Məhkəmə qərarları › İş №2(011)-1749/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1749/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1749/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X13” QSC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 ştirakı ilə, İddiaçı cavabdeh X6 və qeyrilərinə qarşı icarə və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarış, texniki pasportun və hüquqi nəticələrinin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X11, Azərbaycan Respublikası Əmlak Mosəslələri Dövlət Xidməti, “X13” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh X4 adına verilmiş xx.xx.2014-cü il tarixli. Seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 11/369 saylı, xx.xx.2014-cü il tarixli texniki pasportun və qeyd olunan sənədlər əsasında əldə olunmuş bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C (Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Zığ şossesi 5/1) ünvanında yerləşən qeyri-yaşayış tikililər "xxxx" ASC tərəfindən əvəzi ödənilməklə özəlləşdirmə qaydasında əldə edilmiş, həmin əsasla tikililərin yerləşdiyi 4,68 ha torpaq sahəsi də müddətsiz ASC-nin istifadəsində saxlanılmışdır. Adıçəkilən mövcud tikililərin və torpaq sahəsinin ölçüləri, həcmləri və yerləşmə vəziyyəti rəsmi sənədlərlə təsdiq olunmaqla, özəlləşmə zamanı "xxxx" ASC-nə xx.xx.2004-cü il tarixli texmiki pasportunda mövcud cizgilərlə tərtib olunmuşdur. xx.xx.2004-cü il tarixdə 6 saylı notariat kontorunda "xxxx" ASC ilə iddiaçı X10 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış alqı-satqı müqaviləsinə əsasən ASC-nin həmin ünvanda yerləşən mövcud tikililərə və torpaq sahəsinə malik olduğu hüququ, qanuni əsaslara iddiaçıya keçmişdir. ƏMDK ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C ünvanında yerləşən 202 kv.m əmlak kompleksi sonuncuya icarəyə verilmişdir. Daha sonra ƏMDK ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqısatqısı müqaviləsinə əsasən həmin əmlak sonuncuya satılmışdır. Akif Baxşıyevin əmlak kompleksi üzərində hüquqları xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən çıxarışda əmlak kompleksinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin 0,02368 ha olduğu qeyd edilsə də, xx.xx.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi həmin ünvanda yerləşən 47322,1 kv.m torpaq sahəsini Əmlak Kompleksinin istifadəsində olan torpaq sahəsi kimi Akif Baxşıyevə satmış və bu barədə onların arasında göstərilən tarixdə 5068 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, daşınmaz əmlakın dövlət reyestrində olan rəsmi məlumatlara əsasən həmin vaxt əmlak kompleksinin istifadəsində 47322,1 kv.m deyil, cəmi 0, 02368 kv.m torpaq sahəsi olmuşdur. Beləliklə cavabdeh ƏMDK 202 kv.m əmlak kompleksi adı altında A.Baxşıyevə əslində 202 kv.m deyil, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus olan 1035,6 kv.m tikililəri və həmin tikililərin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsini satmışdır. Qeyd edilən xx.xx.2014-cü il tarixli 5363 saylı müqavilədə alqı-satqı predmeti olan əmlakın və onun ətrafında mövcud torpaq sahəsi ilə bağlı heç bir razılaşma qeyd edilmədiyinə baxmayaraq, DƏDRX Bakı Ərazi İdarəsi sonuncunun adına əmlak kompleksi kimi müəssisə adı altında etdiyi texniki pasportda alqı-satqı predmeti olan 202 kv.m tikili ilə yanaşı həm də həmin tkilinin yerləşdiyi ərazi boyu nə qədər torpaq sahəsi və tikili varsa, həmin əmlaka aid edtmiş və Akif Baxşıyevin istifadəsinə verilmiş sahə qismində qeyd edərək, cizgisini çəkmişdir. Həmçinin texniki pasportda əmlakın təsnifatında alqısatqı predmeti olan 202 kv.m olan əmlakın həcmindən kənara çıxaraq iddiaçıya məxsus 1.03356 kv.m tikinti sahəsini və 6.0497 kv.m torpaq sahəsini də A. Baxşıyevə aid edib, onun istfadəsinə verildiyi kimi qeyd edilmişdir. Daha sonra cavabdeh tərəfindən adıçəkilən 202 kv.m tikiliyə Akif Baxşıyevin mülkiyyət hüququnu və 002368 ha (236, 8 kv.m) istifadə hüququ dövlət qeydiyyatına almış və bu barədə onun adına xx.xx.2014-cü il tarixli seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən ünvanda "xxxx" ASC-yə məxsus olmaqla onun tərəfindən qanuni əsaslarla əldə edilmiş tikililərdən başqa tikili (əmlak kompleksi) və istifadəsində olan torpaq sahəsindən əlavə torpaq sahəsi mövcud deyildir. Cavabdeh ƏMDK tərəfindən digər cavabdeh A.Baxşıyeva satılmış 202 kv.m qetri-yaşayış sahəsi və istifadəsinə verildiyi qeyd olunmuş 1035,6 kv.m digər tikililərin və 46.049,7 kv.m açıq torpaq sahəsi tərəfindən alqı-satqı yolu ilə əldə edilimiş tikililərlə və həmin tikililərin yerləşdiyi, qanuni və faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla da cavabdehləriıı qanunsuz hərəkətləri nəticəsində əmlakdan istifadə və qeydiyyata alınması hüququ məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “X13” QSC-nin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh X11 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Dövlət Şirkətinin tabeliyində “Bakı Üzlük Materialları Kombinatı” icarə müəssisəsi “Mərməri’ QSCyə çevrilərkən Xətai rayonu, Zığ şosesi ünvanında yerləşən "xxxx" "Mərmər QSC-nin özəlləşdirilən əmlakının tərkibinə daxil olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2014-cü il tarixli 20 nömrəli əmri ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi ünvanında yerləşən “Xammal bazası" İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin sərəncamına qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 5363 nömrəli alqı-satqı müqaviləsinə əsasən Xətai rayonu, Nobel prospekti, 134 C ünvanında yerləşən 202,0 kv.m əmlak kompleksi Cavabdeh2 satmışdır. Sözügedən əmlak kompleksinin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsi də xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh2 tərəfindən X1. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi Aİışov Ramil Veysəl oğlu tərəfindən "xxxx" MTK-ya satılmışdır. Əmlak hazırda “X13” QSC-nin mülkiyyətindədir. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş texniki pasportun etibarsız sayılması barədə İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosunun Ü-10 nömrəli xx.xx.2006-cı il tarixli əmri və əmrin verilməsinə əsas olmuş sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud deyildir. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2014cü il tarixli 5363 nömrəli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixində Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. Sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2014-cü il tarixli 5068 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən (vahid əmlak olmaqla) xx.xx.2014-cü il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 6 saylı Dövlət Notariat Kontorunun 4Ə-645 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2014-cü il tarixində X5 adına qeydiyyatdan keçmişdir. 6 saylı Dövlət Notariat Kontorunun 4Ə-47 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2015-ci il tarixində “Bağçasaray" MTK-nın adına qeydiyyatdan keçmişdir və hazırda “X13” QSC-nin mülkiyyətindədir. Həmçinin xx.xx.2004-cü il tarixində tərtib edilmiş texniki pasportun (etibarsız sayılması barədə İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosunun Ü-10 nömrəli xx.xx.2006-cı il tarixli əmri və əmrin verilməsinə əsas olmuş sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarında aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 6 saylı DNK-da təsdiq edilmiş xx.xx.2014cü il tarixli müqavilədən görünür ki, X2 Bakı "xxxx" ASC-nin adından çıxarış edərək, xx.xx.2004-cü il tarixli Texniki Pasporta əsasən ASC-nin istifadəsində olan Xətai rayonu, Zığ şosesinin sağındakı 46814,3 kv.m. torpaq sahəsi üzərində yerləşən ASC-yə məxsus Xammal bazasındakı bina və qurğuları İddiaçı satmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. İddia ərizəsi və məhkəmə iclaslarında iddiaçı tərəf iddianı onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 202 kv.m. əmlak kompleksi adı altında Cavabdeh2a satılmış tikililərin 202 kv.m deyil, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus olan 1035,6 kv.m tikililəri və həmin tikililərin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsini satdığına görə Əmlak Məsələləri Dövlət Komitəsi ilə A.Baxışıyevin arasında bağlanılmış icarə və alqı-satqı müqavilələri etibarsızdır. Lakin iş materiallarından da göründüyü kimi, Xətai rayonu, Zığ şosesinin sağındakı 46814,3 kv.m. torpaq sahəsi "xxxx" ASC-nin istifadəsində olmuş, həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri olmamışdır. Odur ki, "xxxx" ASC-nin qeyd edilən torpaq sahəsi üzərində sərəncam hüququnun olmadığına görə, cəmiyyət ilə İddiaçı arasında bağlanılmış müqavilə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yarada bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi üçün gətirdiyi dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddia Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin, hesab edir ki, icarə və alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edildiyinə görə, X4 adına verilmiş xx.xx.2014-cü il tarixli. Seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 11/369 saylı, xx.xx.2014-cü il tarixli texniki pasportun və qeyd olunan sənədlər əsasında əldə olunmuş bütün hüquqi nəticələrin ləğv edilməsinə dair iddia tələbləri əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər X11, Azərbaycan Respublikası Əmlak Mosəslələri Dövlət Xidməti, “X13” QSC-yə arşı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh X4 adına verilmiş xx.xx.2014-cü il tarixli. Seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 11/369 saylı, xx.xx.2014-cü il tarixli texniki pasportun və qeyd olunan sənədlər əsasında əldə olunmuş bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər X11, Azərbaycan Respublikası Əmlak Mosəslələri Dövlət Xidməti, “X13” QSC-yə arşı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh X4 adına verilmiş xx.xx.2014-cü il tarixli. Seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 11/369 saylı, xx.xx.2014-cü il tarixli texniki pasportun və qeyd olunan sənədlər əsasında əldə olunmuş bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar