Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1716/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazova Əli qızı İddiaçı cavabdehlər Xətai MKTB-nin 90 saylı Mənzil Kommunal İstismar Sahəsi, Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Xətai MKTB-nin 90 saylı Mənzil Kommunal İstismar Sahəsi, Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Belə ki, Məcəllənin 152.1.1-ci maddəsində qeyd edilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddiaçı iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi öz ərizəsində göstərməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı rüssumu müəyyən edilmiş məbləğdən az ödəmişdir. Prosessual normaların tələbindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsində tələbini dəqiq və aydın göstərməli, tələbini əsaslandırdığı halları şərh etməlidir. Eyni zamanda iddia bir neçə cavabdehə qarşı yönəldiyi halda iddiaçı cavabdehlərin hər birinə qarşı yönəlmiş tələbi iddia ərizəsində dəqiq göstərəlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hər bir cavabdehə qarşı tələb aydın və konkret olmadığından, dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənilmədiyindən hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Xətai MKTB-nin 90 saylı Mənzil Kommunal İstismar Sahəsi, Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “Hökumət ödəniş portalı” vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 30 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samirə Eyvazova
Məhkəmə qərarları › İş №2(011)-1716/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1716/2023
27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver