“ Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1773/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, Cavabdeh ilə 14 aprel 2007-ci il tarixdə rəsmi qeyd edilmiş nikaha daxil olmuşdur. Birgə nikahlarından 18 avqust 2008-ci il tarixdə doğulmuş X6 və 11 yanvar 2010-cu il tarixdə doğulmuş X4 doğulmuşlar. Cavabdehlə nikahları Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən 05 iyul 2017-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanılmasına görə hərəsinə 125 manat olmaqla, cəmi 250 manat Cavabdeh Bəhram oğlundan alimentin tutulması qət edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, 18 avqust 2008-ci il təvəllüdlü X3 və 11 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 286 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı Bəhram qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə cavabdeh Qayıbov X5 Pərvanə Bəhram qızına qarşı “alimentin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, əvvəla, məhkəmənin nəzərinə çatdırır ki, o, ağır dərəcəli onkoloji xəstədir. O, düz bağırsağın bədxassəli yenitörəməsindən əziyyət çəkir. Bundan əlavə onda şəkərli diabet, ikinci dərəcəli arterial hipertenziya xəstəlikləri də qeydə alınmışdır. Ona Rusiya Federasiyasında xx.xx.2019-cu il tarixində “düz bağırsağın ön rezeksiyası" cərrahi əməliyyatı icra olunmuşdur. Hal-hazırda da müalicəsi davam edir və müalicə kimya terapiyası, radiasiya və digər istiqamətlərdə aparılır. Buna görə də daim kənar qulluğa və maddi vəsaitə ehtiyacı vardır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Opertaiv Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin 01 aprel 2022-ci il tarixli **********6 nömrəli arayışına əsasən o, xx.xx.2021-ci il tarixdən başlayaraq 3-cü dərəcəli əlilliyə görə 120 (yüz iyirmi) manat məbləğində sosial müavinət alır. Həmçinin o, nikah dövründə həm arvadının, həm də uşaqlarının gündəlik və s. tələbatlarını artıqlaması ilə qarşılamışdır. Məhkəməyə təqdim etdiyi pul köçürmə sənədləri ilə təsdiq edilir ki, tərəflər ayrıldıqdan sonra o, İddiaçı ümumilikdə 19.370 ABŞ dolları, 4000 rubl, 50 avro və 150 manat məbləğində aliment ödəmişdir. Qarşılıqlı iddia “ tələbi üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, ilkin iddianın əsassız hesab edilərək, təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bəhram qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010cu il təvəllüdlü X1 üçün ondan hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, onun təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9954/2016 saylı, 29 noyabr 2016-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 18 avqust 2008-ci ildə anadan olmuş qızı X3 və 11 yanvar 2010-cu ildə anadan olmuş X1 üçün 02 avqust 2016-cı il tarixindən başlayaraq hər uşaq üçün 120 manat olmaqla iki uşağın saxlanması üçün 240 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 3-cü dərəcəli əlilliyə (ümumi xəstəlik) görə 120 (yüz iyirmi) manat məbləğində sosial müavinət alır. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş “Xəstəlik tarixindən çıxarışın (epikriz) surətindən görünür ki, Cavabdeh 12 avqust 2019-cu il tarixdə həmin institutda müayinədən keçmiş, müayinənin nəticəsi olaraq “2019-cu ildə Düz bağırsağın bədxassəli yenitörəməsi pT4Bn0M0 mərhələ lllC” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərin istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında alimentlə bağlı mübahisə 29 noyabr 2016-cı il tarixdə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9954/2016 saylı 29 noyabr 2016-cı il tarixli qətnaməsi ilə yekunlaşmış və məhkəmə aktı qanuni qüvvəsini almışdır. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alimentlə bağlı mübahisəni həll etmiş məhkəmə aktının qüvvəyə mindiyi tarixdən keçən qısa müddət ərzində Cavabdeh qazancınının artırılması sübut olunmadığından ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Bununla yanaşı Cavabdeh xəstəliyi və qazancı ilə bağlı sübutları təqdim etsə də, məhkəmə belə qənatə gəlir ki, bir uşağın saxlanması üçün 2022-ci il üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği (193 manat) və uşaqların mənafeyi nəzərə alınaraq, cavabdehdən hazırda tutulan alimentin miqdarının azaldılması uşaqların mənafeyinə uyğun olmadığından qarşılıqlı iddia da təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə “ Qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1773/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1773/2022
13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver