Məhkəmə qərarları › İş №2(011)-1612/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1612/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1612/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məndən aldığı 52500.0 (ǝlli iki min beş yüz) manat pulun, mənəvi zərərin əvəzi olaraq 1000.0 (bir min) manat pulun, və 250.50 (iki yüz əlli manat 50 ) manat ödənilmiş dövlət rüsumunun məbləğinin alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh məndən aldığı 42500 manat pulun, mənəvi zərərin əvəzi olaraq 500 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Səməd Siracı əvvəllər ev alqı-satqısı ilə məşğul olan biri kimi tanımışam. Təxminən 2-3 il əvvəl o mənə evimi satmağa kömək etməyi təklif etdi. Beləliklə, 2022-ci ildə Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar küçəsində yerləşən 43 saylı Notariat Kontoruna gedərək orada mənə məxsus Bakının NZS qəsəbəsində yerləşən fərdi yaşayış evini satmaq üçün getdik, orada məndən evin pulundan 82500.0 manat götürdü ki, 1 aya qaytaracaq. Bundan sonra hər dəfə bir bəhanə ilə pulu qaytarmaqdan boyun qaçırırdı. Bir dəfə də guya pulun müqabilində Əhmədli qəsəbəsində mənə qeyri-yaşayış sahəsi təklif etdi, lakin bir müddət sonra gəlib onun sənədini də alıb apardı. Bu adam bütün hərəkətləri ilə proffesional dələduzdur. Məni aldadıb dedi ki, guya məndən aldğı 82500.0 manat pula özünə iş qurmuşdur və mən onu tələsdirməyim deyə, mənə gözlədiyim müddət üçün əlavə hər ay 1000-2000 manat əlavə pul (faiz) verəcəyini vəd etmişdir.Hər dəfəsində çoxsaylı zənglərdən sonra güclə mənə pul göndərirdi. Lakin bügunə kimi mənim pulumu mənə geri qaytarmamış, bununla da mənə maddi və mənəvi ziyan vurmuşdur.Onun bu cinayətkar əməlləri barədə polisə şikayət etdim. Bakı şəhəri, Nəsimi RPİ- nin 19-cu PŞ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasından rədd edilmişdir. Cavabdeh hərəkətləri qanunazidd olmaqla, mənə xeyli maddi zərər vurmuş, məndən aldığı pulu qaytarmamaqla mənim hesabıma əsassız varlanmışdır. Sonradan məlum oldu ki, polisdə onun barəsində digər şəxslərin də şikayətləri vardır. Görünən odur ki, bu şəxsin işi mənim kimi potensial zərərçəkmişlərdən aldadıb pul almaq, sonra isə həmin pulu mənimsəmək, dələduzluq və fırıldaqçılıqdır.Polisdə də, cavabdeh həqiqətən məndən 82500.0 manat pul almasını etiraf etmşdir. Beləliklə, onun barəsində aparılan araşdırma zamanı da yuxarıda qeyd etdiyim halları təsdiqləmiş, həqiqətən məndə ev satılması müqabilində 82500.0manat almasını və hələ də həmin məbləğdən 52500.0 manat qaytarmadığını etiraf etmişdir. Son zamanlar Sirac ona heç bir ödəniş etmədiyi üçün ondan polisə şikayət etmək qərarına gəlmişdir. Siracın ona 25-30 min manat dəyərində avtomaşını ona əsas pul borcunu hesablayaraq ona versədə, sonda həmin maşının həmin məbləğdə olmamasını müəyyən etmişdir. Həmin avtomobil Mercedes markalıdır. Həmin maşını 10000 manata başqa şəxsə satmışdır, həmçinin ona mənəvi zərər dəymişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılması və qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirdi ki, “Mercedes Vito” markalı nəqliyyat vasitəsini İddiaçı o alıb, həmin nəqliyyat vasitəsinin alınması üçün 10000 manat verib, həmin məbləğ maşının normal bazar qiyməti olub, qiyməti ondan artıq olmazdı. İş materiallarında olan cinayət işinin başlamasının rədd edilməsi haqqında Qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi izahatda bildirmişdir ki, “Cavabdeh izahatında bildirmişdir ki, o İddiaçı 4 ildir tanıyır, onunla tanışlıq əlaqəsi guya ona məxsus olan evin alınmasıdır. Daha sonra Aynurə bildirmişdir ki, anasının evini 160.000 manata satıb Aynurǝyǝ 77.500 manat pul vermişdir. Həmin zaman ona pul lazım olduğu üçün 82.500 manat pul vermişdir. Hər ay 3000 manat olmaqla Aynurəyə geri qaytarmışdır.Ona 2 il müddətində ödənişlər etmiş, qalan qalıq pulun əvəzində Merxedes Vito markalı avtomaşın Aynurəyə vermişdir, hal-hazırda Onun İddiaçı hər hansı bir məbləğdə borcu yoxdur.Aynurə ilə arasında iki dəfə ev alqı- satqısı olmuşdur”. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 250 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən, iddiaçı sonuncuya 82500 manat borc pul verilmiş cavabdeh həmin borcu borc verənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin müəyyən edilmiş müddətdə borc məbləğini tam qaytarmamış, cəmi 52500 manat qaytarmış, qalan borc məbləğinin əvəzinə “Mercedes Vito” markalı nəqliyyat vasitəsini vermiş, həmin nəqliyyat vasitəsini iddiaçı 10000 manata satmışdır, iddiaçı 42500 mant məbləğində borcun və mənəvi zərər qismində 500 manat məbləğin onun xeyrinə tutulmasını tələb edir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan 82500 manat borc alması, həmin məbləği qaytarmağı öhdəsinə götürməsi, lakin həmin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya qalan 42500 manat borcunu qaytarmaması, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 42500 manat məbləğində pul və vurulmuş mənəvi zərərin əvəzi qismində 500 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbini həcmi (43000 manat) nəzərə alınaraq 219 manat ondan alınaraq ididaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 42500 manat borc məbləği, vurulmuş mənəvi zərərin əvəzi qismində 500 manat olmaqla, ümumilikdə 43000 (qırx üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 219 (iki yüz on doqquz) manat alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar