonra isə iddiaçıya məlum oldu ki, Cavabdeh ümumiyyətlə ata olmaq qabiliyyəti yoxdur və sonrakı dövrlərdə onun razılığı ilə başqa donordan istifadə edilməklə bir neçə dəfə süni mayanlanma əməliyyatı olunmuşdur. Lakin həkimlər bildirdilər ki, İddiaçı2 artıq heç vaxt ana ola bilməyəcək və buna səbəb kimi cavabdeh tərəfindən onun dəri-zöhrəvi xəstəliyə yoluxdurması olmuşdur. Ona görə də İddiaçı2 İ dərəcəli sonsuzluq diaqnozu qoyulmuşdur. Həmçinin, 2008-2021-ci illər ərzində İddiaçı2 11 dəfə süni mayanlanma əməliyyatı olmuş, cərrahi əməliyyatlara məruz qalmış, həmin əməliyyatlara, müalicə və müayinələrə təxminən 90000 manat pul xərclənmişdir. Həmin vəsait İddiaçı2 atası İddiaçı1 vəsaiti olmuşdur. Cavabdeh həmin xərclərdə iştirak etməmişdir. Əksinə onun özünün müalicəsi ilə bağlı da İddiaçı1 öz vəsaitini xərcləmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı sağlamlığını, həyatı əhəmiyyətli orqanlarını, ana olmaq qabiliyyətini artıq birdəfəlik itirmişdir. Odur ki, o, sağlamlığına vurulan zərərin əvəzi kimi 150000 manat pulun kompensasiya olaraq cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı2 və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin iddiaya dair münasibəti: Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: İşin faktiki halları ondan ibarət olmuşdur ki, Cavabdeh ilə X7 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşdurlar. Nikahda olduqları müddət ərzində tərəflərin uşağı olmamışdır. İddiaçı X7 ilk dəfə xx.xx.2008-ci il tarixdə “MediLux” xəstəxanasına müraciət etmiş, ona İ-li sonsuzluq, boru faktoru diaqnozu qoyulmuşdur. Xəstəyə xx.xx.2008-ci il tarixində K.Ç.B, bitişmələr, hər iki yumurtalığın koaqlizasiyası əməliyyatı aparılmışdır. “MediLux” xəstəxanasının həkimi İ.Qafarov, assistent S.Qarayeva, anestezioloq Salima X. Tərəfindən imzalanmış qəbul otağı həkimim qeydlərində göstərilmişdir ki, xəstənin diaqnozu 1-ci sonsuzluq və qarnın aşağı hissəsində olan ağrılar, ümumi zəifik, aybaşının ağrılı olması olmuşdur. Özünün dediyinə görə 2-3 il bundan əvvəl laparotomiya üsulu ilə miomektomiya əməliyyatı olunmuşdur. Uşaqlıqda keçirtdiyi infeksion və dəri-zöhrəvi xəstəlikləri inkar edir. Xəstəyə İ-cili sonsuzluq, Boru faktoru, hər iki yumurtalığın kistası diaqnozu qoyulmuşdur. Şikayətlər, anamnez adlı sənəddən görünür ki, xəstə İddiaçı2 LS məsləhət görülmüşdür. Xəstənin videoskopiya qarın boşluğu təftiş olunmuş, ilkin təftiş zamanı K.Ç.B. olan bitişmələr aralanmış, uşaqlıq üzərində olan böyük bitişiklik koaqlizasiya olunmuş, hər iki yumurtalığın koaqlizasiyası olunmuş, K.Ç.B sanasiya olunmuş, drenaj qoyulmuş, yara tikilmış, qisterskapiya – enodometrium polipi, uşaqlıq boynu qiqarlar vasitəsilə genişləndirilmiş, qisterskapiya olunmuşdur. İddiaçı2 xx.xx.2009-cu il tarixində xəstəxanaya yenidən daxil olmuş, ona birincili sonsuzluq, ikitərəfli hidrosalpinks, qarın boşluğunun bitişmə xəstəliyi, İİİ-İV dərəcəli diaqnozu qoyulmuşdur. Xəstə özündə və qohumlarında TBC, şiş və s. xəstəlikləri inkar edir, ona xx.xx.2009-cu il tarixində laporotomioya ilə tubektomiya əməliyyatı edilmişdir. İddiaçı “X25”-ya “Birincili sonsuzluq” səbəbi ilə müraciət etmiş, 1981-ci il təvəllüdlü pasient Nargilə İsmayılovaya və 1979-cu il təvəllüdlü Cavabdehya tibbi göstərişə əsasən və “İstək və arzuları” nəzərə alınaraq İVF proqramı tətbiqinə qərar verilmişdir. Transfer işləmindən sonra qanda b-Hcg analizi vasitəsilə hamiləlik nəticəsi negativ olmuşdur. Təkrar son aybaşı tarixinin (xx.xx.2015) 15-ci günündə yenidən transfer həyata keçirilmiş, transfer işləmindən 11 gün sonra b-Hcg analizi vasitəsilə hamiləlik nəticəsi neqativ olmuşdur. Təkrar son aybaşı tarixinin (xx.xx.2015) 15ci günündə donmuş embrionların 4 ədədi də açılaraq uşaqlıq daxilinə transferi həyata keçirildi. Tranfer işləmindən 11 gün sonra qanda b-Hch analizi vasitəsilə hamiləlik nəticəsi negativ olmuşdur. Təkrar son aybaşı tarixinin (xx.xx.2016) 14-cü günündə öncədən hər iki cütlüyün icazəsi ilə donor yumurtasından istifadə edilərək hazırlanmış və 3-cü günündə dondurulmuş embrionlar açılaraq uşaqlıq daxilinə transferi həyata keçirildi. Transfer işləmindən 11 gün sonra qanda b-Hcg analizi vasitəsilə hamiləlik nəticəsi neqativ olmuşdur. “X15 Center” X13 həkimi Səfərova Aytən tərəfindən imzalanmış epikrizdən görünür ki, X3 Sonsuzluq Mərkəzində süni mayanlanma proseduru üçün müraciət etmişdir. Klinikada lazımı klinik laborator müayinələr aparılmış və xəstəyə süni mayalanma prosedurasına başlamaq qərara alınmışdır. xx.xx.2019 tarixində xəstəyə embrion transferinə hazırlıq məqsədi ilə “Estrofen 2 mg” başlanıldı. Endometrium qalınlaşması qənaətbəxş olmadığı üçün xəstəyə “Diaqnostik histerokoskopiya” əməliyyatı təklif edildi. xx.xx.2019-cu il tarixində xəstəyə venadaxili anesteziya altında “Diaqnostik histerokoskopiya” icra edildi. xx.xx.2019 tarixində xəstəyə embrion transferinə hazırlıq məqsədi ilə “Estrofem 2 mg” başlanıldı. xx.xx.2019 tarixində xəstəyə 4 ədəd 5-ci gün embrionu transfer edildi. xx.xx.2019 tarixli HCG analisi 148 mİu/ml dəyərlə hamiləliyin baş tutduğunu göstərdi. xx.xx.2019 və xx.xx.2019 tarixli HCG analiz dəyərində enmə izlənildi. xx.xx.2020 tarixində xəstəyə embrion transferinə hazırlıq məqsədi ilə “Estrofem 2 mg” başlanıldı. xx.xx.2022-ci il tarixində xəstəyə 4 ədəd 5-ci gün embrionu transfer edildi. Verilən HCG analizi hamiləliyin baş tutmadığını göstərdi. “X6” Filialının direktoru ilə X8 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli “Süni mayalanma görə tibbi Xidmət Müqaviləsi”nə əsasən “Mərkəz” süni mayalanma xidmətini həyata keçirtməyi, xəstə X7 və xəstə yaxını (əri) isə göstərilən tibbi xidmətə görə fakturada müəyyənləşdirilmiş məbləği ödəyirlər. Müqavilə bağlanılan zaman Novruzova (İsmayılova) Nargilə Nəsib qızı və Cavabdeh X4 uşaq sahibi olmaq üçün şəxsinə aid yumurtaların olmadığını bəyan etmiş və uşağa sahib olma bilməsi üçün başqa şəxsə aid “Donor yumurtalar”dan istifadə edilməsinə dair razılığı imzalamışdırlar. Göstərilən tibbi xidmətin dəyəri 2500 manat müəyyən edilmişdir. Mərkəzi Klinikanın müalicə həkimi Mahirə İsmayılova tərəfindən imzalanmış ambulator kartdan çıxarışdan görünür ki, xəstə Nargilə İsmayılova 1981-ci il təvəllüdlü və onun həyat yoldaşı Cavabdeh 1979-cu il təvəllüdlü MKX-nın Qadın Mərkəzinə sonsuzluq şikayəti ilə müraciət etmişdir. Müvafiq müayinələrdən (USM, hormon profili, HSG, spermoqram, TORCH paneli) sonra xəstəyə “Sonsuzluq.Female faktor” diaqnozu qoyulmuş və EKM məsləhət görülmüşdür. Xəstə anamnezində əvvəllər digər mərləzlərdə EKM üçün müraciət etmiş və hamiləliyi 15-16-cı həftədə düşüklə nəticələnmişdir. Bunu nəzərə alaraq xəstəyə müvafiq təhlillər icra olunmuş xx.xx.2021-ci il tarixdə Diaqnostik histeroskopiya əməliyyatı icra olunmuşdur. xx.xx.2021-ci il tarixində xəstəyə embrion transferi olmuş və 3 embrion köçürülmüşdür. Xəstə 15 gün sonra beta-hCQ analizi vermiş və nəticə neqativ olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-602/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X7 arasında xx.xx.2007-ci il tarixdə 823 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nizami rayonu 46 saylı ŞP Ambulator kartadan çıxarışda göstərilmişdir ki, 1979-cu il təvəllüdlü S.Həmidov 20 ünvanında yaşayan vətəndaş Cavabdeh yoluxucu xəstəliklərlə əlaqədar heç bir qeydiyyatı yoxdur. “X25” “X9-Bakı” MMC –nin müalicə həkimi Cəlaləttin Örnək tərəfindən Cavabdeh ünvanlanmış məktubda qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixində X26 klinikasında Cavabdeh və Nargilə İsmayılovaya təqdim olunan epikrizin məzmun hissəsində mexaniki səhv olaraq Cavabdeh adının yerində Elçin Həsənov adı qeyd olunmuşdur. Belə ki, həmin epikriz başqa bir epikrizin üzərində tərtib olunduğundan səhvlik olub. Cavabdeh götürülən sperm hüceylərinin müayinəsində onun probleminin olmadığı müəyyən olunmuşdur. “X25”-nın xx.xx.2024-cü il tarixli məktubundan örünür ki, Cavabdeh hər hansı infeksion və ya dəri zöhrəvi xəstəliyin daşıyıcısı olduğu, belə xəstəlik keçirməsi haqqında və ya xəstəliyim qalıb-qalmaması haqqında heç bir məlumat yoxdur. İddiaçı2 hər hansı bir ifeksion və daşıyıcısı xəstəlik, əvvəllər belə bir xəstəlik keçirməsi, hal hazırda belə xəstəliyin olması olması haqqında məlumat yoxdur. İddiaçı2 qalıcı fəsad həe hansı bir infeksiyon xəstəlikdən müəyyən edilməyib. İddiaçı2 hamilə qala bilməsi üçün maneə törədə biləcək infeksiya yoxdur və hansı infeksiya sonsuzluğa səbəb olmur. İddiaçı2 hamilə qala bilməmə səbəbi yumurtalıq kistasının mövcud olmasıdır. Hər iki yumurtalıqda mayeli kista aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyi” X23 575.1/KEŞ nömrəli 20 may 2024-cü il tarixli ekspert rəyində müəyyən edilmişdir ki, İddiaçı2 məhkəmə-tibbi müayinəsi zamanı anamnezinə əsasən onda 2007-ci il tarixdə “Xlamidiya” (cinsi yolla keçən) xəstəliyi olmuş və bununla əlaqədar müalicə almışdır. Lakin tibbi sənədlər olmadığından bu barədə konkret fikir söylənilməsi mümkün olmadı. İddiaçı2 məhkəmə-tibbi müayinəsi zamanı hal-hazırda onun hər hansı bir infeksion və ya dəri zöhrəvi xəstəliklərindən şikayəti olmamışdır. İddiaçı2 adına Mərkəzi Klinikada tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2009-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Birincili sonsuzluq. İkitərəfli hidrosalpinks. Qarın boşluğunun bitişmə xəstəliyi, İİİ-İV dərəcəli” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Laparotomiya ilə tubektomiya” əməliyyatı icra edilmişdir. İddiaçı2 hamilə qala bilməməsinin səbəbi ikitərəfli hidrosalpinks olmuşdur. İkitərəfli hidrosalpinksin yaranmasına əsasən, cinsi yolla keçən infeksion xəstəliklər (xlamidiya, qonorreya və s.) səbəb ola bilər. Bu da İddiaçı2 uşaqlıq borularının xaric edilməsinə gətirib çıxartmışdır. İddiaçı2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun üzərində dəfələrlə süni mayalanma proseduru icra edilmiş, lakin hamiləlik başa çatmamışdır. İddiaçı2 gələcəkdə süni mayalanma ilə hamilə qalması ilə bağlı əvvəlcədən proqnozun verilməsi mümkün deyil. “Bakı Baş Səhiyyə Mərkəzi” X23 İ nömrəli Dəri-Zöhrəvi Dispanserinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh hər hansı bir dəri xəstəliyi və cinsi yolla keçən xəstəliklərlə o cümlədən “Xlamidiya” xəstəliyi ilə dispanserə müraciət etməyib və qeydiyyatda yoxdur. Mərkəzi Klinikanın qəbzlərindən görünür ki, İddiaçı2 xx.xx.2011-ci il tarixdə 2500 manat, xx.xx.2011-ci il tarixdə 18.20 manat, xx.xx.2011-ci il tarixdə 250 manat, xx.xx.2011ci il tarixdə 34 manat və 9.48 manat,, xx.xx.2011-ci il tarixdə 52 manat və 18.20 manat, xx.xx.2011-ci il tarixdə 26.68 manat və 138 manat, xx.xx.2011-ci il tarixdə 74 manat və 28 manat, xx.xx.2011-ci il tarixdə 43.09 manat və 8.62 manat, xx.xx.2011-ci il tarixdə 49 manat və 26 manat, xx.xx.2011-ci il tarixdə 65 manat, 57.5 manat və 43 manat, xx.xx.2011-ci il tarixdə 29 manat, 80 manat və 41 manat, xx.xx.2011-ci il tarixdə 300 manat, xx.xx.2012-ci il tarixdə 56 manat, xx.xx.2012-ci il tarixdə 35 manat, xx.xx.2012-ci il tarixdə 34 manat, 250 manat, 8 manat, xx.xx.2012-ci il tarixdə 35 manat, 81 manat, 393 manat, xx.xx.2012-ci il tarixdə 70 manat, 865 manat, xx.xx.2012-ci il tarixdə 79 manat, xx.xx.2012-ci il tarixdə 25 manat, xx.xx.2012-ci il tarixdə 36 manat, xx.xx.2012-ci il tarixdə 19 manat, xx.xx.2012-ci il tarixdə 36 manat, xx.xx.2012-ci il tarixdə 9 manat, xx.xx.2012-ci il tarixdə 84 manat, xx.xx.2012-ci 70 manat, xx.xx.2012-ci il tarixdə 915 manat, xx.xx.2012-ci il tarixdə 99.24 manat ödəniş etmişdir. X19 qəbzlərindən görünür ki, İddiaçı2 xx.xx.2013-cü il tarixdə 20 manat, xx.xx.2020-ci il tarixdə 132 manat, xx.xx.2022-ci il tarixdə 15 manat, xx.xx.2013-cü il tarixdə 10 manat, xx.xx.2013-cü il tarixdə 30 manat və 10 manat, xx.xx.2020-ci il tarixdə 199 manat, xx.xx.2014-cü il tarixdə 10 manat ödəniş etmişdir. X21 qəbzlərindən görünür ki, İddiaçı2 xx.xx.2014-cü il tarixdə 145 manat, xx.xx.2015-ci il tarixdə 286 manat ödəniş etmişdir. Medıluks-1 MMC-nin qəbzlırindən görünür ki, İddiaçı2 xx.xx.2019-cu il tarixdə 250 manat ödəniş etmişdir. X5 qəbzlərindən görünür ki, İddiaçı2 xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 200 manat ödəniş etmişdir. Mərkəzi Klinikanın qəbzlərindən görünür ki, İddiaçı2 xx.xx.2009-cu il tarixdə 15 manat, xx.xx.2011-ci il tarixdə 74.10 manat, 23 manat, xx.xx.2011-ci il tarixdə 440.68 manat, xx.xx.2011-ci il tarixdə 18.20 manat, xx.xx.2011-ci il tarixdə 34 manat, 9.48 manat, xx.xx.2011-ci il tarixdə 26.68 manat, xx.xx.2011-ci il tarixdə 138.58 manat, xx.xx.2011-ci il tarixdə 43.09 manat, xx.xx.2011-ci il tarixdə 8.62 manat, xx.xx.2011-ci il tarixdə 34 manat, xx.xx.2011-ci il tarixdə 71 manat, xx.xx.2011-ci il tarixdə 65 manat, xx.xx.2012-ci il tarixdə 43.65 manat, xx.xx.2012-ci il tarixdə 79 manat, xx.xx.2022-ci il tarixdə 9.93 manat ödəniş etmişdir. Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İsmayılova (Novruzova) Nargilə Nəsib qızı "xxxx" MMC-yə mülaicə və müayinə üçün 13480,86 manat məbləğində pul vəsaiti ödəmişdir. Bundan sonra artıq ödədiyi məbləğin bir hissəsi 1975,68 manat tibbi məsrəflər üçün istifadə olunmadığına görə ona geri qaytarılmışdır. Beləliklə həmin şəxsin ödədiyi məbləğ 11505,19 manat təşkil etmişdir. AN-İ №1016882 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 14, 4 saylı mənzili 28000 manata X2. AN-İ №0628394 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X10 Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi küçəsi, ev 5d, 23 saylı mənzili 46000 manata X1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyi” X23 964/KEŞ nömrəli 02 oktyabr 2024-cü il tarixli ekspert rəyində müəyyən edilmişdir ki, Cavabdeh məhkəmə-tibbi müayinəsi zamanı o, 1 Nömrəli Dəri- Zöhrəvi Dispanserinə göndərilmiş və hal-hazırda müayinə zamanı onda dəri və zöhrəvi xəstəliklər aşkarlanmamışdır. Lakin onun əvvəllər hər-hansı bir dəri və zöhrəvi xəstəliklərinə yoluxub-yoluxmaması barədə hal-hazırda fikir söylənilməsi mümkün olmadı. İddiaçı2 üzərində xx.xx.2008-ci il tarixdə “Histeroskopiya” yolu ilə “Miomektomiya” əməliyyatı icra olunmuşdur. Bu əməliyyatdan sonra uşaqlıq borularında bitişmənin olması istisna edilir. Qeyd edilən əməliyyatın aparılmasının sonsuzluq xəstəliyinə səbəb olması istisna edilir. İddiaçı2nm hamilə qala bilməməsinin səbəbi ikitərəfli hidrosalpinks olmuşdur. İkitərəfli hidrosalpinksin yaranmasına əsasən, cinsi yolla Novruzovada uşaqlıq borularının xaric edilməsinə gətirib çıxartmışdır. Sonsuzluğun digər səbəbləri isə endometrioz, aybaşı pozuntuları, hormonal pozuntular və sair ola bilər. Qeyd edilən bu patologiyalar isə İddiaçı2nm adına tərtib edilmiş tibbi sənədlərdə müəyyən edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin həqiqi halları, eyni zamanda mülki iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı2 ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmadığı üçün tərəflər mütəmadi həkim müayinələrində olmuşlar. İddiaçı2 müxtəlif vaxtlardə ayrı-ayrı tibbi əməliyyatlar keçirmiş, nəticədə ona “Birincili sonsuzluq. İkitərəfli hidrosalpinks. Qarın boşluğunun bitişmə xəstəliyi, İİİ-İV dərəcəli” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Laparotomiya ilə tubektomiya” əməliyyatı icra edilmişdir. İddiaçı2 hamilə qala bilməməsinin səbəbi ikitərəfli hidrosalpinks olmuşdur. İkitərəfli hidrosalpinksin yaranmasına əsasən, cinsi yolla keçən infeksion xəstəliklər (xlamidiya, qonorreya və s.) səbəb ola bilər. Mülki iş üzrə təqdim edilmiş ekspert rəyində İddiaçı2 olmuş ikitərəfli hidrosalpinks xəstəliyinin cinsi yolla keçən infeksion xəstəlikdən yarana bilməsi göstərilsə də, nə İddiaçı2, nə də Cavabdeh hər hansı yoluxucu infeksion xəstəlikdən əziyyət çəkməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, Nizami rayonu 46 saylı ŞP Ambulator kartadan çıxarışda göstərilmişdir ki, 1979-cu il təvəllüdlü Cavabdeh yoluxucu xəstəliklərlə əlaqədar heç bir qeydiyyatı yoxdur. Eyni zamanda Cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan bir uşağı dünyaya gəlmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində İddiaçı2 anamnezinə (xəstənin həyat şəraiti yaşayış tərzi, xəstəliyinin inkişaf tarixi və.s haqqında özündən və ya onun yaxın adamlarından toplanan məlumat) əsasən onda 2007-ci il tarixdə “Xladimiya” (cinsi yolla keçən) xəstəliyi olmuş və bununla əlaqədar müalicələr almışdır. Lakin tibbi sənədlər olmadığından bu barədə konkret fikir söylənilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçılar İddiaçı2 olan sonsuzluq xəstəliyinin səbəbi kimi Cavabdeh yoluxucu xəstəlik olan dəri-zöhrəvi xəstəliyinin olması və həmin xəstəliklə İddiaçı2 yoluxdurması və sonuncuda bunun nəticəsində ikitərəfli hidrosalpinksin əmələ gəlməsi sübuta yetirilməmişdir. Odur ki, İddiaçı2 sonsuzluq xəstəliyinin əmələ gəlməsində cavabdehin təqsirli olduğu öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı1 tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrinə münasibətdə qeyd edir ki, həmin alqı-satqı müqavilələrindən əldə edilən gəlirin İddiaçı2 müalicəsinə xərclənməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş tibbi xidmətlərə görə ödəniş qəbzlərinin hər hansı birində İddiaçı1 adı keçməmiş, həmin ödənişlərin İddiaçı2 tərəfindən edildiyi müəyyən edilmişdir. Odur ki, İddiaçı1 İddiaçı2 müalicəsi üçün xərclər çəkdiyi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılara dəymiş maddi və mənəvi ziyan cavabdehin qanunazidd əməli nəticəsində baş verdiyi sübuta yetirilmədiyinə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən İddiaçı1 vurduğu maddi ziyana görə onun xeyrinə 90000 manatın və 360 manat dövlət rüsumu olmaqla, cəmi 90360 manatın, İddiaçı2 sağlamlığına vurduğu zərərin əvəzi olaraq onun xeyrinə 150000 manat kompensasiyanın tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 119-cu maddəsinə əsasən iddiaçılar tərəfindən ödənilmiş 440 manat dövlət rüsumu onlara aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən İddiaçı1 vurduğu maddi ziyana görə onun xeyrinə 90000 manatın və 360 manat dövlət rüsumu olmaqla, cəmi 90360 manatın, İddiaçı2 sağlamlığına vurduğu zərərin əvəzi olaraq onun xeyrinə 150000 manat kompensasiyanın və 440 manat dövlət rüsumu olmaqla, cəmi 150440 manatın tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-152/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-152/2025
24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver