Məhkəmə qərarları › İş №2(011)-1786/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1786/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1786/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Xətai raypon Məhkəməsnin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun - İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən borclu olduğu 100 manat borcu və 15 manat cərimə borcunun alınıb ona verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron çıxarışdan müəyyən olunur ki, cavabdehin yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə işin qeyd edilən halını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin yaşayış yeri Bakı şəhəri, Xətai rayonu ərazisində deyil, Abşeron rayonu ərazisində olduğundan, iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar