Məhkəmə qərarları › İş №2(011)-1547/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1547/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1547/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi, avtomobilin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların təqsirli hərəkətləri nəticəsində ona dəymiş 56900 manat məbləğində maddi ziyanın, 230,70 manat məbləğində ödədiyi dövlət rüsumunun və vəkil xidmətlərinə görə ödədiyi 110 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı ərizə təqdim edərək, mülki iş üzrə Cavabdeh1 cavabdeh siyahısından çıxarılmasını və tələbin yalnız Cavabdeh2 yönəlməklə «HOWO» markalı yük avtomobilinin qaytarılması, istismara yararsız vəziyyətə salınarsa onun dəyərinin (46000 manat) Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 02 iyul 2012-ci il tarixdə "xxxx" ASC ilə bağladığı ipoteka müqaviləsinə əsasən 46900 manat məbləğində kredit götürərək «HOWO» ZZ3257N3847A markalı (Şassi:FZZ5EFND0CN669866; mühərrik №-si **********97; buraxılış ili 2012-ci il;) yük avtomobilini almışdır, Kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq həmin avtomobil ipoteka ilə yüklü edilmişdir. 2014-cü ilədək "xxxx" ASC -yə aylıq kredit ödənişlərini etmmişəm, lakin sonradan kredit borclarını ödəyə bilmədiyi üçün avtomobili banka təhvil vermək məcburiyyətində qalmışdır, "xxxx" ASC-nin rəsmi əməkdaşı olmuş Cavabdeh1 avtomobili ondan təhvil almışdır, 2016-cı ildə Cavabdeh1 onun adına həmin avtomobilə dair etibarnamə verməyini istədi ki, avtomobili sataraq qalan kredit borcunu tam olaraq bağlasın, avtomobilin təhvil alınması barədə müvafiq sənəd istədikdə isə o, narahat olmamağını deyib başqa vaxt təhvil təslim aktını verəcəyini bildirdi. 2016-cı ildə "xxxx" ASC-nin rəsmi əməkdaşı Cavabdeh1 mənə məxsus avtomobili X3 adlı şəxsə satdığını ona bildirdi və 2017-ci ildə mən Natiq adlı şəxsə mülki etibarnamə vermişdir, təxminən bir il sonra Natiq Osmanov ona zəng edərək avtomobilin kreditini ödəyə bilmədiyini, ona görə də həmin avtomobili iş üzrə ikiknci cavabdeh olan Cavabdeh2 satdığını və bundan sonra qalıq kredit məbləğinin Elmin tərəfindən ödəniləcəyini bildirdi. müəyyən müddət keçdikdən sonra "xxxx" ASC-dən mənə bildirildi ki, avtomobilin krediti ödənilmir, bankın rəhbərliyinə avtomobili onlara təhvil verdiyini və onları rəsmi əməkdaşı olan Cavabdeh1 avtomobili təhvil aldığını bildirsə də, onlar Səbuhinin işdən çıxarıldığını və avtomobilin banka hər hansı rəsmi sənədlə təhvil verilmədiyini deyərək kredit borcunun onun tərəfindən ödəniləcəyini tələb etdilər. Belə olani halda Natiqə zəng vuraraq avtomobili sonuncu əldə edən və kredit borcunu ödəməli olan Cavabdeh2la görüşdürməsini xahiş etmiş, Cavabdeh2 və onun atası Camaləddin Məmmədovla görüşərkən onlar kredit borcunu yaxın zamanlarda ödəyəcəklərini bildirsələr də, müxtəlif bəhanələr gətirərək yenə də, pulu ödəmədilər, onlarla əlaqə saxlayıb, kredit borcunu ödəmədikləri təqdirdə mülkiyyətində olan avtomobili geri qaytarmalarını tələb etmək istədikdə telefon zənglərinə cavab belə vermədilər. "xxxx" ASC mənə qarşı məhkəmədə iddia qaldırdıqdan sonra məhkəmə qətnaməsinin icrası qaydasında banka olan bütün kredit borcunu ödəmək məcburiyyətində qalmışdır, onda olan son məlumata görə Cavabdeh2 avtomobilin ban nömrəsini dəyişərək satmışdır. Lakin mülkiyyətində olan «HOWO» ZZ3257N3847A markalı avtomobilin aqibəti barədə isə bu günədək heç bir məlumat əldə edə bilmir. Bununla bağlı aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etsə də, heç bir tədbir görülmədən cinayət işinin rədd edilməsi barədə 26 sentyabr 2019-cu il tarixli qərar qəbul edilmişdir. Ona görə əmlakın geri qaytarılması və ya vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək, sonda iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsi ilə bildirmişdir ki, İddiaçı ona qarşı iddiası əsassız və qanunsuzdur. Çünki İddiaçı ona mülki etibarnaməni xx.xx.2016-cı il tarixdə vermiş, həmin etibarnamənin müddəti isə xx.xx.2017ci il tarixdə bitmişdir. Özü həmin avtomobilə heç bir maddi ziyan vurmamışdır. Öz istifadəsində olan müddət ərzində heç bir problem olmamışdır. İddiaçı 2017-ci il tarixdə X2 və 2018-ci il tarixdə Cavabdeh2 özü şəxsən mülki etibarnamə vermişdir və bu etibarnamələrin verilməsindən heç bir xəbəri olmamışdır. Göstərilənlərə əsasən, İddiaçı ona qarşı qanunsuz maddi ziyanın ödənilməsi tələbinə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan bir tərəfdən "xxxx" ASC və İddiaçı arasında bağlanmış 02 iyul 2012-ci il tarixli 104-S-088 H/İP saylı İpoteka müqaviləsinin surətindən görünür ki, 02 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ipoteksaxlayan tərəfindən ipotekaqoyan Howo ZZ3257N3847A yük avtomobilinin alınması üçün 24 ay müddətinə 46900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İpotekaqoyan Howo ZZ3257N3847A yük avtomobilini ipotekasaxlayana ipoteka kimi təqdim edir. İpoteka predmeti 58000 manatdır. İş materiallarında olan 02 iyul 2012-ci il tarixli 104-S-088 H/İP saylı İpoteka müqaviləsinə 28 aprel 2014-cü il tarixli əlavənin surətindən görünür ki, Howo ZZ3257N3847A yük avtomobili xx/xx/2014-cü il tarixli 104-S-1424 saylı kredit müqaviləsindən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün təkrar ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 2(001)-5118/2015 saylı 01 iyun 2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı ilə İddiaçı arasında bağlanmış 104-S-1424 nömrəli kredit müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı kredit üzrə cəmi 23510 manat məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin Howo ZZ3257N3847A 288 yük markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini və həmin avtomobilin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi,avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi, iddia təmin edildiyindən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, mülkiyyətçi İddiaçı daşınmaz əmlak istisna olmaqla, daşınar əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətlər Cavabdeh2 etibar edilmişdir. Qeydiyyat tarixi xx.xx.2018-ci il, etibarnamənin etibarlılıq müddəti xx.xx.2027-ci il tarixədəkdir. İş materiallarında olan 26 sentyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Əmrah oğlu xx.xx.2019-cu il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 6-cı PB-na müraciət edərək bildirmişdir ki, 2012-ci ildə Hova markalı **-CX-*** dövlət nömrəli avtomaşını AFB bankdan kredit şərti ilə almış, lakin sonradan ödəniş edə bilmədiyindən həmin avtomaşın ondan alınaraq digər şəxsə satılmışdır. Lakin Hova markalı **-CX-*** dövlət nömrəli avtomaşın digər şəxsə satılsa da həmin avtomaşın İddiaçı Əmrah oğlunun adına sənədləşdirilmişdir. Sonradan məlum olmuşdur ki, həmin avtomaşını almış Elmin adlı şəxs onun sənədlərini saxtalaşdırmışdır. Vətəndaş İddiaçı Əmrah oğlunun ərizəsi xx.xx.2019-cu il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-də HK-1/1107 sayla qeydiyyata alınaraq araşdırma aparılmışdır. Qərardan qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh2 şəxsiyyəti və olduğu yerin müəyyən edilərək izahatının alınması məqsədi ilə əməliyyat tapşırıqları verilsə də, onun olduğu yerin müəyyən edilərək Binəqədi RPİ-nin İŞ-nə gətirilməsi mümkün olmamışdır. Odur ki, Cavabdeh2 izahatı alınmadan toplanmış material üzrə əmələ hüquqi qiymət verilməsi mümkün deyildir. Beiə olan halda araşdırma müddətinin başa çatmasını və Cavabdeh2 izahatı alınmadan əmələ hüquqi qiymət verilməsi mümkün olmadığından toplanmış materialda hazırda hər-hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə material üzrə cinayət işinin başlanması rədd edilməlidir. X5 təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən “Mərkəz” vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli P.K.D./2801 saylı məktubla, Cavabdeh1 uzun müddətdir ki, "xxxx" ASC-də çalışmadığı, qeyd olunan etibarnamə və onun əsasında bağlanmış əqdlər barədə Bankda rəsmi sənəd olmadığı bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Binəqədi rayon İcra İdarəsinə ünvanlamış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-5118/2015 saylı 01 iyun 2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, borclu İddiaçı cəmi 23510 manat məbləğində borc pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir, borclu İddiaçı tərəfindən "xxxx" ASC-yə məhkəmə qətnaməsi üzrə olan borc öhdəliyini tam yerinə yetirildiyi bildirilmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq, icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Binəqədi rayon İcra İdarəsinə ünvanlamış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-5118/2015 saylı 01 iyun 2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən borclu İddiaçı cəmi 23510 manat məbləğində borc pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir, borclu bank qarşısında öhdəliyini tam icra etmişdir, qeyd olunanlar nəzərə alınaraq İddiaçı məxsus Howo ZZ3257N3847A markalı **-CX-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən 231 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Vəkilla 295 saylı müqavilə təyinatı ilə 110 manat ödənilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, istehsal ili 2012-ci il olan ağ rəngli «HOWO» yük avtomobili İddiaçı adına nəqliyyat vasitəsi kimi qeydə alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC və iddiaçı arasında mübahisəli Howo ZZ3257N3847A yük avtomobilinin alınması üçün sonuncuya 24 ay müddətinə 46900 manat məbləğində kredit verilməsi barədə 02 iyul 2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır, eyni tarixli ipoteka müqaviləsinə əsasən nəqliyyat vasitəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir, Binəqədi rayon Məhkəməsinin 2(001)-5118/2015 saylı 01 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı kredit üzrə cəmi 23510 manat məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin Howo ZZ3257N3847A 288 yük markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini və həmin avtomobilin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir, İddiaçı icra sənədi üzrə öhdəliyini tam yerinə yetirmişdir, mübahisəli avtomobil xx.xx.2017-ci il tarixdə İddiaçı adına nəqliyyat vasitəsi kimi qeydə alınmışdır, İddiaçı daşınar əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri xx.xx.2027-ci il tarixədək Cavabdeh2 etibar etmişdir, iddiaçı yük avtomobilinə dair xx.xx.2019-cu il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 6-cı PB-na müraciət etmiş, 26 sentyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla araşdırma müddəti başa çatdığından və Cavabdeh2 izahatı alınmadan əmələ hüquqi qiymət verilməsi mümkün olmadığından toplanmış materialda hazırda hər-hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, mübahisəli avtomobilin iddiaçıya qaytarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi kimi iradəsinə zidd olaraq Cavabdeh2 olan öz əmlakını geri tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, «HOWO» markalı yük avtomobili Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalı, avtomobil istismara yararsız vəziyyətə salındığı təqdirdə, onun dəyəri kimi 46000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın qiyməti nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 228 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. «HOWO» markalı yük avtomobili Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. Avtomobil istismara yararsız vəziyyətə salındığı təqdirdə, onun dəyəri kimi 46000 (qırx altı min) manat Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 228 (iki yüz iyirmi səkkiz) manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar