Məhkəmə qərarları › İş №2(011)-1707/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1707/2022

13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1707/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X4 “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 2-ci mənzildən su axıdılması nəticəsində ünvan 1, 19-cu mənzilinə dəymiş 2000 manat məbləğində maddi ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil 2014-cü ildən ona məxsusdur, bu barədə ona Reyestr Xidməti tərəfindən ona Çıxarış da verilmişdir, öz mənzili binanın 1-ci mərtəbəsində, cavabdehin mənzili isə həmin binanın yan blokunun birinci mərtəbəsində yaşayır, cavabdeh mənzili İlkin adlı şəxsə də istifadə vermişdir, bu illər ərzində də daima su axmaları baş vermişdir, cavabdehin mənzilinin sanitar qovşaqlarından zirzəmiyə su axıntısı nəticəsində mənzilinin otaqları və döşəməsi nəm çəkmiş, ona maddi ziyan dəymişdir, daha əvvəl də cavabdehin təqsiri üzündən mənzilinə zərər dəymiş, bir neçə dəfə evi öz hesabına təmir etdirmişdir, hətta işıq enerjisindən istifadə zamanı da problemlərlə qarşılaşırlar, su axıntısı barədə cavabdehə dəfələrlə müraciət etsə də, o bundan nəticə çıxarmamış, özünün qanunsuz hərəkətlərinə son qoymamışdır, axıntı artıq bir müddətdir ki davam edir, bununla yanaşı 93 saylı MKİS-in əməkdaşları tərəfindən də mənzillərə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, mənzilinin divar kağızı, döşəmədə olan parket nəmdən çürümüşdür, nəticədə cavabdehin təqsiri üzündə baş vermiş su axıntıları nəticəsində mənzilinə xeyli miqdarda ziyan vurulmuş, bu hal anti-sanitar şəraitin yaranmasına gətirib çıxarmışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh E.M.Şıxəliyevin nümayəndəsi M.B.Şıxəliyev iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, həm iddiaçının, həm cavabdehin evləri ünvan 1 ünvanında birinci mərtəbədə yerləşir, hazırki iddia tələbi hədsiz şişirdilmişdir, iddiaçının evinə bu qədər zərər dəyməsi mümkün deyildir, iddia tələbini qəbul etmir. Sonda cavabdehin nümayəndəsi M.B.Şıxəliyev qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 93 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 30 №-li Arayışdan görünür ki, İddiaçı Q.Nəbi küçəsi ev 4, mənzil 19-da yaşayır, mənzil sahibidir. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1686 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri , o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iddiaçıya məxsus 19 saylı mənzilin binanın 1-ci mərtəbəsində cavabdehə məxsus 2 saylı mənzilin isə binanın digər blokunun 1-ci mərtəbəsində yerləşdiyini, 19 saylı mənzilin yaşayış otağı tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 19 saylı mənzilinə həmin mənzilin yerləşdiyi binanın digər blokunda yerləşən 2 saylı mənzilin su kanalizasiya xəttlərində yaranmış nasazlıqlar səbəbindən zirzəmiyə su axmış və nəticədə 19 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 4 ünvanında yerləşən 19 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 801.0 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4 ünvanında yerləşən 19 saylı mənzil İddiaçı məxsusdur, həmin mənzilə cavabdehə məxsus yan blokda eyni mərtəbədə yerləşən 2 saylı mənzildən su sızma hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin divar hissəsinə aiddir, həmin hissənin təmir-bərpa xərcləri 801 manat təşkil edir, mübahisəli mənzilə su sızma hadisəsi cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəlidir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının rəyi üzrə ekspertin gəldiyi nəticələr əmlaka dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün əsas kimi qəbul edilməli, iddiaçıya dəymiş maddi ziyanın həcmi 801 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 dəymiş maddi zərərin əvəzi kimi 801 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları müəyyən edilmədiyindən, ekspertiza ilə əlaqədar aparılmış tədqiqatın dəyərini təşkil edən 50 manat və təmin edilmiş hissəsi nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, müvafiq olaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X2 Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4 ünvanında yerləşən 19 saylı mənzilə vurulmuş maddi ziyana görə 801 (səkkiz yüz bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul X2 alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar