Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1566/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2023-cü il üzrə geçikdirilmiş vaxt üçün 3.609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 3.669 manat tutularaq iddiaçıya ödənilməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2522/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4780/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin qanuni və əsaslı olması təsdiq olunmuşdur. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,4 manat (53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün 5% olmaqla illik 2960,92 manat, 2(iki) illik 5921,84 manat zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat (ümumilikdə 6.451,84 manat) pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və bu günədək icra olunmamışdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh 4.132,54 manat indeksasiya məbləğinin iddiaçının xeyrinə tutulması qət edilmiş və icraya yönəldilərək Bakı şəhəri Xətai Rayon icra şöbəsinin icraatına qəbul olunmuşdur. Bunlarla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh 2.349,10 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş və icra sənədi icraya yönəldilərək Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə verilmişdir. Göründüyü kimi, hazırki vaxtadək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021ci il tarixli qərardadı təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi təsdiq olunan 2.349,10 manat ümumilikdə isə 59.248,4+6.451,84+4.132,54+2.349,10 = 72.181,88 manatın 2023-cü il üçün Cavabdeh tərəfindən ödənilməsi geçikdirilməklə geri qaytarılmamışdır. Göründüyü kimi, Cavabdeh geçikdirilməklə ödənilməmiş borcu yaranıb, borc qərəzli olaraq ödənilmir, cavabdehin hüquqa zidd davranışı məhkəmə aktları ilə tam sübuta yetiririlir, mülki hüquq pozuntusu hazırda da törədilir və pozuntu davam edir, iddiaçının vəsaiti hesabına əsassız olaraq Cavabdeh varlanır və əmlakına (iddiaçıya məxsus vəsaiti Cavabdeh özündə saxlaması baxımından) zərər vurulması (zərərə uğramağın) faktı mübahisəsiz qaydada təsdiq olunur. Cavabdeh vəsaitini özündə saxlaması ilə nəticələnən zərər nəzərə alınıb 2023-ci il üçün ödənilməmiş (Azərbaycan Respublikası adından çıxarılan məhkəmə aktları ilə təsdiq olunan, lakin qərəzli olaraq icra edilməyən) təqribi 98.800 manat orc məbləğinin bir hissəni təşkil edən 72.181,88 manata münasibətdə 5% zərər məbləği hesablanmalı və Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcun ödənilməsini üçün onun yetərli pul vəsaiti olmadığına görə, mülkiyyətində olan arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/mdən ibarət 5 otaqlı 100 nömrəli mənzili satmaq istəyir. Lakin mənzilin üzərində həbs olduğuna görə, mənzili satıb, borcunu ödəyə bilmir. İşin halları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borca görə 53000 manat, məzənnə fərginə görə 6218 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 59248,4 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218.4 manat (53000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5% olmaqla, illik 2960,92 manat, iki illik 5921,84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat pul məbləği tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən cavabdehdən iddiaçının xeyrinə 4132,54 manatın tutulması qərara alınmışdır. Qərardad qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən işə baxılıb yekun qərar çıxarılanadək mübahisə predmeti olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı - Cavabdeh və X4 arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/mdən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətinə qaytarılmış ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Cavabdeh və X4 arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqları Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehlər Cavabdeh və X1 tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan 15 manatı İddiaçı aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qərardadı ilə mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) özgəninkiləşdirilməsi barədə cavabdehin və üçüncü şəxslərin üzərinə qoyulmuş qadağa götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4577/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(011)-6934/2022 nömrəli qərardadı ləğv edilərək, cavabdeh X2 mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 qərardadı ləğv edilərək, mübahisə predmeti olan ünvan 2 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) üzərinə özgəninkiləşdirilmə ilə bağlı qoyulmuş qadağa götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1790/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh “əmlakın üzərindən həbsin götürülməsi” barədə ərizəsi təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli Beh müqaviləsinə əsasən satıcı “Lider Əmlak” ona məxsus Bakı şəhəri, Xətai rayonu, Fazil Bayramov 11/56, bina 1, 100 saylı mənzilin 358000 manat məbləğində satılmasına razılıq verir, beh olaraq 2000 manat məbləğində pul vəsaiti götürür. Xətai Rayon Məhkəməsinin 2(011 )-1184/2 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və icra məmuru Toğrul Baxşəliyev tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə aidiyyəti orqanlara sorğular göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 25, 32 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydası aşağıdakı qaydada dəyişdirilərək, icra sənədi üzrə borclu Cavabdeh mülkiyyətində olan Mercedes220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı, KAMAZ 65115 01602 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin nəqliyyat vasitələrinin saxlanılsın və mühafizə altında olan xüsusi duracağa yerləşdirilməsi, borclu Cavabdeh mülkiyyətində olan Mercedes-220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı, KAMAZ 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin prosedura uyğun hərrac vasitəsilə satılsın və hərracdan əldə olunmuş vəsait hesabına borc məbləğinin bir hissəsinin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı 01 mart 2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı borclu Cavabdeh məxsus KAMAZ 65115 01602 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhdudiyyətin qoyulması hissəsində ləğv edilərək, borclu Cavabdeh məxsus KAMAZ 65115 01602 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətlər götürülmüşdür. Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı qismən ləğv edilərək, Mercedes220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Xətai Rayon İcra Şöbəsində verdiyi izahatında bildirmişdir ki, pandemiya dövrü olduğu üçün müvəqqəti işləmir. Müvəqqəti gördüyü müəyyən işlər bağlıdır. Qısa müddət ərzində məsələnin həlli üçün çalışacaq, 10 gün ərzində tələbkarla görüşəcək və məsələ həllin tapacaq. İcra sənədi ilə bağlı heç bir ödəniş etməmişdir Baş dövlət Yol Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının icrası ilə bağlı bildirilmişdir ki, Mercedes220 minik markalı ** OK *** qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyi üçün qərardadın icrası mümkün olmamışdır. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı xeyrinə 4132.54 manatın tutulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh əmək haqqının 50% miqdarında pul və borcun 7% həcmində icra ödənişinin tutulması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “X6 Azərbaycan” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamı icra edilməsi üçün göndərilmiş, lakin xx.xx.2021-ci il tarixdə cari hesablaşma hesabları bağlı olduğundan sərəncam icra olunmadan geri qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamı icra edilməsi üçün göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamı icra edilməsi üçün göndərilmiş, lakin xx.xx.2021-ci il tarixdə inkasso sərəncamının müddəti bitdiyindən geri qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı verdiyi təqdimat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixdə Xətai Rayon İcra Şöbəsində verdiyi izahatında bildirmişdir ki, əslində onun İddiaçı borcu yoxdur. O tələbkarla yalan əqd bağlamışdır. Məhkəmənin qətnaməsi yalan əqdə əsasən çıxarılmışdır. Hal-hazırda maddi çətinliklə üzləşmişdir, borcu ödəyə bilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3723/2021 saylı xx.xx.2021-ci il tarixli icra qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2410/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 3(011)-3723/2021 saylı qərarı dəyişdirilərək, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cərimə cəzası 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2410/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin könüllü icrası barədə bildiriş xx.xx.2021-ci il tarixdə Cavabdeh təqdim edilmişdir. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixdə İcra Şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin icrasının təmin edilməsi məqsədilə Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən qeyri-yaşayış sahəsini tələbkara təklif etmiş və satılaraq pulun ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixdə İcra Şöbəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-6934/2021 saylı işlə bağlı hazırki icra sənədinin icraatının dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən borclu Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat verilmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 8(011)-1044/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun borclu Cavabdeh məxsus Kamaz 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 8(011)-1083/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı xeyrinə 4748,63 manat tutullması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 8(011)-7/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli borclu Cavabdeh məxsus “Kamaz 65115 016 02” yük markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimat təmin edilməmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər dayandırılmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı
1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına istinadən qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi səbəbindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən 53.000 manat borc məbləği, 6218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, 59.248,4 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyirnə xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yöndəldilmiş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləğinin borcludan tələbkarın xeyrinə tutulması qərara alınmışdır. Lakin icra məmuru tərəfindən aparılmış icra hərəkətlərinin nəticəsində borclunun tələbin ödənilməsi üçün yetərli vəsaitinin olmadığı müəyyən edilmişdir. Tələbin icrasını təmin etmək məqsədi ilə borclunun daşınar və daşınmaz əmlakının üzərində həbsin qoyulması ilə əlaqədar verilmiş təqdimatlar məhkəmə tərəfindən təmin edilməmiş, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzil üzərinə həbs qoyulmuş, lakin mənzilin satılması və əldə edilmiş vəsaitlərin hesabına tələbin icra edilməsi istiqamətində hər hansı tədbirlər görülməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi və qərardadı üzrə öhdəliyin icrasının gecikdirilməsi borclunun təqsirli və qərəzli hərəkətləri nəticəsində baş verməmişdir. Belə olan halda, həmin öhdəliyin gecikdirilməsinə görə əlavə faizlərin hesablanması da yolverilməzdir. Digər tərəfdən məhkəmə hesab edir ki, məhkəmə qərarlarına əsasən müəyyən edilmiş öhdəliyin ödənilməsi üçün yetərli vəsaitə malik olmayan şəxsə münasibətdə öhdəliyin icrasının gecikdirilməsinə görə bir tərəfdən faizlərin hesablanması, digər tərəfdən mövcud olan borcun indeksasiyasının aparılması, son nəticədə borclunun kreditora məxsus olan vəsaiti qanunsuz saxlamaqla ondan faydalanmağın qarşısının alınması, öhdəliyin vaxtında icra edilməsinə xidmət etmir. Əksinə hər dəfə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin artması ilə borculunun vəziyyətini daha da ağırlaşdıraraq onun tərəfindən tələbin icrasını mümkünsüz edir. Beləliklə məhkəmə iddiaya Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat məbləğində borcun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya edilmiş məbləğin ödənilməsinin gecikdirildiyinə görə 2023-cü il üzrə 5% miqdarında faizin tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iddiaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat məbləğində vəsaitin ödənilməsinin gecikdirilməsinə görə 2023-cü il üzrə 5% miqdarında faizlərin hesablanması hissəsində qiymət verərək qeyd edir ki, həmin vəsait mahiyyəti etibarılə əsas borcun gecikdirilməsinə görə hesablanmış faiz borcudur ki, bu borcun ödənilməsinin gecikdirilməsinə görə ona yenidən faizin hesablanması qanunvericilyin müddəalarına ziddir. Belə ki, faizdən faizin hesablanması yolverilməzdir. Odur ki, iddia bu hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2023-cü il üzrə geçikdirilmiş vaxt üçün 3.609 manat maddi zərərin ödənilməsi ilə bağlı iddiası rədd edildiyinə görə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsuma da iddiaçının özünə aid edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2023-cü il üzrə geçikdirilmiş vaxt üçün 3.609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 3.669 manat tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2023-cü il üzrə geçikdirilmiş vaxt üçün 3.609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 3.669 manat tutularaq iddiaçıya ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Əminə Abbasova