Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-181/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Tağızadə Pərviz Natiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh Zaman oğlundan 3128 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq iddiaçı “Oba Market" MMC-ə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı - kassir vəzifəsinə işə qəbul olunmuşdur. 05.03.2020-ci il tarixində isə əmək müqaviləsinə edilən əlavə ilə və tam maddi məsuliyyət haqqında müqavilə imzalamaqla administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 13.10.2020-ci, 12.11.2020-ci və 15.02.2021-ci il tarixlərində cavabdehin çalışdığı və məsul olduğu “Oba - Xəzər 6” mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş eyni tarixli “İnventarizasiya Nəticələrinə dair” aktlarına əsasən ümumilikdə 4817 manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Maliyyə arayışından da məlum olduğu kimi, çatışmayan malların ümumi dəyəri olan 4817 manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 1128 manat güzəşt edilmişdir. Əlavə olaraq, qalıq 3689 manat vəsaitin 561 manat hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq, Cavabdeh iddiaçıya 3128 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin 21.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 13.10.2020-ci il tarixində 1893 manat, 12.11.2020-ci il tarixində 754 manat və 15.02.2021-ci il tarixində 2170 manat ümumi olaraq 4817 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5 faiz) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əskikgəlməyə görə 1404 manat, ikinci əskikgəlmədən 641 manat, üçüncü əskikgəlmədən 1644 manat və ümumi olaraq 3689 manat borc qalmışdır. Ümumi kənarşma məbləğindən 561 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh 21.04.2021-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 3128 mana təşkil edir. İş materiallarında olan İddiaçı MMC üzrə 24.01.2020-ci il tarixli 033 saylı əmrdən çıxarışdan və 24.01.2020-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 5 şöbəsinə 24.01.2020-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “X2” MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2020-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən (əmək müqaviləsinə əlavə) maddi məsul şəxs Cavabdeh Zaman oğlu işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan “X2” MMC-nin 05.03.2020-ci il tarixli 121-K saylı əmrdən çıxarışına əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 5 şöbəsində 05.03.2020-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 13.10.2020-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və “Oba Xəzər 6” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akta əsasən, Cavabdeh 1893,35 manat borc öhdəliyi yaranmışdır. İş materiallarında olan İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin X1 əsasən, Cavabdeh iştirakı ilə kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən təkrar nəzarət qaydasında tam yoxlanılmış və 1981 say çeşid, 1893,34 manat əskik kənarlaşma aşkar olunmuşdur. Həmin Akt maddi-məsul şəxs Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan 12.11.2020-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və “Oba Xəzər 6” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akta əsasən, Cavabdeh Zaman oğlunun 753,67 manat borc öhdəliyi yaranmışdır. İş materiallarında olan İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin X1 əsasən, Cavabdeh iştirakı ilə kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən təkrar nəzarət qaydasında tam yoxlanılmış və 1954 say çeşid, 753,67 manat əskik kənarlaşma aşkar olunmuşdur. Həmin Akt maddi-məsul şəxs Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan 15.02.2021-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və “Oba Xəzər 6” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akta əsasən, Cavabdeh Zaman oğlunun 2170,43 manat borc öhdəliyi yaranmışdır. İş materiallarında olan 15.02.2021-ci il tarixli İmtina aktından görünür ki, Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsində tərtib edilmiş sənədlərlə tanış olsa da, ilkin və yekun sənədləri heç bir irad bildirmədən imzalamaqdan və əskikgəlmələrin (2170,43 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə 3 gün müddətində borcun ödənilməsini təklif edərək, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyini bildirmişdir. İş materiallarından görünür ki, qəbzə əsasən İddiaçı MMC məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1542 nömrəli 26.11.2021-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin Araşdırma Bölməsinə tarixsiz İltizamnamədə “Sayımman narazıçılığım yoxdur” əlyazmaları; 12.11.2020-ci il tarixli Oba-Xəzər 6 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktda “Maddi məsul şəxs:” qrafasındakı imza; 12.11.2020-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktın inventarizasiya siyahısında “Maddi məsul şəxs:” qrafalarındakı və hər bir vərəqinin aşağısındakı imzalar; İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin Araşdırma Bölməsinə 08.01.2021-ci il tarixli İltizamnamədə “Maddi məsul şəxsin imzası:” qrafasındakı imza və “Araşdırma ilə tanış oldum İradım yoxdur” əlyazmaları – Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir iddiaçı tərəfindən İddiaçı MMC-də çalışan maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürdüyü halda aparılmış inventarizasiya yoxlamaları nəticəsində 2647,02 manat məbləğində müvafiq malların çatışmadığı aşkar olunmuş və Cavabdeh Zaman oğlunun iddiaçı qarşısında dəymiş zərərə görə maddi məsuliyyəti yaranmış və o, öz məsuliyyətini qəbul etmişdir. Lakin,15.02.2021-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt və “Oba Xəzər 6” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt üzrə 2170,43 manat məbləğində əskikqəlmə cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində yarandığı məhkəmə araşdırması zamanı öz təsqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Belə ki, cavabdeh həmin zərərlə bağlı öz məsuliyyətini etiraf etməmiş iddiaçı isə ona maddi ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində dəydiyinə dair məhkəməyə nə bir dəlil, nə də sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia qismən təmin edilərək vurulmuş ziyana görə Cavabdeh dövriyyə güzəşti (0,5 faiz) tətbiq edilməklə birinci əskikgəlməyə görə 1404 manat, ikinci əskikgəlməyə görə 641 manat məbləğində pulun tələb edildiyi, həmin məbləğdən 561 manat məbləğində ziyanın isə cavabdehin iddiaçıadan alacağı vəsait hesabına qarşılandığını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, 1484,00 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh Zaman oğlundan 1484,0 (bir min dörd yüz səksən dörd manat) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə xərcləri dəyəri olaraq 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh Zaman oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-181/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-181/2022
19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver