Məhkəmə qərarları › İş №2(011)-1666/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1666/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1666/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Bank ”BTB” ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə Bank "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2020-ci il tarixli RPZ-00013-09/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 11.10.2021-ci il tarixinə ödənilməmiş 18709,58 manat əsas borc, 1737,02 manat faiz borcu, 540,62 manat dəbbə borcu ümumilikdə 20987,22 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 135 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 iddiaçının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.N.Məmmədov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədilə 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 18709,61 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir, Cavabdeh2 06.11.2020-ci il tarixli RPZ-00013- 09/20A saylı Zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur, Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürülmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir, cavabdehlərin ümumi borcu 20987,22 manatdır. Sonda iddiaçının nümayəndəsi T.N.Məmmədov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 02.03.2022-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, 18709,58 manat əsas, 1737,02 manat faiz borcu olduğunu etiraf edir, iddia tələbinin cərimə hissəsini isə qəbul etmir. Sonda Cavabdeh1 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olann 06.11.2020-ci il tarixli Ərizədən görünür ki, Cavabdeh1 qızı Bank "xxxx" ASC-yə müraciət edərək, 48 ay müddətinə 18709,61 manat kredit ayrılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2020-ci il tarixli RPZ-00013-09/20A saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Bank "xxxx" ASC tərəfindən illik 20 % olmaqla 48 ay müddətinə 18709,61 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış RPZZ- 00013-09/20A №-li Zaminlik müaviləsindən görünür ki, Zamin 06.11.2020-ci il tarixli kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetiriməsinə görə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 06.11.2020-ci il tarixli RPZ-00013-09/20A saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bank 06.11.2020-ci il tarixdə Cavabdeh1 aylıq faiz dərəcəsi 1,67% olmaqla, 48 ay müddətinə 18709,61 manat nağd kredit vermişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 11.10.2021-ci il tarixə banka əsas borc məbləği 18709,58 manat, faiz borcu 1737,02 manat, dəbbə borcu 540,62 manat olmaqla, cəmi borcu 20987,22 manat təşkil edir. İş materiallarından görünür ki, 30.07.2021-ci il tarixdə Cavabdeh2 borcunu ödəməsi ilə əlaqədar bildiriş məktubu göndərilmiş, kuryer ünvana dəfələrlə getmiş, lakin ünvan bağlı olduğu üçün məktub geri qaytarılmışdır. İş materiallarından görünür ki, 30.07.2021-ci il tarixdə Cavabdeh1 borcunu ödəməsi ilə əlaqədar bildiriş məktubu göndərilmiş, 04.08.2021-ci il tarixdə onun tərəfindən alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8670/2021 saylı 21.12.2021-ci il tarixli Qətnaməsi ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, ənzil 25 qeydiyyatda olmuş Cavabdeh2 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan 22.10.2021-ci il tarixli ********* saylı Qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 135 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncu bankdan 48 ay müddətinə illik 20% olmaqla 18709,61 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, Cavabdeh1 iddia tələbini əsas və faiz borcu hissədə qəbul edir, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh2 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən və cavabdehin etirafının işin həqiqi hallarının gizlədilməsinə yönəlməsi, cavabdehin etirafının aldatma, zor, hədə təsiri altında və ya yanılma təsiri nəticəsində baş verməsi barədə və cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 200 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, iddia tələbinin “borcun Cavabdeh2 tutulması” hissəsinə münasibətdə isə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh N.R.Əliyev ölmüş olduğundan və bu səbəbdən ona qarşı tələb irəli sürmək mümkünlüyü aradan qalxdığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. X2 formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2020-ci il tarixli RPZ-00013-09/20A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 18709,58 manat məbləğində əsas borc, 1737,02 manat məbləğində faiz borcu, 200 manat dəbbə borcu olmaqla, ümumilikdə 20987,22 manat pul məbləği alınaraq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh2 zaminliyinə xitam verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh1 dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 135 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0.40 qəpik məbləğində pul Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2020-ci il tarixli RPZ- 00013-09/20A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 əsas borc kimi 18709,58 manat, faiz borcu kimi 1737,02 manat, dəbbə borcu kimi 200 manat, ümumilikdə 20646 (iyirmi min altı yüz qırx altı) manat 60 (altmış) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 (yüz otuz beş) manat və 40 (qırx) qəpik bank xidmət haqqı alınaraq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 06.11.2020-ci il tarixli RPZ-00013-09/20A saylı müqavilə üzrə zaminliyinə xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar