Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-179/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, X1, İddiaçı Səlimovanın, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildə yaşamaq hüququnun və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə pay hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus ünvan 3-də yaşamaq hüququ və həmin mənzilə dair onun ½ hissədə pay hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahları dövlət qeydiyyatına xx.xx.2001-ci ildə alınmışdır. Birgə nikahlarından xx.xx.2002-ci ildə oğlu X11, xx.xx.2004-cü ildə oğlu X12 və xx.xx.2012-ci ildə oğlu - X9 doğulmuşlar. İddiaçı ailə qurarkən cavabdehin evi, işi, maşını olduğu üçün təminatlı gələcəyinə ümid edirdi. Lakin ona 3 oğul övladı bəxş etməsinmə baxmayaraq Cavabdeh ona və övladlarına qarşı çox diqqətsizdir. O, ailə qayğısı çəkmir, uşaqların saxlanmasına maddi yardım göstərmir. Ailənin qorunması, maddi təminatının ağır olduğu barədə iddiaçının iradlarına baxmayaraq heç bir yerdə işləmir və istədiyi kimi yaşayır. Cavabdeh ali təhsillidir, ixtisasca mühəndisdir. Lakin son 10 ildir heç bir yerdə işləmək istəmir. Fiziki cəhətdən sağlamdır. O, bu cür davranışı daha çox 2018-ci ildən sonra göstərməyə başlamışdır. Həmin vaxtdan evdən çıxmışdır. Elə o vaxtlardan da evi sataraq biznes qurmaq istədiyini bildirir. Cavabdehlə ailə quran vaxtdan isə birlikdə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzildə birgə yaşayırdılar. Sonra cavabdeh həmin 4 otaqlı mənzili 2009-cu ildə əsaslı şəkildə təmir etdirərək, 65.000 ABŞ dollarına onun razılığı ilə sataraq əldə etdikləri pula hal-hazırda yaşadıqları ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 143 kv.metr olan 3 otaqlı 74 nömrəli (pod mayak) mənzili əsaslı şəkildə təmir etdirərək oraya köçmüşlər. Lakin qayınanası xx.xx.2020-ci ildə vəfat edəndən sonra ailə daxilində münasibətlər gərginləşmişdir. Əri 10 ildir ki, heç bir yerdə işləmək istəmədiyi üçün ailənin maddi durumu ağırlaşmışdır. O, atasının pensiyası ilə dolanır. Onun işləməyinin də əleyhinə olduğuna görə, bütün ailə qayınatasının pensiyası hesabına yaşayırdı. Ərinin anası və atası ilə münasibətləri yaxşı olsa da, onlar onu müxtəlif bəhanələrlə yaşadıqları mənzilə qeydiyyata almayıblar. Övladlarını isə ərinin qeydiyyatda olduğu Buzovna qəsəbəsindəki ünvana qeydiyyata saldırmışdır. Əri onlara baxmasa da, üç oğlan övladı var deyə ondan ayrılmaq istəmir. Lakin o, uşaqlara baxılmasında köməklik etmir. Övladlara iddiaçı özü baxır. Cavabdeh onların ac və ya tox olduğu ilə maraqlanmır. Cavabdeh 14 ildir yaşadıqları mənzildən onları ümumiyyətlə çölə atmaq və evsiz-eşiksiz qoymaq istəyir. Bu barədə dəfələrlə onu və uşaqları hədələmişdir. Lakin iddiaçı ona ərə gələndə o, belə deyildi. Onun evi, işi var idi deyə ona ərə gəlmişdir. Lakin o, sonradan pozuldu. Yaşadığı evi o, 2020-ci ildə anası vəfat edəndən əvvəl də satmaq istəyib, lakin anası biləndə icazə verməyib. Çünki anası deyirdi ki, o, heç bir ciddi işlə məşğul ola bilmir. 4 dənə maşını var idi. Hamısını satıb pulunu dağıdıb. İddiaçı cavabdehin bu evi də satmaqla əldə edəcəyi pulu xərcləmək niyyətini o zaman anlamışdır. Çünki ərinin davranışları və oturub-durduğu adamlar şübhəli idi. Bu səbəbdən iddiaçı evin satılmasına etiraz etmişdir və ilk dəfə 2020-ci ildə Azərbyacan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə ərizə ilə müraciət etmişdir ki, evinin alqısatqısı barədə müraciət olarsa, onun bu ərizəsini nəzərə alaraq razılığı olmadan alqı-satqı etməsinlər, çünki əri ilə aralarında əmlak mübahisəsi vardır. Əri deyir ki, evi satmaq və biznes qurmaq istəyir ki, daha yaxşı yaşasınlar. Onların isə özünün də qeydiyyatda olduğu atasının bağ evinə köçmələrini təklif edir. Həmin bağ evi Buzovna qəsəbəsində yerləşir və qayınatasının adınadır. Qayınatasının cavabdehdən də başqa övladı var. Yəni həmin bağ evi gələcəkdə vərəsələr arasında mübahisə predmeti olacaqdır. Bundan başqa, əri Rövşən övladlarını düşünmüş olsa idi, 10 il işsiz duraraq divanda yatmazdı, övladları acdırmı-toxdurmu deyə maraqlanardı. Cavabdehlə danışanda isə ona deyirdi ki, “ondan aliment istəməsin, istəyirsə ev də sizin olsun, gedin aboylarını yeyin”. Hal-hazırda yaşadıqları mənzil şəhərin mərkəzinə yaxındır. Övladlarından Mikayıl bu ərazidə məktəbə gedir. Oğlu Kənan isə DİM-də 600-dən yuxarı bal toplamaqla Azərbaycan-Fransız Universitetinin və ADNSU-nun geofizika mühəndisliyi fakültəsinə əyani təhsilə qəbul olmuşdur və 2-ci kursda əyani təhsil alır. Həmin universitet də evinə yaxındır. Onlar demək olar ki, nəqliyyatdan istifadə etmir, məktəbə, işə və universitetə piyada gedirlər. Böyük oğlu Fərhad isə Rusiya Federasiyasının Tomsk şəhərində Politexnik universitetində əyani əsaslarla Ali təhsil alır. Maddi durumu çox ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim tərbiyəsində və təhsilində cavabdeh iştirak etmir. Halbuki, böyük oğlu Fərhad və ortancıl oğlu Kənan universitetə qəbul imtahanlarına hazırlaşarkən, cavabdeh onları müəllim yanına hazırlıqlara qoymaqdan belə imtina etmişdir. Ona görə iddiaçı kiçik oğlu Mikayılı dayənin yanında saxlayaraq, aptekdə gecə növbəsində əczaçı kimi çalışırdı ki, övladları layiqli təhsil ala bilsinlər. Yaşadıqları evi vaxtilə Bakı şəhər İHBnın xx.xx.2009-cu il tarixli orderi və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci ildə 37.500 manata qayınanası Gözəl Allahverdiyeva öz adına almışdır. xx.xx.2011-ci ildə isə ünvan 1 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzili əri 65.000 ABŞ dollarına sataraq əldə etdiyi pulu hal-hazırda övladları ilə yaşadıqları mübahisəli evin təmirinə xərcləmişdir. Bakıxanov qəsəbəsində satdıqları mənzilin və indi yaşadıqları mənzilin təmirində onun da əziyyəti çox olub. Belə ki, anası ona təmir vaxtı pul yardımları da edirdi, özü də təmir vaxtı və ondan sonra təmizlik işləri və ustalarla, fəhlələrə yemək verməklə, onlara qulluq etməklə təmirdə iştirak etmişdir. Bir il sonra, yəni xx.xx.2012-ci ildə isə qaynanası yaşadığı mənzili cavabdehin adına bağışlama ilə keçirmişdir. Beş il bundan öncə isə cavabdeh evdən gedərkən ondan aliment tələb etməməyinin əvəzində o, yaşadığı mənzili onun və övladlarının istifadəsinə verdiyini iddiaçıya bildirmişdir. Bu barədə sübut kimi iddiaçı 2020ci ilin sentyabr ayında Ədliyyə Nazirliyinin Qeydiyat və Notariat Baş idarəsinə ünvanladığı məktubu və ona cavabı, həmçinin yaşadıqları mənzili tikən İslam MTK-nın cavab məktubunu təqdim edir. Hal-hazırda isə cavabdeh həmin öhdəliyini pozduğu üçün mənzildə yaşamaq hüququnun və həmin əmlakda ½ hissədə pay hüququnun məhkəmə qaydasında tanınmasını dair iddia ilə məhkəməyə müraciət edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə pay hüququnun tanınması” barədə iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. Mənzilin ½ hissəsinə pay hüququnun tanınması barədə iddia tələbi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26, ünvanındakı 74 saylı mənzilə ½ hissədə pay hüququnun tanınması barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5701/2024 nömrəli mülki iş üzrə 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1311/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2024-cü il tarixli, 2(103)-5701/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh qarşı verdiyi iddia ərizəsi üzrə iddiaçının ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində yaşamaq hüququnun və mənzildən istifadə hüququnun tanınması barədə iddia tələblərinə baxılması hazırki mülki işin icraatında davam etdirilmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, onun və yetkinlik yaşına çatmayan övladı Mikayıl Allahverdiyevin Cavabdeh məxsus ünvan 3-dən istifadə hüquqlarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Səlimova məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, mübahisəli mənzildə 2009-cu ildə təmir işləri aparılıb. O, 2010-2011-ci ildə mübahisəli mənzildə yaşamağa başlayıb. Onun başqa yerdə yaşamağa yeri yoxdur. ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi cavabdehin atası tərəfindən ümumi övladları olan Fərhad Allahverdiyevə verilmişdir. Lakin, həmin mənzil 2 otaqlı olmaqla, oğlu Fərhad həmin mənzildə tək yaşayır. Gələcəkdə oğlu ailə qurub həmin mənzildə yaşamağa davam edəcək. Öz anasının Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsində yerləşən mənzili isə çox kiçikdir, 14 kv.m təşkil edir. Bununla da, onun və özü ilə yaşayan iki övladının başqa yerdə yaşamağa yerləri yoxdur. Onlar illərdir ki, mübahisəli evdə yaşayırlar və bu mənzildən digərinə köçməkləri qeyri-mümkündür. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, əgər mənzilə istifadə hüququ müəyyən olunmasa, ən azı kiçik oğlunun yetkinlik yaşına çatanadək mübahisəli mənzildə müvəqqəti yaşamağını davam etmək istəyir. İddiaçı Səlimovanın nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən mənzil anası tərəfindən cavabdehə 2012-ci il tarixdə bağışlanma müqaviləsi əsasında verilmişdir. İddiaçı artıq 15 ildir ki, həmin mənzildə yaşayır. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, tərəflərin nikah münasibətərinə məhkəmə qərarı əsasında xitam verilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclas zalında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəf 2011-ci il tarixindən etibarən həmin mənzildə yaşamağa başlayıb, həmin dövrdən əvvəl həmin ünvanda yaşayış olmayıb. Çünki mənzilin borcları olub və maliyyə arayışı 2011-ci il tarixdə verilib. İddiaçı qeyd etdiyinə əsasən yetkinlik yaşına çatmayan övladının saxlanılması və böyüməsi üçün mübahisə predmeti olan mənzilə istifadə hüququnun tanınmasını istədiyini, bundan əlavə olaraq yaşamağa evlərinin olmadığını bildirir, lakin birgə nikahdan olmuş X11 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 2, 33 saylı mənzilin mülkiyyətçisidir. Həmin əmlak da ata babası tərəfindən ona 2020-ci il tarixdə bağışlanmışdır. İddiaçı və cavabdeh artıq ailə münasibətlərində deyillər, lakin iddiaçı tərəflə X11 arasında ana və övlad münasibətləri mövcuddur. Cavabdeh tərəf evin mülkiyyətçisidir və onun gələcəklə bağlı şəxsi planları ola bilər, onun şəxsi həyat toxunulmazlığı hüququ, şəxsi və ailə həyat sirri var. O, kənar şəxslə eyni mənzildə yaşamağı və istifadə hüququnu istəmir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, iddiaçı 2011-ci ildən etibarən fasiləsiz olaraq mübahisəli mənzildə yaşayır və hazırda da yaşamaqda davam edir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 2, 33 saylı mənzilin X6 verilməsinin səbəbi odur ki, tərəflərin münasibətləri 2020-ci ildən pozulub. Onlar ailə olaraq belə qərara gəliblər ki, uşaqlar və iddiaçı gələcəkdə mənzilsiz qalmasınlar. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclas zalında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbinə etiraz edir. O bildirmişdir ki, iddiaçı evlə təmin olunub. Bundan savayı, cavabdeh iddiaçıya mübahisəli mənzildən birlikdə köçüb bağ evində yaşamağı təklif etmişdir, lakin məktəbin uzaq olduğuna görə iddiaçı bu təkliflə razı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3931/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X7 valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X5 valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin sorğuya cavab məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26 ünvanındakı, 16 mərtəbəli "xxxx" MTK tərəfindən inşa edilmiş “Yeni Tikili” lahiyəli binanın 11-ci mərtəbəsində yerləşən, 143.1 kv.m ümumi, 81.7 kv.m yaşayış sahədən ibarət, 3 otaqlı, 74 nömrəli mənzilin 12 fevral 2024-cü il tarixinə olan bazar dəyəri 314.000 manat, təmirsiz halda oxşar mənzillərin bazar dəyəri: 264.000 manat, qiymətləndirmə tarixinə oxşar təmirə çəkilən xərclər: 60.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanı 032577 nömrəli xx.xx.2009-cu il tarixli orderə, 163 nömrəli xx.xx.2011-ci il tarixli maliyyə arayışına və 162 nömrəli xx.xx.2011-ci il tarixli Forma 2 arayışına əsasən xx.xx.2011-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 6 saylı notariat kontorunun 4Ə/486 reyestr nömrəli xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X18 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X18 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan X8 (“Hədiyyə verən”) ilə Cavabdeh (“Hədiyyə alan”) arasında bağlanmış xx.xx.2012-ci il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, “Hədiyyə verən” ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 143.1 kv/m, yaşayış sahəsi 81,7 kv/m və yardımçı sahəsi 61,4 kv/m olan 3 otaqlı mənzili “Hədiyyə alan”a bağışlamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2179/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 17 iyun 2001-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evində) 732 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X4 anası İddiaçı ilə qalması, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-3931/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), iddiaçı Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2001-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan iki yetkinlik yaşına çatan və bir yetkinlik yaşına çatmayan övladları anadan olmuşlar. Tərəflər arasında bağlanılmış nikah məhkəmə qətnaməsi əsasında xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26 ünvanında yerləşən 74 nömrəli mənzil Cavabdeh adına mülkiyyət hüququ əsasında 2012ci ildə qeydiyyata alınmışdır. Cavabdehin mərhum anası həmin ildə mübahisəli mənzili ona bağışlamışdır. İşin halları ilə həmçinin müəyyən edilir ki, tərəflər nikaha daxil olandan sonra, yəni 1998-ci ildən cavabdehə məxsus olmuş ünvan 6 ünvanında yerləşən 25 saylı mənzildə yaşayıblar. 2011-ci ildə cavabdeh həmin mənzili üçüncü şəxsə özgəninkiləşdirmişdir. Daha sonra tərəflər ilk əvvəl cavabdehin mərhum anası G.Allahverdiyevanın adına, daha sonra isə bağışlama müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilmiş mübahisəli mənzilə köçmüşlər. İddiaçının izahatından görünür ki, o iki övladı Mikayıl və Kənanla mübahisəli mənzildə yaşayır. Digər övladı Fərhad isə atası tərəfindən babasının ona verdiyi ünvan 4 ünvanında yerləşən mənzilində yaşayır. Mübahisəli mənzilin cavabdehin anası tərəfindən 2011-ci il tarixdə əldə edilməsi və həmin mənzilin xx.xx.2011-ci il tarixdən mülkiyyət hüququ əsasında cavabdehin anası Gözəl Allahverdiyevaya məxsus olması, daha sonra isə bağışlama müqaviləsi əsasında cavabdehə bağışlanaraq, xx.xx.2012-ci il tarixdən cavabdehin mülkiyyətinə keçməsi hallarını nəzərə alaraq, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İ. Belə ki, iddiaçı 2011-ci ildə mənzilə köçürülərkən mənzilin mülkiyyətçisi iddiaçının keçmiş qayınanası G.Allahverdiyeva olmuşdur. Həmin münasibətlərə xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsi tətbiq edilməlidir. (maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Bununla da, iddiaçı 2011-ci ildə mənzilin mülkiyyətçisinin gəlini olduğundan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənasına görə ailə üzvü statusunda olmamışdır və sonuncunun mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. İİ. İşdən görünür ki həmin mənzil 2012-ci ildə cavabdehin mülkiyyətinə keçmişdir. İddiaçı cavabdehin ailə üzvü olaraq həmin mənzildə yaşamağa davam etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin ailə üzvü (arvadı) olaraq 2012-ci ildən mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflərin ailə münasibətlərinin (nikah) 2001-ci ildə yaranmasına baxmayaraq, iddiaçının mübahisəli mənzilə dair mənzil hüquqlarını müəyyən edən hüquq münasibətləri 2012-ci ildən, yəni onun mənzildə mülkiyyətçi olan cavabdehin ailə üzvü olaraq orada yaşamağa davam etdiyi vaxtdan yaranmışdır. Buna görə də mənzildən istifadə hüququnun xitamına dair mülki münasibətlərə xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Belə ki, tərəflərin arasındakı nikah münasibətlərinə xitam verildiyindən və onların arasında başqa razılaşma olmadığından, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququna xitam verilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması əsası ilə onun mübahisəli yaşayış sahəsinə müəyyən müddətə istifadə hüququnun müəyyən edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı maddi durumu və diqqətə layiq digər əsaslar üzrə başqa yaşayış sahəsinin olmadığını qeyd etsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, tərəflərin ümumi övladının cavabdehin atası tərəfindən mənzillə təmin edilməsi öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi bu mənzilin iddiaçının və övladlarının yaşayışı üçün cavabdehin ailəsi tərəfindən təmin edildiyini və iddiaçının həmin mənzildə yaşamaq imkanının olduğunu bildirsə də, iddiaçı həmin dəlilləri təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüquqları xətm edildiyindən və həmin hüququn müvəqqəti saxlanılması üçün əsaslar müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı ünvan 7 ünvanında yerləşən yaşayış sahəsində yaşamaq hüququnun və həmin mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin mətni üzrə iddiaçı mənzil münasibətlərini qeyd edərək, “mənzildə yaşamaq hüququ” ifadəsindən istifadə etsə də, işin mahiyyəti “mənzilə istifadə hüququnun” müəyyənləşdirilməsindən ibarətdir. Buna görə də qətnamə üzrə hazırki iddiaya “mənzilə istifadə hüququnun müəyyənləşdirilməsi” barədə iddia kimi hüquqi qiymət verilir. İddiaçının yetkinlik yaşına çatmayan övladı Mikayıl Allahverdiyevə münasibətdə iddia tələlərinə gəldikdə məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan Mikayıl Allahverdiyevin yaşayış yeri himayəsində olduğu valideynin (anasının) yaşayış yeri ilə müəyyən edildiyindən, sonuncu hissədə də iddia tələbləri təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, məhkəmə xərclərinə daxil olan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı iddiaçının yetkinlik yaşına çatmayan övladı Mikayıl Allahverdiyevlə Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən yaşayış sahəsində yaşamaq hüququnun və həmin mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-179/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-179/2025
09.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver