Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1771/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.09.2011-ci il təvəllüdlü X8 və 20.05.2016-cı il təvəllüdlü X6 ehtiyac meyarının ödənilməsi üçün hər uşaq üçün hər ay 193 manat olmaqla, ümumilikdə 386 manat pulun və mediasiya təşkilatına ödənilmiş 50 manat rüsumun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 09.10.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan iki övladları var, cavabdehlə münasibətləri pis olduğu üçün aralarındakı 1567 saylı nikah 28.11.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir, azyaşlı 01.09.2011-ci il təvəllüdlü X11 və 20.05.2016-cı il təvəllüdlü X9 onun yanında saxlanılmaqla hər ay hər uşaq üçün aliment müəyyən edilmişdir, azyaşlı övladlarını təlabatı ödənilmir, heç bir yerdə işləmir, başqa gəlir yeri yoxdur, məhkəmə tərəfindən müəyyən edilmiş aliment az olduğundan yaşayış minimumuna əsasən hər uşaq üçün ayda 193 manat tələb edir, cavabdehin imkanı vardır, hazırda "xxxx" ASC-də işləyir və 1200 manat əmək haqqı alır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.B.Quliyev iddia tələbini müdafiə edərək sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, birgə nikahdan olan X11 və X1 üçün hər ay hər uşaq üçün 193 manat cəmi 386 manat aliment ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 17.09.2011-ci il tarixdə verilmiş AZ-İİ 755923 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01.09.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası X4r. İş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08.06.2016-cı il tarixdə verilmiş AZ-İ 863585 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 20.05.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2(011)-7876/2017 saylı Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və X10 arasında Xətai rayon qeydiyyat şöbəsində 09.10.2010-cu il tarixdə 1567 №li akt ilə qeydə alınmış nikah pozulmuş, 01.09.2011-ci il təvəllüdlü X11 və 20.05.2016-cı il təvəllüdlü X9 ananın yanında saxlanmış, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 28.11.2017-ci ildən başlayaraq hər ay hər uşağa görə 136,6 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(011)-3266/2020 saylı Qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(011)-2886/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, 01.09.2011-ci il təvəllüdlü X8 və 20.05.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də mütəxəssisdir, 1200 manat əmək haqqı alır. İş materiallarında olan 30.01.2022-ci il tarixli Kapitalbank mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiya xidməti üçün 2 saylı Mediyasiya Təşkilatına 50 manat ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah pozulmuşdur, birgə nikahdan 01.09.2011-ci il təvəllüdlü X11 və 20.05.2016-cı il təvəllüdlü X9 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay 170 manat miqdarında aliment məbləği uşaqların saxlanması məqsəd ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşaqların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavadeh iddia tələbini qəbul edir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(011)- 3266/2020 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin razılığını nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(011)-3266/2020 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək 01.09.2011-ci il təvəllüdlü X11 və 20.05.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(011)-3266/2020 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 01.09.2011-ci il təvəllüdlü X8 və 20.05.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1771/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1771/2022
30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver