Məhkəmə qərarları › İş №2(011)-173/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-173/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-173/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 manat əsas borcun, 3000 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, X4 ilə 1989-cu ilin iyun ayının 22-də Sabunçu rayonun qeydiyyat şöbəsində qeydiyyatdan keçməklə rəsmi ailə həyatı qurmuşlar, birgə nigahdan iki uşaqları var, 27 may 2020-ci ildə həyat yoldaşı qəflətən dünyasını dəyişmişdir, onun qanun üzrə vərəsəsidir, bu barədə ona şəhadətnamə də verilmişdir, yoldaşı təxminən 1990-cı illərdən un alıb satmaqla, çörək sexlərinə verməklə məşğul olmuşdur, evdə həmişə ona demişdir ki, NZS qəsəbəsində Cavabdeh 90.000 manat borcu vardır, onun NZS qəsəbəsindəki un sexinə vermişdir, lakin bu gün sabah edərək pulu ödəməkdən yayınır, iş dəftərində də bu barədə qeyd olunmuşdur, həyat yoldaşının müraciətindən sonra dəfələrlə pulu istəsə də, hər dəfə verəcəyini bildirərək, borcu qaytarmaqdan yayınırdı, hətta onunla telefon danışıqlarında səsini də yazmışdır, bildirmişdir ki, həyat yoldaşına 90.000 manat yox, 68575 manat borcu vardır və tez bir zamanda qaytaracaqdır, məcbur olub Bakı şəhəri BPİ-nə şikayət ərizəsi yazmışdır, çünki yoldaşı yaşadıqları evi Dəvəçi un dəyirmanına girov qoyaraq un götürüb paylayırdı, həmin vaxt dəyirmana 60000 manat borcu qalmışdı, həmin borc hələ də qalır, cavabdehin borcu ödəməsini gözləyir ki, həmin pulu qaytarsın, Baş Polis İdarəsində cavabdeh həmin borcdan 8000 manatı ödəmişdir, hazırda 60000 borcu qalmışdır, 09.03.2021-ci il tarixində Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin “Cinayət işinin başlanılması haqqında” Qərar qəbul edilmişdir, qərar da cavabdeh özü də demişdir ki, 60000 borcu var, həmin qərar da iş materiallarına əlavə edilmişdir, həmçinin cavabdeh borcu qaytarmaqüda gecikdirmişdir, bu səbəbdən həyat yoldaşının vəfat etməsindən sonra bir il üçün 60000 manat qalmış borcun 5 faizini vurduğu zərərə görə 3000 manat ödəməlidir. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Polis Şöbəsində kifayət qədər araşdırılma aparılmışdır, cavabdeh izahatında borcu olduğunu özü də etiraf edib, bu səbəbdən də məhkəməyə gəlməkdən imtina edir. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə cavabdeh 17.08.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının həyat yoldaşı ilə 14-15 il bundan əvvəl tanış olaraq iş birlikləri olmuşdur, müxtəlif vaxtlarda ona un məmulatı vermiş, o isə onun pulunu qaytarıb yeni un məmulatı almışdır, bir müddət keçdikdən sonra iddiaçı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, güya onun həyat yoldaşına 68575 manat borcunun olmasını bildirmişdir, hətta izahatında bildirmişdir ki, onun yoldaşı ilə 10 il ticarət etmişdirlər, bundan sonra iddiaçı Polis Bölməsinə müraciət edərək, ondan 90000 manat pul tələb etmişdir, bu zaman bölmədə təhqiqat aparılmış təhqiqat zamanı da bildirmişdir ki, iddiaçının həyat yoldaşı tərəfindən ona verilmiş un məmulatlarının istifadəyə yararsız olduğu səbəbindən vermiş olduğu un məmulatının böyük hissəsini iddiaçının yoldaşına- İ.Təhməzova qaytarmışdır, həmin borcun bir hissəsini yəni 38000 manatlıq hissəsində un məhsulunu İ.Təhməzovun özünə qaytarmışdır, 30.575 manat borcu qaldığını bildirmişdir, həmin borcdan iddiaçıya 8000 manat da qaytarmışdır, təhqiqat materiallarında açıq aşkar göstərilmişdir, hazırda ümumilikdə iddiaçının mərhum həyat yoldaşına 22575 manat borcu qalmışdır, yaxın zamanda da ona olan borcunu ödəməyə çalışacaqdır. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı 100142 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27.05.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 04.12.2020-ci il tarixli qanun üzrı vərəsəlik hüququ haqqında şəhadətnamənin elektron çıxarışından görünür ki, İddiaçı X1 vərəsəsidir. İş materiallarında olan Xətai RPİ-nin 27-ci PŞ-nin 09.03.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsində material üzrə vətəndaş Cavabdeh Hüsynbala oğlu izahat verərək, həqiqətən də izahatında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, İddiaçı Bakı şəhər Baş Polis İdarəsinə ünvanladığı şikayət ərizəsinin məzmunu ilə tanış olduğunu, İddiaçı vəfat etmiş əri X2 14 ildir əvvəl tanıdığını, mərhum İlqar Təhməzovun un satışı ilə məşğul olmasını, həmçinin özünə məxsus Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi 5 ünvanında yerləşən Xətai çörək sexini 18 ildir ki, işlətdiyini, mərhum İlqar Təhməzovun mütəmadi olaraq onun işlədiyi sexi un ilə təmin etdiyini, son beş ildə sonuncunun ona verdiyi un məmulatlarının pulundan İlqar Təhməzova 68.575 (altımış səkkiz min beş yüz yetmiş beş) manat borcunun yarandığını, Gülnara Tehməzovanın təqdim etdiyi diskdə aparılan səs yazısını təsdiq etdiyini və həmin borcu bir neçə gün ərzində qaytaracağına söz verdiyini bildirmişdir. Xətai rayon 37-ci PŞdə təhqiqat zamanı vətəndaş Cavabdeh izahat verərək həqiqətən də izahatında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını və ünvan 3 ünvanında yerləşən Xətai çörək sexini 17-18 ildir ki, işlətdiyini, İddiaçı onun barədə yazdığı şikayət ərizəsinin məzmunu ilə tanış olduğunu, həmin ərizə ilə əlaqədar olaraq bır neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsində izahat verdiyini, Gülnara Təhməzovrnın vəfat etmiş əri X2 təxminən 14-15 il əvvəl tanımasını, tanış olduqları vaxt mərhum İlqar Təhməzovun un məmulatlarının satışı ilə məşğul olduğunu və çörək bişirilən sexlərə nisyə və nəqd formada un payladığını, onunla tanış olduqdan sonra aralarında yaranmış yaxşı münasibətə və razılığa əsasən mərhum İlqar Təhməzovun əvvəllər mütəmadi, sonradan isə hissə-hissə onun işlətdiyi çörək sexinə nisyə və nağd formada un verdiyini, ancaq həmişə onun sexini un ilə təmin etdiyini İlqar Təhməzovla münasibətlərinin çox yaxşı olmasını, buna görə də işlədikləri müddət ərzində özünün sonuncaya pul borcunun yarandığını, bəzi hallarda İ.Təhməzovun ondan borc aldığını, lakin son beş ildə İ.Təhməzovun ona verdiyi un məmulatlarının pulundan İlqar Təhməziva 68575 manat borcunun yarandığını, həmin borcun yaranmasına əsas səbəblərdən birinin son zamanlarda İlqar Təhməzovun onun işlədiyi çörək sexinə verdiyi unun bir hissəsində keyfiyyətin aşağı və unun tərkibində həşəratların (pit) olmasından ibarət olduğunu, ona görə də həmin unun unun bir hissəsinin İlqar Təhməzovun özünə qaytarıldığını, lakin həmin unun pulunun borc kimi onun üzərində qaldığını, mərhum İlqar Təhrnəzovla aralarında hesablaşacaqları vaxt onun özünə qaytarılan unun pulunun onun borcundan silinəcəyi barədə söhbətin və razılığın olmasını, iakin sonradan İlqar Təhməzovun vəfat etdiyi üçün onunla hesablaşa bilmədiklərini, ona görə də yuxarıda qeyd etdiyi 68.575 manat pul borcunun onun üzərində qaldığını, əslində isə ilqar Təhməzovun sexə gətirdiyi keyfiyyətsiz və pitli olan unu onun özünə qaytarmağı ilə həmin borcun bir hissəsini, yəni 38.000 manatlıq keyfiyyətsiz və pitli unu onun özünə qaytardığını, sorğu-sual zamanı İddiaçı ilə söhbət etdiyi və Bakı Şəhər Baş Polis İdarəsində izahat vetdiyi vaxt ilqar Təhməzova 68,575 manat pul borcunun olmasını bildirməsini, ancaq mərhum İlqar Təhməzovun həyatda olmadığı və bunu sübut edə bilməyəcəyi üçün ona keyfiyyətsiz unu qaytarmağı barədə bildirmədiyini, əslində isə həmin ərəfədə onun gətirdiyi un keyfiyyətsiz olduğu üçün İlqar Təhməzova 38.000 (otuz səkkiz min) manat məbləğində um qaytarmasını, hazırkı vaxtadək onun İlqar Təhməzova 30.575 manat, pul borcunun qalmasını, Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılarkən həmin borcdan 8.000 (səkkiz min) manat qaytarmasını, hazırda 22.000 (iyirmi iki min) manat pul borcunun qaldığını, həmin borcu qaytarmaqdan imtina etmədiyini, bu barədə İddiaçı özünə də dediyini, hazırda əlində pulunun olmadığını, hissə-hissə olaraq pul düzəldib borcunu qaytaracağını, mərhum İlqar Təhməzova qalan pul borcunu sonuncu qəpiyinədək düzəldib Gülnara Tehməzovaya ödəyəcəyinə söz verdiyini bildirmişdir. İş materiallarında olan Xətai RPİ-nin 27-ci PŞ-nin 09.03.2021-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və yaranmış mübahisəli məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması və müraciətin formasının izah olunması qərarı verilmişdir. İş materiallarında olan 02.07.2021-ci il tarixli **********40 saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İ.Təhməzova un məmulatlarının alqı-satqısı ilə bağlı 68575 manat borcu yaranmış, sonuncu 27.05.2020-ci il tarixdə vəfat etmişdir, İddiaçı mərhum İ.Təhməzovun qanuni vərəsəsidir, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin 09.03.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir, cavabdeh birgə ticarətdən mərhum İ.Təhməzovdan onun ölümündən öncə 68575 manat məbləğdə un məmulatı aldığını etiraf edir, yaranmış borc məbləğindən 8000 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır, tərəflər arasında mübahisə borcun hazırkı məbləği ilə bağlıdır. Bununla belə, cavabdehin borc öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə və cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh əvvəllər İ.Təhməzovdan 68575 manat məbləğində un məmulatı aldığını etiraf etdiyindən, bundan geri qaytarmalar və ya ödənişlərin aparılması barədə hallara dair də sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin “illik 5 faiz olmaqla 3000 manat məbləğinin ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, borc məbləği 27.05.2020-ci il tarixdən əvvəl yarandığından və bu məbləğ iddiaçı 08.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxta qədər ödənilmədiyindən, o, “gecikdirilmiş vaxt üzrə illik faiz tutulması” barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, həmin məbləğin həddinə münasibətdə isə qeyd edir ki, gecikdirilmiş müddət dövrü 1 ildən çox olmasına baxmayaraq, iddiaçının tələb etdiyi faiz məbləği “60000 manat borc məbləğinin illik 5%-ni təşkil edən 3000 manat” həddində olduğundan, bu məbləğin gecikdirilmiş vaxt üzrə faiz borcu kimi müəyyən olunması da mümkündür. Belə olan halda iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasəm, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən əsas borc kimi 60000 manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 3000 manat faiz borcu ümumilikdə 63000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc kimi 60000 manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 3000 manat faiz borcu, ümumilikdə 63000 (altmış üç min) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar